Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə6/15
tarix28.06.2018
ölçüsü0,82 Mb.
#52353
1   2   3   4   5   6   7   8   9   ...   15

 

 

18 



 

nə  daha  çox  vaxt  ayrılır  və  tədbir  oxucuların  sualları  ilə  və 

müzakirə  edilən  əsər  barədə  fikirləri  ilə  yekunlaşır.  Sonda 

müəllif və  ya kitabxanaçı  kitabları  harada əldə etməyin  müm-

künlüyü, eləcə də internet ünvanlar barədə məlumat verir. Təd-

birə KİV (Kütləvi İnformasiya Vasitələri) nümayəndələrini də-

vət  etmək,  radio  və  televiziya  vasitəsilə  də  tədbiri  işıqlandır-

maq, kitabxananın saytında keçirilmiş tədbir haqqında geniş və 

ətraflı şəkildə məlumat yerləşdirmək tədbirdə iştirak edə bilmə-

yən  oxucular  üçün  maraqlı  olmaqla  yanaşı,  həm  də  kitabxana 

nın işini geniş ictimaiyyətə təbliğ etmiş olar. 

Oxucuların  asudə vaxtının  səmərəli keçirilməsində ədəbi-



bədii  gecələrin  əhəmiyyəti  olduqca  böyükdür.  Dahi  şairin 

“Xəmsə”si əsasında hazırlanmış ədəbi-bədii gecəni “Şərq poe-

ziyasının müdrik söz ustadı” adı  altında keçirmək məqsədəuy-

ğun  olardı.  Nizami  Gəncəvinin  fikirləri  və  ideyaları  mənəviy-

yat,  əxlaq,  humanizm,  beynəlmiləlçilik  baxımından  bu  gün 

həmişəkindən  də  aktualdır.  Ədəbi-bədii  gecədə  oxucular  həm 

Nizami Gəncəvinin yaradıcılığı, həm də onun tərbiyəvi fikirləri 

ilə tanış olurlar.  

Keçiriləcək tədbirin kompozisiyasından asılı olaraq xüsusi 

proqram, ssenari tərtib edərək, teatrlaşdırılmış səhnəcik qurmaq 

olar. Tədbir keçiriləcək məkanda şairin zəngin ədəbi irsini əks 

etdirən sərgi, əsərlərindən fotolar, illüstrasiyalar və miniatürlər-

dən  ibarət  stendlər  hazırlanmalıdır.  İlk  növbədə  çıxışçılar 

müəyyən edilməli, nizamişünas alimlər, ədəbiyyat müəllimləri, 

kitabxanaçılar bu işə cəlb edilməlidir. Məruzəçilərin dahi şairin 

yaradıcılığına həsr olunmuş çıxışları aydın, səlis və məzmunlu 

olmalıdır.  Çıxışlar  slayd  şou  formasında  hazırlansa  daha 

maraqlı olar. Ədəbi-bədii gecələrin ikinci hissəsi - bədii hissə-

dir.  Bu,  adətən  bədii  özfəaliyyət  kollektivlərinin,  peşəkar  və 

həvəskar  artistlərin  çıxışlarından  ibarət  olur.  Belə  tədbirlərdə 

yuxarı sinif şagirdlərinin iştirakı ilə Nizaminin əsərlərinə hazır-



 

 

19 



 

lanmış tamaşalar göstərilsə və aşağı sinif şagirdlərinin ifaların-

da şairin şeirləri səsləndirilsə tədbir daha da maraqlı olar. Təd-

biri  rəngarəng  etmək  üçün  bədii  qiraət  ustalarının  çıxışlarına, 

Nizami  Gəncəvinin  sözlərinə  bəstələnmiş  musiqilərin  ifasına 

yer  vermək  olar.  Bədii  proqram  tədbirin  mövzusuna  uyğun 

hazırlanmalıdır. 

Kitabxanalarda  Nizami  Gəncəviyə  həsr  olunmuş  ədəbi-

bədii gecənin hazırlanmasında aşağıdakı cəhətləri nəzərə almaq 

lazımdır: 

 

Mövzu  dəqiqləşdirilməli  və  səhnələşdiriləcək  bədii 



hissə diqqət mərkəzində saxlanmalıdır; 

 



Mövzuya uyğun olaraq şairin həyat və yaradıcılığından, 

əbəbiyyatşünasların, tənqidçilərin fikirlərindən bəhrələnməli və 

həmin materialların rolu düzgün qiymətləndirilməlidir

 



Ədəbi-bədii  materiallar  vaxtında  və  keyfiyyətlə  seçil-

məlidir;  

 

Ssenari  məkanla  uyğunlaşdırılmalıdır.  Tədbirin  keçiril-



diyi yerin bütün imkanları nəzərə alınmalıdır; 

 



Ədəbi-bədii  gecədə  iştirak  edəcək  yaradıcı  ziyalılar, 

mühazirəçilər,  çıxış  edənlər  bilavasitə  natiqlik  qabiliyyətinə 

görə  seçilməlidir.  Tədbirdə    müstəqillik,  sərbəstlik  hakim  ol-

maqla şairin yaradıcılığının geniş işıqlandırılmasına nail olmaq 

lazımdır.  

Ədəbi-bədii gecələrin səmərəli və keyfiyyətli keçirilməsin-

də müasir texniki vasitələrdən faydalanmaq, Nizami Gəncəviyə 

həsr  edilmiş  elektron  məlumat  bazasından,  elektron  kitabların 

təqdimatından, şairin həyat və  yaradıcılığına həsr edilmiş tele-

viziya filmlərindən istifadə etmək məqsədəuyğun olar. 

Tədbirdən əvvəl elan verilməli, kitabxananın və digər əla-

qədar mədəniyyət müəssisələrinin saytlarında anons yerləşdiril-

məli, dəvətnamələr yazılmalı, afişa və proqram hazırlanmalıdır. 

Yerli qəzetlərdə də tədbir haqqında məlumat vermək olar. 




 

 

20 



 

Kitabxanalarda məktəb yaşlı oxucular arasında sual-cavab 



gecələrinin təşkili mühüm əhəmiyyət kəsb edir. Bu cür tədbirin 

keyfiyyətli  hazırlanması  üçün  mövzu  seçiminə,  mövzu 

aktuallığına  və  rəngarəngliyinə  xüsusi  fikir  verilməlidir.  Sual-

cavab  gecəsinin  mövzusu  ilə  bağlı  məsələnin  mahiyyətini  və 

əhəmiyyətini açmaqdan ötrü əsas mənbə sayılan kitablar seçil-

məli  və  əyani  şəkildə  həmin  kitablardan  istifadə  olunmalıdır. 

Qeyd  etmək  lazımdır  ki,  tarixi  biliklərin  yada  salınması  Niza-

minin  yaradıcılıq  xüsusiyyətlərini  mənimsəmək  üçün  zəmin 

yaradır.  Oxuculara  ünvanlanan  suallar  da  kitabxanaçı  tərəfin-

dən diqqətlə tərtib edilməli və oxucuların elmi dünyagörüşünün 

formalaşmasına müsbət təsir göstərməlidir.  

Bir nümunə verək: kitabxanaçı Nizaminin “Ənuşirəvan və 

bayquşların  söhbəti”  hekayəsi  haqqında  sual-cavab  gecəsini 

keçirərkən aşağıdakı sualları tərtib edə bilər: 

 

Nə  üçün  bu  hekayə  məhz  “Ənuşirəvan  və  bayquşların 



söhbəti” adlandırılmışdır? 

 



Bu  hekayədə  oxuculara  çatdırılacaq  ideya  nədən 

ibarətdir? 

 

Əsərdə hansı obrazlar diqqəti cəlb edir? 



 

Əsərdə  bayquşlar  arasında  söhbətin  məzmunu  nədən 



ibarətdir? 

 



Siz  ölkələri  xaraba  qoyan  Ənuşirəvan  kimi  dövlət 

başçısına necə qiymət verirsiniz? 

 

Şairin başqa hansı hekayələrini oxumusunuz? 



Bu  cür  suallar  oxuculara  yaxşını  pisdən  seçməyə  və  əsər 

haqqında  fikir  söyləməyə  imkan  verir.  Kitabxanaçılar  tədbir 

üçün  suallar  hazırlayarkən  yuxarı  sinif  şagirdlərini  də  bu  işə 

cəlb etsələr, nəticəsi çox gözəl olar.  

Nizami Gəncəvi yaradıcılığını geniş oxucu kütləsi arasında 

təbliğ  etmək  məqsədi  ilə  kitabxanalar,  oxucular  arasında 



müsabiqələr  də  təşkil  edə  bilərlər.  Müsabiqələr  müxtəlif 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə