Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə2/15
tarix28.06.2018
ölçüsü0,82 Mb.
#52353
1   2   3   4   5   6   7   8   9   ...   15

 

 



 

Lakin  ölkədəki  dərin  siyasi,  iqtisadi  və  sosial  böhran  buna 

imkan verməmişdir. 

Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq, hazırkı 

mərhələdə  respublikamızda  gənc  nəslə  mənsub  nizamişünas 

kadrların  yetişdirilməsi,  şairin  əsərlərinin  filoloji  tərcüməsinin 

təkmilləşdirilərək  yenidən  nəşrə  hazırlanması  və  müxtəlif 

dillərə  tərcümə  edilməsi,  habelə  dünyanın  mötəbər  kitabxana 

və  arxivlərində  şairin  yeni  əlyazmalarının  üzə  çıxarılması 

Azərbaycan mədəniyyətinin öyrənilməsi işində bu gün xüsusilə 

mühüm əhəmiyyət daşıyır. Nizami dövrü, ədəbi irsi və məktəbi 

problemləri 

müasir 

humanitar 



düşüncənin 

tələbləri 

kontekstində  və  azərbaycançılıq  məfkurəsi  işığında  tədqiqini 

gözləyir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu 

maddəsinin  32-ci  bəndini  rəhbər  tutaraq,  Şərq  poeziyasının 

görkəmli  nümayəndəsi,  dahi  Azərbaycan  şairi  və  mütəfəkkiri 

Nizami  Gəncəvinin  870  illik  yubileyinin  layiqincə 

keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 

1.  Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm 

Nazirliyi,  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  və 

Azərbaycan  Milli  Elmlər  Akademiyası  Gəncə  Şəhər  İcra 

Hakimiyyəti  ilə  birlikdə,  Azərbaycan  Yazıçılar  Birliyinin 

təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Nizami Gəncəvinin 

870  illik  yubileyinə  həsr  olunmuş  tədbirlər  planını  hazırlayıb 

həyata keçirsin. 

2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu 

Sərəncamdan irəli gələn məsələləri həll etsin. 

 

İlham Əliyev  

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 23 dekabr 2011-ci il 



 

 



 

TƏRTİBÇİDƏN 

 

Xalqımız müstəqillik əldə etdikdən sonra əsrlər boyu unu-



dulmuş,  təhrif  olunmuş,  yaddaşlardan  silinmiş  keçmişimizi, 

ictimai-elmi,  mədəni  irsimizi  yenidən  araşdırmaq,  tarixi  həqi-

qəti bərpa etmək, milli ləyaqətimizə dəymiş yaraları sağaltmaq, 

bütünlüklə bir millət kimi əslimizə, kökümüzə qayıtmaq imka-

nı  qazanmışdır.  Şübhəsiz,  bu  sahədə  tariximizi  yaradan  və 

yaşadan  dahi  şəxsiyyətlərin  həyatı,  əməlləri,  ədəbi-  elmi  irsi 

hər  kəs  üçün  ən  yaxşı  nümunə,  örnək  məktəbidir.  Bu  sahədə 

bizə  yeni  söz  deməyə,  geniş  və  əsaslı  fikir  söyləməyə  imkan 

verən ən dəyərli və mötəbər mənbələrdən biri də özünəqədərki 

bəşəri dəyərlərin zirvəsində dayanan Nizami Gəncəvi yaradıcı-

lığıdır. 

Nizaminin  ölməz  ədəbi  irsi  təkcə  humanizm,  insana  mə-

həbbət,  yüksək  əxlaq,  estetik  zövq,  tərbiyə  və  bilik  mənbəyi, 

heç  vaxt  qiymətini,  etik  təsirini  itirməyən  əlvan  söz,  dərin 

fəlsəfi  fikir,  hikmət  xəzinəsi  olmaqla  bərabər,  həm  də  canlı 

tariximizdir,  keçmişimizin  ən  qaranlıq  guşələrinə  işıq  salan 

sönməz məşəldir. 

Qeyd  etmək  lazımdır  ki,  kitabxanaçılara  təqdim  etdilən 

metodik vəsait dahi Nizami irsinin tədqiqi və təbliğinin parlaq 

ifadəsidir.  Yüksək  milli-əxlaqi,  bədii-estetik,  vətənpərvərlik 

nümunəsi  olan  Nizami  Gəncəvinin  fenomenal  bəşəri  irsi  və 

mənalı  həyat  yolunun  fəal  təbliği  bu  gün  də  xüsusi  əhəmiyyət 

kəsb  edir.  Nizami  “bizim  mənəvi  müasirimiz”  kimi  yaşayır, 

tarix  qocaldıqca  o  gəncləşir,  bugünümüzə  daha  da  yaxınlaşır. 

Dahi  şairin  adı  tarixdə  söz  sərrafı,  hikmət  çeşməsi,  poeziya 

dünyasının peyğəmbəri kimi rəmzləşmişdir. Bu və ya digər fi-

kirlər  şairin  yaradıcılığının  təbliğində,  öyrənilməsində  böyük 

əhəmiyyətə  malikdir  və  nəticə  etibarı  ilə  onun  870-illiyi  ilə 

əlaqədar keçirilən mədəni-kütləvi tədbirlər elə təşkil olunmalı-



 

 



 

dır  ki,  oxucularda  şairin  yaradıcılıq  dünyasına  bütövlükdə 

nəzər salmağa, ədəbi irsini öyrənməyə maraq oyatsın. 

Dahi  Azərbaycan  şairi  və  mütəfəkkiri  Nizami  Gəncəvinin 

870 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respub-

likasının  Prezidenti  İlham  Əliyev  Sərəncam  imzalamışdır. 

Sərəncama  əsasən  Şərq  poeziyasının  görkəmli  nümayəndəsi, 

dahi  Azərbaycan  şairi  Nizami  Gəncəvinin  yubileyinin  yüksək 

səviyyədə  keçirilməsini  təmin  etmək  məqsədilə  genişmiqyaslı 

işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.  

Təqdim olunan metodik vəsait  yubiley tədbirlərinin  kitab-

xanalarda  keçirilməsi  üsullarını  və  formalarını  kitabxanaçılara 

çatdırmaq üçün tərtib edilmişdir.  

Nəşrlə bağlı rəy və təkliflərini Milli Kitabxanaya göndərən 

mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı bil-

diririk. 

 

Ünvan: AZ-1000 Bakı şəh., Хaqani küç. 29 

Е-mail: contact@anl.az 



 

 



 

Nizami Gəncəvinin

 həyat və yaradıcılığı  

 

Müasir dünya sivilizasiyasında hər bir xalqın özünəməxsus 

bir  yer  tutması  onun  dahi  şəxsiyyətlərinin  adı  ilə  bağlıdır. 

Böyük  mütəfəkkir  Nizami  Gəncəvini  bizdən  əsrlər  ayırsa  da, 

onun  bədii-estetik  ideyaları,  dərin  xəlqiliyi,  vətənpərvərlik  və 

beynəlmiləlçiliyi, xalqımıza məhəbbətlə dolu poemaları indi də 

hər kəs üçün müasirdir, doğmadır.  

Nizami dünya söz sənətinin karifeylərindən biridir. Tarixi 

mənbələrdən də aydın olur ki, Nizami irsi özündən sonra gələn 

Şərq şairləri üçün ədəbi məktəb olmuşdır. 

Nizami  Azərbaycanın  qədim  paytaxtlarından  olan  Gəncə 

şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yarat-

mışdır. Şairin əsl adı İlyasdır. Qədim dövrlərdə yaşamış Şərqin 

bir çox məşhur şəxsiyyətləri kimi, Nizaminin də doğulduğu və 

vəfat etdiyi tarixlər dəqiq məlum olmadığı üçün həmin tarixlər 

yalnız  təxmini  olaraq  hesablanmışdır.  Şair  1141-ci  ildə  (hicri 

təqvimi ilə 535-ci il) anadan olmuşdur. 

Nizami  təhsilini  Gəncə  mədrəsələrində  almış,  daha  sonra 

şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, 

xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına 

yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dil-

lərini də mükəmməl bilən şairin yunan dili ilə də tanış olduğu, 

həmçinin qədim yunan tarixini və fəlsəfəsini, astronomiya, tibb 

və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın gö-

rünür.  Həmişə  Gəncədə  yaşamış,  saray  şairi  olmaqdan  qətiy-

yətlə  imtina  etmiş,  halal  zəhməti  ilə  dolanmışdır.  Təqribən 

1169-1170-ci  illərdə  Dərbənd  hökmdarı  Seyfəddin  Müzəffərin 

ona  kəniz  kimi

 

hədiyyə  göndərdiyi  qıpçaq  qızı  Afaq  (Appaq) 



ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur. 

1947-ci  ildə  Nizami  Gəncəvinin  məqbərəsində  aparılan 

qazıntı işləri zamanı onun sinə daşı tapılmışdır. Həmin daşdan 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə