ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,32 Mb.
səhifə15/25
tarix16.11.2017
ölçüsü3,32 Mb.
#10541
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

UCA DAĞ BAŞINDA
Uca dağ başında ceyran yol eylər, ceyran yol eylər,

Su duran yerləri ördək göy eylər, ördək göy eylər,


Yar gülə-gülə, naz gülə-gülə,

Aşiq olmuşam bir şirin dilə.


Uca dağ başında bir süri ceyran, bir süri ceyran,

O xumar gözlərə olmuşam heyran, olmuşam heyran.


Uca dağ başında bir sələ üzüm, bir sələ üzüm,

Yarın ayrılığına mən necə dözüm, mən necə dözüm?


Nəqərat

Uca dağ başında nar dənəsiyəm, nar dənəsiyəm,

Atamın, anamın bir dənəsiyəm, bir dənəsiyəm.
AY GÖZƏL, GÖZƏL!
Oğlan:

Ay gözəl, gözəl, gəl gedax bağa,

Qoy bircə baxım, o gül yanağa!
Qız:

Yanaqlarımı neylirsən, oğlan,

Dağlarda çiçək görməmisənmi?
Oğlan:

Ay qız sevmişəm, gül cəmaluvi,

Gəl, insaf eylə, göstər xaluvi.

Qız:

Oğlan neylirsən, mənim xalımı,

Məgər, heç mixək görməmisənmi?
Oğlan:

O bal dodağın dərdimə dərman,

Onları mənə göstər bir, canan!
Qız:

Oğlan, neylirsən dodaqlarımı,

Məgər beçə balı görməmisənmi?
Oğlan:

Sən bizim eldə bir nazlı dilbər,

Səbrim qalmadı, qaşuvi göstər!
Qız:

Oğlan, neylirsən mənim qaşımı,

Gecələr hilal görməmisənmi?
YAR ÜZÜ XALLI CEYRAN
Ağ dəvə düzdə qaldı, yükü Təbrizdə qaldı,

Oğlanı dərd apardı, dərmanı qızda qaldı.


Yar üzü xallı ceyran, dodağı ballı ceyran,

Vermərəm öz xalımı, gəlsə yüz əlli ceyran.


Bulaq başı toz olar, dəstə-dəstə qız olar,

Əyil dəsmalın götü, mən götürsəm, söz olar.


Bülbül kimə naz eylər, hayanda pərvaz eylər?

Gül butası dibindən oğlan qıza göz eylər.


O YANA DÖNDƏR MƏNİ
O yana döndər məni, bu yana döndər məni,

Sağ yanım yaralıdı, sol yana döndər məni,

Ürəyimdə yara var, təbibə göndər məni.
Bu gələn yar özüdü, gözü ceyran gözüdü,

Bir keçdi tanımadım, bir baxdım, yar özüdü.


Evlərində qalı var, dodağında balı var,

Mən yarımı tanıram, yanağında xalı var.


Bu dağlar uca dağlar, bülbüllər yuva bağlar,

Gözlərində cadu var, baxdıqca dilim bağlar.


ÇIXDIM DƏRBƏND BAŞINA
Çıxdım Dərbənd başına, yazı yazdım daşına,

Gəlib-gedən oxusun, nələr gəldi başıma.


Dərbənd başı toz olar, dəstə-dəstə qız olar,

Əyil dəsmalın götü, mən götürsəm söz olar.


Dərbənd başı tütündi, yarın ağzı bütündü,

Əyil öpüm üzündən, dünya ölüm-itimdi.


SÜRMƏLİ QIZ
Sudan gələn sürməli qız,

Çox incidir kuzə səni.

Şux cəmalun şölə salır,

Gəlməyəsən gözə səni.


Kuzəsi çiyindən aşır,

Saçlar topuğa dolaşır,

Nə geysən, sənə yaraşır,

Ay qız, gəl, aman günüdü,

Sevgimin yaman günüdü.

Kuzəni əlindən allam,

Qolumu boynuva sallam,

Ay qız səni özüm allam,

Di dur gəl, aman günüdü,

Sevgimin yaman günüdü.


Kuzəvə ipək düzərəm,

Eşqunlə çöllər gəzərəm,

Sənsiz mən necə dözərəm,

Ay qız, gəl, aman günüdü,

Sevgimin yaman günüdü.
Kuzə suyu şərbət olar,

Bulaq üstə söhbət olar,

Mənsiz sənə zəhmət olar,

Ay qız, gəl, aman günüdü,

Sevgimin yaman günüdü.
Evlərinin dalısın köçdüx,

Ayıldux, suyundan içdux,

Biz bu yerə qərib düşdüx,

Ay qız, gəl, aman günüdü,

Sevgimin yaman günüdü.
SU GƏLƏR AXAR GEDƏR
Su gələr, axar, gedər, vərni* yıxar gedər,

Neynirəm eylə yarı, yandırar, yaxar gedər.

Bala yarım, neynim, neynim, gözəl yarım, neynim, neynim,

Aç qolların sal boynuma, ay dəliqanlı!

Aman şəkərli, ballı, aman qeymaq dodaqlı!

Suya denən axmasın, yar yolunu yıxmasın,

O gözlərə tapşır ki, özgəsinə baxmasın.
_____________________

٭vərni – suyun qabağına qoyulan maneə



Nəqərat

Yelə denən əsməsin, yar yolunu kəsməsin,

Yara salam göndərdim, heç vaxt məndən küsməsin.
QARA GÖZLƏR
Məndən ayrı gəzən yardan,

Yanıq bağrım üzən yardan,

Kəklik kimi süzən yardan,

Könül gəlmiş zara gözlər,

Qara gözlər, qara gözlər,

Qara gözlər, qara gözlər.


Adım dildən-dilə düşdü,

Sona vurdum, gölə düşdü,

Məcnun olub çölə düşdü,

Könül olmuş yara gözlər.


Dağlardan yel əsər gedər,

Söz qılıncdı kəsər gedər,

Söz deməmiş küsər gedər,

Neyləmişəm yara gözlər.


ARAZ AXAR LİL İLƏ
Araz axar lil ilə, yarım oynar gül ilə,

Hamıya can bağışlar, məni saxlar dil ilə.


Araz, Araz, xan Araz, dəryaya axan Araz,

Sevgilim gəmidədi, gəl eyləmə qan Araz.


Arazı ayırdılar, qumunan doyurdular,

Mən səndən ayrılmazdım, zulumnan ayırdılar.


Arazın eşqinə bax, urusun məşqinə bax,

Dərd əlindən oxuram, deyirlər eşqinə bax.



XII. EL DEYİMLƏRİ
Abrısını ötəginə bürmək.

Abrısını satın almaq.

Abrını yeyib həyanı belinə bağlamaq.

Abnabnatlıqdan düşüb, azvaya dönmək.

Acığındın zəncir gəmirmək.

Acığını udmaq.

Acından qurut qapmaq.

Açaram sandığı, tökərəm pambığı.

Açmamış qapı qoymamaq.

Açıq qıfıla açar.

Adam olub adamlara qoşulmaq.

Adam içi görməmək.

Adı it dəftərində olmamaq.

Adı dildən-dilə düşmək.

Adı qulağına demək.

Adın eşit üzün görmə.

Adını özgəsindən soruşmaq.

Adı var, özü yox.

Al almamış töylə basdırmaq.

Altından çıxmaq.

Altından girib üstündən çıxmaq.

Ağrımaz başına saqqız salmaq.

Ağzı işdə olmaq.

Ağzı qulağının dibinə getmək.

Ağzı var, dili yox.

Ağzına it başı almaq.

Ağzına çullu dovşan yerləşməmək.

Ağzına gələni demək.

Ağzına yoğurd almaq.

Ağzını açıb gözünü yummaq.

Ağzını Allah yoluna açmaq.

Ağzının dadı getmək.

Ağzının suyu açılmaq.

Axırı bir yana çıxmamaq.

Axırına adam əti yeyir.

Arada yeyib ortada gəzmək.

Ara qarışıb məssəb itdi.

Aranda tutdan olduq, dağda qurutdan.

Aralarından qıl keçməz.

Araya it ölüsü atmaq.

Araya fitə atmaq.

Araya söz qatmaq.

Arpası artıq düşmək.

Arxasını yerə gətirmək.

Arvad hamamına dönmək.

Arı yuvasına çöp uzatmaq.

At arıq, mənzil uzaq.

At izi at izinə qarışmaq.

Atdan düşüb eşşəgə minmək.

Atdığını vurmaq, tutduğunu qoparmaq.

At qaçdı, palan düşdü.

At görəndə axsar, su görəndə susar.

Atı itirib, noxtasını axtarır.

Atını hər tərəfə çapmaq.

Ayaq basmağa yer olmamaq.

Ayaqları özünün olmamaq.

Ayağının biri bu dünyada, biri o dünyada olmaq.

Ayağına qara su yenmək.

Ayağının altına sabun çəkmək.

Azacıq aşım, ağrımaz başım.

Babalarının yanına getmək.

Babalı deyənlərin boynuna.

Bacadan düşmə.

Bağrı çatlamaq.

Bağrı qana dönmək.

Bağrını qana döndərmək.

Baha oturmaq.

Baltası daşa dəymək.

Baltanı dibdən vurmaq.

Bal yeyib bəlasını çəkmək.

Başına and içmək.

Başına it oyunu gətirmək.

Başına iş açmaq.

Başına çıxarmaq.

Başa daş salmaq.

Başına girməmək.

Başında turp əkmək.

Başından, canından keçmək.

Başından yekə danışmaq.

Başının üstünü kəsmək.

Başını bir yerə yığmaq.

Başını qaşımağa macalı olmamaq.

Başını qanadının altına almaq.

Başını sındırıb, ətəginə qoz tökmək.

Başını küt bıçağa sürtmək.

Başını götürüb getmək.

Başmaqları da razı olmaq.

Başmaqlarını qabağına cütləmək.

Bataqlıqdan çəkib çıxartmaq.

Batırmamış ocaq başı qoymamaq.

Belinə çöpdən dirək.

Beş barmağı kimi tanımaq.

Beynini aparmaq.

Beynini doldurmaq.

Bərkdə əli olmamaq.

Bəli deyib bəlaya düşmək.

Bir ayağı bu dünyada, bir ayağı o dünyada.

Bir budağa çıxıb min bir budağı silkələmək.

Bir-birinin əlindən qapmaq.

Bir atımlıq barıtı olmaq.

Bir ayağı burda, bir ayağı gorda.

Bir oxunan iki nişan vurmaq.

Bir daş altdan, bir daş üstdən.

Bir şahiya dünbik çalmaq.

Bir köynək çox yırtmaq.

Bir göyüldən min göyülə aşiq olmaq.

Birinin toyuğuna kiş deməmək.

Birini bilirsən, birini bilmirsən.

Bığdan kəsib saqqala qoymaq.

Bığının altından keçmək.

Boğazından artırmaq (kəsmək).

Boğazını yırtmaq.

Boyun əti olmaq.

Boynuna almaq.

Boynuna qoymaq.

Boynuna yıxmaq, boynundan atmaq.

Burun-qulağına qurd düşmək.

Burun tovu vermək.

Bu qulağından alıb o biri qulağından ötürmək.

Bu gün-sabah eləmək.

Burnunu hər deşiyə soxmaq.

Burnunun ucundan uzağı görməmək.

Burnunun yelilə xərmən sovurmaq.

Bu xına o xınadan deyil.

Burnundan gətirmək.

Büküb boxçaya qoymaq.

Canamaz suya çəkmək.

Can bir qəlib olmaq.

Can-ciyər olmaq.

Candı, badımcan degil.

Can deyib can eşitmək.

Can damarından tutmaq.

Canımın dərdindən.

Canımı hara qoyum?

Canını boğazına yığmaq.

Canını dişinə tutmaq.

Canının hayında olmaq.

Canyananlıq göstərmək.

Ceyran belinə minmək.

Cılğı çıxartmaq.

Cındırından cin hürkür.

Cınqırı çıxmamaq.

Cızığından çıxmaq.

Ciblərini doldurmaq.

Cibişdana buraxmaq.

Cibinin pambıqları əlinə gəlmək.

Cidanı çuvalda gizlətmək.

Cik-bikinə bələd olmaq.

Cilov gəmirmək.

Cilovunu yığışdırmaq (çəkmək).

Cin atına minmək.

Cinə dəmir görsətmək.

Ciyərinə xal düşmək.

Ciyərini şişə taxmaq.

Cin ayrı, şeytan ayrı.

Cum-cum dəryası.

Cücə banından durmaq.

Cütünə bir səqqə vurmaq.

Çadrasızlıqdan evdə qalmaq.

Çağrılmamış bayatı.

Çaxır səpmək.

Çaş-baş düşmək.

Çaşqa-çoşqa olmaq.

Çala-çala bir havaya bənzətmək.

Çal-çatlasın, vur partlasın.

Çanağı başında çatlatmaq.

Çaya çatmamış çırmanmaq.

Çayda balıq yan gedər, açma yaram qan gedər.

Çayda balıq sövdası.

Çənə yarışdırmaq.

Çənəsi qızışmaq.

Çim altdan qurbağa baxır.

Çinədanı boş olmaq.

Çiy süd əmmiş.

Çomağın o biri başın çevirmək.

Çöp uzatmaq.

Çörəyini çeynəyib ağzına qoymaq.

Çörəyi qeybdən bişmək.

Çörəyində çiyi olmamaq.

Çöl quşu, biyaban daşı.

Çömbəlməyənəcən hürə bilməmək.

Çürüyünü çıxartmaq.

Dada yetmək.

Dadı heç yana çatmamaq.

Dağa-daşa düşmək.

Dağı- dağ üstünə qoymaq.

Dalı-qabağını düşünməmək.

Dalını dağa söykəmək.

Dar dibindən qurtulmuş.

Daş atıb başını altına tutmaq.

Daş olub quyuya düşmək.

Daşbaş eləmək.

Daş daş üstə qalmamaq.

Daşın böyüyündən yapışmaq.

Daş kimi düşmək.

Daşla dilə gəldi.

Daşını birdəfəlik atmaq.

Dava dağarcığı.

Dərə xəlvət, tülkü bəy.

Dəryada balıq sövdası eləmək.

Dərisini sudan çıxarmaq.

Dəvə oynayanda qar yağar.

Dəvəni çömçəylə suvarmaq.

Dəvəni yükü ilə yemək.

Dəyməmiş qapı qoymamaq.

Dırnaq yeri tapmaq.

Dibinə daş atmaq.

Diri-diri qəbrə qoymaq.

Diş ilə, dırnaq ilə.

Dişi bağırsağını kəsmək.

Dilinin dibindən çıxanı demək.

Dil qoymaq (öyrətmək).

Dili ağzında diş (dinc) durmamaq.

Dili ilə ilanı yuvasından çıxarmaq.

Dilində tük bitmək.

Dilini qarnına qoymaq.

Dilinin ucunda olmaq.

Divara dirəmək (qısnamaq).

Divarını kənardan qoymaq.

Dodaqları yer süpürmək.

Dondan dona girmək.

Doşab almışıq mürabba çıxıb.

Dovşana qaç, tazıya tut demək.

Dördəlli tutmaq.

Dörddə alacağı yox, beşdə verəcağı.

Dörd divar arasında qalmaq.

Dövrəsinə qələm çəkmək.

Döşünə düşmək (yatmaq).

Düdüllü vermək.

Dünya başına dar olmaq.

Dünyadan əl çəkmək.

Dünyanı ikiəlli tutmaq.

Dünyanı başına götürmək.

Erkək eşşək altından qoduq axtarmaq.

Əcəl mayallaq olmaq.

Əcəli cəhrə əyirmək.

Əl aparıb gətirmək.

Əl altından çıxmaq.

Əl-ayağa dolaşmaq.

Əl-ayağı suslaşmaq.

Əl-ayağını yığışdırmaq.

Əl ilə verib ayaq ilə axtarmaq.

Əlbəyaxa olmaq.

Əldən-dişdən düşmək.

Əldə-başda gəzdirmək.

Ələ baxmaq.

Ələ sərimək (dolamaq).

Əlləri dalında gəzmək.

Əlli-ayaqlı itmək (yoxa çıxarmaq).

Əli ayağından uzun.

Əli boşa çıxmaq.

Əli dinc durmamaq.

Əli hər şeydən üzülmək.

Əli işdə, gözü oynaşda.

Ələyib kəpəginə qatmaq.

Əli qulağında, qulağı əlində olmaq.

Əlinin içinnən gəlir.

Əlindən tutmaq.

Əlindən zara gəlmək.

Əlini ağdan-qaraya vurmamaq.

Əl-üzünü bir mama yuyub, bir də mürdəşir yuyacaq.

Əlini döşünə vurmaq.

Əlini gözünün üstünə qoymaq.

Əlini kola-kosa atmaq.

Əlinin dalı-qabağını tanımamaq.

Əlinin dalını yerə vurmaq.

Ənginin altına salmaq.

Ərməni kəndi, hamam burğusu.

Əriyib yerə girmək.

Ətəgini əlinə vermək.

Ətəgindən tutmaq.

Ətəgini belinə vurmaq.

Əti dırnaqdan ayırmaq.

Əti sənin, sümükləri mənim.

Əzib suyunu çıxarmaq.

Gah nala, gah mıxa vurmaq.

Gec gəlib, tez örgənmək.

Gəl, bu daşları ətəgindən tök.

Gəmidə oturub gəmiçi gözü çıxarmaq.

Gəmiləri qərq olmaq.

Gizlənpac oynamaq.

Göbələk kimi yerdən çıxmaq.

Götür-qoy eləmək.

Göylünü ələ almaq.

Göylü-gözü tox (adam).

Göydə qapmaq.

Göyə çıxarmaq.

Göz açıb özünü görmək.

Göz üstə yerin var.

Göz bəbəyi kimi qorumaq.

Gözdə-qulaqda olmaq.

Göz gəzdirmək.

Göz verib işıq verməmək.

Gözü yolda, qulağı səsdə olmaq.

Gözdən tük qapmaq.

Gözləri batmaq (çuxura getmək).

Gözləri dolmaq.

Gözləri qan çanağına dönmək.

Gözləri kəlləsinə çıxmaq.

Gözlərinə inanmamaq.

Gözü bağlayıcı oyununa oxşamaq.

Gözü ayağının altını görməmək.

Gözü dörd olmaq.

Gözü yol çəkmək.

Gözünü yumub ağzını açmaq.

Gözünün qorasını sıxmaq.

Göz gəlib yerə dayansa da.

Güdaza vermək.

Gününü göy əskiyə tutmaq.

Günü-günə satmaq.

Günahı deyənlərin boynuna.

Gün ilə batıb gün ilə çıxmaq.

Gün verməmək, gününü qara eləmək.

Gününü dabbağxanada tanımaq.

Hadaran-padaran danışmaq.

Havadan vurmaq.

Havası özündə olmamaq.

Havayı danışmaq.

Heç tatın dəftərində adı olmamaq.

Heç kim heç kimin ərizəsini oxumur.

Heç kimin burnu da qanamadı.

Hələ görməli günlərim var.

Hələ yoğunu yorğan altındadı.

Həm özündən, həm də özgəsindən eləmək.

Həm nala vurur, həm də mıxa.

Hər ağızdan bir avaz (səs) gəlmək.

Hər itə bir çörək borclu olmaq.

Hər sözü bir söz etmək.

Hər sözə burnunu uzatmaq.

Hər necə çalsalar elə də oynamaq.

Himi bir yerə qoymaq.

Huşunu başına yığmaq.

Huydu-huyduya götürmək.

Hürkütməyincə saymaq.

İki ayağını bir başmağa soxmaq.

İki əlli yapışmaq.

İki yol ayrımında olmaq.

İlan ağzından qurtulmaq.

İlan yeyib əjdaha olmaq.

İlanı Seyid Əhməd əlilə tutmaq.

İlanın quyruğunu ayaxlamaq.

İnanan daşa dönsün.

İpə-örkənə gəlməmək.

İşi başından aşmaq.

İşi bəndə düşmək.

İşin içində olmaq.

İşinin üstündə olmaq.

İşıqlığa çıxmaq.

İsti aşına soyuq su qatmaq.

İsti-soyuğa düşmək.

İşdə barmağı olmaq.

İşi Allaha qalmaq.

İt ilində.

İt də getdi, ip də getdi.

İtdi-batdıya salmaq.

İt ilxısı, köpək sürüsü.

İt kökündə yaşamaq.

İt yerinə qoymamaq.

İt yesə gözləri ağarar.

İtimin qurd dayısı.

İtin quduran yeri.

İyi burnundan getməmək.

İynə yemiş itə dönmək.

İynəsi tikiş tutmaq.

İynə salmağa yer yoxdu.

İynə ilə gor qazmaq.

Kasıblığın daşını atmaq.

Kafi kuf anlamaq.

Keçən xərmənləri sovurmaq.

Kefi doxsan doqquzu vurmaq.

Kefi huşdurumu vurmaq.

Kefi saz olmaq (durulmaq).

Kefinə soğan doğramaq.

Kəbinim halal, canım azad.

Kəbininə yazılmaq.

Kələfçənin başını itirmək.

Kisəsinin dibinə daş atmaq.

Kirpiyi ilə yollar daramaq.

Kirpiyi ilə od götürmək.

Kökündən vurmaq (baltalamaq).

Kölgəsindən qorxmaq (hürkmək).

Köhnə bazara taza nırx qoymaq.

Köhnə kolluqları eşələmək.

Körpü altda dəlik tapmaq.

Kürkünü sudan çıxartmaq.

Kürkünə birə düşmək.

Kürkünü tərsə geyib, alnına ayna taxmaq.

Küləkli gündə pambıq atmaq.

Qabağına daş dığırlatmaq.

Qabağında şir kimi durmaq.

Qabağdan gələni qapır, daldan gələnə təpik atır.

Qabağından yeməmək.

Qabağına aş qoydum, iki əlini boş qoydum.

Qabağına daş dığırlatmaq.

Qabağında tir-tir əsmək.

Qabağında dörd qat olmaq.

Qapaz altında qalmaq (canı çıxmaq).

Qapısı açıq olmaq.

Qapısı bağlanmaq (çırpılmaq).

Qapını dabanlıqdan eləmək (çıxartmaq).

Qapı-qapı gəzmək.

Qapıdan qovursan bacadan gəlir.

Qapısını it açar, pişik örtər.

Qapını qoyub pəncərədən gəlmək.

Qapı dalına düşmək.

Qapısı açıq.

Qapını dabanlıqdan çıxartmaq.

Qara sudan qaymaq tutmaq.

Qarışqa yuvasına su calamaq.

Qaravaş əlinə ciyər düşüb.

Qarnının ağrısını bilməmək.

Qarışqa yuvası kimi qaynaşmaq.

Qat-qat əl tökmək.

Maddə bağlamaq.

Malı öz boğazından aşağı getməmək.

Maqqabı bura darı üstə qoymaq.

Matı meyxanası.

Maya baş çıxmaq.

Mazamata mindirmək.

Meydan oxumaq.

Meydan gəzdirmək.

Meydana qoymaq.

Meydanda tək (yalqız) qalmaq.

Meydanı boş görmək.

Məğlətə salmaq.

Məkkədən gözü palçıqlı gəlib.

Məmmədxan qalibi olmaq.

Məmə yeyəndən, pəpə yeyənə qədər.

Mərdi qova-qova namərd eləmək.

Mərəkə qoparmaq.

Məşrutəsini alıb.

Məyə mən ovcumun içini iyləmişdim?

Məyə mənim zərbxanam var?

Mırsığını sallamaq.

Mızıqqılı keçmək.

Mitili açılmaq.

Mitili küçəyə atmaq.

Mirta salmaq.

Milçəkdən fil düzəltmək.

Minillik xərmənləri sovurmaq.

Min bir fırıldaqdan çıxmaq.

Min cırına bir cır cırmaq.

Min dərənin suyunu bir-birinə qatmaq.

Min güzəyə qulp qoymaq.

Mindigini saymamaq.

Müştəri gözü ilə baxmaq.

Ölüb-ölüb ölümlərdən qurtarmaq.

Ölüb dirilmək.

Ölümü gözü ilə görmək.

Ölümlə gizlənpaç oynamaq.

Öpüb gözünün üstünə qoymaq.

Öz adını özgədən soruşmaq.

Öz adını özgəsinə qoymaq.

Öz bildigini dədəsinə də verməmək.

Öz canının hayına qalmaq.

Öz xoşuna qoymaq.

Öz qulaqlarına inanmamaq.

Özü ilə qəbrə aparmaq.

Özü deyib özü eşitmək.

Özündən çıxmaq.

Özündən dəm vurmaq.

Özündən düzəltmək.

Özünü ortaya atmaq.

Özünü o yerə qoymamaq.

Özünə iş açmaq.

Öz payına qalmaq.

Paçalarını çırmalamaq.

Pambıqla baş kəsmək.

Papağını qabağına qoyub fikirləşmək.

Papağını göyə atmaq.

Papağını yanaki qoymaq.

Pasını açmaq.

Pay verib dərdindən ölmək.

Pələsək vurmaq.

Pətəsi suya düşmək.

Pıçaq bəndə (sümüyə) dayanmaq.

Pıçı-pıçı, Araza itin qıçı.

Pis-pis qabaxdan gəlməlikdədir.

Pis yollara çəkib aparmaq.

Pişik öldürüb göz qorxutmaq.

Pişmiş toyuğun gülməyi gəlir.

Pişik nərdivanı buraya gətirdi.

Pişigim-pişigim ilə saxlamaq

Piyini canına çəkmək.

Pul kimi qızarmaq.

Pulu xoruz səsi eşitməmək.

Saatına düşmək.

Saç-saqqalından utanmaq.

Saç-saqqalı bir-birinə qarışmaq.

Saç-saqqalı dəyirmanda ağartmaq.

Saçı uzun, ağlı güdə.

Salam verdik, borclu çıxdıq.

Saman altından su yeritmək.

Sağına-soluna baxmaq.

Saqqalım yoxdu, sözüm keçmir.

Saqqalını uşaq-muşaq əlinə vermək.

Saqqızını oğurlamaq.

Sarımsağı döyülü qalmaq.

Sayır-bayır danışmaq.

Sevincindən şıltaq işlərə əl atmaq.

Səsinin yoğun yerinə salmaq.

Sən deyən olsun, qoy yatsın.

Səninkini yeyək, mənimkini oynadaq.

Səsi yeddi evli qonşuya getmək.

Sıxıb suyunu çıxarmaq.

Sillə ilə üz qızartmaq.

Siçan olmamış dağarcıq dibi dəlmək.

Siçan dəligindən (deşigindən) satın almaq.

Sinə dəftər olmaq.

Soyuq təndirdə çörək yapmaq.

Soyub, soyub quyruğunda murdar etmək.

Soyuq təndirdə isti çörək.

Söz aparıb gətirmək.

Söz arasına söz qatmaq.

Söz altında qalmamaq.

Söz başına keçmək.

Söz burada qalsın.

Söz güləşdirmək.

Sözü ağzında bişirib çıxartmaq.

Sözünün üstünü açmaq.

Sözün var, söz danış.

Sözün çürüyünü çıxartmaq.

Sözünü ağzında qoymaq.

Sözünü şəkərlə kəsirəm.

Sözünü yerə salmaq.

Sözünün üstündə durmaq.

Sözünün üstünə çıxmaq.

Sözə quyruq bənd eləmək (bağlamaq).

Sözləri tərsə gəlmək.

Suruşquluya dəm vermək.

Su içim saatda.

Su ilə od arasında qalmaq.

Su başdan bulanıqdır.

Su sudan tərpənməmək.

Susuz aparıb, susuz gətirmək.

Sular baş yuxarı axır.

Su görəndə susar, at görəndə axsar.

Sungə çıxmaq.

Suyu bahasına.

Suyun lal axanı, adamın yerə baxanı.

Suyu üfüləyə-üfüləyə içmək.

Suyu sovrulmuş dəyirmana oxşamaq.

Suyu süzülə-süzülə getmək (qayıtmaq).

Suyu kuzədə, günü bacada görmək.

Suyun şırıltısına qulaq vermək (asmaq).

Süd gölündə üzmək.

Südü köpüklənmək.

Sümük sındırmaq.

Sümükləri çıxmaq.

Sümükləri sürmə olmaq.

Sümüyünə işləmək.

Süpürgə çəkmək.

Sürt-pürt eləmək.

Şadlığına şitlik etmək.

Şaftalı gəlməmiş, tabağı gəlib.

Şal sallamaq.

Şaha burxana gedir.

Şah gəldisindən keçdi.

Şatırı işdən çıxmaq.

Şeir deyib qafiyəsində qalmaq.

Şeytan atına minmək.

Şeytan ilə darı əkmək.

Şeytana dərs vermək.

Şeytan fəhləsi olmaq.

Şeytana papış tikmək.

Şələsini bağlamaq.

Şələ-şüləsini dalına vermək.

Şətəl atmaq.

Şərti şumda kəsmək.

Şirə vermək.

Şişə çəkmək.

Şorba qızdırmaq.

Şorbanın suyunu çoxaltmaq.

Şuşki salmaq.

Taxta-para üstündə oturmaq.

Tamah dişini çəkmək.

Tanrısına təpik atmaq.

Tamah dişini çəkmək.

Tapmaca demək.

Tazadan dünyaya gəlmək.

Təkədən pendir tutmaq.

Tərəzi dibi yerə vurmaq.

Tikan üstündə oturmaq.

Ting-tufa tutmaq.

Toqqanın altını bərgitmək.

Tovbaltma vermək.

Toyuq bir qıçlıdı ki, bir qıçlıdı.

Tutmacası tutmaq.

Tutduğunu buraxmamaq.

Tuf deyirsən yerə düşür.

Tuluğu çox su tutmaq.

Tülkü tozanağı salmaq.

Tük salmaq.

Tükü tükdən seçmək.

Tükü yatımına (xabinə) sığallamaq.

Tüpürdügünü yalamamaq.

Tütəginin dilini çəkmək.

Uc-uca düyünləmək.

Ucu-bucağı görünməyən.

Ucun alıb ucuzluğa getmək.

Ulduzları barışmamaq.

Ulduzu batmaq.

Ulduz-ulduzu çağırır.

Usta tərpənmək.

Uşaqlığı yadına düşmək.

Uzaqdan-uzağa baxmaq.

Uzun sözün qısası.

Yaxa qurtarmaq.

Yaxası ələ keçmək.

Yaxasını ələ vermək.

Yağ-bal içində üzmək.

Yağışdan qurtulub yağmura düşmək.

Yalvar-yaxar etmək.

Yaman günə (kökə, hala) düşmək.

Yan-yörəsini qapmaq.

Yanı ilə yağa (quymağa) düşmək.

Yarasını tazalamaq.

Yarpaq kimi əsmək.

Yaşından yuxarı danışmaq.

Yerin əgridi, «düz otur» deməmək.

Yerini xoş görmək.

Yer yerinə oldu, su suyuna.

Yeddi dəgirmanın suyunu bir-birinə qatmaq.

Yol gözləmək.

Yol üstündə olmaq.

Yola nərdivan qoymaq.

Yoldan çıxartmaq (eləmək).

Yoluna salmaq (qoymaq).

Yuxuya qalmaq.

Yumurta yükü aparmaq.

Yumurtası tərsə düşmək.

Yumşaq yerin beldarı.

Yuyulmamış qaşıq kimi özünü araya atmaq.

Yüz altuna dünbək çalmaq.



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə