Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə18/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   14   15   16   17   18   19   20   21   ...   106

72 

 

düşərgəsində  insanların  yaşadığı  dövr  ərzində  üç  nisbi  istiləşmə 



fazası qeyd olunmuşdur. Onlardan biri 64-62 min il, ikincisi 58-56 

min  il,  üçüncüsü  isə  58-46  min  il  əvvəl  olmuşdur.  Bu 

qısamüddətli  istiləşmədən sonra  iqlimin  yeni qlobal soyuqlaşması 

dövrü  (son vyurum və ya son valday dövrü) başlayır. Şaquli iqlim 

və  landşaft  zonalarının  enməsi  baş  verir.  Bu,  onunla  sübuta 

yetirilir ki,  yüksək dağ qurşaqlarına  xas olan bitki  və  heyvanların 

qalıqları  Azərbaycanda,  Gürcüstanda  və  Qafqazın  başqa 

bölgələrində  olan  dağ  ətəklərində  yerləşən  üst  Paleolit  dövrlərinə 

aid düşərgələrdən tapılır. 

 Mezolit  və sonrakı dövrləri əhatə edən  holosen epoxası Yer 

kürəsində  iqlimin  qlobal  istiləşməsi,  dağ  və  qitə  buzlaqlarının 

tənəzzülə  uğraması  ilə  xarakterizə  olunur.  Bu  istiləşmə 

Azərbaycan ərazisində dağ buzlaqlarının  tam əriməsi, qar xəttinin 

və  landşaft  qurşaqlarının  yuxarı  qalxması  ilə  müşayiət  olunur. 

Palinoloji  faktlara  görə,  bu  dövrdə  meşə  qurşaqlarının  yuxarı 

sərhədi  2400-2500  m  yüksəkliyə  qalxır,  seyrək  arid  meşələri  isə 

dağətəyi düzənlikləri basır və Cənub-Şərqi Qafqazda Xəzər dənizi 

sahillərinə  yaxınlaşır.  Bu  dövrdə,  yəni  9-6  min  il  əvvəllər  Xəzər 

dənizinin  səviyyəsi  indikindən  6-7  m  yuxarıda  olmuşdur.  Bütün 

Kür-Araz  ovalığı  yarımsəhra  və  səhra  landşaftlarına  malik 

düzənlik  olmuşdur.  Şimal  və  cənubdan  Kür-Araz  ovalığı  geniş 

çölləri  əhatə  etmişdir.  Açıq  sahələrin  genişlənməsi  ilə  əlaqədar 




73 

 

olaraq  çöl  və  yarımsəhra  sakinlərinin  –  at,  dəvə,  öküz,  qulan, 



ceyran,  sayqak  və  başqa  iri  məməlilərin  sayı  artır.  Ümumiyyətlə, 

holosen dövrünün təbii coğrafi və iqlim şəraiti indiki zamanlardan 

az fərqlənirdi (Məmmədov, 1998). 

Dünya arxeoloqlarının apardıqları kompleks elmi tədqiqatlar 

zamanı  məlum  olmuşdur  ki,  planetimizin  ilk  sakinləri  ən  qədim 

zamanlardan  başlayaraq  bir  yerdə  yaşamış,  sığınacaq  axtarmağa 

başlamış,  vəhşi  heyvanlardan qorunmaq,  ilk əmək alətləri,  ibtidai 

tikili  yerləri  hazırlamaq    və  süni  od  əldə  etmək  üçün  birlikdə 

yaşamaq  məcburiyyətində  qalmışlar.  Birgə  yaşayış  tərzi  ulu 

sakinlərin  qarşısına  çıxan  çətinlikləri  aradan  qaldırmağa  kömək 

etmiş  və bu  günə qədər  gəlib çatmış  maddi  və  mənəvi sərvətlərin 

yaradılmasına səbəb olmuşdur. 

İstər  Afrikada,  Avropada,  Asiyada,  istərsə də  Azərbaycanda 

aparılmış  arxeoloji  tədqiqatlar  müəyyən  etmişdir  ki,  ilk  ibtidai 

insanların  məskunlaşmasında  mühüm  amil  təbii  coğrafi  şərait 

olmuşdur.  Məhz  buna  görə  də  ibtidai  sakinlər  məskunlaşma 

ərazilərdən  asılı  olmayaraq  bir  məskəndə  -  təbii  karst 

mağaralarında  yaşamış,  yeməkləri  də  bir  növ  –  mağara  ayıları, 

nəhəng  marallar  və  təbiətin  hazır  nemətləri  olmuşdur.  İbtidai 

insanların  əmək  alətləri  çaydaşılarından  hazırlanmış,  onlar 

özlərinin ilk incəsənət əsərlərini də bir yerə - qayalar üzərinə həkk 

etmişlər.  Afrika,  Asiya,  Avropa  ölkələri  ərazilərində  qeydə 




74 

 

alınmış  qayaüstü  rəsmlər  fikirlərimizi  əyani  şəkildə  təsdiq  edir 



(Cəfərov, 2004, 2006). 

Hazırda  planetimizin  müxtəlif  ərazilərində  ayrı-ayrı  xalqlar 

yaşayır.  Onların  dilləri, 

məşğuliyyətləri, 

ictimai- iqtisadi 

quruluşları  və dinləri  müxtəlifdir. Lakin, arxeoloqların apardıqları 

kompleks  elmi  tədqiqatlar  göstərir  ki,  ən  ibtidai  sakinlərimiz 

qədim 


Paleolit  dövründə  əmək 

fəaliyyəti, 

formalaşma 

xüsusiyyətləri,  çaydaşılarından  hazırladıqları  əmək  alətləri, 

ovladıqları  heyvanlar  6  milyon  il  bundan  əvvəldən  başlayaraq, 

orta  Paleolit  dövrünə  qədər  tamamilə  bir-birinə  yaxın  və  demək 

olar  ki,  oxşar  olmuşdur.  Ən  qədim  ibtidai  insanlar  ilk  zamanlar 

çaydaşılarından  özlərinə əmək alətləri  hazırlamış  və bu alətlərdən 

özlərinin  məşğuliyyəti  üçün  istifadə etməyə başlamışlar  (Lümley, 

1998; Cəfərov, 2004, 2006). 

İnsanın  özünü  də  məhz  əmək  yaratmışdır.  Əmək  fəaliyyəti 

nəticəsində  ibtidai  insanlar  heyvanat  aləmindən  birdəfəlik 

ayrılmışlar.  Təxminən  6  milyon  il  bundan  əvvəldən  başlayaraq 

ibtidai  insan  adi  çaydaşını  götürüb  ondan  şüurlu  surətdə  əmək 

alətləri  hazırlamağa  başlamışdır.  İbtidai  insanların  ilk  əmək 

alətləri,  ibtidai  tikili  yerləri  daşdan  olduğu  üçün  bəşəriyyətin 

keçdiyi  uzun  bir  inkişaf  dövrü  Daş  əsri  adlanır.  İbtidai  insanlar 

özlərinin  istək  və  arzularını  da  daşlar  üzərinə  həkk  etmişlər. 

Bəşəriyyətin  keçdiyi  6  milyonluq  bir  inkişaf  mərhələsi  daşlar 



75 

 

üzərinə yazılmışdır ki, bu daşları tədqiq edib insanın uzaq keçmişi 



haqqında  elmi  biliklər  əldə  etmək  olur.  Ona  görə  də  bu  dövrün 

tarixi  daş  alətlər  əsasında  öyrənilir  və  aradan  çıxmış  ictimai-

iqtisadi quruluş haqqında elmi faktlar əldə olunur. 

Dünya 


arxeoloqlarının 

apardıqları 

kompleks 

elmi 


araşdırmalar  zamanı  məlum  olmuşdur  ki,  insanlığın  ilk 

vaxtlarında  qədim  Paleolit  dövründə  ibtidai  insanların 

hazırladıqları  daş  alətlər  olduqca  kobud  və  bəsit  olmuşdur. 

Sonralar,  vaxt  keçdikcə  yeni-yeni  əmək  alətləri  meydana  çıxmış, 

təkmilləşmiş  və  inkişaf  etməyə  başlamışdır.  Arxeoloji  və 

paleoantropoloji elmi  tədqiqatlar  göstərir ki, çaydaşılarından olan 

əmək  alətləri  öz-özlüyündə  inkişaf  edə  bilməz.  Bu  inkişaf  insan 

beyninin 

və 

onun 


təfəkkürünün 

inkişaf 


məhsuludur. 

Çaydaşılarından 

hazırlanmış 

əmək 


alətlərinin 

inkişafı, 

təkmilləşməsi,  yeni-yeni  əmək  alətlərinin  yaranması  ibtidai 

insanların 

inkişaf  etməsi  və  ibtidai  icma  cəmiyyətinin 

formalaşmağa başlamağı ilə əlaqədardır. 

Qədim  Paleolit  dövrünün  ən  ilkin  inkişaf  mərhələsində 

ibtidai  insanlar  ancaq  təbiətin  hazır  nemətlərindən  istifadə  etmiş 

və  həyatlarını  ovçuluqla  keçirmişlər.  Coğrafi  şərait  ibtidai 

insanların  yaranmasında,  inkişafı  və  formalaşması  prosesində 

mühüm  amil  olmuşdur.  Arxeoloqların  aşkar  etdikləri  paleolit 

düşərgələri    və  oradan  tapılmış  maddi  mədəniyyət  qalıqları 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə