Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix28.06.2018
ölçüsü0,82 Mb.
#52353
1   2   3   4   5   6   7   8   9   10   ...   15

 

 

21 



 

istiqamətdə  ola  bilər:  şeir  müsabiqəsi,  dahi  şairin  əsərlərinə 

çəkilmiş  rəsm  müsabiqəsi,  “Xəmsə”nin  təhlili  ilə  bağlı  inşa 

müsabiqəsi  və  s.  Müsabiqənin  keçirilmə  vaxtı,  yeri,  müddəti, 

şərtləri,  müsabiqədə  iştirak  edəcək  şəxslərin  yaş  həddi, 

münsiflər  heyəti,  qiymətləndirmə  meyarı  müəyyənləşdirildik-

dən  sonra  kitabxanaçı  müsabiqənin  keçirilməsi  barədə  elan, 

saytda anons verə bilər. Belə müsabiqələr adətən məktəb  yaşlı 

oxucular,  yeniyetmələr,  gənclər  arasında  keçirilir.  Odur  ki, 

kitabxanaçı  yaxın  ərazidə  yerləşən  məktəblərlə,  mədəniyyət 

evləri  ilə,  yaradıcılıq  mərkəzləri  və  klublarla  əlaqəli  şəkildə 

işləməklə  müsabiqəyə  daha  çox  iştirakçı  cəlb  edə  bilər. 

Oxucuları  həvəsləndirmək  və  müsabiqəyə  cəlb  etmək  üçün 

müəyyən fəxri diplomlar, sertifikatlar, hədiyyələr təqdim etmək 

olar.  Tədbirə  mədəniyyət  sahəsində  fəaliyyət  göstərən  şəxslər, 

ziyalılar, şairlər dəvət oluna bilər. 

Dahi  şairin  yaradıcılıq  irsinin  kitabxanalarda  təbliğ 

edilməsində  oxucu  konfranslarının  keçirilməsi  olduqca 

önəmlidir.  Bu  tədbir  forması  bir  qədər  çox  vaxt  apardığından 

kitabxana  işçiləri  əvvəlcədən  xüsusi  hazırlıq  işləri  görməlidir. 

Tədbirin  maraqlı  və  canlı  keçirilməsini  təmin  etmək  üçün 

ədəbiyyat  müəllimlərini,  şair  və  yazıçıları,  yaradıcı  birliklərin 

işçilərini, ziyalıları, fəal oxucuları işə cəlb etmək, tədbirə dəvət 

etmək məqsədəuyğun olardı. Kitabxanaçılar oxucu konfransını 

aşağıdakı mövzular üzrə keçirə bilərlər: 

 



“Dahi Azərbaycan şairi Nizami Gəncəvi” 

 



“Əsrlərin şairi Nizami” 

 



“Nizami və şifahi xalq ədəbiyyatı” 

 



“Nizami yaradıcılığının bədii xüsusiyyətləri” 

 



 “Dünya poeziya sənətində Nizaminin cahanşümul-

luğu” 


Kitabxanaçı  konfransın  keçirilməsi  üçün  qabaqcadan 

ayrıca  plan  tərtib  еtməlidir.  О,  planda  kеçiriləcək  tədbirin 




 

 

22 



 

adını,  giriş  sözü  və  еləcə  də  çıхış  еdəcək  başqa  şəхslərin 

adlarını  göstərməlidir.  Nizami  Gəncəvi  yaradıcılığına  həsr 

edilmiş  konfransda  şairin  əsərlərindən  və  onun  haqqında 

yazılmış materiallardan ibarət sərgi, tövsiyə ədəbiyyat siyahıla-

rı,  kitabxana  plakatları,  bülletenlər,  bukletlər,  bədii  və  sənədli 

filmlərin  nümayişi,  elektron  məlumat  bazasının,  Nizami 

Gəncəvi  yaradıcılığına həsr edilmiş  slayd şounun  təqdimatı  və 

s.  nəzərdə tutula bilər. Tədbirdən  əvvəl  elan  və  afişa  hazırlan-

malı,  kitabxananın  saytında  anons  verilməli  dəvətnamələr 

yazılmalıdır. 

Kitabxanaçı oxucularla fərdi iş prosesində konfransda çıxış 

etmək  istəyənləri  müəyyənləşdirməli,  kimin  hansı  məsələ 

ətrafında  çıxış  edəcəyini  öyrənməli,  onlara  lazımi  məsləhətlər 

verməlidir. Kitabхanaçı kоnfransda çıxış еdəcək hər bir oxucu-

nu kitabla təmin еtməli və onların çıхışa hazır оlub-оlmadığını 

müəyyənləşdirməlidir.  Bütün  bunlarla  yanaşı,  tədbirin  harada 

və nə vaхt keçiriləcəyi də təyin еdilməli və yalnız bundan sоnra 

kоnfransı keçirmək üçün vaхtı dəqiqləşdirib еlan yazmaq оlar. 

Əlbəttə,  kitabхanaçı  təşkil  еtdiyi  hər  bir  tədbirdə  özu  də  çıхış 

еtməlidir.  О,  tədbirin  mövzusu  üzrə  kitabхana  tərəfindən 

həyata  keçirilmiş  məsələlərdən  danışmalı,  yeri  gəlsə  mövzuya 

uyğun slayd hazırlayıb təqdim etməlidir. 

Kitabxana təcrübəsi təsdiq edir ki, kitabxanaçının Nizami-

nin əsərləri haqqında oxucularla fərdi söhbətlər apararkən mən-

zum hekayələrdə irəli sürülən əxlaqi fikirləri, hikmət mənasını 

ifadə  edən  misraları  əsərin  ümumi  məzmunundan  fərqləndirə-

rək onların nəzərinə çatdırması olduqca faydalıdır. 

Kitabxanaçı  Nizami  irsinin  təbliği  istiqamətində  müstəqil 

iş zamanı oxucuları (əsasən məktəb şagirdlərini) birinci növbə-

də həcmcə yığcam aforizmlərə istiqamətləndirməlidir. O, şairin 

aforizmləşən  misralarından  sərbəst  inşa  yazılarında,  disput  və 




 

 

23 



 

müxtəlif  görüşlərdəki  söhbətlərində  istifadə  etmələri  üçün 

oxuculara istiqamət verməlidir. Məsələn: 

 

Günəşi palçıqla suvamaq olmaz! 



 

*** 


Bir elmi öyrənmək istədikdə sən  

Çalış ki, hər şeyi kamil biləsən. 

Kamil bir palançı olsa da insan

Yaxşıdır yarımçıq papaqçılıqdan. 

 

*** 


Çalış öz xalqının işinə yara

Geysin əməlinlə dünya zərxara. 

 

MKS-də  keçirilən  kütləvi  tədbir  formalarından  biri  də 



disputlardır.  Disputlar  kütləvi  tədbir  formalarından  biri  kimi, 

müxtəlif əxlaqi problemlərə, bədii  əsərlərin müzakirəsinə həsr 

olunur və  oxucuların  ideya-estetik tərbiyəsində,  məntiqi  təfək-

kürün  inkişafında  mühüm  rol  oynayır.  Bu  baxımdan  məktəb-

yaşlı  uşaqlar  və  yuxarı  sinif  şagirdləri  arasında  disput  təşkil 

etmək səciyyəvidir. Disput keçirərkən mövzu müəyyənləşdiril-

məlidir. Məsələn, “Xeyir və  Şər” hekayəsinin tərbiyəvi  əhə-

miyyəti. 

Xeyrin  mənəvi  keyfiyyətlərini  müəyyənləşdirmək,  xeyir-

xahlığın  mahiyyətini,  insan  üçün  yaxşı  əxlaqi  sifət  olduğunu 

oxuculara aşılamaq və onlara tərbiyəvi təsir göstərmək məslə-

hət görülür. 

 



Şər  Xeyirin  gözlərini  nə  üçün  çıxartdı,  siz  bunu  necə 

qiymətləndirirsiniz?  

 

Xeyirə kömək edənlər kimlərdir? 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə