Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə15/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

www.ehlibeyt-aka.com
                                
49 
 
paklığına  əmin  olduğu  bir  türbət  götürsün  və  namaz  qıldığı  zaman 
onun  üzərinə  səcdə  etsin.  Bununla  da  cürbəcür  nəsic  və  natəmizliyə 
aludə  olmuĢ,  səcdə  səhih  olmayan  əĢyalardan,  paklığına  əmin 
olmadığı  digər  torpaqlardan  çəkinə  bilər.  Bütün  bunlardan  sonra 
namaz  qılan  Ģəxs  öz  paltarı  və  bədəninin  paklığına  riayət  edərək 
namaz qılınması nəhy olunmuĢ (çəkinməli olan) yerlərdən – zibillik, 
sallaxana,  məqbərə,  insanların  gediĢ-gəliĢ  və  dəvələrin  oturduğu 
yerlər və bu kimi digər ərazilərdən – çəkinə bilər.  
Bu  dəyərli  dini  nəzəriyyə  hicrətin  ilk  əsrlərində  yaĢayan  fəqihlərin 
əməl etdiyi adət olmuĢdur. Böyük fəqih olan Məsruq ibn əl Əcdə
82
 bu 
bəyənilmiĢ adətə əməl edərək səfər zamanı səcdə edə biləcəyi bir daĢ 
parçası götürərdi. Bu hadisəni  əhli-sünnənin hafizi, siqəsi, imamı və 
Ģeyxi  Əbubəkr  ibn  ƏbuĢeybə  öz  kitabı  “Əl  müsənnif  ”in  ikinci 
cildində  “gəmidə  səcdə  etmək  üçün  özü  ilə  hər  hansı  bir  əĢyanı 
daĢıyan  Ģəxs”  adı  altında  iki  sənədlə  nəql  etmiĢdir.  Orada  göstərilir 
ki,  Məsruq  ibn  əl  Əcdə  gəmi  ilə  səfərə  çıxan  zaman  səcdə  edə 
biləcəyi  bir daĢ parçası götürərdi.  
Bu  qayda  lap  qədimdən,  hətta  səhabələr  və  tabeinlərin  zamanından 
Ģiənin nəzərində sabitdir.  
Ġkinci qaydaya gəlincə isə bu qayda  bəzi torpaqların digər torpaqlara 
nisbətdə üstün olması  cəhətini nəzərə almaqdır. Çünki bu bütün aqil 
insanların  qəbul etdiyi  bir qaydadır.  Bütün hökumətlər  və  dövlətlər 
bəzi  torpaqların  –  malik  olduqları  xüsusiyyətləri  nəzərə  almaqla  – 
digər  torpaqlara  nisbətdə  üstün  olmasına  əsasən,  qərarlar  və 
müqavilələr  bağlayırlar  və  həmin  ərazilərdə  xüsusi  qəbul  olunmuĢ 
hökmlər icra olunur ki, onları aĢmaq qəbul olunmaz hesab olunur.  
                                                           
82
  Məsruq ibn əl Əcdə ibn Əbdürrəhman ibn Malik əl Həmdani Abu Ayişə hicrətin 62-ci ilində vəfat 
etmişdir.Tabeinlərdən olub və altı səhih kitabda adı keçən ravilərdəndir. Əbubəkr, Ömər, Osman və Əlidən (ə) rəvayət 
etmişdir. İbn Məsudun səhabələri içərisində insanlara qaydaları öyrədərmiş.(Onun tərcümeyi-halı rical kitablarında 
müfəssəl gəlmişdir). 


www.ehlibeyt-aka.com
                                
50 
 
Bundan  baĢqa  digər  dövlətlərə  aid  edilən  rəsmi  idarə,  ev  və  digər 
məntəqələr,    xüsusilə    krallığa  məxsus  bilinən    və    dövlətin  Ģəxsi 
mülkiyyəti  hesab  olunan  yerlərin  fərqli  dəyəri  vardır.  Həmin  bu 
ərazilər  xüsusi  hökmlərə  malikdir  və  insanlar  da  onların  haqqında 
verilən qanunlara riayət etməlidirlər.  
Həmçinin  Allah-taalaya  mənsub  bilinmiĢ  ərazi  və  binalar  da  xüsusi 
hökmlərə  malikdir.  Labüd  olaraq,  özünü  Allaha  təslim  edən  insan 
həmin  qayda-qanunlara  riayət  etməli  və  tövhid  bayrağı  altında 
yaĢayan  hər  bir  Ģəxs  boynunda  olan  vacib  əməlləri  yerinə 
yetirməlidir. 
Hamı tərəfindən qəbul edilən bu ümumi qaydaya əsasən də, Kəbəyə 
xüsusi  hökmlər  verilmiĢ,  Məscidül  Həram  və  Məscidün  Nəbi  digər 
məscidlərdən  fərqli  olaraq  bəzi  xüsusiyyətlər  və  məqamlara  malik 
edilmiĢdir.  Eyni  zamanda,  bütün  məscidlər,  məbədlər  və  Allah  adı 
zikr  olunan  ibadət  yerlərinin  hamısı  paklamaq  hökmləri,  cənabət, 
heyz  və  nifas  halında  olan  Ģəxslərin  daxil  olmaması,  həmin  yerlərin 
heç  bir  ağlasığan  qanuni  səbəbi  olmadan  satılaraq  yenisi  ilə  əvəz 
olunması və bu kimi digər hökmlərdə bərabərdir. Bütün bu hökmlər 
həmin  yerlərin  aləmlərin  Rəbbi  olan  Allaha  mənsub  bilindiyi 
üçündür. 
 
Əllamə, dini mərcəyi-təqlid, Şeyx Kaşifül Qitanın nəzəri: 
         Əllamə, ġeyx KaĢifül Qita özünün “Torpaq və Ġmam Hüseyn türbəti” 
adlı  kitabında  torpağa  səcdənin  vacibliyi,  Ģərafətli  Kərbəla  türbətinə  isə 
səcdənin müstəhəb olmasının hikmətini izah edərək belə deyir: 
         Ġmamiyyə  Ģiəsinin  müstəhəb  olaraq  Ġmam  Hüseyn  türbətinə  səcdə 
etməsindəki  sirr,  bu  türbətin  fəzilətinə  dəlalət  edən  hədislər,  paklıq  və 
təmizlik  cəhətindən  digər  torpaqlara  nisbətən  daha  təmiz  olmasıdır. 
Həmçinin  bu  türbət  yerə  döĢənən  cürbəcür    toz  və  mikroblarla  dolu 


www.ehlibeyt-aka.com
                                
51 
 
döĢənəcəklərdən  də  üstündür.  Bütün  bu  deyilənlərə  əlavə  olaraq,  bu 
türbətdə  əmanət  qoyulmuĢ  ali  məqsəd  və  hədəflər  vardır.  Mömin  insan 
namaz  qıldığı  zaman  alnını  bu  türbətə  qoyduqda  islami  əqidə  uğrunda, 
zülm,  istibdad,  fitnə-fəsada  qarĢı  özünü,  peyğəmbər  əhli-beytini  və 
səhabələrin seçilmiĢini qurban verən imamı xatırlayır.  
         Namazın  səcdəsi  digər  rüknlərinə  nisbətən  daha  da  əzəmətlidir. 
Hədisdə buyurulur: “Bəndənin öz rəbbinə ən yaxın olduğu an onun səcdədə 
olduğu zamandır.” 
         Buna görə də daha yaxĢı olar kı, mömin insan namaz qılarkən alnını 
pak  türbətə  qoyduğu  zaman  haqq  uğrunda  öz  həyatlarını  qurban  edib, 
bununla  da  ruhları  mələkut  aləminə  ucalmıĢ  insanları  yad  etsin.  Nəticə 
etibarilə, öz ibadətində zahiri və batini itaəti əldə edib əbədi olmayan saxta 
dünyanı və bəzəklərini gözündə alçalda bilsin. Beləliklə də, torpağa səcdə 
etməyin mənası budur ki, bu türbət duanın səmanın yeddi hicabını yararaq 
aləmlərin Rəbbinə doğru ucalmasına səbəb olur.  
 
Əllamə, dini mərcəyi təqlid, Seyid Əbulqasim Xoyinin nəzəri: 
        Seyid  Əbulqasim  Xoyi  aĢağıdakı  ayəni  izah  edən  zaman 
buyurmuĢdur:
 
“Məscidlər  Allaha  məxsusdur  (ibadət  niyyəti  ilə  olan 
səcdələr, namaz vaxtları, bütün məscidlər və insan bədəninin səcdə zamanı 
yerə  dəyən  yeddi  üzvü  –  hamısı  Ona  məxsusdur).  Belə  isə  Allahla  birgə 
heç bir kəsi (sitayiĢ etmək məqsədilə) çağırmayın”
83
 
        Bu ayənin nəzərdə tutduğumuzu təsdiqləməsi orada gəlmiĢ “məsacid” 
kəlməsinin  yeddi  üzv,  yəni  insanın  namazda  səcdə  etdiyi  zaman  qoyduğu 
üzvlər olmasına əsaslanmıĢdır. Ayədən ilk anlaĢılan məna da odur. Bundan 
                                                           
83
  “Cin” surəsi, 18-ci ayə 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə