Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix28.06.2018
ölçüsü0,82 Mb.
#52353
1   2   3   4   5   6   7   8   9   ...   15

 

 



 

şairin 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyi müəy-

yən edilmişdir. 

Nizami  Gəncəvi  yaradıcılığa  lirik  şeirlərlə  başlamışdır. 

Əsərlərindən  məlum  olur  ki,  şair  böyük  divan  yaratmış,  qəzəl 

və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirə-

çilərinin  20  min  beyt  həcmində  olduğunu  qeyd  etdikləri  bu 

divandakı şeirlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. 

Nizami  Gəncəvi  bütün  yaradıcılığı  boyu  lirik  şeirlər  yaz-

mış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəl-

səfi  fikirlərini  ilk  dəfə  həmin  şeirlərində  ifadə  etmişdir.  Onun 

lirikası  yüksək  sənətkarlığı,  məhəbbətə  dünyəvi  münasibəti, 

insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. 

Lakin  Nizami  Gəncəvi  dünya  ədəbiyyatı  tarixinə  məsnəvi 

formasında  yazdığı  5  poemadan  ibarət  “Xəmsə”  (“Beşlik”) 

müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi “Məxzənül-

əsrar”  (“Sirlər  xəzinəsi”)  adlı  ilk  poeması  şairə  böyük  şöhrət 

qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı “Xosrov 

və Şirin” poemasını 1180-ci ildə bitirmiş və Məhəmməd Cahan 

Pəhləvana  göndərmişdir.  Cahan  Pəhləvanın  ölümündən  sonra 

taxta çıxan Qızıl Arslan Gəncə yaxınlığında öz çadırında şairlə 

görüşmüş,  nəsihətlərini  dinləmiş  və  ona  Həmdünyan  adlı  bir 

kənd  bağışlamışdır.  1188-ci  ildə  Şirvan  hökmdarı  I  Axsitan 

şairə  “Leyli  və  Məcnun”  mövzusunda  əsər  yazmağı  sifariş 

etmişdir.  Nizami  Gəncəvi  bundan  boyun  qaçırmaq  istəsə  də,

 

oğlunun təkidi ilə təklifi qəbul etmiş və qısa müddətdə “Leyli 



və  Məcnun”  poemasını  (Şərqdə  ilk  dəfə)  yaratmışdır.  1196-cı 

ildə  Ələddin

 

Körpə  Arslanın  adına  “Yeddi  gözəl”  əsərini, 



nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-

fəlsəfi görüşlərini yekunlaşdırdığı “İsgəndərnamə” (təqr. 1200-

1203) poemasını qələmə almışdır. 

Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insan-

lıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən şai-



 

 

10 



 

rin qəhrəmanları içərisində  türk, fars,  ərəb, çinli,  hindli, zənci, 

yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlinir. Hu-

manist və tolerant şair müxtəlif dinlərə mənsub bu qəhrəmanla-

rın heç birinin milliyyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun 

qəhrəmanları ədalət, xalq xoşbəxtliyi, yüksək məqsədlər uğrun-

da mübarizə aparırlar.  İnsan şəxsiyyətinə, insan  əməyinə  ehti-

ram şairin yaradıcılığının aparıcı mövzularındandır. 

Nizami  Gəncəvi  həm  də  vətənpərvər  şair  idi.  O,  təsvir 

etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin 

keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncə-

vi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrə-

manlıq ideyası ilə birləşir. 

Nizami  Gəncəvi  Şərq  ədəbiyyatında  ilk  dəfə  məhəbbəti 

fəlsəfi  mənada  şərh  edərək  nəcib  məhəbbət  konsepsiyasını 

yaratmışdır

.

 “Xosrov və Şirin” poemasının qəhrəmanının tarixi 



şəxsiyyət  olmasına  baxmayaraq,  şair,  əsasən  məhəbbətin  qüd-

rətini tərənnüm etmişdir. 

Nizami  Gəncəvi  yaradıcılığının  zirvəsi  “İsgəndərnamə” 

poeması hesab edilir. Şair əvvəlki əsərlərində qoyduğu mühüm 

ictimai-siyasi və fəlsəfi fikirlərinə bu əsərində yekun vurmuşdur. 

Şərq  ədəbiyyatı  tarixində  Nizami  Gəncəvi  ilk  dəfə  olaraq 

qadını yüksək insani keyfiyyətlərə malik ülvi varlıq kimi təsvir 

etmişdir. “İsgəndərnamə” əsərində o, Nüşabə kimi hünərli qa-

dın hökmdarın mərdliyini, ağllı, gözütox, uzaqgörən olmasını, 

onun ölkəni müdafiə etmək bacarığını yeri gəldikcə xatırlamış 

və müasirlərini bu şərəfli tarixdən öyüd almağa çağırmışdır. 

Nizami əsərlərini dövrün tələbinə uyğun olaraq fars dilində 

yazmışdır.  O,  türk  dilində  yazmamasını  “Leyli  və  Məcnun” 

əsərində  özünə  qüsur  tutmuş,  sonra  “Yeddi  gözəl”də  bu 

məsələyə bir daha toxunmuşdur: 

Dilcə şeirimizdə olsa da kəsir

Mənaya böyükdür ondakı təsir. 



 

 

11 



 

Nizami  Gəncəvinin  yaradıcılığı  humanizmi  və  yüksək  sə-

nətkarlığı  ilə  Zaqafqaziya,  Yaxın  Şərq  xalqları  (fars,  tacik, 

hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiy-

yatlarının inkişafına güclü təsir göstərmiş, əsərləri dünya mədə-

niyyəti xəzinəsinə daxil olmuşdur. 

Şairin əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcü-

mə olunmuş, Şərq incəsənətinin, xüsusilə miniatür sənətinin in-

kişafında  mühüm  rol  oynamışdır.  Əsərlərinin  nadir  əlyazma 

nüsxələri  bir  sıra  şəhərlərin  (Moskva,  Sankt-Peterburq,  Bakı, 

Daşkənd,  Təbriz,  Tehran,  Qahirə,  İstanbul,  Dehli,  London, 

Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondların-

da qiymətli incilər kimi qorunub saxlanılır. 

“Xəmsə”nin Britaniya muzeyində saxlanılan 1539-1543-cü 

illərə aid  əlyazmasında  Sultan Məhəmmədin,  Mirzəəlinin,  Mir 

Seyid Əlinin çəkdikləri miniatürlər həmin sənətin ən ulu zirvə-

sidir.  Azərbaycanın  məşhur  rəssamlarından  M.Abdullayev, 

K.Kazımzadə, L.Kərimov və başqa rəssamlar Nizami Gəncəvi-

nin  əsərlərinə  illüstrasiyalar,  xalçalar,  mozaika  kimi  sənət  nü-

munələri yaratmışlar. 

Poemalarının  süjeti  əsasında  opera  (“Xosrov  və  Şirin” 

Niyazi,  “Slavyan  gözəli”  B.V.Asafyev),  baletlər  (“Yeddi  gö-

zəl”,  Q.Qarayev),  simfonik  poemalar  (“Leyli  və  Məcnun” 

simfonik  poeması)  yazılmış,  sözlərinə  mahnı  və  romanslar 

(Ü.Hacıbəyli, F.Əmirov, C.Cahangirov, A.Rzayeva və b.) bəs-

tələnmişdir. 

M.S.Ordubadinin  “Qılınc  və  qələm”  romanı,  M.Hüseynin 

“Nizami”  pyesi,  B.Azəroğlunun  “Nizami  Gəncəvi”  poeması, 

İ.Hüseynovun  “Nizami”  ssenarisi  əsasında  “Nizami”  bədii 

filmi,  Ə.Bədəlbəylinin  “Nizami”  operası  və  s.  əsərlər  Nizami 

Gəncəviyə  həsr  olunmuşdur.  Q.Xalıqov  şairin  portretini,  hey-

kəltəraş F.Əbdürrəhmanov heykəl abidəsini yaratmışdır. 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə