Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə13/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

www.ehlibeyt-aka.com
                                
43 
 
vurduqdan  sonra  onun  oğlu  Əli,  ondan  sonra  Əlinin  oğlu  Muhəmməd, 
ondan  sonra  Muhəmmədin  oğlu  Cəfər,  ondan  sonra  Cəfərin  oğlu  Musa, 
ondan  sonra  Musanın  oğlu  Əli,  ondan  sonra  Əlinin  oğlu  Muhəmməd, 
ondan  sonra  Muhəmmədin  oğlu  Əli,  ondan  sonra  Əlinin  oğlu  Həsən 
olacaq.  Həsən  ömrünü  baĢa  vurduqdan  sonra  oğlu  Höccət  imam  olacaq.” 
(Ġbn  Abbas)  dedim:  “Ey  Allahın  elçisi  bu  adları  əvvəllər  eĢitməmiĢəm.” 
Peyğəmbər  (s.ə.s.)  buyurdu:  “Ey  ibn  Abbas,  onlar  məndən  sonra  imam 
olacaqlar,  hətta  onlara  zülm  olunsa  belə.  Onlar  ümmətin  seçilmiĢləri, 
məsum  və  əmanətdarlarıdır.  Ey  Ġbn  Abbas,  hər  kim  Qiyamət  günündə 
onların haqqını tanıyaraq gələrsə, əlindən tutub Cənnətə daxil edərəm. Ey 
Ġbn Abbas, hər kim onları və ya onlardan hər hansı birini inkar etsə, sanki, 
məni inkar edib qəbul etməmiĢdir. Hər kim məni inkar edib qəbul etməsə, 
sanki, Allahı inkar edib qəbul etməmiĢdir. Ey Ġbn Abbas, tezliklə insanlar 
sağa  və  sola  meyil  edəcəklər,  belə  olan  halda  Əli  və  onun  tərəfdarlarının 
arxası ilə get. Həqiqətən, Əli haqq ilədir və haqq da Əli ilədir, onlar Kövsər 
hovuzuna  gələnə  qədər  biri-birindən  ayrılmazlar.  Ey  ibn  Abbas,  onların 
vilayəti mənim vilayətim, mənim vilayətim isə Allahın vilayətidir. Onlarla 
müharibə  mənimlə  müharibə  etməkdir,  mənimlə  müharibə  edən  Allahla 
müharibə  etmiĢ  kimidir.  Onlarla  sülh  mənimlə  sülh  etməkdir  və  mənimlə 
sülh etmək Allahla sülh etmək kimidir.”  
Peyğəmbər  (s.ə.s.)  sözünə  davam  edərək  buyurdu:  “Onlar  sözləri  ilə 
Allahın  nurunu  (Onun  dinini  və  kitabını)  söndürmək  istəyirlər,  halbuki 
Allah  kafirlərə  xoĢ  gəlməsə  belə,  yalnız  Öz  nurunu  (hətta  zamanın 
keçməsi, ağılların kamilləĢməsi və bütün aləmin islahedicisinin gəlməsi ilə 
olsa da) kamilləĢdirmək istəyir.” 
74
 
75
 
 
                                                           
74
  “Tövbə” surəsi, 32-ci ayə 
75
  Xəzzar əl Qumminin “Kifayətul əsər” kitabı, səh.17 ; Hürr Amulinin “Vəsailüş şiə” kitabı, cild 14, səh. 452; Əllamə 
Məclisinin “Biharul ənvar” kitabı, cild 36, cəh.286 


www.ehlibeyt-aka.com
                                
44 
 
 
ĠKĠNCĠ MƏTLƏB: Kərbəla torpağının ibadətdə xüsusiyyəti: 
Kərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunması 
     Müsəlmanların  bəzisi  Kərbəla  torpağına  səcdə  etmək  və  yaxud  digər 
torpaqlara  səcdə  edilməsi  məsələsində  Ģübhədə  ola  bilərlər,  halbuki  Ġslam 
Ģəriətinin  qaydalarına  əsasən,  torpağa  səcdə  etmə  əziz  Ġslam 
Peyğəmbərinin  göstəriĢində  mütləq  Ģəkildə  gəlmiĢdir:  “Yer  mənim  üçün 
səcdəgah və tahur (təharət) qərar verilmiĢdir.” 
76
 
     Bəs, məhz Kərbəla torpağı barəsində gələn qeyd nə üçündür?! 
     Bu suala cavab vermək üçün bir neçə məqama iĢarə etmək lazımdır: 
1)
 
Məscidlərin  həyatının  davam  etməsində  Kərbəla  türbətinin  rəmzi 
xüsusiyyəti 
Aqil 
insanların 
dinindən, 
əqidəsindən, 
sahib 
olduqları 
mədəniyyətlərindən  və  harada  yaĢamaqlarından  asılı  olmayaraq 
toxunulmaz və müqəddəs inancları vardır. Bunlardan biri də “həyat” 
məfhumudur.  
Ġnsan  varlığındakı  rəmzlər  onun  həyatı  ilə  əlaqəli  olduqca  bu 
rəmzlərin  hörməti,  məqamı,  Ģərafəti,  izzəti  və  qüdsiyyəti  artır. 
Rəmzlərdən  hansısa  birinin  insan  varlığındakı  davamiyyəti  nə  qədər 
uzun olarsa, hörmət, izzət və müddəti də artar. 
Əgər  Qurani-Kərimə  bu  prizmadan  nəzər  salsaq,  onda  görərik  ki, 
Quranın  müqəddəsliyi  Yer  kürəsi  üzərində  insaniyyətlə  həyatın 
bağlılığının  nə  qədər  qüdrətli  olmasından  qaynaqlanır.  O,  insan 
                                                           
76
  Şeyx Tusinin “Əlxilaf” kitabı, cild 1, səh. 496; Əllamə Hillinin “Təzkirətul füqəha” kitabı,cild 2, səh.173; Sərxəsinin 
“Əlməbsut” kitabı, cild 1, səh.106; İbn Qüdamənin “Əlmüğni” kitabı, cild 1, səh.248 


www.ehlibeyt-aka.com
                                
45 
 
həyatının  müxtəlif  sahələrini  və  insanla  bağlı  olan  fauna  və  floranı 
nizamlayır. Deməli, o, daha da müqəddəsdir. 
Qurani-Kərim Allah-taalanın Ģəriəti olduğu üçün bu Ģəriəti daĢıyanlar 
da  müqəddəs  hesab  olunurlar.  Peyğəmbərdən  gələn  hədis  bu 
məzmuna  iĢarə  edir:  “Mən  sizin  yanınızda  iki  əmanət  qoyub  tərk 
edirəm: Allahın kitabı və itrətim (Əhli-beytim) “ 
77
 
Əhli-beyt  (ə)  Qurani-Kərimə  həmtay  və  ya  bərabər  olduğu  üçün 
insaniyyətə  həyatla  dəstək  verən  ikinci  amildir.  Ġnsan  həyatının 
davamiyyəti,  onun  ruhi  və  cismani  varlığının  qalması  üçün  Ġslam 
Peyğəmbəri  (s.ə.s.)  buyurmuĢdur:  “Sizlərə  Əhli-beytim  barəsində 
Allahı nəzərə almağı tapĢırıram; sizlərə Əhli-beytim barəsində Allahı 
nəzərə almağı tapĢırıram; sizlərə Əhli-beytim barəsində Allahı nəzərə 
almağı tapĢırıram!” 
78
 
Əgər Peyğəmbər (s.ə.s.) Əhli-beytinin haqqına riayət olunarsa, ölüm 
vasitələri  Yer  üzündə  insan  həyatı,  nəsli  və  onunla  bağlı  olan  nə 
varsa,  onların  heç  birinə  son  qoya,  onları  həlak  edə  bilməz.  Belə  ki 
Allah-taala  buyurur:  “Üz  döndərən  (və  sənin  yanından  çıxıb  gedən, 
yaxud  iĢ  baĢına  keçən)  zaman  isə  yer  üzündə  fəsad  törətmək,  əkin 
sahələrini və nəsli məhv etmək üçün yola düĢər. Allah fəsadı sevmir. 
Və ona “Allahdan qorx!” deyilən zaman, təəssübkeĢlik və qürur onu 
günaha vadar edər (və o, zalımcasına əksüləməl göstərər). Buna görə 
də Cəhənnəm ona kifayətdir və əlbəttə, (o) çox pis bir yerdir.” 
79
 
Əgər dini inanclar və yaxud insan sivilizasiyasının rəmzlərinə diqqət 
yetirsək,  görərik  ki,  bu  rəmzlər  insan  həyatının  qorunub  davam 
etməsi  üçün  qüdrəti  doğuran  ünsürlərə  etiqad  miqdarında  özünü 
                                                           
77
  Sərxəsinin “Əlməbsut” kitabı, cild 16, səh. 69; Şövkaninin “Neylül əvtar” kitabı, cild 2, səh. 328; Şeyx Kuleyninin 
“Əlkafi” kitabı, cild 1, səh. 294 
78
  Müslümün “Səhih” kitabı, cild 7, səh. 122; 
79
  Bəqərə surəsi, 205-206-cı ayələr 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə