Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə23/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

www.ehlibeyt-aka.com
                                
76 
 
          Ġmam  Hüseynin  (ə)  türbətində  Cəbrailin  (ə)  həmin  türbəti 
Peyğəmbərə  (s.ə.s.)  daĢıdığına  görə  Təharət  qüvvəsi  ilə  əlaqədar  qeybi 
təsirlər  olduğu  kimi,  Ruh  qüvvəsi  ilə  də  bağlı  təsirlər  mövcuddur.  Çünki 
əvvəlki bəhslərdə qeyd etdiyimiz kimi, Cəbrail (ə) “Ruhul Quds”dur, yəni 
Təharət ruhudur. 
           Həmin bu təsirləri aĢkar edib tanımaq üçün Qurani-Kərimin söhbət 
açdığı Samiri ilə bağlı hekayəni xatırlayaq: “Musa dedi: “Ey Samiri, sənin 
(bu  böyük  qəbahəti  etməkdə)  məqsədin  nə  idi”  Dedi:  “Mən  onların 
görmədiyi  və  bilmədiyi  bir  Ģeyi  (mələyin  ayağının  torpağının  hərəkət 
etməsini  və  heykəltəraĢlıq  peĢəsini)  gördüm  və  bildim.  Beləliklə,  həmin 
elçinin  (yəni  Cəbrailin)  ayağının  torpağından  bir  ovuc  götürdüm  və  onu 
(buzovun heykəlinin içinə) atdım (və o buzov səsi çıxartdı və camaatı ona 
ibadət etməyə dəvət etdim). Və nəfsim (bu çirkin əməli) mənə beləcə gözəl 
göstərdi.” 
117
 
           Hədislərin  dediyinə  görə,  Samiri  həmin  bir  ovuc  torpağı  Mələyin 
ayağının  altından  götürüb,  çünki  o  özü  etiraf  edir  ki,  insanların 
görmədiklərini  görür  (yəni  görür  ki,  Mələyin  ayaq  qoyduğu  quru  və  ölü 
yerlər canlanıb yaĢıllaĢır). 
           Bəzi  təfsir  alimləri  də  qeyd  edir  ki,  Samiri  həmin  torpağı  Mələyin 
atının ayağı altından götürür. 
           Belə bir sual meydana çıxır: əgər Cəbrailin (ə) atının ayağı altından 
götürülən torpaq ölmüĢ bitki və əldə düzəldilmiĢ buzov heykəlini hərəkətə 
gətirib canlandırılmasında təsir qoyursa, onda Cəbrailin (ə) əli ilə Kərbəla 
türbətini  daĢıyıb  Peyğəmbərə  verməsi  bu  türbətdə  hansı  fiziki  və  qeybi 
təsirlərə səbəb ola bilər?! Halbuki Samirinin niyyəti insanları haqq yoldan 
yayındırmaq  idi.  Kərbəla  türbətinin  daĢınması  isə  ilahi  əmrlə  baĢ  verərək 
                                                           
117
  “Taha” surəsi, 95-96-cı ayələri 


www.ehlibeyt-aka.com
                                
77 
 
Kərbəladan Mədinəyə gətirilib Ġslam Peyğəmbərinə (s.ə.s.) təslim edildi ki, 
məxluqatın ağasının əlinə dəyərək qeybi xüsusiyyətlər qazansın. 
          Deməli,  bu  türbət  qəlblərin  dirildilməsində  təsəvvürə  sığmayan 
miqdarda  təsirə  malikdir!  Cəbrailin  (ə)  bu  türbəti  daĢımasında,  Ruh 
qüvvəsi  ilə  Təharət  qüvvəsinin  birləĢməsində  açıq-aĢkar  niĢanələr  və 
möcüzələr  vardır:  “ġübhəsiz,  bunda  (bu  əhvalatlarda,  oyaq)  qəlbi  olan  və 
ya (həqiqətlərə qəlbi ilə) Ģahid olaraq qulaq asan kəs üçün bir öyüd-nəsihət 
vardır.”
118
 
           Bununla da, Allah-taala mömin bəndəyə Kərbəla türbəti vasitəsi ilə 
Ģəfa və əmin-amanlığı feyz edir. 
 
 
 
 
 
 
ÜÇÜNCÜ    BƏHS:  ĠSLAM  PEYĞƏMBƏRĠNĠN  (s.ə.s.)  KƏRBƏLA 
TÜRBƏTĠNĠ ÖPMƏSĠ ĠLƏ ƏMƏLƏ GƏLƏN QEYBĠ TƏSĠRLƏR 
          Bəzi  sual  və  Ģübhələrə  səbəb  olan  məsələlərdən  biri  də  Ģiələrin 
müqəddəs Kərbəla torpağını öpməsidir. Bəzi insanlar bu fenomeni haram, 
digərləri  isə  müqəddəs  bir  iĢ  hesab  edərək  icazəli  bilir,  digər  bir  qrup 
insanlar isə bunu məzəmmət edir, hətta Ģirk deyərək ittiham edirlər. 
                                                           
118
  “Qaf” surəsi, 37-ci ayə 


www.ehlibeyt-aka.com
                                
78 
 
          Lakin  Ģiələrin  Kərbəla  türbətini  öpmələrinin  səbəblərindən  asılı 
olmayaraq,  bu  məsələni  Peyğəmbərə  (s.ə.s.)  qaytaraq  və  o  həzrətin  bu 
türbətlə  necə  rəftar  etdiyini  araĢdıraq.  Çünki  Qurani-Kərimin  bizə  dediyi 
kimi,  Ġslam  Peyğəmbəri  ən  gözəl  nümunədir.  Bundan  əlavə  olaraq,  əgər 
Peyğəmbər  (s.ə.s.)  bu  iĢi  etmiĢ  olsa,  deməli  müsəlman  Ģəxs  o  həzrətin 
sünnəsinə tabe olaraq bu iĢi görə bilər. 
          Əhməd  ibn  Hənbəl  və  Əbuyəla  əl  Mosuli  Əli  ibn  Əbutalibin  belə 
dediyini  rəvayət  edirlər:  “Bir  gün  Peyğəmbərin  yanına  daxil  olub  gördüm 
ki, gözləri yaĢla dolmuĢdur, soruĢdum: 

 
Ey Allahın Peyğəmbəri, səni kimsə qəzəblndirmiĢdir? 
Peyğəmbər dedi: – Bir az bundan əvvəl Cəbrail yanımda idi və mənə 
xəbər  verdi  ki,  Hüseyn  Fərat  sahilində  qətlə  yetiriləcək.  Dedi  ki, 
“sənə  onun  türbətini  qoxulamaq  üçün  verimmi?”  Bəli!  –  dedim.         
Bu  zaman  əlini  uzadaraq  bir  ovuc  torpaq  götürüb  mənə  verdi,  mən 
özümü saxlaya bilmədim və gözlərim yaĢla doldu.”
119
 
         Bu  hədis  bir  neçə  məqama  iĢarə  edir:  1)  Kərbəlada  Əhli-beytə  üz 
verən  hadisələrin  hədislər  və  bu  hadisədən  sonrakı  Ġslam  tarixinin 
gediĢatından da  məlum olduğu kimi, ilahi hikmət üzündən baĢ  verməsinə 
iĢarə edir. Ġmam Hüseynin (ə) özünün buyurduğu –“Həqiqətən, Allah-taala 
məni Ģəhid görmək istəmiĢdir” – kəlamı bir çox ilahi sirləri əhatə etmiĢdir. 
Buna  görə  də,  Ġmam  Hüseynə  (ə)  olan  qayğı  və  diqqət  vəsf  edilməyəcək 
dərəcədə idi. 
1)
 
Kərbəla torpağının Peyğəmbərə gətirilməsi həmin torpağı tanımaqdan 
ötrü deyildi, əksinə, onu qoxulmaq üçün idi – belə ki Cəbrail (ə) özü 
buna  iĢarə  edir:  “Sənə  onun  türbətini  qoxulamaq  üçün  verimmi?”  –
baĢqa  sözlə  desək,  həmin  türbəti  öpmək  üçün  idi.  Çünki  hədisdə 
                                                           
119
   Əhməd ibn Hənbəlin “Müsnəd” kitabı, cild 1, səh. 85; Əbuyəla əl Mosulinin “Müsnəd” kitabı, cild 1, səh.298; İbn 
Əbi Şeybə Əlkufinin “Müsənnif” kitabı, cild 8, səh. 632; Əl Məzzinin “Təhzibul kamal” kitabı, cild 6, səh. 407 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə