Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə26/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   23   24   25   26   27   28   29   30   31

www.ehlibeyt-aka.com
                                
85 
 
Əgər  Peyğəmbərin  (s.ə.s)  vücudu  ümmətə  əzabın  nazil  olmasına 
maneədirsə,  bəs  onun  ümmət  üçün  əmin-amanlıq  duası  necə!!!  Elə  buna 
görə  də,  Kərbəla  türbəti  mömin  Ģəxsdən  qorxunun  dəf  olunması  üçün  bu 
qeybi və vücudi (fiziki) təsiri daĢımıĢdır. ġübhəsiz, bu təsir Allah-taalanın 
izni ilə baĢ vermiĢdir: “...
 
o zaman ki, Mənim iznimlə ölüləri (qəbirdən diri) 
çıxarırdın...”
130
 
Peyğəmbər (s.ə.s) əhli-beytindən nəql olan hədislərə gəlincə isə ġeyx Tusi 
bəzi ravilər vasitəsi ilə Həsən ibn Əli ibn Əbi Müğeyrədən nəql edir: Ġmam 
Sadiqə (ə) dedim: “Mənim çox xəstəliklərim var, bütün dava-dərmanlardan 
istifadə  etmiĢəm,  lakin  faydası  yoxdur.”  Ġmam  Sadiq  (ə)  buyurdu:  “Sənin 
Hüseynin  (ə)  qəbrinin  türbəti  ilə  münasibətin  necədir?  Çünki  o,  bütün 
xəstəliklərin  Ģəfası  və  istənilən  qorxu  qarĢısında  əmin-amanlıq  vasitəsidir. 
Onu (türbəti) götürən zaman de: “Ey Allahım, Səni and verirəm bu türbətin 
və onu daĢıyan mələyin və onu təhvil alan peyğəmbərin, onda dəfn olunan 
vəsinin haqqına, Muhəmməd və onun Əhli-beytinə salavat göndər və onda 
hər bir xəstəliyin Ģəfası və hər bir qorxunun əmniyyətini qərar ver!” 
Həmçinin sonra buyurdu: “Türbəti daĢıyan mələyə gəlincə isə o, Cəbraildir 
(ə).  Onu  Peyğəmbərə  göstərərək  demiĢdir:  “Bu  sənin  balanın  türbətidir, 
ümmətin  onu  səndən  sonra  qətlə  yetirəcək.”  Onu  (türbəti)  təhvil  alan 
peyğəmbər  Muhəmməd  peyğəmbərdir.  Orada  dəfn  edilən  vəsi  isə 
Ģəhidlərin ağası, Hüseyndir (ə).” 
Sözünə  davam  edərək  buyurdu:  “Əgər  sultan  və  yaxud  baĢqa  bir  kəsdən 
qorxsan,  Ġmam  Hüseynin  (ə)  qəbrinin  türbətini  daĢımadan  evdən  çıxma. 
Belə  de:  “Ey  Allahım,  bu  Sənin  vəlinin  oğlu,  Hüseynin  (ə)  qəbrinin 
türbətidir.  Onu  qorxduğum  və  qorxmadığım  Ģeylər  üçün  götürmüĢəm.” 
Həqiqətən, sənin qorxmadığın Ģeylə üzləĢəcəksən.” 
                                                           
130
  “Maidə” surəsi, 110-cu ayə 


www.ehlibeyt-aka.com
                                
86 
 
Ravi  deyir  ki,  həmin  türbəti  Ġmam  dediyi  kimi  götürdüm.  Allah-taala 
mənim səhhətimi düzəltdi  və bu türbət bütün qorxduğum və qorxmadığım 
Ģeylərdən məni amanda saxladı. Allaha həmd olsun ki, ondan  sonra heç bir 
pislik və xəstəlik görmədim.
131
 
ÜÇÜNCÜ  MƏTLƏB:  Kərbəla türbəti insanın bildiyi və bilmədiyi bütün 
qorxular müqabilində əmin-amanlığa səbəb olur. 
Seyid  ibn  Tavus  nəql  edir  ki,  Ġmam  Sadiq  (ə)  Ġraqa  daxil  olan  zaman 
insanlar  onun  ətrafına  toplaĢıb  belə  deyirlər:  “Ey  bizim  ağamız,  Ġmam 
Hüseyn  ağanın  türbəti  hər  bir  xəstəliyə  Ģəfadır,  görəsən,  o  hər  bir  qorxu 
qarĢısında  da  əmin-amanlıqdır?”  Ġmam  buyurdu:  “Bəli,  əgər  sizlərdən 
biriniz  hansısa  qorxudan  amanda  qalmaq  istəsə,  onda  onun  türbətindən 
təsbeh düzəltsin və “Leylətül Məbit” duasını üç dəfə oxusun. Sonra türbəti 
öpüb, gözlərinin üstünə qoyaraq belə desin: “Ey mənim Allahım, Səni and 
verirəm bu türbətin və onun sahibinin, onun babası, atası, anası, qardaĢı və 
məsum övladlarının haqqına! Onu (türbəti) bütün xəstəliklərdən Ģəfa, bütün 
qorxulardan  aman  və  bütün  pisliklərdən  qorunacaq  qərar  ver.”  Sonra 
türbəti  cibinə  qoysun.  Əgər  bu  iĢi  sübh  vaxtı  edərsə,  gecəyə  kimi  Allahın 
amanında  olar.  Gecə  vaxtı  edərsə,  sübh  çağına  kimi  Allahın  amanında 
qalar.”
132
 
 
 
DÖRDÜNCÜ  MƏTLƏB: Kərbəla türbəti qəbir əzabından qoruyur 
 Bu təsir Ġslam Peyğəmbərinin məqamı ilə bağlıdır. Çünki onun vasitəsi ilə 
əzab  aradan  qaldırılır.  Gizli  deyildir  ki,  həqiqətdə,  insanın  ən  ehtiyaclı 
                                                           
131
  
131
  Şeyx Tusinin “Təhzibul əhkam” kitabı, cild 6, səh. 74; Şəhidi Əvvəlin “Durus” kitabı, cild 2, səh. 26  
132
 Seyid İbn Tavusun “Fəlahus sail” kitabı, səh.223-224; İbn Tavusun “Əl aman minəl əxtar” kitabı, səh.47; Amulinin 
“Vəsailüş şiə” kitabı, cild 11, səh. 427 


www.ehlibeyt-aka.com
                                
87 
 
olduğu Ģey qəbir evində əmin-amanlıqda olmasıdır. Çünki həmin məkanda 
onun Allahdan baĢqa heç bir yardımcısı yoxdur. 
Allah  öz  rəhməti  ilə  insana  əmin-amanlığın  baĢ  verməsini  və  bərzəx 
aləmində əzabın aradan qaldırılmasını öyrədib. Bunlara misal olaraq, saleh 
övlad,  faydası  olan  elm  və  davamlı  olaraq  fayda  verə  biləcək  sədəqəni 
nümunə  kimi  göstərmək  olar.  Bütün  bunlar  ilahi  rəhmətin  bu  ümmətə 
məxsus  etdiyi  səbəblərdir.  Görəsən,  bu  səbəblər  birbaĢa  olaraq  Ġslam 
Peyğəmbəri  (s.ə.s)  və  onun  balası  Ġmam  Hüseyn  (ə)  ilə  əlaqədar  olarsa, 
təsiri  necə  olar?!  Belə  ki,  Allah-taala  Peyğəmbəri  (s.ə.s.)  vəsf  edərək 
buyurur:”  (Ya  Muhəmməd!)  Biz  səni  aləmdəkilər  üçün  yalnız  bir  rəhmət 
olaraq göndərmiĢik.”
133
 
Burada Əhli-beytdən (ə) daxil olan bəzi hədislərə iĢarə edək: 
1)
 
Kərbəla  türbəti  meyitlə  birlikdə  qəbrə  qoyulur  və  onun  hənutuna 
qarıĢdırılır: 
Himyəridən nəql olunur ki, bir nəfər Ġmam Zaman (ə.f) ağaya məktub 
yazaraq Ġmam Hüseynin (ə) qəbrinin türbəti haqqında soruĢur ki, onu 
meyitlə  birlikdə  qəbrə  qoymaq  olarmı?  Ġmam  (ə.f)  cavabında  belə 
buyurur:  “(Kərbəla  türbəti)  ĠnĢallah,  meyitlə  birlikdə  qəbrə  qoyulur 
və hənutuna qarıĢdırılır.” 
134
 
2)
 
Kərbəla türbəti meyitin üzü bərabərində qoyulur:  
Cəfər  ibn  Ġsa  nəql  edir  ki,  bir  gün  Ġmam  Rzadan  (ə)  eĢitdim  ki,  o 
həzrət belə  buyurur: “Sizlərdən biriniz  əgər  meyiti dəfn edib torpağı 
onun baĢı altında yastıq edərsə, onun üzü müqabilində türbət qoysun 
və onu meyitin baĢı altına qoymasın.”
135
 
                                                           
133
  “Ənbiya” surəsi, 107-ci ayə 
134
  Hürr Amulinin “Vəsailüş şiə” kitabı, cild 3, səh. 29; Amulinin “Miftahul kəramə” kitabı, cild 4, səh.249; Təbatəbainin 
“Riyadul məsail” kitabı, cild 2, səh.  227 
135
  Hürr Amulinin “Vəsailüş şiə” kitabı, cild 3, səh. 29-30; Tusinin “Əlmisbah” kitabı, səh. 678 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə