Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix28.06.2018
ölçüsü0,82 Mb.
#52353
1   2   3   4   5   6   7   8   9   ...   15

 

 

12 



 

Qeyd  edək  ki,  Nizami  Gəncəvinin  həyat  və  yaradıcılığı 

keçmiş  SSRİ-də,  o  cümlədən  şairin  vətəni  Azərbaycanda  da 

geniş öyrənilmiş, nizamişünaslıq elmi yaranmış, haqqında san-

ballı  tədqiqat  əsərləri,  monoqrafiyalar  yazılmış,  dünyada  ilk 

dəfə  olaraq  əsərlərinin  elmi-tənqidi  mətni  hazırlanmışdır.  Şai-

rin anadan olmasının 800 illik yubileyi 1941-ci ildə mühasirədə 

olan  Leninqradda  (indiki  Sank-Peterburqda)  geniş  qeyd  edil-

mişdir. Dahi Azərbaycan şairinin misilsiz xidmətləri xalqımız, 

dövlətimiz  tərəfindən  layiqincə  dəyərləndirilmiş,  Nizami  adı 

həmişə  yüksəklərə  qaldırılmışdır.  Onun  adını  əbədiləşdirmək 

üçün  Bakının  rayonlarından  biri,  mədəni-maarif  müəssisələri-

nin  bir  qismi  (məsələn,  “Nizami”  adına  kinoteatr,  kitabxana, 

muzey),  Bakı  metropoliteni  stansiyası  və  paytaxtın  mərkəzi 

küçələrindən  biri  onun  adı  ilə  adlandırılmışdır.  AMEA-nın 

Ədəbiyyat  İnstitutu  və  Milli  Azərbaycan  Ədəbiyyatı  Muzeyi 

dahi  şairin  adını  daşıyır.  1991-ci  ildə  Nizami  Gəncəvinin  850 

illiyi  münasibəti  ilə  SSRİ-nin  1  rublluq  yubiley  monetası, 

1993-cü  ildə  isə  şairin  adına  kəsilmiş  pul  -  500  Azərbaycan 

manatı tədavülə buraxılmışdır. 

Nizami  Gəncəvinin  mövzularında  əsər  yazmaq,  onun 

“Xəmsə”sinə cavab vermək əsrlər boyu Şərq poeziyasında ənə-

nəvi  şairlik  imtahanı  olmuşdur.  Onun  yaradıcılığı  Yaxın  və 

Orta  Şərq  xalqları  (fars,  tacik,  türk,  özbək,  hind,  əfqan,  türk-

mən və s.) ədəbiyyatlarının inkişafına böyük təsir göstərmişdir. 

Nizaminin  poemalarına  onlarca  nəzirələr,  o  cümlədən  “Sirlər 

xəzinəsi”nə, “Xosrov və Şirin”ə, Leyli və Məcnun”a ayrı-ayrı-

lıqda  40-dan  çox  nəzirə  yazılmışdır.  Əmir  Xosrov  Dəhləvi, 

Əbdürrəhman  Cami,  Əlişir  Nəvai  kimi  böyük  sənətkarlar 

Nizami Gəncəvini ustad adlandırmış, onun “Xəmsə”sinə cavab 

yazmaqla  şairin  Şərq  bədii  irsinə  gətirdiyi  qabaqcıl  ənənələri 

davam etdirmişlər. Onun yaradıcılığı Qərbi Avropa ədəbiyyatı-

na da təsir göstərmişdir. Avropa alimlərinin təsdiq etdikləri ki-



 

 

13 



 

mi,  C.Bokaççonun  “Ameto”  əsəri  Nizami  Gəncəvinin  “Yeddi 

gözəl” poemasının təsiri ilə yazılmışdır. 

Gəncədə, dəfn olunduğu yerdə məqbərəsi tikilmiş, “Xəmsə 

bulağı”  memarlıq-heykəltəraşlıq  kompleksi  yaradılmış,  xatirə 

ev-muzeyi,  Nizami  Poeziya  Teatrı,  Nizaminin  və  Puşkinin 

əsərlərindən ibarət xüsusi kitabxana açılmışdır. 

Nizaminin məqbərəsi ölkə başçısı İlham Əliyevin göstərişi 

ilə ən müasir Şərq memarlığı üslubunda bərpa edilmişdir. 

Bir faktı da qeyd edək ki, 1991-ci ildə Moskvada, 2000-ci 

ildə  Sankt-Peterburqda,  2004-cü  ildə  Özbəkistanda,  2005-ci 

ildə  Moldovanın  Kişinyov  şəhərində  dahi  şairə  abidə  ucaldıl-

mışdır. 2012-ci  il aprel  ayının 20-də  İtaliyanın  paytaxtı Roma 

şəhərində “Villa Borghese” parkında Heydər Əliyev Fondunun 

dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşlarının 

iştirakı ilə Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Abi-

dənin  açılışında  Neapol  Şərqşünaslıq  Universitetinin  professo-

ru Mineli Bernardini çıxış edərək Nizami Gəncəvinin yaradıcı-

lığını yüksək qiymətləndirmiş və Azərbaycanın Gəncə şəhərin-

də dünyaya göz açan şairin əsərlərini bütün dövrlər üçün əvəz-

siz xəzinə adlandırmışdır. Dahi Nizaminin yaradıcılığının digər 

xalqlar üçün də böyük əhəmiyyət daşıdığını bildirən professor, 

Nizami  əsərlərinin  italyan dilinə tərcümə  edildiyini  və  sevildi-

yini,  bütün  yaradıcılığının  bəşəri  əhəmiyyət  daşıdığını  diqqətə 

çatdırmışdır. 



 

 

14 



 

Kitabxanalarda Nizami Gəncəvi  

irsinin təbliği 

 

İnsanların asudə vaxtının səmərəli təşkili üçün istifadə olu-

nan  hər  hansı  mədəni-kütləvi  tədbir  oxuculara  estetik  zövq 

bəxş edir, onları yaradıcı fəaliyyətə ruhlandırır. Mədəni-kütləvi 

tədbirlər bədii zövqün, mənəvi keyfiyyətlərin aşılanmasına yar-

dım göstərməklə yanaşı, oxucularda bilik və bacarığı da inkişaf 

etdirir. Buna görə də kütləvi tədbirlər kitabın geniş oxucu küt-

ləsi arasında təbliğ edilməsində xüsusi əhəmiyyətə malikdir. 

Məlumdur  ki,  oxucularla  iş  məqsədyönlü  və  idarəedici 

prosesdir.  Odur  ki,  kitabxanalarda  oxucularla  işləyərkən  müx-

təlif forma və üsullardan istifadə edilir ki, bunların da hər biri-

nin özünəməxsus səciyyəvi xüsusiyyətləri vardır. Bu zaman ki-

tabxanaçı oxucuların bir sıra şəxsi keyfiyyətlərini, mütaliə mə-

dəniyyətinin səviyyəsini, maraq dairəsini və s. nəzərə almalıdır. 

Dahi  Azərbaycan  şairi  və  mütəfəkkiri  Nizami  Gəncəvinin 

870  illik  yubileyinin  qeyd  edilməsində  Mərkəzləşdirilmiş 

Kitabxana Sistemləri (MKS) əyani və şifahi təbliğatın formala-

rından  –  kitab  sərgilərindən,  guşələrdən,  stendlərdən,  onun 

yaradıcılığına  həsr  olunmuş  ədəbi-bədii,  musiqili  gecələrdən, 

oxucu  konfranslarından,  sual-cavab  gecələrindən,  biblioqrafik 

xülasələrdən,  məruzələrdən,  elektron  məlumat  bazalarının, 

elektron  kitabların  təqdimatından  və  s.  məqsədəuyğun  şəkildə 

istifadə etməlidirlər. 

Şairin  irsinin  və  onun  haqqında  nəşr  olunmuş  əsərlərin, 

elektron resursların, eləcə də dövri mətbuat materiallarının ge-

niş  oxucu  kütləsinə  çatdırılması  kitabxanalarda  təşkil  olunan 

maraqlı və rəngarəng tədbirlərlə çox bağlıdır. Nizaminin ədəbi 

irsinin təbliğinin mühüm mərhələsi orta məktəbdən başlasa da, 

onu geniş miqyasda inkişaf etdirən məhz kitabxanalardır. 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə