Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə14/15
tarix28.06.2018
ölçüsü0,82 Mb.
#52353
1   ...   7   8   9   10   11   12   13   14   15

 

 

49 



 

mahir kitab təbliğatçısı kimi əsərin diqqətlə oxunmasını oxucu-

lardan xahiş edir. Poemanı oxuyanda məlum olur ki, mütaliəyə 

ciddi fikir verən İsgəndər uzaq səfərlərə çıxarkən özü ilə kitab-

lar aparırmış. 

O,  həmçinin  işğal  etdiyi  ölkələrdən  qiymətli  kitabları, 

əlyazmaları  toplayıb  gətirir,  onları  tərcümə  etdirir,  yeni  kitab-

xanaların açılmasına xüsusi diqqət yetirirdi. İsgəndərin İrandan 

Ruma qayıdarkən kitablar aparmasını Nizami belə təsvir edir: 

 

İsgəndər ağlıyla tökdü bir tədbir



Əmr etdi: tez gəlsin, atlansın vəzir. 

Orda kitabxana varsa nə qədər, 

İşarə elədi, tez gətirsinlər. 

Hər çeşid elmdən dəyərli sözlər

Hər incə hikmətdən açdı bir dəftər. 

Ünvana göndərdi tərcüman ilə 

Çevirsin bir dildən başqa bir dilə. 

 

Beləliklə, Nizami kitabı “dürr”, kitabxananı  isə  “dürr üm-



manı”, “bilik xəzinəsi” adlandırmışdı. 

Nizami  Gəncəvinin  bütün  yaradıcılığı  pedaqoji  əhəmiyyət 

daşıyır.  Şairin  əsərlərində  mənəvi  tərbiyə  məsələləri  mühüm 

yer tutur. Humanizm,  vətənpərvərlik,  xəlqilik,  əməyə və  əmək 

adamlarına  böyük  məhəbbət  Nizami  Gəncəvinin  tərbiyə  haq-

qında  fikirlərinin  əsasını  təşkil  edir.  Oxucular  şairin  əsərlərini 

mütaliə  edərkən  insanın  əxlaq  və  davranışındakı  paxıllığı 

pisləyir,  əsl  insana  xas  olan  humanizmi,  vətənə, 

 

xalqa  sevgi, 



sədaqət  və  digər  müsbət  əxlaqi  keyfiyyətləri  əxs  edirlər. 

Nizami yaradıcılığında kitaba, mütaliəyə və kitabxanalara

 

olan 


sonsuz məhəbbətini

 

əks



 

etdirən kitabxanaçılar onun ədəbi irsi-

nin geniş oxucu kütləsinə təbliğ edilməsi işini daim səmərəli və 

keyfiyyətcə yüksək səviyyədə təşkil etməlidir.

 

Müasir informa-




 

 

50 



 

siyalaşdırılmış

 

dövrdə Nizami yaradıcılığının, bədii irsinin təb-



liği  ilə  əlaqədar  kitabxanalarda  istifadə  edilən  müxtəlif  metod 

və üsulların, dövrün tələbləri səviyyəsində təkmilləşdirilməsinə 

də xüsusi diqqət yetirilməlidir. 

 

Əlavə 4. 

Nizami Gəncəvinin müdrik kəlamlarından 

nümunələr 

 

Xalq mənə versə də əziyyət, kədər, 

Qıymaram incisin məndən bir nəfər.  

                                      (Şərəfnamə) 

 

Eşqinlə atəşə dön, nifrətinlə buza dön



El yolunda günə dön, aya dön, ulduza dön! 

Yaxşılığın hər yanda qapı açar üzünə... 

                                          (Sirlər xəzinəsi.) 

 

Əziyyət eyləsən, cəfa görərsən,  



Mehribanlıq etsən, səfa sürərsən. 

                                        (Xosrov və Şirin) 

 

Yamanlıq etməkdən uzaq ol, uzaq, 



Pisliyin əvəzi pislik olacaq.  

                                       (Xosrov və Şirin) 

 

Yaxşılıq etməsən əgər insana, 



Böyüklük şərəfi verilməz sana. 

                                        (Leyli və Məcnun) 

 



 

 

51 



 

Bir xərabə görsən, qurmağa tələs, 

Məsləhət belədir, əməyin itməz.  

                                       (Leyli və Məcnun) 

 

Dünyanın işini yaxşı düşün sən, 



Nə əksən, onu da sən biçəcəksən. 

Yaxşı iş də görsən, pis iş də, inan, 

Unutmaz onları bu qoca dövran.  

                                   (Xosrov və Şirin) 

 

Zəhmətlə açarsan bağlı tilsimi, 



Açdın, xəznə çıxar aydın gün kimi. 

                                    (Xosrov və Şirin) 

 

Bu dərya yolunda vardır çox zəhər, 



Əziyyət çəkənlər dürr əldə edər. 

                                      (Xosrov və Şirin) 

 

Bilikli adamlar uzağı görər, 



Cahilin zəhməti hədərdir, hədər. 

                                           (Yeddi gözəl) 

 

El gözündə Nizami ucalıbdır düzlükdən, 



İlhamına, qəlbinə gün salıbdır düzlükdən. 

                                           (Sirlər xəzinəsi) 

 

Ucalmaq istəsən, bir kamala çat



Kamala ehtiram göstərər həyat. 

                                       (Leyli və Məcnun) 

 

 



 

 

52 



 

Bir elmi öyrənmək istədikdə sən  

Çalış ki, hər şeyi kamil biləsən. 

Kamil bir palançı olsa da insan, 

Yaxşıdır yarımçıq papaqçılıqdan. 

                                      (Leyli və Məcnun) 

 

Doğru yazmağa var madam ki, imkan, 



Neçin gəlməlidir ortaya yalan! 

Sözün qiymətini saldı yalanlar, 

Doğrunu danışan hörmətli olar. 

                                     (Xosrov və Şirin) 

 

Ölkədə tərk olsa sənət, sənətkar, 



Heyhat, bundan böyük fəlakətmi var? 

Sənətkar əl çəkmiş öz sənətindən, 

Başqa bir sənətə yapışmış cəbrən. 

                                             (Şərəfnamə) 

 

Eşqdir mehrabı uca göylərin



Eşqsiz, ey dünya, nədir dəyərin?  

                                      (Xosrov və Şirin) 

 

Oğul, sözlərimə yaxşı qulaq as! 



Ata nəsihəti faydasız olmaz.  

                                     (Leyli və Məcnun) 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə