Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə20/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

www.ehlibeyt-aka.com
                                
67 
 
onu (buzovun heykəlinin içinə) atdım (və o buzov səsi çıxartdı və camaatı 
ona ibadət etməyə dəvət etdim). Və nəfsim (bu çirkin əməli)  mənə beləcə 
gözəl göstərdi.”
94
 
         Bu  ayələrdən  görürük  ki,  Allah-taala  Cəbrailə  (ə)  cansız  əĢyalara 
həyat verə biləcək bir vücudi xüsusiyyət bəxĢ etmiĢdir; belə ki hətta onun 
atının dırnağının torpağı da həyat bəxĢ etmək qüdrətindədir. Qurani-Kərim 
buyurur:  “...həmin  elçinin  (yəni  Cəbrailin)  ayağının  torpağından  bir  ovuc 
götürdüm...”
95
 
        GötürülmüĢ  torpaq  Cəbrailə  (ə)  aid  edildiyinə  görə  həyat  bəxĢ  edə 
biləcək  xüsusiyyət  qazanmıĢdır,  sonda  isə  həmin  torpaq  dənəcikləri  bu 
təsiri  buzova  nəql  edir  və  onun  böyürməsinə  səbəb  olur:  “...onlar  üçün 
böyürən buzov hazırladı...”
96
 
         Elə  isə  Cəbrailin  (ə)  Kərbəla  türbətini  daĢımasında  nə  kimi  təsirlər 
vardır?! Kərbəla türbəti Allahın izni ilə “təharət qüvvəsi” və “ruh qüvvəsi” 
qazanmıĢdır.  Deməli,  bu  türbət  özündə  qeybi  təsirlər  daĢıyır.  Bu  təsirləri 
Peyğəmbər və onun pak Əhli-beyti hədislərdə bəyan etmiĢdir. 
         Digər  bir  sual  da  meydana  çıxır:  Cəbrail  (ə)  vasitəsilə  Peyğəmbərə 
nəql edilən zaman, o da öz növbəsində onu göz yaĢlarına qərq etdikdə, bu 
türbət,  hansı  xüsusiyyəti  əldə  etmiĢdir?!  Burada  bir  balaca  ehtiyatlı 
olmalıyıq  ki,  quluvv  (Peyğəmbər  və  yaxud  hər  hansı  imamın 
ilahiləĢdirilməsi) ilə ittiham olunmayaq. Buna görə də bu suala iki üslubla 
cavab veririk: 
 
 
                                                           
94
  “Taha” surəsi, 95-96-cı ayələr 
95
  “Taha” surəsi, 96-cı ayə 
96
  “Taha” surəsi, 88-ci ayə 


www.ehlibeyt-aka.com
                                
68 
 
BİRİNCİ  ÜSLUB: 
          Bu  məsələdə  bizim  dəlilimiz  Qurani-Kərimin  ayələridir.  Çünki 
Qurani-Kərim  bir  çox  ayələrdə  müsəlmanlara  Əhli-beytin  rütbəsini  və 
məqamını  xəbər  verərək  bəyan  edir.  Bu  məqama  münasib  olan  ayə  isə 
“Təthir”  ayəsidir.  Yəni  Allah-taala  Cəbraili  (ə)  “Ruhul  Əmin”,  “Ruhul 
Quds”    və  yaxud  “Təharət  ruhu”  qərar  verərək  Əhli-beyti  (ə)  bu  ayənin 
məzmununa  əsasən,  pak  və  mütəhhər  etmiĢdir.  Beləliklə,  Kərbəla  türbəti 
“Paklıq  ruhunun”  (Cəbrail)  əli  ilə  pisliklərdən  təmizlənmiĢ  Pakların 
yanında  əmanət  qoyulur.  BaĢqa  sözlə  desək,  Paklıq  və  Təharət  Ruhu  ilə 
pak  və  mütəhhər  olan  peyğəmbərlərin  ağası  arasında  müqəddəs  Kərbəla 
türbəti  rabitə  rolunu  oynayır.  Allah  “...Ġstəyir”  “pislikləri  Sizdən  aparsın” 
“Sizi pak və müəhhər etsin” , “Tamamilə pak”
97
 
  
İKİNCİ ÜSLUB: 
        Sağlam  düĢüncə  sahibini  belə  bir  fikir  maraqlandıra  bilər:  Allah-
taalanın  Cəbraili  (ə)  bu  üstünlüklərlə  seçib,  onu    öz  rütbəsinə  görə  bütün 
məxluqatın  ağası  və  Allahın  həbibinin  xidmətinə  müĢərrəf  etməsi  o 
deməkdir ki, əziz Ġslam Peyğəmbərinin elə xüsusiyyət və məqamları vardır 
ki, ona heç bir müqərrəb mələk, hətta Cəbrail də (ə) yetiĢə bilməz.  
        Deməli,  Cəbrail  (ə)  Ġmam  Hüseyn  türbətini  Kərbəladan  Mədinəyə 
Ġslam Peyğəmbərinə göstərmək üçün gətirmir, əksinə, onun məqsədi hər iki 
aləmin ağası olan peyğəmbərdən təbərrük götürmək idi. Çünki Peyğəmbər 
(s.ə.s.)  həmin  türbəti  daĢınmadan  görüb,  qoxulayıb  öpərək  gözlərinin 
yaĢına  qərq  edə  bilərdi.  ġübhəsiz  Allah-taala  bu  türbətin  Peyğəmbərin 
(s.ə.s.) məqamından baĢ verən vücudi təsirləri qazanmasını istəmiĢdir.  
                                                           
97
  “Əhzab” surəsi, 33-cü ayə 


www.ehlibeyt-aka.com
                                
69 
 
        Bütün  məxluqatın  ağası  dedikdə,  bu  o  deməkdir  ki,  Allah-taala 
Peyğəmbəri (s.ə.s.) bütün yaradılmıĢlardan üstün və fəzilətli edərək heç bir 
bəndənin ucala bilmədiyi bir sıra xüsusiyyətlərə malik olmasını istəmiĢdir.  
Allah-taala kərimlərin kərimi olduğu üçün Həbibullah məqamında olmayan 
bir məxluqu ucaldaraq kəramətli etməz, baxmayaraq ki, bu rəbbani sifətin 
mənası bu  məqamda olan Ģəxsə həddən artıq  əta etməsi anlamına gəlir  və 
bu, eynilə Kərimin fəzilət bəxĢ etməsi deməkdir.  
Buna  görə  də  Cəbrailin  (ə)  Ġslam  Peyğəmbərinin  (s.ə.s.)  malik  olmadığı 
xüsusiyyətlərə  sahib  olması  mümkün  deyildir.  Bundan  əlavə,  Allah-taala 
bəzi  peyğəmbərlərə    ölmüĢ  cisimlərə  həyat  bəxĢ  etmə  nemətini  əta 
etmiĢdir.  Buna  misal  olaraq,  Xızır  peyğəmbərin  adını  çəkmək  olar. 
Hədislərdə gəlmiĢdir ki, o həzrət (ə) hər hansı bir qurumuĢ ağac gövdəsinin 
üzərində  otursaydı  o,  yaĢıllaĢardı  və  ayaqları  hansısa  ölmüĢ  torpağa 
dəysəydi,  canlanıb  yaĢıllığa  çevrilərdi.  Ġkinci  bir  misalı  Qurani-Kərim 
Ġsanın  (ə)  halını  açıqlayaraq  bəyan  etmiĢdir.  Bu  barədə  Allah-taala 
buyurur:  “...o  zaman  ki,  Mənim  (yaradılıĢ)  iznimlə  gildən  quĢ  Ģəklinə 
bənzər  (bir  Ģey)  düzəldir,  sonra  ona  üfürürdün  və  o,  Mənim  iznim  və 
iradəmlə quĢ olurdu; Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə 
Ģəfa  verirdin;  o  zaman  ki,  Mənim  iznimlə  ölüləri  (qəbirdən  diri) 
çıxarırdın...”
98
 
         Bu  deyilənlər,  yalnız  nübuvvət  məqamına  aid  deyildir.  Belə  ki 
Məryəm  (s.ə)  Ġsanı  (ə)  dünyaya  gətirdikdən  sonra  qurumuĢ  xurma  ağacı 
canlanıb təzə-tər və yetiĢmiĢ xurmalarla dolur: “...
 
təzə yığılmıĢ xurma”
99
 
        Lakin  xurma  ağacının  bu  canlanması  Məryəmin  (ə)  əli  ilə  baĢ  verir. 
Adətən, bir xurma ağacının yetiĢib bar verməsi üçün altı-yeddi ay lazımdır. 
                                                           
98
  “Maidə” surəsi, 110-cu ayə 
99
  “Məryəm” surəsi, 25-ci ayə 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə