Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə13/15
tarix28.06.2018
ölçüsü0,82 Mb.
#52353
1   ...   7   8   9   10   11   12   13   14   15

 

 

45 



 

Söz  gövhərinin boyunbağısını heç kim Nizami kimi düz-

məyib. Haqqın minlərlə rəhməti onun ruhuna ki, həqiqətən, şeir 

onunla xətm olunub. 



Saib Təbrizi, 

İran şairi 

 

İnsanın  qəlbini  təlatümə  gətirən  Nizami  lirikası,  dünya 



şöhrəti  qazanan  “Xəmsə”  şairin  mənəvi  dünyasına  misilsiz 

nümunədir,  öyrənilməsi  zəruri  olan  zəngin  bədii  xəzinədir. 

Bütün şairlər onun ustalığını etiraf etmişdir. 

Abasqulu ağa Bakıxanov, 

 

Nizaminin  səsi  səkkiz  əsrdən  bəri  eşidilir  və  biz  indi  elə 



hiss edirik ki, şair sanki bizim arxamızdadır. 

Nikolay Tixinov, 

rus şairi 

 

Nizaminin  yaradıcılığı  bəşəriyyətin  bədii  inkişaf  tarixinin 



qızıl səhifəsidir. 

 

Mirzə Fətəli Axundzadə, 



dahi Azərbaycan dramaturqu 

 

   Nizami öz yaşadığı tarixi şərait daxilində əsrinin qabaq-



cıl ideyalarını yeni bir yüksəkliyə

 

qaldırmışdır. Nizami müsəl-



man Şərqindəki şairlərdən birincisidir ki, xalqların və qəbilələ-

rin birliyi məsələsini xüsusi bir qüvvətlə meydana atmışdır. 



İ.Brakonski, 

rus ədəbiyyatşünası 

 



 

 

46 



 

Bütün  dövrlərin  mütəfəkkirləri  Nizaminin  beş  poemasını 

poeziyanın möcüzəsi, beş incisi adlandırmışdır.  

L.Klimoviç, 

rus əbəbiyyatşünası 

 

Cümlələrin  yığcamlıq  və  təsirində,  qafiyələrin  bakirlik  və 



möhkəmliyində,  ifadələrin  dəbdəbəli  çıxmasında  Nizaminin 

göstərdiyi  qüdrətdən  Firdovsidə  əsər  belə  yoxdur  və  bu 

cəhətdən o, Nizamiyə tay ola bilməz. 

Şibli Nemani, 

hind ədəbiyyatşünası 

 

İnsana  məhəbbət  hissi  Nizaminin  əsərlərində  dahiyanə 



ifadə olunmuşdur. 

Yohan Volfqanq Höte, 

 dahi alman şairi 

 

Nizami  elə  bir  uzaqgörən  şəxsiyyət  olmuşdur  ki,  onun 



yaradıcılıq  gəmisi  başlanğıcı  və  sonu  olmayan  “insan  qəlbi”

 

adlanan yeganə dənizdə odadan-odaya üzür. 



Rudolf Qelpne, 

isveç şərqşünası 

 

Nizami  yaradıcılığının  mərkəzində  insan  durur.  İnsanın 



həyatı,  mənəvi  aləmi,  ictimai  vəziyyəti,  sevinci  və  iztirabları, 

zülmə,  ədalətsizliyə  nifrət  şairin  əsərlərində  öz  geniş  əksini 

tapmışdır. 

Mirzə İbrahimov, 

Xalq yazıçısı 



 

 

47 



 

Əlavə 3. 

Nizami Gəncəvinin kitab, kitabxana və mütaliə 

işinə münasibəti 

 

Dünyada nə qədər kitab var belə

Çalışıb, əlləşib gətirdim ələ, 

Oxudum, oxudum sonra da vardım, 

Hər gizli xəznədən bir dürr çıxardım. 

 

Nəzərə  çatdıraq  ki,  mənəvi  zənginliyi  və  fiziki  kamilliyi 

özündə birləşdirən kamil şəxsiyyətin formalaşmasına təsir gös-

tərən amillər sırasında kitabın, elektron nəşrlərin və mütaliənin 

müstəsna  yeri  vardır.  Zəngin  ideya  mənbəyi  olan  kitab  həyatı 

dərk etməyin, insan tərbiyəsinin əvəzsiz vasitəsidir. Kitablar ta-

rixi keçmişi öyrənməyə, müasirliyi düzgün qavramağa və gələ-

cəyi qabaqcadan görməyə  yardımçı olur. Məhz ona görədir ki, 

tarixin  bütün  dövrlərində  bəşəriyyətin  ən  qabaqcıl,  mütəffəkir 

şəxsiyyətləri həm bilik mənbəyi olan kitaba, həm yazılı abidə-

lərimizi mühafizə edən kitabxanaya, həm də insan mənəviyya-

tını zənginləşdirən mütaliəyə yüksək qiymət vermiş, cəmiyyət-

də onların hər birinin rolunu layiqincə dəyərləndirmişlər. 

Maraqlıdır  ki,  XII  əsr  Azərbaycan  elm  və  ədəbiyyatının 

günəşi  olan  Nizami  Gəncəvi  “Xosrov  və  Şirin”  poemasında 

Bərdə şəhərində qədim əlyazmalar saxlanılan zəngin kitabxana 

haqqında demişdir: 

 

Məlum hekayədir “Xosrov və Şirin” 



Dastan yoxdur əsla bu qədər şirin 

Ruhu oxşasa da bu gözəl dastan, 

Pərdədə qalmışdı bu gəlin çoxdan. 

Tanıyan yoxdur bu gözəl alması, 

Bərdədə var idi bir əlyazması 


 

 

48 



 

O ölkənin qədim tarixlərindən  

Bu dastanı tamam öyrənmişəm mən. 

O yerdə yaşayan qoca adamlar 

Təsvir etdi, işə mən verdim qərar. 

 

Böyük hikmət sahibi olan Nizami şəxsiyyətin formalaşma-

sında  elmə,  biliyə,  kitaba,  kitabxanaya,  mütaliəyə  yüksək  yer 

verməsilə yanaşı, öz əsərlərində irəli sürdüyü hikmətli fikirləri-

ni oğlu Məhəmmədin təlim-tərbiyəsi ilə məşğul olarkən tətbiq 

etmiş, onu bilikli, vətənpərvər və kamil şəxsiyyət kimi forma-

laşdırmışdır. Bir sözlə, Nizami Gəncəvi özü qiymətli kitablar-

dan,  zəngin  kitabxanalardan  istifadə  etməklə  dahi  şəxsiyyət 

kimi formalaşmış, eyni zamanda ölməz əsərlərində kitab, kitab-

xana və mütaliə haqqında çox dəyərli fikirlər söyləmişdir. 

Nizamiyə  hələ  sağlığında  dünya  şöhrəti  qazandırmış 

“Xəmsə”  XII  əsrdə  Azərbaycan  söz  sənətini  və  kitabını  elə 

əlçatmaz  zirvəyə  yüksəltmişdi  ki,  dünyanın  bütün  görkəmli 

alimləri, filosofları və şairləri ona həsəd aparırdılar. Dahi sənət-

karın  özü  də  elmi  bilikləri  toplayıb  nəsillərdən-nəsillərə  çatdı-

ran  kitaba  və  bu  kitabları  qoruyan,  oxucuların  istifadəsinə 

verən  kitabxanaya  hörmət  və  ehtiramını  dəfələrlə  bildirmişdir. 

Şair “Xosrov və Şirin” əsərində qeyd edir ki, yaxşı kitabın hər 

misrası  onun  müəllifinə  uğur  qazandırır,  əsrlərlə  yaşamasına 

zəmin yaradır: 



Yüz il sonra sorsan; “Bəs o hardadır?” 

Hər beyti səslənər “Burda, burdadır”. 

 

Nizami  əsərlərinin  qəhrəmanları  da  sözü  uca  tutan,  kitaba 

hörmət  edən,  kitabxananı  yüksək  qiymətləndirən  şəxsiyyətlər-

dir. Bu baxımdan məşhur sərkərdə İsgəndər surəti diqqəti daha 

çox  cəlb  edir.  “İsgəndərnamə”  poemasının  başlanğıcında  bu 

kitabın başqa kitablardan üstünlüyü haqqında söz açan şair  ən 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə