Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə28/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   23   24   25   26   27   28   29   30   31

www.ehlibeyt-aka.com
                                
91 
 
nurlandırır.  Kimin  bu  türbətdən  təsbehi  olsa,  hətta  zikr  etməsə  belə,  zikr 
edənlərdən  sayılar.  Barmaqlarla  zikr  etmək  baĢqa  bir  Ģeylə  zikr  etməkdən 
daha fəzilətlidir. Çünki Qiyamət günü onlardan sorğu-sual olunacaq.”
140
 
         Bu qeybi təsiri iki yolla əldə etmək olar: 
1)
 
Qurani-Kərim  Həzrət  Məryəmin  (s.ə)  əhvalatını  nəql  edərkən  doğuĢ 
sancıları  baĢladığı  zaman  onun  bir xurma  ağacının  gövdəsinə  pənah 
gətirdiyini  bəyan  edir.  Burada  Allah  övliyalarının  bir  sıra  qeybi 
təsirlərə  və  xüsusi  kəramətlərə  malik  olduğu  açıqlanır.  Belə  ki 
hamiləlik  müddəti  qısalaraq  bir  neçə  ana  çevrilir,  Həzrət  Məryəm 
(s.ə)  əlini  qurumuĢ  xurma  ağacının  gövdəsi  üzərinə  qoyduğu  zaman 
ağac canlanır və təzə-tər xurma verir. 
         Ġnsan  təbiətdəki  rasional  qanunların  bu  Ģəkildə  pozulduğunu 
gördükdə Allah-taalanın sonsuz əzəməti qarĢısında səcdəyə düĢür. Deməli, 
bu  elə  bir  qüvvədir  ki,  heç  bir  Ģey  onun  qarĢısında  dayana  bilməz.    Bu 
qüvvənin  qarĢısında  dayana  biləcək  bir  maneə  haqqında  heç  kəs  hətta 
düĢünə də bilməz. Çünki zaman və məkanda baĢ verən bu hadisələr insanın 
Ģüur  və  təfəkküründən  daha  sürətlidir.  Qurani-Kərimdə  bu  məsələyə 
misallar çoxdur: “Kitabdan (Lövhi-Məhfuzdan, ya səmavi kitablardan) bir 
qədər elmi olan birisi dedi: “Mən onu sən gözünü qırpmazdan əvvəl (və ya 
sənin  bir  Ģeyə  baxıĢın  o  Ģeyin  surətini  beyninə  ötürməmiĢdən  öncə)  sənin 
yanına gətirərəm.”
141
  
         Bu  ayədən  görünür  ki,  Bilqeyisin  taxtının  Yəməndən  Beytül-
Müqəddəsə  gətirilməsi  insanın  fikirləĢmək  üçün  ehtiyac  duyduğu 
müddətdən daha tez baĢ vermiĢdir.  Burada  təəccüb ediləcək  məsələ sürət 
deyil. 
Daha 
təəccüblüsü 
daĢındığı  zaman  taxtın  keyfiyyətinin 
                                                           
140
  Hürr Amulinin “Vəsailüş şiə” kitabı, cild 3, səh. 607; Şeyx Səduqun “Mən la yahduruhul fəqih” kitabı, cild 1, səh. 268; 
Şəhidi-əvvəlin “Əl zikra” kitabı, cild 3, səh.153 
141
  “Nəml” surəsi, 40-cı ayə 


www.ehlibeyt-aka.com
                                
92 
 
qorunmasıdır.  Çünki  sürət  nə  qədər  çox  olarsa,  daĢınan  əĢyanı 
parçalanmaqdan,  nöqsana  uğramaqdan  və  Ģiddətlə  yerə  dəyməkdən 
qorumaq  üçün  həmin  sürətə  uyğun  qüvvə  lazımdır.  BaĢqa  sözlə  desək, 
sürət  nə  qədər  çox  olarsa,  əĢyanın  sürtünmə  qüvvəsi,  yəni  dağılıb 
parçalanması  da  sürətlənir.  Lakin  bunların  heç  biri  baĢ  vermir:  “... 
Beləliklə, elə ki onu (taxtı) yanında hazır durmuĢ gördü, dedi: “Bu (istəyin 
o  saat  yerinə  yetirilməsi,  ya  belə  bir  Ģəxsin  mənim  ümmətimdə  olması) 
Rəbbimin  fəzlindəndir  və  məni  yoxlamaq  üçündür  ki,  görək  Ģükür 
edəcəyəm,  ya  nankorluq  (naĢükürlük)?  Kim  Ģükür  etsə,  öz  xeyrinə  Ģükür 
edər  və  kim  naĢükürlük  etsə,  (bilsin ki)  Rəbbim,  həqiqətən,  onun  Ģükrünə 
möhtac deyil və kərəm sahibidir.”
142
 
        Süleyman  peyğəmbər  bu  hadisə  qarĢısında  heyrətdə  qalır,  taxtın 
gətirilmə  sürətinəmi,  yoxsa  sürətlə  gətirildiyi  zaman  heç  bir  nöqsana 
uğramamasınamı  təəccüblənəcəyini  bilmir.  Bilqeyis,  onun  əyanları, 
vəzirləri  və  qoĢundan  heç  kəs  bu  iĢin  necə  baĢ  verdiyindən  xəbər  tutmur. 
Axı necə xəbər tuta bilərdilər, bir halda ki, bu iĢ bir göz qırpımında, daha  
dəqiq  desək,  “...
 
göz qırpmadan öncə (və ya sənin bir Ģeyə baxıĢın həmin 
Ģeyin surətini beyninə ötürməmiĢdən öncə)...”
143
 baĢ vermiĢdi. 
        Ġlahi övliyalarda müĢahidə olunan bu qeybi təsirlər bütün məxluqatın 
və  peyğəmbərlərin  ağası  olan  Ġslam  Peyğəmbərində  (s.ə.s)  olmaya 
bilərdimi?!  O,  bu  təsirləri  Kərbəla  türbətinə  də  əta  etmiĢdi.  Həmin  
təsirlərdən  biri  də  bu  türbətə  edilən  səcdənin  yerin  yeddinci  qatını 
nurlandırmasıdır.  Mömin  bəndənin  Allah-taalaya  səcdə  etmək  niyyəti 
qeybi təsirlər kəsb etmiĢ səcdəgahla birləĢərsə, bu, həmin əməli nura qərq 
edər.  Elə  bir  nur  ki,  yerin  qatlarını  nurlandırar,  yəni  zaman  və  məkan 
sərhədlərinin kiçilməsi ilə yerin zülmətləri aradan qalxar. Bu proses “teyy”, 
yəni  “sürətlə  ötüb  keçmək”  adlanır.  Qurani-Kərim  buyurur:  “(Yada  sal)  o 
                                                           
142
  “Nəml” surəsi, 40-cı ayə  
143
  “Nəml” surəsi, 40-cı ayə  


www.ehlibeyt-aka.com
                                
93 
 
günü  ki,  Biz  göyü  (içindəki  Ģeylərlə  birlikdə  lülə  Ģəkilli)  kağız  kimi 
bükəcəyik. Məxluqatı birinci dəfə (zərrəciklərini su və torpaqdan toplayıb) 
yaratdığımız  kimi,  yenidən  qaytaracağıq  (dağılmıĢ  və  ya  məhv  olmuĢ 
zərrəciklərini  toplayaraq  əvvəlki  vəziyyətinə  salacağıq).  (Bu  iĢ)  bizim 
öhdəmizdə olan bir vəddir və Biz onu edəcəyik.” 
144
 
         Müqəddəs  Ġmam  Hüseyn  (ə)  türbətinə  edilən  səcdə  varlığın 
zərrəciklərini  hərəkətə  gətirib  nurun  həmin  nöqtəyə  yetiĢmə  zamanını 
kiçildərək onun təsirini yerin yeddinci qatına çatdırır. 
Bu qeybi təsirin hikməti: 
         Bu  qeybi  təsirin  hikmətini  anlamaq  üçün  Ġmam  Sadiqdən  (ə)  gələn 
hədisdə  iĢlənmiĢ  bir  kəlməyə  diqqət  etmək  kifayətdir.  Bu,  “təsbih” 
kəlməsidir.  Belə  ki  Ġmam  Hüseynin  (ə)  qəbrinin  torpağına  edilən  səcdə 
yerin  qatlarında  məskunlaĢan  canlıların  yerinə  yetirdiyi  ibadətin  təsir  və 
savabına  malikdir.  Yəni  bu  türbətə  səcdə  edən  Ģəxs  yer  üzündə  və  onun 
qatlarında  olan  canlıların  ibadətinin  savabını  qazanır.  Bu  əməl  elə  həyat 
əhəmiyyətli  təsirlərə  malikdir  ki,  məkan  cəhətdən  yerin  yeddinci  qatına 
qədər gedib çıxır. Yəni Allah-taala varlığın tərkib hissələrinin qorunmasını 
Peyğəmbərin  (s.ə.s)  Kərbəla  türbətini  öpməsinin  təsiri  ilə  əlaqələndirir: 
“Amma  nə  qədər  ki,  sən  onların  içindəsən,  Allah  onlara  əzab 
verməyəcəkdir.  Həmçinin  nə  qədər  ki  onlar  istiğfar  edirlər  (Allahdan 
bağıĢlanmalarını  istəyirlər),  Allah  onlara  əzab  verən  deyildir  (“istiğfar” 
kəlməsi  müĢriklər  barəsindəki  ayələrin  içərisində  olan  bu  ayənin  kitab 
əhlinə aid olduğuna dəlalət edir)”. 
145
 
         Müqəddəs  Kərbəla  türbətinin  qeybi  təsiri  və  bu  təsirin  hətta  yerin 
yeddinci qatına nəql olunması heç də təəccüblü deyil. Çünki Cəbrailin (ə) 
                                                           
144
  “Ənbiya” surəsi, 104-cü ayə 
145
  “Ənfal” surəsi, 33-cü ayə 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə