Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə21/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

www.ehlibeyt-aka.com
                                
70 
 
Həmin bu müddət Allahın izni ilə Məryəmin (ə) vasitəçiliyinin nəticəsində 
qısalıb bir ana çevrilir.  
        Deməli,  hər  iki  aləmin  peyğəmbəri  və  ağası  olan  Əziz  Ġslam 
Peyğəmbərinin (s.ə.s.) müqəddəs Kərbəla türbətini öpüb göz yaĢlarına qərq 
etməsinin mənası, öz balası Hüseyni Aləmlərin Rəbbinə qurban verməsidir. 
O  həzrət  (s.ə.s.)  bu  qurbanın  vasitəsi  ilə  Allahın  seçib  bəyəndiyi  Ġslam 
dininə  yenidən  həyat  bəxĢ  edir.  Allah-taala  buyurur:  “ġübhəsiz 
(peyğəmbərlərin gətirdikləri və Ģəriət Ģəklində bəĢəriyyətə təqdim etdikləri 
həqiqi) din Allah yanında həmin Ġslamdır...”
100
,  bundan ötrü, “Və Biz ona 
böyük bir qurbanlıq fəda etdik.”
101
 
 
ĠKĠNCĠ    BƏHS:  Cəbrailin  (ə)  toxunuĢu  nəticəsində  Kərbəla  türbətinin 
daĢıdığı təsirlər 
         Allah-taalanın  əmri  ilə  Cəbrailin  (ə)  Kərbəla  türbətini  Mədinə 
Ģəhərinə,  Ġslam  Peyğəmbərinə  (s.ə.s.)  daĢıması,  o  həzrət  də  (s.ə.s.)    öz 
növbəsində  qoxulayıb,  öpüb  və  Ġmam  Hüseynin  (ə)  qanı  ilə  aludə 
olmamıĢdan əvvəl göz yaĢları ilə onu aludə etməsi əbəs deyildi. Nə Cəbrail 
(ə)  malik olduğu məqama görə bihudə iĢ görməz, nə  Aləmlərin Rəbbi,  nə 
də  bütün  məxluqatın  ağası  olan  Ġslam  Peyğəmbəri  (s.ə.s.)  səhv  edə 
bilməzdi. Deməli, bu məsələ Allahdandır və Ona da qayıdır. 
         Beləliklə  də,  Kərbəla  türbəti  bütün  bu  məqamlardan  əlavə,  fiziki  və 
qeybi təsirlərə malik olub bütün fiziki və qeybi qanunları aĢdı. Bunlar Əhli-
beytdən (ə) nəql olunan hədislərdə öz əksini tapmıĢdır. 
 
                                                           
100
  “Ali İmran” surəsi, 19-cu ayə 
101
  “Saffat” surəsi, 107-ci ayə 


www.ehlibeyt-aka.com
                                
71 
 
BĠRĠNCĠ  MƏTLƏB: 
Kərbəla türbətində Təharət qüvvəsi ilə əlaqədar olan təsirlər: 
           Keçən  bəhslərdə  danıĢdıq  ki,  Allah-taala  Cəbrailə  (ə)  iki  qüvvə  –  
“Ruh” və “Təharət” qüvvələri vermiĢdir və bu qüvvələrin də hər birinin ani 
təsirləri vardır, xüsusilə də əgər tərəf müqabili eyni qüvvəyə malik olsa, bu 
təsirlər  daha  dərin  və  bariz  olur.  Lakin  tərəf  müqabili  uyğun  olmadıqda  – 
belə  ki  müĢrik  və  ya  kafir  olduqda  təsir  ya  nisbi,  ya  da  tamamilə  aradan 
itmiĢ olur. 
           Bu  təsirlərdən  biri  Qurani-Kərimin  Ģəfa  olması  məsələsidir.  Allah-
taala  bu  təsiri  yalnız  möminlərə,  yəni  təharət  ruhuna  malik  olan  xalis 
bəndələrinə  Ģamil  etmiĢ,  zalımları  isə  bundan  məhrum  etmiĢdir.  Qurani-
Kərim  buyurur:  “Biz,  Qurandan  möminlər  üçün  (mənəvi  və  ictimai 
xəstəliklərə)  Ģəfa  və  rəhmət  olan  Ģeyi  nazil  edirik  və o,  zalımlara  (ruhi  və 
ictimai) ziyandan baĢqa bir Ģey artırmır.”
102
 
          Kafir  və  müĢrik  Allah-taalanın  birliyinə  iman  gətirmək  və 
Peyğəmbərin  (s.ə.s.)  nübüvvətini  qəbul  etməklə  nəcasətdən  ayrılaraq 
təharət  məqamına  ucalır.  Bu  etirafla  o  dəyiĢib  təharət  ruhuna  qovuĢur. 
Təharət  ruhu  insanlar  arasında  fərqli  olduğu  üçün  Kərbəla  türbəti  ilə  Ģəfa 
tapmaq da fərqli olur.  
BĠRĠNCĠ TƏSĠR: ġƏFA 
          ġəhidi  Əvvəl  (ġəmsuddin  Abu  Abdullah  Məhəmməd  ibn 
Camaluddin  Məkki  Amuli)  “Durus”  kitabında  belə  yazır:  “Fəqihlər 
Kərbəla  türbəti  ilə  (Allahın  salamı  olsun  onu  Ģərəfləndirənə)  Ģəfa  əldə 
edilməsi  və  onunla  zikr  deyilməsi  məsələsində  həmrəydirlər.  Bu  barədə 
hədislər  mütəvatirdir.  Türbəti  onun  hərəmindən,  hətta  uzaq  olsa  belə, 
                                                           
102
  “İsra” surəsi, 82-ci ayə 


www.ehlibeyt-aka.com
                                
72 
 
götürmək  icazəlidir.  Türbət  nə  qədər  zərihə  yaxın  olarsa,  daha  əfzəldir. 
Əgər  türbət  zərih  üzərinə  qoyularsa,  yaxĢı  olar.  Kərbəla  türbəti  götürülən 
və istifadə edilən zaman nəql olunan məĢhur dualardan oxunulsun. Onunla 
Ģəfa tapmaq istəyən insan noxud ölçüsündən çox istifadə etməsin.”
103
 
         Mütəvatir hədislərdən üçünü qeyd edirik: 
1)
 
ġeyx Kuleyni Hüseyn ibn Əlidən, o, isə Yunis ibn Rəbidən, sonuncu 
da Ġmam Sadiqdən (ə) rəvayət edir: “Ġmam Hüseynin (ə) baĢ tərəfində 
qırmızı  rəngdə  türbət  var  ki,  zəhərdən  baĢqa  hər  bir  dərdin 
dərmanıdır.”
104
 
2)
 
ġeyx  Tusi  Muhəmməd  ibn  Süleyman  əl  Bəsridən,  o  isə  atasından,  
sonuncu  da  Ġmam  Sadiqdən  (ə)  rəvayət  edir:  “Ġmam  Hüseynin  (ə) 
qəbrinin  türbəti  hər  bir  dərdin  dərmanıdır.  Həqiqətən,  o  böyük  bir 
dəvadır.”
105
 
3)
 
Hürr Amuli Ġmam Sadiqdən (ə) rəvayət edir: “Əgər xəstə insan, Əba 
Abdullah  Hüseynin  (ə)  haqqını  tanısaydı,  Hüseynin  (ə)  qəbrinin 
torpağından barmaq ucu qədərində torpaq götürülüb onun üçün dəva 
və Ģəfaya çevrilərdi.” 
106
 
        Bu hədislər müqəddəs Kərbəla türbətinin həmin üç aləmdən keçəndən 
sonra  qazandığı  qeybi  təsirlərə  –  belə  ki  insan  bədəni  və  nəfsinin 
xəstəliklərdən  paklanmasına  iĢarə  edir.  mam  Sadiqin  (ə)  buyurduğu  kimi,  
Kərbəla  türbəti  böyük  məlhəmdir.  Bu  məlhəm,  antibiotiklərin  təsirindən 
daha çox təsirlərə  malikdir. Onu heç bir dava-dərman ilə  müqayisə etmək 
olmaz. Çünki Ġmam Hüseyn (ə) türbəti həm Cəbrail (ə), həm də əziz Ġslam 
Peyğəmbərinin (s.ə.s.) təsirlərini daĢıyır. Lakin qeyd etmək lazımdır ki, bu 
təsirlərin aĢkar olması həmin türbət sahibinin imamətinə etiqad və imandan 
                                                           
103
  Şəhidi Əvvəlin “Durus” kitabı, cild 2, səh. 26 
104
  Şeyx Kuleyninin “Əlkafi” kitabı, cild 4, səh. 588 
105
  Şeyx Tusinin “Təhzibul əhkam” kitabı, cild 6, səh.74 
106
  Hürr Amulinin “Vəsailüş şiə” kitabı, cild 10, səh. 415 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə