Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə19/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

www.ehlibeyt-aka.com
                                
64 
 
3)
 
Bu mələklərin nazil olduğu Ģəxs – o, bütün məxluqat aləminin ağası 
Muhəmməd (s.ə.s.) peyğəmbərdir 
4)
 
Risalətin    çatdırılması  –  Kərbəla  torpağında  Cənnət  cavanlarının 
ağası Ġmam Hüseynin (ə) qətlə yetirilməsi. 
       Bu  məqamları  nəzərə  alsaq,  üç  əsas  mehvəri  əldə  edə  bilərik: 
“Göndərən, səmavi elçi və Allahın yer üzərindəki xəlifəsi” 
       Bu risalətdən sonra  hansı təsirlər əmələ gəldi? Sözügedən risalət ilahi 
əmr  aləminin  üçündən  də  keçmiĢdir:  müqərrəb  mələklər,  nübuvvət  və 
risalət  aləmləri.  Bu  türbətə  aid  olan  qeybi  təsirlər  nədir?  Və  ondan  əmələ 
gələn təsirlər hansılardır?  
       Üç  aləmdən,  “Ġlahi  Əmr  aləmi,  Ruhul  Əmin  aləmi  və  risalətin  xətm 
aləmindən”    keçən  Kərbəla  türbəti  ilə  bağlı  olan  qeybi  təsirləri  tanımaq 
üçün  labüd  olaraq  bu  üç  aləmi  tanımalıyıq.  Belə  ki  bu  aləmlərin  hansı 
təsirlərə malik olduğunu bilmək lazımdır.  
       Yəni  əgər  insan  hər  hansı  bir  sultan  və  yaxud  dövlət  baĢçısından 
hakimiyyət  orqanının  əmin  olduğu  bir  Ģəxs  vasitəsilə  risalət  (missiya) 
alarsa  və  risalətin  göndərildiyi  Ģəxs  sultan  və  yaxud  dövlət  baĢçısının 
hörmət etdiyi, sevdiyi bir insan olarsa, belə olan halda bu risalətin məqamı 
və Ģəni necə olmalıdır? Bəs ona aid olan təsirlər və yaxud onun tərəfindən 
bildirilmiĢ hökmlər hansılardır?! 
       Birinci aləm: Ġlahi əmr aləmi, yəni Allah-taala Cəbrailə (ə)  müqəddəs 
Kərbəla türbətini əziz Ġslam Peyğəmbərinə daĢımasını vəhy edir. 
      Ġkinci  aləm:  Ruhul  Əmin  və  yaxud  Ruhul  Quds,  yəni  Cəbrailin  (ə) 
məqamı.  Bu  barədə  Ġmam  Zeynülabidin  (ə)  müqərrəb  mələklər  və  ərĢi 
daĢıyanlara  öz  salavatında  belə  buyurur:  “...və    Cəbrail  ki,  sənin  vəyinin 


www.ehlibeyt-aka.com
                                
65 
 
əmanətdarıdır,  səmalar  əhlinin  içində  ona  itaət  olunur,  sənin  yanında 
mənzilət sahibi və dərgahında müqərrəbdir...
93
 
      Bu  kəlmələrdə  olduqca  geniĢ  məna,  əzəmətli  məqamlar  vardır:  ilk 
növbədə, Cəbrail (ə) vəhyin əmini olduğu üçün digər mələklərdən bir çox 
xüsusiyyətlərlə  fərqlənir.  Buna  görə  də  Kərbəla  türbətini  daĢımağa 
səlahiyyətli olmuĢdur. Bu türbət iki qüvvədən ibarətdir: Ruh və Qüdsiyyət.  
       Qüdsiyyət,  paklıq  və  təharət  deməkdir.  DilĢünas  alim  Əl  Əzhəri  belə 
deyir:  “Allah-taalanın  malik  olduğu  sifətləri  içərisində  “Quddus”,  yəni 
qudsiyyət  və  paklıq  sifətindən  baĢqası  gəlməmiĢdir.  Ġbn  Kəlbi  belə  deyir: 
“Quddus” təharət və paklıq deməkdir.”   
       Bütün bunları nəzərə alsaq, görərik ki, “Ruhul Qudus” “Təharət ruhu” 
anlamına  gəlir.  Bu  iki  qüvvədən  ibarət  olan  məqamın  əzəmətli  təsirləri 
vardır.  Bu  təsirləri  “Ruh”  və  “Təharət”  məfhumlarının  çoxsaylı 
mənalarından anlamaq olar. Ruhun mənasını aĢağıdakı məqamlar vasitəsilə 
anlamaq mümkündür: 
1)
 
Hər hansı bir Ģeyin ruhu onun əsası, mahiyyət və həqiqəti deməkdir, 
yəni Ġmam Hüseynə (ə) paklığın əsası verilmiĢdir. 
2)
 
ƏĢyanın ruhu dedikdə onun məğzi və cövhəri anlamına gəlir. 
3)
 
Ruh,  yəni  nəfs;  ürfan  əhlinin  nəzərincə  nəfs  heyvani  xüsusiyyətə 
malik olan yemək-içməkdən imtina etmək mənasına gəlir.  
      Təharət məfhumuna gəlincə isə onun mənasını aĢağıdakı məqamlardan 
əldə  etmək  mümkündür.  Artıq  əvvəldə  danıĢdıq  ki,  “Quddus”  kəlməsinin 
mənası  nöqsanların  inkar  edilməsidir.  Nöqsanın  da  əsas  səbəbi  ölümdür. 
Ġnsan  ömrünün  nöqsanı  –  ölümün  tezləĢməsi,  bitkilərin  nöqsanı  –  onların 
solmasıdır. Ġnsan bədənindəki hüceyrələrin nöqsanı, yəni onların ölməsi və 
yeniləri ilə əvəz olunmamasıdır və s. 
                                                           
93
  Səhifeyi-Səccadiyyə kitabı, 3-cü dua 


www.ehlibeyt-aka.com
                                
66 
 
        Deməli,  Təharətin  mənası,  ölümün  uzaqlaĢdırılması  deməkdir. 
Mənanın daha da aydın olması üçün bir misal çəkək. Xəstəni müalicə edən 
həkim iki növ Təharət qüvvəsindən istifadə edir: 
       Birinci  məna:  “Mütəhhirat”dan  (pakedicilərdən)  istifadə  olunması, 
yəni hüceyrələrin viruslardan sterilizə edilməsi, onların paklanması, baĢqa 
sözlə desək, diri hüceyrələrə ölümün yol tapmasına imkan verməmək. 
       Ġkinci  məna  isə  –  antibiotiklərin  istifadə  edilməsi,  yəni  hüceyrənin 
yaĢaması üçün münbit Ģərait yaratmaq, baĢqa sözlə desək, kənar qüvvə ilə 
ölümü uzaqlaĢdırıb hüceyrəyə həyatı qaytarmaq. 
       Bu iki mənanı nəzərə alıb demək olar ki, Allah-taala Cəbrailə (ə) həyat 
ruhu  ilə  minnət  qoymuĢdur,  yəni  Cəbrailə  (ə)  həyatın  özünü  verərək 
qüdrətli etmiĢdir. Çünki “Ruh” və “Təharət” hər ikisi həyat deməkdir. Əsas 
sirr bundadır ki, Cəbrail (ə) vəhyin əmanətdarıdır, vəhy isə kafiri ölümdən 
həyata apardığı üçün “həyat” adlandırılmıĢdır. Sanki onun insanlara nisbəti 
ruhun  insan  cəsədinə  olan  nisbəti  kimidir.  Ġmam  Zeynülabidin  də  (ə)  öz 
duasında bu mənaya iĢarə etmiĢdir. 
       Deyilənlərə  əlavə  olaraq  söyləyə  bilərik  ki,  bu,  Qurana  xas  bir 
həqiqətdir.  Allah-taala  Musanın  (ə)  qövmündə  olan  Samirinin  əhvalatında 
onu  bəyan  etmiĢdir.  Samiri  Bəni-Ġsrailin  zinət  əĢyalarından  buzov 
düzəldərək  onun  içərisinə  Cəbrailin  (ə)  atının  dırnağı  dəydiyi  torpaqdan 
tökür.  Bu  torpaq  dənəcikləri  həmin  heykələ  həyat  qüvvəsi  bəxĢ  edir. 
Beləliklə,  buzov  səs  çıxartmağa  baĢlayır.  Bunu  müĢahidə  edən  Bəni-
Ġsraildən bir dəstə bu fitnəyə uyaraq yolunu azır. Qurani-Kərim bu hadisəni 
Musanın  (ə)  Samiri  ilə  söhbətində  belə  bəyan  edir:  “Musa  dedi:  “Ey 
Samiri, sənin (bu böyük qəbahəti etməkdə) məqsədin nə idi?” Dedi: “Mən 
onların  görmədiyi  və  bilmədiyi  bir  Ģeyi  (mələyin  ayağının  torpağının 
hərəkət  etməsini  və  heykəltəraĢlıq  peĢəsini)  gördüm  və  bildim.  Beləliklə, 
həmin elçinin (yəni Cəbrailin) ayağının torpağından bir ovuc götürdüm və 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə