Ci illər peyzaj: Hüseyin Arif


Ramiz Rövşən poeziyasında ideya-bədii istiqamətlər



Yüklə 214,12 Kb.
səhifə48/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   43   44   45   46   47   48   49   50   51
Allah komeyimiz olsun

65. Ramiz Rövşən poeziyasında ideya-bədii istiqamətlər
Ramiz Rövşən çağdaş Azərbaycan şeirinin sütünlarındanbiridir. Ədəbiyyata gəldiyi 70-ci illərdən etibarən poeziyamızda fərqli imza, fərqli nəfəs kimi doğulan, milli Azərbaycan şeirinin yönünü dəyişən Ramiz Rövşən poetik nəfəsini çağımızadək qoruyub saxlamağı bacaran şairimizdir. Ramiz Müskanlı imzası ilə yazdığı ilk şeirlərindən diqqəti o qədər də cəlb etməyən gənc şairin yeniliyi sonradan, birinci şeirlər kitabında gerçəkləşdirdiyi məzmun va intonasiya planında baş tutmuşdur. Şeirlərdə ehtiva olunan poetik məzmun lirik-fəlsəfi düşüncələrlə zəngin idi.
Ramiz Rövşənin 70-ci illər şeir məkanına gətirdiyi yeniliklər sırası daha çox XX əsrin əvvəllərində yarımçıq qalmış modernizm dalğasını davam etdirmək missiyasından, eyni zamanda dünya ədəbi cərəyanlarının milli poeziyamızda əks olunması ehtiyacından qaynaqlanırdı. 
Poeziyada ədəbi nəsil təzələnirdi və bu nəsil məhz, repressiya dalğasında güdaza verilən şairlərin varisi olaraq onların qal- dıqları yerdən başlayırdılar.Artıq sosializmin siyasi olaylarının fəci aqibətini şeirə gətirirdilər. Kamil Vəliyev məqalələrinin birində şairlə bağlı "R. Rövşən şeirlərində söz sanki qürbətdən vətənə gəlir", - yazır. 
➢ 1970-ci ildə işıq üzü görən "Bir yağışlı nəğmə" adlı ilk şeir kitabından artıq R.Rövşənin lirik qəhrəmanı dünya ilə barışmaz, üsyankar mövqeni nişan alırdı. Bu kitabda R Rövşən qəhrəmanı daha çox üsyankar, mübariz, etirazçı ruhdadır. 
➢ Şairin ikinci kitabı 1987-ci ildə çap olundu. "Göy üzü daş saxlamaz" adlanan bu kitab "Ay işığı" şeiri ilə başlayır, burada da özünü "dəliliyə vurmuş qəhrəmanın simvolik işarǝ-eyhamlarına ayna tuturdu.
Şairin ikinci kitabının qəhrəmanı daha çox ekzistensialməqamlara, mətləblərə həssas biri olaraq meydana çıxdı, şair çağın mənzərələri içrə gəzişərək, mistik mənalar, simvolik atributlarla dünya işləklərinin hesabatını dini-ilahi qatda aradı. 
"Göy üzü daş saxlamaz" kitabında şair-qəhrəman sanki içə çəkilməyə, dünya ilə barış mövqeyinə adlayır. Bu kitabdakı şeirlərin mövzu-mündəricəsi, hətta adları belə artıq gəncliyin çılğın sözünü adlayan müdrik baxışın müşahidəsindən hasilə gəlirdi.
R.Rövşənin şeirləri mifik dünya ilə real dünyanın sərhədlərini darmadağın etmiş, ədəbiyyatın əbədi mövzularına yeni yön aşılamağa müvəffəq olmuşdu. 
Milli müstəqilliyimizi əldə etdiyimiz yeni dönəmə də şair "Kəpənək qanadları" , "Gedǝk biz olmayan yerǝ" və yaradıcılığının məntiqi sonucu olaraq "Nəfəs kitablar kitabı"ilə qədəm qoydu. Burada da insan və onun azadlıq sevdası, sevgi və onun fəlsəfəsi, ölüm və onun mistikası yaradılışınfərqli spektrlərini nişan alaraq yeni məzmun kontekstində poeziyanın obyektivinə fokuslanırdı.
Bəzi şeirlərdə R.Rövşənin özündən, öz "mən" indənuzaqlaşması halları qabarıq idi, dünya, insan, təbiət -hər bir məkan və varlıq göstəriciləri boşluq içərisində olan şair üçün sanki öz mövcudluqluğunu itirmişdi. Son sığınacaq, son istinad görünmürdü, hər şey məhvərindən çıxmış təsiri bağışlayırdı.
Ramiz Rövşən poeziyası ümumiyyətlə, insanın fizioloji varlığını Tanrının əbədi Varlığına tabe tutur, ona yetmək üçün ölümü vəsf edirdi. Bu şeirlərdə ölümə çox doğma, məhrəmcəsinə münasibət vardı və bu məhrəmlik şairi öz çağdaşlarından daha çox sələfi Füzuli ilə birləşdirirdi. "Ölməyi sevmək fəlsəfəsi, öldürmək tipaji və simvolikası cavan poeziyaya bir həyatdan, bir də... Ramiz Rövşənin poeziyasından sızılıb yayıldı" .
Buradakı tipajlar - Ölüm, tabut, məzar, ölü, qaranlıq, təklik, fanilik... demək olar ki, R. Rövşən şeirinin hər misrasını çevrələyir, ölümlə bağlı rəmzlər irreal, mistik simvolikaolmaqdan çıxıb təbiətin harmoniyasının, əbədi qanununun təzahürünə çevrilirdi. 
Bu günə qədər poeziyamızda aparıcı olan Tanrı başlanğıcı,bu başlanğıclı poeziyayamaraq R.Rövşən şeirlərininmayasını təşkil edir. Adətən, daha çox sınağa çəkilən ruhun, fəci durumlara mübtəla olmuş toplumun ehtiyacı olur Tanrıya. Bu məsələdə ədəbiyyatımızın naqis təcrübəsi vardı. Bildiyimiz kimi, sovet ideologiyasının hökmfərma olduğu illərdə, özəlliklə 20-30-cu illərdə Tanrıya, dinə, müqəddəs kitaba münasibətdə nihilist mövqe sərgiləyən mətnlər, yanaşmalar ortaya qoyulurdu.
R. Rövşən poeziyası Tanrıya münasibət-müraciətin daha dərin konturlarını cızırdı. Bu şeirlərdə Allaha inam insana inamdan daha öndə idi, insanın əməllərinə də o qútbdən nəzər salınır, o məqamdan ittiham obyektinə çevrilirdi. (Bu mövzuda “Oyun” şeiri)
Ramiz Rövşənin sevgi mövzusunda yazdığı şeirlərdə qadın dünyasının, qadın yaşamının ekzistensiyası yaradılır, iç maqamlara diqqət yönəltməklə onun mənəvi sarsıntı və yaşamı mənəvi-psi- xoloji müstəviyə çıxardılırdı. "Ayrılıq", "Qara paltarlı qadın", "Bu güzgüyə bir vaxt qoşa baxardıq", "Sevim dönə-dönə səni... bu şeirlərin hər birində fərdi- fərqli iç duyumların mənalanması var.
Həmişə tək və tənha görünən şairin yeni minillikdə yazdığı şeirlərdə də eyni yaşam simvolikası ovqat göstəricisi oldu. Və bu təklik ovqatı çağın problemlərindən bütün dünya səviyyəsində artan xaotik və dramatik olaylardan nəşət tapsa da, şəxsi hislərin sevgi, mənəvi yalnızlıq amilinin başlıca nədəni olaraq səciyyəvilik qazanırlar. Bu şeirlərdə artıq yaşın gətirdiyi yorğunluq, ömrün faniliyindən doğan təklik hissi qabarıqlaşır, ömrün ahıl çağlarını yaşayan şairin iç təlatümləri sərgilənir. Son illərin qələm məhsulu olan "Ay bu yükün yiyəsi" şeiridir.

66. Vaqif Səmədoğlu
Ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava gətirən istedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir.

Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə