Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix28.06.2018
ölçüsü0,82 Mb.
#52353
1   2   3   4   5   6   7   8   9   ...   15

 

 

15 



 

Ona görə də Nizami irsinin təbliği elə təşkil olunmalıdır ki, 

oxucularda  (yuxarı  sinif  şagirdlərində)  “Xəmsə”ni  bütövlükdə 

oxumağa, Nizami ədəbi irsini dərindən öyrənməyə güclü meyl 

və maraq oyansın. 

Şairin yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsinə hazır-

lıq ilboyu davam etməlidir. İlk növbədə kataloq və kartotekada 

ədibin həyat və yaradıcılığını əks etdirən rubrikalar yaradılma-

lı, əsərləri, ədəbi-tənqidi yazılar mövzuya uyğun yarımbaşlıqlar 

altında verilməlidir. 

Müasir  kitabxanalarda  ənənəvi  vasitələrlə  yanaşı,  texniki 

vasitələrin  istifadəsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Hazırda  re-

gion kitabxanaları kompyuterlərlə təchiz edilmiş, elektron kata-

loq, elektron kitabxanalar, MKS-lərin vebsaytları yaradılmış və 

onların yaradılması nəinki yerli oxuculara, həm də uzaq məsa-

fədə yerləşən istifadəçilərə kitabxana- informasiya xidməti gös-

tərilməsində mühüm rol oynayır. Hazırda respublika MKS-ləri-

nin, demək olar ki, hamısının internetə çıxışı vardır və onlar öz 

saytları vasitəsilə bu və ya digər tədbirlərin keçirilməsi haqqın-

da  informasiyalarla  oxucuları  qabaqcadan  məlumatlandırmaq 

imkanına  malikdirlər.  Bu  baxımdan  Nizami  Gəncəvi  kimi 

poeziya  və  zəka  sahibinin  də  870  illiyi  münasibəti  ilə 

keçiriləcək  tədbirlərin  hər  birinin  anonsunu  MKS-in  saytında 

yerləşdirmək olar.  

Kitabxananın saytında Nizami Gəncəvinin həyat və yaradı-

cılığını əks etdirən məlumat bazaları  yaratmaq  məqsədəuyğun 

olar. Belə bazalar Nizami  yaradıcılığı ilə maraqlanan oxucula-

ra, ziyalılara və mütəxəssislərə, nizamişünas alimlərə, məktəb-

lilərə  və  tələbələrə,  eyni  zamanda  geniş  oxucu  kütləsinə  şair 

haqqında  müəyyən  məlumat  almaqda  yaxından  köməklik 

göstərə bilər. 

Yaradılmış  məlumat  bazası  istifadəçinin  informasiyaya 

olan tələbatını ödəyə bilən dəyərli mənbə olmalıdır. 



 

 

16 



 

Nümunə  üçün  “Nizami  Gəncəvi  –  870”  adlı  elektron 

məlumat bazasının təxmini nümunəsini təqdim edirik: 

 

Prezidentin Sərəncamı  

Həyat və yaradıcılığı haqqında 

 



Əsas tarixləri 

Görkəmli şəxslər Nizami haqqında  

Nizaminin müdrik kəlamları 

Əsərləri 

 



“Xəmsə”si 

 



Qəzəlləri 

Haqqında 

 



Kitablar 

 



Məqalələr 

 



Biblioqrafiya 

Xatirəsinin əbədiləşdirilməsi  

 



Şairə ucaldılmış heykəllər 

 



Portretləri 

 



Adını daşıyan mədəniyyət müəssisələri 

 



Adını daşıyan küçələr 

 



Xatirə sikkələri 

 



Filmlər 

Fotoqalereya 

 

Məlumat bazası geniş və əhatəli tərtib edilərsə, şairin yubi-



leyi  ilə  əlaqədar  keçirilən  bütün  tədbirlərdə  ondan  istifadə 

etmək, proyektor vasitəsilə geniş oxucu kütləsinə təqdim etmək 

olar.  

Oxucular  arasında  Nizami  Gəncəvi  yaradıcılığını  təbliğ 



etməyin ən geniş yayılmış şifahi forması kitab  müzakirəsidir. 

Kitab  müzakirəsi  oxucu  fəallığının  artmasına,  onların  tənqidi 

təfəkkürlərinin  və  bədii  estetik  zövqlərinin  formalaşmasına, 



 

 

17 



 

kitab üzərində müstəqil işləməsinə, şairin əsərləri haqqında sər-

bəst  fikir  yürütməsinə  təsir  göstərir.  Kitab  müzakirəsi  formal 

xarakter  daşımamalıdır.  Nizami  Gəncəvinin  hər  hansı  bədii 

əsərinin müzakirəsi  ciddi hazırlıq  tələb edir. Kitab müzakirəsi 

üçün  ədəbiyyat  nümunəsi  sеçərkən  kitabхananın  охucu 

kontingenti,  оnların  maraq  və  sоrğuları  nəzərə  alınmalıdır. 

Müzakirəyə  təqdim  ediləcək  əsər  seçiləndən  sоnra  plan  tərtib 

оlunur  və  həmin  hazırlıq  planını  bir  qayda  оlaraq  kitabхana 

fəalları  müzakirə  еdirlər.  Keçiriləcək  tədbirin  vaxtı,  ünvanı  və 

dəvət  olunan  qonaqlar  müəyyən  edildikən  sonra  kitabxananın 

saytında bu haqda bir həftə əvvəl dəqiq məlumat verərək tədbir 

iştirakçılarının  sayının  artmasına  müsbət  təsir  göstərmək  olar. 

Nizami  Gəncəvinin  yubileyi  ərəfəsində  həm  onun  öz  əsərləri, 

həm  də  haqqında  yazılmış  əsərlər  müzakirə  edilə  bilər. 

Məsələn: Yadigar Türkelin “Nizami Gəncəvinin siyasi və dini-

ideoloji  baxışları”  (2010)  və  ya  Xəlil  Yusiflinin  “Nizami 

Gəncəvi: Sələflər və  xələflər” (2011)  adlı kitablarını müzakirə 

üçün  planlaşdırmaq  olar.  Bu  zaman  kitabxanaçı  əsasən 

ziyalıları,  tələbələri,  ədəbiyyat  müəllimlərini,  dahi  Nizaminin 

tədqiqatçılarını tədbirə dəvət etməlidir.  

Tədbirdə,  aparıcı  giriş  sözü  ilə  5-10  dəqiqə  çıxış  edərək 

müzakirə  olunacaq  kitablar,  onların  müəllifləri  və  kitabların 

qısaca məzmununu oxuculara təqdim etməlidir. Tədbir iştirak-

çılarına  dövri  mətbuatda  kitab  haqqında  yazılan  məqalələr, 

internet  səhifələrində  verilmiş  informasiyalar  barədə  məlumat 

çatdırmalıdır. Sonra dəvət olunan qonaqlar təqdim edilib, onla-

ra  söz  verilməlidir.  Müəlliflərin  belə  tədbirlərdə  iştirakı  daha 

arzuolunan  və  məqsədəuyğun  olardı.  Çünki  müzakirə  zamanı 

bəzən  elə  suallar  meydana  çıxa  bilər  ki,  onları  daha  dəqiq 

müəllif cavablandıra bilər. Əgər kitabın elektron versiyası olar-

sa,  kitabxananın  texniki  imkanları  nəzərə  alınaraq  proyektor 

vasitəsilə tədbir iştirakçılarına təqdim edilə bilər. Yekun sözü-



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə