Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə16/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   12   13   14   15   16   17   18   19   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 31 
 
Aqroirriqasiya landşaftlarının paylanmasın-
da  regional  fərqlər  diqqəti  cəlb  edir.  Belə  ki, 
Qusar rayonunun  dağətəyi və  düzən  rayonlarında 
aqroirriqasiya  landşaftlarının,  xüsusilə  əkinaltı 
istifadə  olunan  komplekslərin  payı  69%,  Quba 
rayonunda    63%,  Şabran  rayonunda  34%-dir, 
Xaçmaz rayonunda isə 70 %-dən çoxdur. 
Əksər aqrolandşaftların sərhədləri düz  hən-
dəsi  fiqurlar  şəklində  müxtəlifşəbəkəli  struktur-
larla  təsvir  edilir.  Qədimdən  suvarılan  aqrokom-
plekslərdə  ərazinin  morfogenetik  xüsusiyyətlə-
rindən  asılı  olaraq  lələkli,  xətti,  zolaqlı,  ləkəli, 
xırdanöqtəli strukturlar diqqəti cəlb edir. Dağətəyi 
maili  düzənliklərdən  Samur−Dəvəçi  ovalığına 
doğru  getdikcə  aqroirriqasiya  landşaftlarının  xır-
daşəbəkəli,  zolaqlı,  xətti  strukturları  tədricən  iri 
areallı,  nisbətən  yekcins  şəbəkəli  komplekslərlə 
əvəz olunur. 
Qusar  maili  düzənliyinin  aqrolandşaft-
ları  67,5  min    hektardan  artıq  ərazini  əhatə  edir. 
Burada    suvarılmasına,  təsərrüfat  strukturuna, 
mənimsənilmə  dərəcəsinə,  təbii    məhsuldarlığına, 
meliorativ  xüsusiyyətlərinə  və  s.  görə    bir-birin-
dən fərqlənən müxtəlif aqrolandşaftlar formalaşır.  
Onları bir neçə qrupa bölmək olar. 
1.Meyilli  dalğalı-təpəli  düzənliklərin  zəif 
yuyulmuş  karbonatlı,  meşə  altından  çıxmış  qəh-
vəyi torpaqların bağ-plantasiya, seliteb və müxtə-
lif əkin  komplekslər 30 min hektara yaxın sahəni 
əhatə edir, əsasən Qusar və Quba rayonları ərazi-
sində  yayılır.  Antropogenləşmə    əmsalı  0,8-dən 
çoxdur.  
2.Təpəli, tirəli, müxtəlif dərəcədə parçalan-
mış  mailli  düzənliklərin  qəhvəyi-meşə,  qəhvəyi–
meşə–çəmən  torpaqlarında  əsasən  bağ  və  planta-
siyalar. Bu komplekslərin tipik, karbonatlı, yuyul-
muş  qəhvəyi    torpaqlarındakı  alma,  armud,  gilas, 
gavalı, şaftalı və s. bağların sahəsi 16,4 min, seli-
teb–bağ  komplekslərinin  sahəsi  isə  10  min  hek-
tardan  çoxdur.  Antropogenləşmə  əmsalı  0,7–0,8  
arasında  dəyişir.  
3.Zəif  parçalanmış,  mailli  düzənliklərin 
bozqırlaşmış  dağ-qəhvəyi  və  dağ-boz–qəhvəyi 
torpaqlarında  əkin,  yem,  tərəvəz  və  qismən  də 
bağ–plantasiya kompleksi. Onun yayıldığı ərazilər 
24  min  hektara  yaxındır.  Seliteb  komplekslərin 
strukturunda  bağlar  əsas  yer  tutur.  Maili  düzən-
liklərin zəif su təchizatına  malik ərazilərini əhatə 
edir.  Təbii  komplekslərin  meliorativ  cəhətdən 
əlverişsiz olması, zəif təbii potensialı onların məh-
suldarlığına  çox  ciddi  təsir  göstərir.  Antropo-
genləşmə əmsalı 0,6–0,7 arasında dəyişir.  
Ümumiyyətlə, Qusar  maili düzənliyinin tə-
bii-antropogen landşaftlarının strukturunda aqroir-
riqasiya  landşaftlarının  payı  35%  (24  min  ha), 
bağ-plantasiya  kompleksləri  25%  (17  min  ha), 
seliteb-bağ,  müxtəlif  yaşayış  kompleksləri,  örüş–
otlaq  və  s.  25  %  (62  min  ha)  təşkil  edir.  Gö-
ründüyü kimi, zəif antropogenləşmiş landşaftların 
payı  çox  azdır.  Zəif  mənimsənilmiş  komplekslər 
çay  dərələrini,  gətirmə  konuslarını,  parçalanmış, 
yuyulmuş yamacları əhatə edir.  
Samur–Dəvəçi ovalığının təbii landşaftları 
kəskin  antropogenləşmişdir.  Əksər  təbii  kom-
plekslərin  antropogenləşmə  əmsalı  0,8–0,9-a    ya-
xındır.  Samur–Dəvəçi  ovalığında  aqrolandşaft-
ların bir neçə tipini ayırmaq olar.  
 
1.    Zəif        parçalanmış,  hamar  düzənliklərin 
boz-qəhvəyi  torpaqlarında  tərəvəz  və  taxıl  əkin-
lərindən,  seliteb  komplekslərdən  ibarət  aqroir-
riqasiya  landşaftları    39  min  ha-dan  artıq  ərazini 
əhatə edir.  
 
2.  Zəifmeyilli,  zəif  parçalanmış  düzənliklərin 
çəmən-boz-qəhvəyi    torpaqlarında  taxıl,  tərəvəz, 
bostan,  çoxillik  əkinlərdən  ibarət  aqroirriqasiya 
kompleksləri 19 min ha  ərazini tutur.  
 
3.  Zəif  parçalanmış,  hamar  düzənliklərin  çə-
mən-qəhvəyi torpaqlarında formalaşan aqroirriqa-
siya  landşaftlarının  strukturunda  tərəvəz,  bostan 
və  taxıl  bitkilərinin  əkinləri  üstünlük  təşkil  edir. 
Onlar  52  min  ha  ərazini  tutur,  yüksək  dərəcədə 
antropogenləşməsi ilə fərqlənir.  
 
4. Zəif parçalanmış dəniz və allüvial düzənlik-
lərin suvarılan çəmən-qəhvəyi torpaqlarında aqro-
irriqasiya və seliteb-bağ kompleksləri 26 min hek-
tara  yaxın  ərazini  əhatə  edir.  Antropogenləşmə 
əmsalı 0,9-dan çoxdur.  
 
5.  Allüvial  düzənliklərin  və  çayların  gətirmə 
konuslarının  çəmən-boz  torpaqlarında  formalaşan 
aqroirriqasiya,  otlaq-biçənək,  seliteb,  bağ  və  s. 
komplekslər 55 min ha əraziyə malikdir. Əlverişli 
meliorativ şəraiti ilə fərqlənir. 
 
6.  Çökək  düzənliklərin,  çay  dərələrinin  suba-
sarçəmən,  bataqlıq-çəmən  və  şorlaşmış  boz-çə-
mən torpaqlarında aqroirriqasiya, otlaq-çəmən, bi-
çənək,  seliteb  komplekslər  çox  zəif  antro-
pogenləşməsi  ilə  fərqlənir.  Bu  kompleksin  70%-
dən  artıq  ərazisi    yararsız  olduğu  üçün  təsərrüfat 
istifadəsinə  cəlb  edilmir.  Ona  görə  də  burada  
antropogenləşmə əmsalı 0,5-dən azdır. 
 
Samur–Dəvəçi  ovalığının  təbii-antropogen 
landşaft  strukturunda  aqroirriqasiya    landşaft-
larının    payı  45%,  seliteb-bağ  komplekslərinin 
25%,  bağ-plantasiya  komplekslərinin  10%,  otlaq-
biçənək  və  zəif  istifadə  olunan  landşaftların  payı 
isə 20% təşkil edir.   
 
Son  illərdə  aqrolandşaftların  təsərrüfat  funk-
siyalarında  əsaslı  dəyişiklik  yaranmışdır. Tərəvəz 
və  bostan  əkinlərinin  xırda  areallı,  səpələnmiş 
kompleksləri  daha  iri  areallı  taxıl  və  çoxillik 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə