Ci illər peyzaj: Hüseyin Arif


İsmayıl Şıxlının "Ölüləri qəbirstanda basdırın hekayəsində tarixi keçmiş (10 bal



Yüklə 214,12 Kb.
səhifə44/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   40   41   42   43   44   45   46   47   ...   51
Allah komeyimiz olsun

53. İsmayıl Şıxlının "Ölüləri qəbirstanda basdırın hekayəsində tarixi keçmiş (10 bal
Ölüləri qəbirstanda basdırın hekayəsində hadisələr 2tarixdə baş verir. Rəşidin restoran açmaq istəyi ilə başlayan hadisələr məhz bu hadisənin fonunda keçmişə uzanır,tarixi keçmişdə olan hadisədən danışılır. Burada tarixi keçmiş Cavanşir və Həcərin əhvalatıdır. Həcərin ona etirafından sonra başlanan hadisələr,Cəmşidin Rusiyaya oxumağa getməsi daha sonra komsomol vəzifəsinə keçib Həcərin atasının evini müsadirə etməsi,ailəsini sürgüt etməsi ilə kuliminasiya nöqtəsinə yüksəlir. Əsərdə tarixi keçmişdə olan qolçomaq,bəy ailəsinin sürgünə göndərilməsi,evlərinin müsadirə olunması kimi tarixi hadisələrə Həcər Və Cavanşirin hekayəsi fonunda işıq salınır. Dövrün və vəzifənin tələbinə uyğun davranan Cavanşir anasının sözündən sonra etdikləri haqqında düşünür,anasının ölümü onu sarsıdır,günahsız insanların ahını aldığı üçün özünü günahlandır. Lakin artıq hər şey üçün çox gecdir. Onun peşmançılığı ona heç nə qazandırmır,evində məhz elə Həcər tərəfindən öldürülür. Kənddə tanınıb,seçilən şəxs şəhərin mərkəzindəki bağda dəfn olunur.
Bu əsər ilk öncə Rəşid obrazı ilə başlayır.Rəşid şəhərin mərkəzində,insanların sıx olduğu gözəl bir bağda əyləşmişdir. Şəhərin mərkəzində olduğuna,həm yerli həm də xarici vətəndaşların çox gedin gəlməsinə görə Rəşid burada restoran açmaq istəyirdi.Lakin bir problem vardı. Bağın ortasında olan qəbr. Bu qəbrin kənarlarına qızılgüllər əkilsə də artıq solmuş,qəbir özü də köhnəlmişdi. Sanki biraz da keçsə torpağa qarışacaqdı. Bəs kimin idi bu qəbr? O bununla çox maraqlansa da cavab tapa bilməmişdi. Bundan sonra əsərdə tarixi keçmişə dönüş başlayır. Əsərdə başlanan 2-ci süjetdə qəbrin kimə aid olması,niyə orda olması haqqında danışılır.
2-ci əhvalat Cavanşir obrazı ilə başlanır. Cavanşir 19yaşlı gənc oğlandır.O,dəyirmanın yuxarısındakı çimənliyə gedir və orda uzanır. O yaraşıqlı oğlan idi, yaxşı geyinirdi, həmişə səliqəli şəkildə olurdu buna görə də yolla gedəndə bütün qızlar ona baxırdı,onun dərdindən ölürdü, lakin o heç kimə baxmırdı. Çəmənlikdə uzananda birdən görür ki, bir qız atı ilə onun başının üstünü kəsdirib. Bu, Həcər idi. Həcər Şəmistan ağanın qızı idi. Onun da Cavanşirdən xoşu gəlirdi digər qızlar kimi. Cavanşir soruşur ki, sən kimsən? Deyir, mən Şəmistan ağanın qızıyam, mənim səndən xoşum gəlir. Bizim nəsildə belədi ki, qız oğlanı bəyənir və əliynən kimi göstərsə həmin o, onun olur. Cavanşir biraz tərəddüd keçirir və qorxur. Fikirləşir ki,onsuz da göz görməyən yerdi, bu nə qorxmaz qızdı. Qızlar onu görəndə, ümumiyyətlə kişi xeylağı görəndə utanırlar, başlarını aşağı salırlar. Bu isə çox mərd qızdı. Əslində Şəmistan ağadan və onun ailəsindən eşitmişdi. Bilirdi ki, onlar tutduğunu qoparandı. Hətta Həcər haqqında da eşitmişdi. Amma anası deyirdi ki, onlar çox varlı, adlı-sanlı ailədirlər, bizimlə bir tutula bilməzlər. Buna görə də, o, işin başını bağlamışdı. Lakin Həcər də çox gözəl, ağ telli, ortadan cığası ayrılmış bir qız idi. Sonra o qızı qucaqlayır və öpür. Bundan sonra isə, Həcər onu itələyir və üzünə şillə vurur. Deyir əgər belə istəyirsənsə, öz ailəni göndər elçi gəlsinlər. Sonra o çıxıb gedir. Bir-neçə gün sonra isə, bir toy olur, bura Şəmistan ağa da gəlir. Şəmistan ağanın atı Cavanşiri görən kimi tanıyır və ağa atı Cavanşirə verir ki, o, atını minsin. Cavanşir də tez atı minir və kənardan kimsə deyir ki, “bu gün atını, sabah qızını verər”. Şəmistan ağa hiddətlənir xəncərini çıxarıb onu öldürmək istəsə də, lakin “lənət sənə kor şeytan” deyir. Və evə gəlir, öz-özünə düşünür ki, qızının bütün elçilərini evdən qaytarmasının səbəbi də məhz elə Cavanşirin imiş. Və o Həcərlər göz-gözə gəlir, Həcər utanaraq başını aşağı salır uzaqlaşır. Ona elə gəlir ki, atası nəsə eşidib. Şəmistan öz arvadı ilə danışır, deyir bəs bu nə məsələdi, sənin xəbərin varmı? O da deyir ki, sadəcə Həcər deyib ki, bir oğlandan xoşum gəlir. Onun da adı Cavanşirdi. Kişi qəzəblənir, arvad da deyir ki, onsuz da sən demisən ki, sən kimi istəsən ona da verəcəm. Kişi biraz soyur. Əslində Cavanşir mərd, qoçaq oğlan idi. Arvada deyir ki, bəs dul qadının oğlu bizə kürəkən ola bilər? Deyir, hə. Üstündə nəzarət olsa, niyə olmasın? Sonra oğlangil bunlara elçi gəlirlər, onlar nişanlanırlar. İki il müddətinə Cavanşir oxumağa gedir və oxuyub gəlir, oxuyub gəldikdən sonra isə bir komunal yaratmaq qərarına gəlir. Bunun üçün isə, qolçomaqlıları istəmir, Şəmistan ağa da qolçomaq idi. Şəmistan ağanın yanına gəlib deyir ki, bəs sən mal-qaranı verməlisən. Kolxoza verməlisən, biz komunal düzəldirik. Şəmistan ağa razı olmur. Cavanşir deyir ki, o zaman mən səndən onu zorla alaram. Və deyir ki,sən də bir qolçomaqsan, mən sənə qarşı çıxıram. Elə bilirdi ki Şəmistan ağa, o, onun yanına qızı Həcər barəsində görüşməyə gəlib. Lakin o heç Həcərin adını çəkmədi. Sonra Cavanşirin dəstəyi ilə, onların evini talayırlar və onların ailəsini sürgünə göndərirlər. Şəmistan ağa isə, qaçıb gizlənir qayalarda qaçaq olur. Cavanşirgil özlərinə bir komunal yaradırlar. Yeni evlər tikilir, işıqlar çəkilir. Artıq çıraqla deyil, rahat şəkildə öz evlərində işıqlı şəkildə yaşamağa başlayırlar. O çox vaxt idarədə olur, evinə belə getmirdi. Anası həftədə bir-iki dəfə görürdü. Anası isə onunla görüşəndə, onu ağlaya-ağlaya danlayırdı ki, bəs niyə belə elədin, o sənin nişanlın idi. Qara saçlı, uzun saçlı qızın ahı, səni tutacaq. O isə həmin günü idarəyə gəlir, yata bilmir, o tərəf-bu tərəf fırlanır. Anasının dedikləri başında dolanır. Sonra eyvana çıxır papiros çəkir, bu zaman o görür ki, uzaqdan evlər yanmağa başlayır, tez özünü yetirir. Evlər yanır, taya yanır. Anasını qurtarmaq üçün içəri atmağa qoymurlar. Sonra anasının yanmış cəsədini də ona göstərmək istəmirlər. Və ona istəmirlər ki, toxunub pis olsun. Sonra anasını basdırırlar. O öz-özünə düşünür ki, bəli, anası düz deyirdi. Uzun saçlı qızın ahı onu tutdu. Ancaq onu yox, anasını tutdu. Ancaq o deyirdi ki, anasının qisasını alacaq. Və yaraqlanıb yataqlanıb yoldaşlarını yığıb gedir ki həmin o qaçaqaları tutsun. Və bu qaçaqların da Şəmistan ağanın adamları olduğunu bilir. Və eşitmişdi ki, onlar gizlənirlər. Sonra gedib onları tutur, Şəmistan ağanın qaçaqlarından birini vurur. Şəmistan ağa da atının belində gedə-gedə arxaya güllə atır. Sonra o Şəmistan ağanı vurub yaralayır, lakin o atın belindən düşmür. Cavanşir arxasına çönəndə onu çiynindən yaralayırlar. Və onun adamlarının da bir neçəsini öldürürlər. Şəmistan ağa ilə atı ordan uzaqlaşır. Sonra Cavanşir geri qayıdır, ölüləri atına bağlayır onu arxasınca gətirir, onunsa çiyni sarıqda olur. Əhali onu mərd adlandırır və ölənlərinə ağlayırlar. Daha sonra isə, bir müddət keçir. O həmişə evinə gələndə, evinin qapı-pəncərəsini bağlayırdı. Lakin məclis olur, bu məclisdə yeyib içdikdən sonra evə gəlir, yorğun olduğuna görə, deyir biraz uzanım sonra duraram. O uzananda pəncərəni, qapı bacanı bağlamır və pəncərədən Həcər görünür. Həcər kişi paltarında gəlmişdi, əlində də silahı var idi. Onu öldürmək istəyirdi, deyirdi ki, oyanan kimi öldürəcəm. Sonra isə, o, nəzər yetirir. Uzun müddət keçmişdi, onun saçlarına dən düşmüşdü. Sanki qırx yaşında biri olmuşdu. Onu nəzər keçirir, deyir ki bəs indi onunla xoşbəxt həyatı ola bilərdi. İstəyir ki, gedib onun saçına tumar çəksin. Və o pişik kimi pəncərədən içəri daxil olur və onu nəzərdən keçiri. Əlində silah hazır durur. Onun bir tərəfdən də oyanmamasına sevinirdi. Sonra səhəri gün hay gəlir ki, Cavanşiri öldürüblər. Və orda sadəcə Cavanşirin naqanının güllələri qalıb. Sonra da həmin göy atın alnından güllə vurularaq atıldığını görüblər. Bu göy at da Cavanşirə qalmışdı. Hər dəfə ona baxıb, etdiyi səhvləri yadına salırdı. Və düşünürdü ki, kaş belə etməzdi, onsuz da Şəmistan ağanın ona pis niyyəti dəyməmişdi. Başqası olsaydı, onun qızına belə etdiyinə görə öldürə bilərdi. O isə sadəcə olaraq varlıdı, nə olsun varlıdı deyə düşnürdü. Özünə var-dövlət qurmağı bacarmışdı, gərək belə etməyəydim. Həcər də onun nişanlısı idi, gərək onu da sürgün etməyəydi deyə fikirləşirdi. Amma artıq o ölmüşdü, insanlar ona çox ağladılar, atəşfəşanlıq elədilər. Sonra isə qərara gəldilər ki, onu qəbristanlıqda yox, elə şəhərin mərkəzindəki bağda dəfn etsinlər. Elə həmin qəbir də onun qəbiri idi...
Sonra yenidən əsər Rəşid olan hissəyə keçir. Rəşid artıq restoranını tikmişdi, burda gəlib gedənləri yola salırdı. Bir gün də görür ki, bir qarı, yanında da iki kişi bir də beş-altı yaşlarında balaca oğlan uşağı var. Rəşid bilir ki, onlar bura adamı deyil. Qarı ətrafa boylanırdı, restoranı neçə dəfə dövrəyə vurub sanki nəsə axtarırdı. Rəşidə qorxu düşdü, gəlib qarıdan soruşdu ki, nənə can bəs nə axtarırsan? O da dedi ki, burda bir qəbir olmalıdı. Rəşid əvvəl eşitmişdi ki, kimsə gəlir hərdən qəbirlərin ətrafına qızıl güllər əkir. O bildi ki, həmin bu qarı odu. Qadın soruşur ki, bəs burda qəbir olmalıdı. Cavanşir deyir ki,burda qəbrin nə işi var? Qəbirlər qəbristanlıqda olmalıdır. Ölülər gərək qəbristanlıqda basdırılsın. Qarı ağlamağa başladı və əlinin tərsi ilə göz yaşlarını silir və Rəşidə deyir ki,sən haqlısan. Həqiqətən də ölülər qəbristanlıqda basdırılmalıdır. Bu zaman balaca uşaq yüyürə yüyürə gəldi ki, “Həcər nənə, atam çağırır və biz getməliyik”. Bu zaman isə, Rəşid restorana döndü, restoranda isə bu mahnı çalınırdı; Dünya sənin, dünya mənim, dünya heç kəsin.

Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə