Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə24/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

www.ehlibeyt-aka.com
                                
79 
 
gəldiyi  kimi,  qoxulamaq  kəliməsinin  mənası  öpmək  deməkdir.  Belə 
ki, hədislərin birində qeyd edilir ki, Peyğəmbərin yanına bir kiĢi gəlib 
oruc  halında  öz  arvadını  öpməsi  haqqında  soruĢur.  Peyğəmbər 
cavabında  buyurur:  “Məgər  o,  qoxulanan  bir  gül  deyilmi!”  Digər 
hədisdə isə belə gəlmiĢdir: “Heç bir zərəri yoxdur, çünki o, bir güldür 
ki, qoxulanılır.”
120
 
2)
 
Hədisdə  Əlinin  (ə)  təsvir  etdiyi  kimi,  Peyğəmbərin  bu  Ģəkildə 
ağlaması  onun  ağlamağının  davamlı  olmasından,  gözlərindən  axan 
yaĢ  isə  o  həzrətə  baĢ  verən  qəm  və  kədərin  nə  qədər  böyük 
olmasından xəbər verir. 
3)
 
Hədisdə  Peyğəmbərin  –  “...  mən  özümü  saxlaya  bilmədim  və 
gözlərim  yaĢla  doldu”  –  sözləri  o  həzrətin  “Aləmlərin  rəhməti”  və 
möminlərə  “mehriban  və  rəhimli”  olmasına  iĢarə  edir.  Elə  isə,  öz 
balası və dünya  reyhanəsinə nə üçün rəhimli olmasın?! 
4)
 
Ġmam  Hüseynə  göz  yaĢının  axması  mömin  insanla  onun  arasında 
qarĢılıqlı ayrılmaz bir haldır. Əlinin (ə) sözləri bu bağlılığa açıq-aĢkar 
dəlalət edir; belə ki hədislərdə gəlib ki, Ġmam Əli (ə) öz oğlu Hüseynə 
baxaraq  belə  dedi:  “Ey  hər  bir  möminin  göz  yaĢı.”  Ġmam  Hüseyn:  “ 
Atacan, bu mənəm?” Həzrət onun cavabında buyurdu: “ Bəli, mənim 
əziz balam.”
121
 
     Hakim  NiĢaburi  Ummu  Sələmədən  rəvayət  edərək  belə  deyir:  “Bir 
gecə Peyğəmbər yatmaq üçün uzanmıĢdı, bir az keçməmiĢ heyrət içində 
oyandı.  Sonra  yenidən  uzanaraq,  yuxuya  getdi.  Sonra  yenidən  oyandı, 
lakin  bu  dəfəki  heyrəti  birinci  dəfə  olan  heyrətindən  az  deyildi.  Sonra 
yenidən  uzandı  və  yenə  də  oyandı,  lakin  bu  dəfə  əlində  qırmızı  rəngli 
torpağı tutaraq öpürdü. SoruĢdum: 
                                                           
120
  İbn Quləveyhin “Kamiluz ziyarat” kitabı, səh.214 
121
  Yenə də orada 


www.ehlibeyt-aka.com
                                
80 
 
– Ey Rəsulallah, bu nə türbətdir?
122
 
Buyurdu: 
–  Cəbrail  mənə  xəbər  verdi  ki,  bu,  (Hüseynə  iĢarə  edərək)  Ġraq 
torpağında qətlə yetiriləcək. Cəbrailə dedim: – Onun qətlə yetiriləcəyi 
torpağı mənə göstər. (Cəbrail dedi:) Budur, bu da həmin türbət.”
123
 
        Bu və digər hədislər Peyğəmbərin (s.ə.s.) Kərbəla türbətini qoxulayıb, 
onu öpərək göz yaĢına qərq etməsinə dəlalət edir. 
        Deməli,  hər  bir  müsəlman  peyğəmbərin  (s.ə.s.)    adət-ənənəsinə  əməl 
edərək bu türbətə hörmət qoyub ona  əhəmiyyət verməlidir.  Bundan  əlavə, 
Peyğəmbərin  (s.ə.s.)  bu  iĢi  onun  hərəkəti    ilə  vəsisinin  hərəkəti  arasında 
olan  əlaqədən  çıxıĢ  edir.  Yəni  Kərbəla  türbətinin  Mədinəyə  daĢınaraq 
Peyğəmbərə  (s.ə.s.)  təhvil  verilməsi  və  o  həzrətin  həmin  türbətlə  xüsusi 
rəftar  edərək  səmavi  və  qeybi  təsirləri  onda  əmanət  qoyması  xüsusi  bir 
hədəfin və mühüm məsələnin varlığına dəlalət edir.  
BĠRĠNCĠ  MƏTLƏB:  Görəsən,  bu  təsirlər  Peyğəmbərin  (s.ə.s.)  öpdüyü 
bütün əĢyalara aiddirmi? 
        Peyğəmbərin (s.ə.s.) Kərbəla türbətini öpməsi nəticəsində əmələ gələn 
təsirləri araĢdırmazadan əvvəl bu məsələ ilə əlaqəsi olan digər bir mətləbə 
iĢarə etmək istəyirəm. Bu mətləb Peyğəmbərin (s.ə.s.)  hər hansı bir əĢyanı 
öpməsi  məsələsidir; belə ki oxucunun zehnində belə bir sual  yarana bilər: 
Peyğəmbər  (s.ə.s.)  həyatı  boyu  bir  çox  əĢyaları  qoxulayaraq  öpmüĢdür. 
Bunlara  misal  olaraq,  o  həzrətin  həyat  yoldaĢları,  övladları,  xüsusi  ilə  də 
Həzrət Fatimeyi-Zəhranı (ə) nümunə gətirmək olar. Görəsən, bu əĢyalar da 
                                                           
122
  Heysəminin “Məcməuz zəvaid” kitabı, cild 3, səh. 167 
123
  Hakim Nişaburinin “Əl müstədrək ələs səhiheyn” kitabı, cild 4, səh. 368; Təbəraninin “Əl möcəm əl kəbir” kitabı, cild 
23, səh. 308 


www.ehlibeyt-aka.com
                                
81 
 
Kərbəla  türbəti  kimi  həmin  təsirləri  qazanmıĢdır,  yoxsa  məsələ  yalnız 
Kərbəla türbətinə aiddir? 
        Bəli, bu məsələ yalnız Kərbəla türbətinə aiddir. Səbəb isə ilahi əmrdir. 
Allah  həmin  Qadir  Tanrıdır  ki,  Məryəmə  (s.ə)  məkan  və  zaman 
xüsusiyyətlərinin cəm olduğu yerdə qurumuĢ xurma ağacına təsir etməsinə 
icazə  vermiĢdir: “...
 
sənin üçün təzə yığılmıĢ xurma tökülsün.”
124
 
        Deməli,  Cəbrail  (ə)  zaman  və  məkanın  fövqündən  çıxıĢ  edib  ilahi 
əmrə  tabe  olaraq  Peyğəmbərə  (s.ə.s.)    nazil  olmuĢdu.  Həmin  anda  Ġmam 
Hüseyn  (ə)  baĢını  Peyğəmbərin  (s.ə.s.)  sinəsinə  qoymuĢ,  o  isə  onu 
qoxulayaraq  öpürdü.  Belə  bir  məhəbbətlə    dolu    mühitdə,  yəni  bəĢər 
aləmində  oxĢarı  tapılmayan  bir  fəzada  qəlbləri  parçalayan  mənzərəyə  kim 
dözə bilər?  
        Lakin  dünya fəcr ilə günəĢin doğması arasındakı  çox qısa bir zaman 
fasiləsində  bütün  məxluqatın  ağası  olan  Peyğəmbərin  (s.ə.s.)  balası 
Hüseynin  baĢına  gələcək  müsibətləri  yaĢadı.  Sanki,  Peyğəmbər  (s.ə.s.) 
balası Hüseynin (ə) bədəninə dəyən nizə, ox, qılınc və atların dırnağını hiss 
edirdi.   
        Bir  neçə  anın  ərzində  Cəbrail  (ə)  risaləti  ilahi  əmrin  vasitəsi  ilə 
peyğəmbərə  çatdıraraq  soruĢur:  “Onu  sevirsənmi?!”  Təəccüblü  sual  və 
cavab..! Nə sual verən, nə də cavab verən hadisələrdən qəflətdə  idi. 
        Cavab  vəhy  xəzinəsindən,  yəni  Peyğəmbərin  (s.ə.s.)  qəlbindən  gələn 
“bəli!”  səsi    idi.  Lakin  həqiqətdə  isə  belə  idi:  Cəbrail  (ə)  Hüseynin  (ə) 
Peyğəmbərin  (s.ə.s.)  balası  və  reyhanəsi  olmasını  bilirdi.  Həmçinin 
Peyğəmbərin (s.ə.s.) ona olan məhəbbətinin dərəcəsindən də xəbərdar idi. 
Lakin  o,  əmrə  tabe  olub  risaləti  daĢıyaraq  təhvil  verdi  və  cavabı  eĢitmək 
üçün  gözlədi.  Peyğəmbərə  (s.ə.s.)  gəlincə  isə  o  Həzrət  (s.ə.s.)  bilirdi  ki, 
                                                           
124
  “Məryəm” surəsi, 25-ci ayə 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə