Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə8/15
tarix28.06.2018
ölçüsü0,82 Mb.
#52353
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

 

 

24 



 

 



Xeyirin  sonrakı  taleyini  uğurlu  təsvir  etməklə  Nizami 

Gəncəvi nə demək istəmişdir? 

 

Siz xeyirxahlığı nədə görürsünüz? - kimi suallar ətrafın-



da müzakirələr aparmaq və ümumi bir nəticəyə gəlmək olar. 

Xeyir obrazının belə bir plan əsasında xarakterizə olunma-

sı  oxucuları  (yuxarı sinif şagirdlərini) müstəqil mühakimə  yü-

rütməyə hazırlayır və onları əxlaqi-mənəvi keyfiyyətlərlə tərbi-

yələndirir. Hekayədə istifadə edilmiş misralara, ifadələrə diqqət 

yetirmək  lazımdır.  Kitabxanaçı  oxucuları  başa  salmalıdır  ki, 

Nizami xalq ədəbiyyatından istifadə etməklə yanaşı, öz yaradı-

cılığı ilə xalq ədəbiyyatına təsir etmiş, onu zənginləşdirmişdir. 

Şairin  əsərlərində  elə  ifadələr,  beyt  və  misralar  var  ki,  bunlar 

bu gün dilimizdə mövcud olan atalar sözləri və məsələlərlə səs-

ləşir.  Əsas  məsələ  bu  səsləşməni  oxuculara  çatdırmaqdan 

ibarətdir. 

Yubileyə  hazırlıq  dövründə  kitabxanaçılar  Nizami  Gəncə-

vinin  yaradıcılığını  əks  etdirən  məzmunlu kitab sərgiləri təşkil 

etməli,  foto-stendlər  və  foto-albomlar  tərtib  etməlidir.  Ümu-

miyyətlə, sərgilərin təşkil edilməsi keçirilən bu və ya digər təd-

birlərin  daha  da  təsirli  olmasına,  oxucuların  geniş  marağına 

səbəb  ola  bilər.  Kitab  sərgilərində  nümayiş  olunan  ədəbiyyat 

mütləq  kitabxanalarda  keçirilən  tədbirlərin  adı  ilə  uyğunlaşdı-

rılmalı, sərgilər zövqlə tərtib olunmalıdır. Şairin 870 illik yubi-

leyi  zamanı  sərgilərin  tərtibində  dövri  mətbuat  səhifələrində 

N.Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş materialla-

ra da xüsusi yer verilməlidir. 

Sərgiyə müxtəlif adda başlıq da vermək olar. Məsələn:  

Nizami Gəncəvi - 870”, “Dünya ədəbiyyatında Nizaminin 

yeri”,  “Dünya  şöhrətli  sənətkar”  və  s.  başlıqlar  altında  kitab 

sərgiləri təşkil etmək olar. 

 “Nizami  Gəncəvi  –  870”  başlığı  altında  kitab  sərgisinin 

təxmini sxemini verməyi məqsədəuyğun hesab edirik: 




 

 

25 



 

 

Başlıq: “Nizami Gəncəvi 870” 

 

I Bölmə. Nizami Gəncəvi irsi ölməzdir 

Dahi  Azərbaycan  şairi  və  mütəfəkkiri  Nizami  Gəncəvinin 

870 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respub-

likası Prezidentinin Sərəncamı (23 dekabr 2011-ci il) 

Nizami Gəncəvinin portreti. 

 

Sitat:  “Azərbaycana,  Azərbaycan  xalqına  təkcə  Nizami 

Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə tor-

pağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər”. 

Heydər Əliyev, 

ümummilli lider 

 

Sitat:  “...Nizami  Gəncəvi  ümumbəşəri  mahiyyət  daşıyan, 

ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfək-

kürünü  elmi-fəlsəfi  fikirlərlə  zənginləşdirmiş  və  şeiriyyəti  gö-

rünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur 

“Xəmsə”si  insanlığın  mənəvi  sərvətlər  axtarışının  zirvəsində 

dayanaraq,  dünya  ədəbiyyatının  şah  əsərləri  sırasında  layiqli 

yer tutur....” 

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

 

Fitnə [Mətn] /N.Gəncəvi; uşaqlar üçün işləyəni Mir Cəlal; 

red. M.Çəmənli; rəssam O.Sadıqzadə.- Bakı: Təhsil, 2009.- 12 

s.- (Məktəb Kitabxanası). 

Xosrov  və  Şirin  [Mətn]  /Nizami  Gəncəvi.-  Bakı:  Elm, 

1981.- 371 s. 



Xosrov  və  Şirin [Mətn] /N.Gəncəvi; fars. tərc. və ön söz. 

müəl. X.Yusifli; red. A.Yusifli.- Bakı: Adiloğlu, 2011.- 386 s.  




 

 

26 



 

 

Əziyyət eyləsən, cəfa görərsən, 



Mehribanlıq etsən, səfa sürərsən. 

(Xosrov və Şirin) 

Dünyanın işini yaxşı düşün sən, 

Nə əksən, onu da sən biçəcəksən. 

Yaxşı iş də görsən, pis iş də, inan, 

Unutmaz onları bu qoca dövran.  

                                   (Xosrov və Şirin) 

 

İsgəndərnamə  [Mətn]:  nəsrlə  /N.Gəncəvi;  nəsrə  çevirən, 

tərt.  ed.,  çapa  hazırl.  A.Kazımov;  elmi  red.  B.Xəlilov.-  Bakı, 

2007.- 153 s. 



İsgəndərnamə  [Mətn]  /N.Gəncəvi;  tərc.  ed.:  A.Şaiq, 

M.Rzaquluzadə;  izahların  müəl.  Ə.Cəfər;  ön  söz.  müəl. 

Q.Əliyev,  Z.Quluzadə;  elmi  red.  X.Yusifli.-  Bakı:  Adiloğlu, 

2011.- 662 s.  



Leyli  və  Məcnun  [Mətn]  /Nizami  Gəncəvi.-  Bakı:  Elm, 

1983.- 217 s. 



Leyli  və  Məcnun  [Mətn] /N.Gəncəvi; tərc. ed. S.Vurğun; 

izahl.  müəl.  M.Əlizadə;  ön  söz  müəl.  və  elmi  red.  X.Yusifli.- 

Bakı: Adiloğlu, 2011.- 279 s.  

Bir xərabə görsən, qurmağa tələs, 

Məsləhət belədir, əməyin itməz. 

(Leyli və Məcnun) 

 

Lirika  [Mətn]  /N.Gəncəvi;    tərt.  ed.:  F.Ulutürk,  Y.Məm-

mədəliyev,  R.Rza;  red.  və  ön  söz.  müəl.  Ə.Əsgərli;  [tərc.  ed. 

X.R.Ulutürk; çapa məsul C.Quliyev].- Bakı: İdeal-Print, 2011.- 

797 s.   



Mahanın  nağılı  [Mətn]:  “Məğrib  gözəlinin  hekayəti” 

/N.Gəncəvi;  uşaqlar  üçün  işləyən  G.Ələkbərqızı;  red. 




 

 

27 



 

S.Nuruqızı; rəssam A.Quliyev.- Bakı: Aspoliqraf, 2010.- 15 s.- 

(Məktəb Kitabxanası). 

Məxzənül-əsrar  [Mətn]  /N.Gəncəvi;  tərc.  ed.  M.Zəkiyev; 

red.  Ə.Əhmədov;  naşir  H.K.Novruz;  mütərcim  M.Zəkiyev.- 

[Bakı], 2008.- 327 s. 

Sirlər  xəzinəsi  [Mətn]  /Nizami  Gəncəvi.-  Bakı:  Elm, 

1981.- 238 s. 



Sirlər  xəzinəsi  [Mətn]  /Nizami  Gəncəvi;  elmi  red. 

Ə.Səfərli; farscadan tərc. və ön sözün müəl. X.Yusifli; AMEA, 

Gəncə Regional Elmi Mərkəzi.- Gəncə:  Elm, 2008.- 253 s. 

Sirlər  xəzinəsi  [Mətn]  /N.Gəncəvi;  farscadan  tərc.  və  ön 

söz.  müəl.  X.Yusifli;  elmi  red.  Ə.Səfərli.-    Bakı:  Adiloğlu, 

2011.-207 s.  

Sultan  Səncər  və  qarı  [Mətn]  /N.Gəncəvi  //Cəfərov  N., 

Araslı  N.,  Hüseynoğlu  S.  Ədəbiyyat:  ümumtəhsil  məktəbləri-

nin 8-ci sinfi üçün dərslik.- Bakı, 2009.- S.31-33. 

Yeddi  gözəl  [Mətn]  /N.Gəncəvi;  farscadan  tərc.  ed. 

M.Rahim; ön söz. müəl. X.Yusifli.- Bakı, 2004.- 336 s.

 

 

Bilikli adamlar uzağı görər, 



Cahilin zəhməti hədərdir, hədər. 

(Yeddi gözəl) 



 

Nizami xarici dillərdə 

Rus dilində 

 

Собрание  сочинений  [Текст]:  в  3-х  т.  /Низами;  пер. 

К.Липскерова,  С.Шервинского;  Хосров  и  Ширин;  пер. 

К.Липскерова.-  Баку:  Азернешр,  1991.-  Т.1.  Лирика; 

Сокровищница тайн.- 860 с. 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə