Ci illər peyzaj: Hüseyin Arif


Ismayıl Şıxlının tarixi etnoqrafik hekayələri (10 bal)



Yüklə 214,12 Kb.
səhifə45/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   41   42   43   44   45   46   47   48   ...   51
Allah komeyimiz olsun

54. Ismayıl Şıxlının tarixi etnoqrafik hekayələri (10 bal)
1960-1980-ci illərdə tarixi mövzuda yazılmış hekayələrdə tarixə müraciətdir əsas məqsəd və məramı diqqət çəkən ilkin faktorlardandır. Tarixə müraciətin səbəbləri tarixi yaddaşın bərpası, onun qaranlıq,tədqiq olunmamış dövrlərini işıqlandırmaq, siyasi və ədəbi şəxsiyyətlərin obraz və xarakterlərinin yaradılması,yaşanılmış dövrün etnoqrafik mənzərəsinin çəkilməsi,müasir problemlərin,tarixi hadisə və problemlər fonunda canlandırılması dayanmaqdadır.
çırpınan düşüncələr”.
55=64 eynidir
56. Milli istiqlal poeziyası – Xəlil Rza Ulutürk
Azərbaycan ziyalıları zaman-zaman öz yaradıcılıqlarında azərbaycançılıq ideyasına müraciət ediblər. Bu sahədə Xalq şairi Xəlil Rza Ulutürkü xüsusilə qeyd etmək olar. Öz idealı uğrunda mübarizə aparan ziyalılar ordusu içərisində Xəlil Rza Ulutürk istiqlal şairləri Məhəmməd Hadi, Əhməd Cavad kimi tarixi önəm kəsb edib. Xalq şairi Xəlil Rzanın milli idealında azərbaycançılıq qırmızı xətlə keçir. Sənətkarın poeziyasında Vətənin, xalqın ümumiləşmiş obrazı zəngin mənbələrlə, qaynaqlarla müşayiət olunur. Xəlil Rza azadlıq idealı ilə poeziyasına bəşəri məzmun gətirib. O, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi ədəbiyyatşünas alim, ictimai-siyasi xadim, milli demokratik hərəkatımızın mücahidi, Azərbaycan poeziyasında görkəmli ədəbi simadır.Onun poeziyasının kökü, mayası Vətən eşqi, torpaq və dünya ilə bağlıdır. Görkəmli şair yazırdı: “Bizim birinci borcumuz yer kürəsini qorumaqdır. Yer kürəsindəki sonsuz gözəllikləri, Füzulinin və Şekspirin yaratdığı poeziya kəhkəşanlarını, İbn Sinanı qorumaqdır. Bütün təfəkkür korifeylərinin ürəyindən, gözlərindən süzülən ədəbi işığı qorumaq bizim borcumuzdur... Biz öz qüdrətli əllərimizi sərhədlər, okeanlar üzərindən uzadıb bir-birimizi salamlamalı, öz qəlbimizin qərarını qəti bildirməliyik. Yaşasın xalqların azadlıq idealı!” Xəlil Rza poeziyasının səciyyəvi cəhətlərindən biri onun şeirlərinin təsirli, yanıqlı olması, daxili həyəcan və təlatümləri dilləndirməsidir. Həyatın acı həqiqətlərini, ziddiyyətlərini şeirinə gətirərək münasibət bildirən Xəlil Rza Ulutürk dramatik poeziya ustasıdır. Lirik qəhrəmanı inadkar və sarsılmaz, cəsur və mübariz olan şair həyat və sənətdəki ideya movqeyini dürüst seçmiş, öz poetik istedadına güvənərək bu məfkurə uğrunda mübarizənin önündə getmişdir. Odur ki, bir çox, xüsusilə də son illərdəki şeirləri Azərbaycan xalqını böyük ideallar uğrunda səfərbər etmək məqsədi daşıdığından, publisistik ruhu, ciddi ictimai-siyasi pafosa malik əsərlər olub. Şairin mücadilə ruhlu ən yaxşı poetik örnəklərinə nümunə olaraq “Səlahiyyət istəyirəm!”, “Silahlan!”, “Hara qaçırsan, dayan!”, “Qorxaqlıq, cəsurluq” və bu kimi bir çox başqa şeirlərin adlarını qeyd etmək olar. Sevimli Vətənin istiqlaliyyəti ilə usanmaz mübarizə aparmış xalq şairi Xəlil Rza Ulutürkün bu kimi şeirlərinin mərkəzində xalqımızın faciəli taleyi, tarix boyunca əzablardan keçən iztirablı həyat yolu dayanır və müəllif hər bir Azərbaycan vətəndaşını ayıq-sayıq olmağa, çətinliklərdən qorxmayaraq düşmənə sinə gərməyə çağırır. Təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qüdrətli sənətkarı olan Xəlil Rza Ulutürk istiqlalçılıq və türkçülük timsalıdır. İnanırıq ki, böyük şairin həyat və yaradıçılığı hələ çox illər sonra da örnək olaraq yaddaşlarda qalacaq.


Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə