Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə25/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

www.ehlibeyt-aka.com
                                
82 
 
Allahın  dini  üçün  öz  balasını  qurban  vermə  vaxtı  yetiĢmiĢdir.  Lakin  bu 
hansı vaxt idi? Görəsən, qurbanlığın kəsilməsi, yoxsa qurbanlığın deyəcəyi 
sözü eĢitmə vaxtı? 
        Allah-taala  Onun  əmri  ilə  Ġsmaili  qurban  etməli  olduğunu  xəbər 
verdiyi  zaman  Ġbrahimin  (ə)  öz  oğlundan  eĢitdiyi  cavabı  Muhəmməd 
peyğəmbərin də (s.ə.s.) öz balası Hüseyndən eĢitməsini istəmiĢdi.  
        Ġslam  peyğəmbərinin  (s.ə.s.)  məqamı  Ġbrahim  peyğəmbərin  (ə) 
məqamından  üstün  olduğu  üçün  Peyğəmbər  (s.ə.s.)  cavabı  eĢitməli  və 
həmin  cavab  Cəbrailin  (ə)  vasitəsi  ilə  birbaĢa  nəql  olunmalı  idi. 
Peyğəmbərlərin  ağası  (s.ə.s.)  Həzrəti-Fatimənin  (s.ə)  balasından  cavabı 
gözləyirdi,  necə  ki  Ġbrahim  (ə)  Hacərin  balasından  cavab  gözləyirdi  və 
cavab da belə oldu: “... Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi 
ilə məni səbirlilərdən görəcəksən!”
125
 
       Burada göz yaĢı cavabı qabaqladı! Amma kimin göz yaĢı?! Hüseynin, 
ya babası Peyğəmbərin, yoxsa Cəbrailin göz yaĢı ?! Heç bir fərqi yoxdur; 
hər üçü buradadır və ağlayır... Həmçinin orada Kərbəla çölündə olacaqlar. 
Ġmam  Hüseynin  (ə)  cavabı  hər  iki  məkanda  da  eynidir.  Lakin  Fatimə 
balasının  vəziyyəti  tam  fərqlidir.  Burada  o,  baĢını  babası  Peyğəmbərin 
(s.ə.s.) sinəsinə qoymuĢdur. Peyğəmbər (s.ə.s.) rəhmət əli ilə onun tellərini 
sığallayır. 
        Orada  isə...  Onun  baĢı  Kərbəla  torpağı  üzərində  olacaq...  Susuz... 
Yalnız...  Qərib  halda.  Sanki  qılınclar  Peyğəmbərin  (s.ə.s.)  mübarək 
barmaqlarının izi ilə onun baĢını sığallayacaq... 
       Burada  Hüseynin  (ə)  bir  gözü  Peyğəmbərə  (s.ə.s.),  digər  gözü  isə 
Cəbrailə (ə) baxırdı. Orada, Kərbəlada isə Hüseynin (ə) bir gözü əhli-əyalı, 
bacılarına, digər gözü isə onların qatilləri və düĢmənlərinə baxacaq. 
                                                           
125
  “Saffat” surəsi, 102-ci ayə 


www.ehlibeyt-aka.com
                                
83 
 
       Burada  o,  fərəh  içində  idi,  lakin  orada  isə  vəziyyət  həddən  artıq 
gərginləĢdikdə  gözlərini  səmaya  dikib  belə  buyuracaq:  “Ey  mənim 
Allahım!  Sən  ali  məqam  sahibisən!  Əzəmətli  qüdrət  və  Ģiddətli  qüvvət 
sahibisən,  məxluqatdan  ehtiyacsızsan.  Böyük  kibr  sahibi,  istədiyin  hər  bir 
Ģeyə  qadirsən.  Rəhmətin  yaxın,  vədən  sadiq,  nemətlərin  bol,  imtahanın 
gözəl,  dua  edilən  zaman  yaxın,  yaratdıqlarını  əhatə  edənsən.  Sənə  doğru 
qayıdan bəndənin tövbəsini qəbul edənsən, istədiyin hər bir Ģeyə qadirsən. 
Tələb  etdiyini  dərk  edənsən.  Sənə  Ģükr  edilən  zaman  təĢəkkür  edənsən, 
Səni  xatırlayanı  xatırlayansan,  ehtiyaclı  halda  Səni  çağırıram  və  fəqir 
olduğum halda Sənə rəğbətliyəm, qorxan halda Sənə pənah aparıram, kədər 
halında ağlayıram, zəif olduğum üçün Səndən yardım diləyirəm, Sən mənə 
kifayət edən halda Sənə təvəkkül edirəm! 
         Ey mənim Allahım, bizimlə qövmümüz arasında hökm et, həqiqətən, 
onlar bizi aldatmıĢlar, köməksiz tərk etmiĢlər.  Bizə  xəyanət etmiĢ  və  bizi 
qətlə  yetirmiĢlər.  Biz  sənin  Peyğəmbərinin  itrəti  və  risalətə  seçdiyin 
həbibin  Muhəmmədin  (s.ə.s.)  balaları  və  vəhyin  əmanətdarlarıyıq.  Bizim 
bu  iĢimiz  üçün  qurtuluĢ  və  çıxıĢ  yolu  müəyyən  et,  ey  Rəhimlilərin 
Rəhimlisi!”
126
 
         Bax,  cavab  budur,  ey  Allahın  Peyğəmbəri..!  O,  dəyiĢməzdir, 
baxmayaraq  ki,  zaman  və  məkana  görə  onun  kəlmələri  müxtəlifdir.  Buna 
görə  də,  Ġbrahim  peyğəmbərin  oğlu  Ġsmaildən  eĢitdiyi  cavab  ilə  Ġslam 
Peyğəmbərinin  öz  balası  Hüseyndən  eĢitdiyi  cavab  arasında  böyük  fərq 
vardır. 
         “Allahın  istəyi  ilə  məni  səbirlilərdən  görəcəksən!”  cavabı  ilə  “Sənin 
qəza-qədərinin  müqabilində səbir edirəm, ey O Rəbb ki, ondan baĢqa ilah 
yoxdur, ey yardım edənlərin yardımçısı. Mənim Səndən baĢqa Rəbbim və 
Səndən baĢqa Məbudum yoxdur. Ey yardıma etiyacı olmayıb yardım edən, 
                                                           
126
  Seyid Müqərrəmin “Məqtəl” kitabı, səh. 296-297; Qunduzinin “Yənəbiul məvəddəh” kitabı, cild 3, səh. 82 


www.ehlibeyt-aka.com
                                
84 
 
Sənin  hökmünə  səbir  edirəm!  Ey  tükənməyib  daim  olan!  Ey  ölüləri 
dirildən! Ey hər bir nəfsin kəsb etdiyini onun üçün yerinə yetirən! Mənimlə 
onların arasında hökm et, ey hökm edənlərin ən xeyirlisi!”
127
 
         Elə buna görə də, Hüseynə (ə) hələ onun dünyaya gəlməsindən əvvəl 
Adəm  (ə),  Nuh  (ə),  Ġbrahim  (ə),  Ġsmail  (ə),  Ġsa  (ə),  Musa  (ə)  və  bütün 
peyğəmbərlər ağlamıĢlar. 
         Beləliklə,  Ġmam  Hüseyndən  (ə)  cavabı  eĢitdikdən  sonra,  Cəbrail  (ə) 
Hüseynin  (ə)  qətlə  yetiriləcəyi  və  dəfn  olunacağı  türbəti  gətirib 
Peyğəmbərin qarĢısına qoyur və o, öz növbəsində Allah-taalanın bu türbətə 
bəxĢ etdiyi qeybi və vücudi-fiziki təsirlərə göz yaĢları ilə möhür vurur. 
 
 
ĠKĠNCĠ  MƏTLƏB: Kərbəla türbəti mütləq Ģəkildə əmin-amanlıqdır 
Qurani-Kərim  Peyğəmbərlərin  ağası  Muhəmməd  peyğəmbərin  (s.ə.s.) 
məqamı  ilə  əlaqəsi  olan  qeybi  sünnə  və  vücudi  qanundan  söhbət  açaraq, 
açıq-aĢkar “əzabdan amanda qalmaq” qanunu haqqında belə buyurur: “Nə 
qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir...”
128
 
Əgər  insan  nəfsində  baĢ  verən  qorxunun  səbəbini  araĢdırsaq,  görərik  ki, 
onun səbəbi iki amildir: ya əzabın baĢ verəcəyini hiss etmək, ya da ağrının 
baĢ  verəcəyi  hər  hansı  bir  hadisəni  yaĢamaq.  Ġslam  Peyğəmbəri  (s.ə.s.) 
dünyada  olduğu  müddət  ərzində  hər  iki  amil  qeyri-mövcuddur.  Elə  ona 
görə  də  Qurani-Kərim  bu  qanunu  təqdim  edir:  “Nə  qədər  ki,  sən  onların 
içindəsən, Allah onlara əzab verməyəcəkdir...” 
129
 
                                                           
127
  Yenə orada 
128
  “Ənfal” surəsi, 33-cü ayə 
129
  “Ənfal” surəsi, 33-cü ayə 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə