Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə12/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

www.ehlibeyt-aka.com
                                
40 
 
      Sonra  yerdən  bir  ovuc  gümüĢ  çubuqlara  bənzər  səpələnmiĢ  çör-çöp 
götürüb  qoxuladı  və  bizə  verib  buyurdu:  “Elə  güman  etməyin  ki,  bunlar 
dünya  ceyranlarındandır,  əksinə  bunlar  Cənnət  ceyranlarındandır.  Bu 
təpədə məskən salacaq, munis olacaq və burada ətir qoxusunu yayacaqlar.” 
      Qeys ibn Səd ibn Übadə soruĢdu: Bu təpəni gözlərimizin önündə necə 
canlandıraq? Gecənin zülməti bizə mane olur. 
      Əli (ə) buyurdu: “Bizim ordumuz da heyrətdə qalıb, yolu tanımır.” 
      Muhəmməd  ibn  Əbubəkr  dedi:  Ey  bizim,  bütün  mömin  kiĢilərin  və 
qadınların ağası, nə üçün sənin kəramətin bizim dadımıza yetiĢmir? 
      Əli  (ə)  onlardan  ayrılıb  təpənin  bir  kənarında  iki  rükət  namaz  qıldı  və 
dualar  etdi.  Birdən  məğrib  tərəfdən  günəĢ  qayıdaraq  səmanın  ortasında 
dayandı. Bu mənzərəni müĢahidə edən ordu “La ilahə illəllah” və “Allahu 
əkbər” deyərək Allah üçün səcdəyə getdilər. Səhabələr həmin təpəyə baxıb 
tanıdılar və onun Fərat çayının hansı tərəfində  olduğunu gördülər. Bu yer 
Kərbəla idi. Sonra isə ordu öz yoluna davam etdi və günəĢ qürub etdi.”
72
 
      Bu  hədis  Peyğəmbər  (s.ə.s.)  əhli-beytindən  daxil  olan  hədislərdən 
biridir.  Burada  Kərbəla  türbətinin  məkana  xas  xüsusiyyətinin  necə  təcəlli 
etməsini  müĢahidə  edirik.  Buradan  bu  türbətin  Məkkə  torpağı,  hətta  yer 
kürəsinin  bütün  torpaqları  müqabilində    üstün  olma  hikmətini  də  görmək 
olur.  Allah-taala  Kərbəla  türbətini  ağuĢuna  aldığı  Ģəxsin  hörmətinə 
qorumuĢdur. 
 
ÜÇÜNCÜ BƏHS: Kərbəla türbətinin ibadətə aid olan xüsusiyyətləri: 
BĠRĠNCĠ MƏTLƏB: Dua zamanı Kərbəla türbətinin xüsusiyyəti: 
                                                           
72
  “Əl hidayətul kubra” kitabı, səh. 121 


www.ehlibeyt-aka.com
                                
41 
 
 
       Allah-taala  bu  varlıq  aləmində  “üstünlük  qanununa”  əsasən,  yaratdığı 
məxluqatlar  içərisində,    istər  mələklər,    peyğəmbərlər,  vəsilər,  istərsə  də 
yer  kürəsinin  bəzi  məkanları  –  Kərbəla,  Məkkə,  Mədinə,  Küfə,  Nəcəf  və 
Qüds arasında olsun – birini digərindən fəzilətli qərar vermiĢdir. Bu fəziləti 
həmçinin  zamana  nisbətən  də  görmək  olar.  Belə  ki  Ramazan  ayını,  Qədr 
gecəsini  və  bu  kimi  müəyyən  zamanları  digərlərinə  nisbətdə  üstün  qərar 
verərək  fəzilətli  etmiĢdir.  Buna  görə  də  aqil  insanların  nəzərində  bu 
məkanların və zamanların Allaha yaxınlaĢmaq üçün  vəsilə qərar verilməsi 
heç bir problem doğurmur.  Əgər bu və ya hər hansı bir yer Allah-taalanın 
nəzərində  üstün  olmasaydı,  onu  digərlərinə  fəzilətli  qərar  verməzdi.  Bu 
məzmuna  dəlalət  edən  bir  çox  rəvayətlər  vardır.  Beləliklə,  Kərbəla 
torpağında  duanın  Allaha  yaxınlaĢmaq  üçün  xüsusi  bir  vasitə  olması  açıq 
aĢkar  məlum  olur.  Məkanla  dua  arasındakı    bu  əlaqəni  izah  etmək  üçün 
Ġmam  Sadiqdən  (ə)  gələn  rəvayəti  təqdim  edirik:  “Allah-taala  Kərbəla 
torpağını  mələklər  və  möminlərin  ziyarət  məqamına  çevirərək  onun  üçün 
ali bərəkətlər müəyyən etmiĢdir. Belə ki əgər bir kəs bu torpaqda dayanıb 
öz rəbbinə dua edərsə,  Allah-taala onun bir duasına görə min dəfə dünya 
mülkünü  əta  edər.”  Ġmam  Sadiq  (ə)  nəfəsini  dərərək  yenə  buyurdu:  “Ey 
Müfəzzəl,  Yer  kürəsi  və  Məkkə  torpağı  Kərbəla  torpağı  qarĢısında  fəxr 
edən  zaman  Allah-taala  Kəbəyə  vəhy  etdi:  “Sakit  ol,  Kərbəla  torpağı 
qarĢısında  fəxr  etmə!”  Həqiqətən,  Kərbəla  torpağı  Musanın  (ə)  ağac 
vasitəsi  ilə  danıĢdığı  mübarək  torpaqdır.  Həqiqətən,  Kərbəla  torpağı 
Məryəmin (s.ə) Ġsanı (ə) dünyaya gətirdiyi torpaqdır. Kərbəla torpağındakı 
Fərat  çayı  həmin  çaydır  ki,  Ġmam  Hüseynin  (ə)  mübarək  baĢı  orada 
yuyuldu, həmçinin Məryəm (s.ə)  Ġsanı (ə) dünyaya gətirdikdən sonra onu 
orada  yuyub,  özü  də  qüsl  etmiĢdir.  Bu  həmin  torpaqdır  ki,  Ġslam 


www.ehlibeyt-aka.com
                                
42 
 
Peyğəmbəri  (s.ə.s.)  oradan  meraca  getmiĢdir.  Bizim  Qaim  zühur  edənə 
qədər Kərbəla torpağı Ģiələrimiz üçün xeyir və bərəkət məkanıdır.” 
73
 
       Bu  hədis  açıq-aĢkar  dua  ilə  Kərbəla  torpağı  arasındakı  əlaqəyə  iĢarə 
edir. Həmçinin Ġslam Peyğəmbərindən  (s.ə.s.) daxil olan hədis də Kərbəla 
torpağında edilən duanın mövqeyinin bir sira üstünlüklərini göstərir. Belə 
ki,  Tavus  əl  Yamani  Abdullah  ibn  Abbasdan  rəvayət  nəql  edərək  belə 
söyləyir.  Bir  gün  Peyğəmbərin  hüzuruna  daxil  olduqda  Həsəni  onu 
çiynində,  Hüseyni  isə  qucağında  gördüm.  Peyğəmbər  (s.ə.s.)  onları 
qoxulayıb  öpərək  belə  deyirdi:  “Ey  Allahım,  bunlara  dost  olana  dost, 
düĢmən  olana  düĢmən  ol!”  Sonra  üzünü  mənə  tutaraq  belə  buyurdu:  “Ey 
ibn  Abbas,  sanki  mən  onun  (Hüseynin)  saqqalının  öz  qanına  bulandığını 
görürəm,  fəryad  edir,  lakin  heç  kim  onun    səsinə  cavab  vermir,  yardım 
istəyir,  lakin  hec  kim  ona  yardım  etmir!”  (Ġbn  Abbas)  soruĢdum:  “Bu  iĢi 
kim  görəcək,  ey  Allahın  elçisi?”  Peyğəmbər  (s.ə.s.)  buyurdu:  “Mənim 
ümmmətimin ən pis insanları; Allah mənim Ģəfaətimi onlara nəsib etməsin! 
Ey  Ġbn  Abbas,  kim  onun  haqqını  tanıyaraq  ziyarət  etsə,  yüz  həcc  və  min 
ümrə    savabı  onun  üçün  yazılar.  Onu  ziyarət  edən  məni  ziyarət  etmiĢ 
kimidir  və  hər  kim  məni  ziyarət  etsə,  sanki  Allahı  ziyarət  etmiĢdir. 
Ziyarətçinin 
Allah 
üzərindəki 
 
haqqı 
onu 
Cəhənnəmlə 
cəzalandırmamasıdır.  Agah ol, dua,  onun qübbəsi altında qəbul olar, Ģəfa 
isə  onun    türbəti  ilə  tamamlanar.  Ġmamlar  onun  nəslindən  doğular”.  (Ġbn 
Abbas)  soruĢdum:  “Ey  Allahın  elçisi,  səndən  sonra  neçə  imam  olacaq?” 
Peyğəmbər  (s.ə.s.)  buyurdu:  “Ġmamların  sayı,  Ġsanın  həvariləri,  Musanın 
əsbatı  (nəvələri)  və  Bəni-Ġsrailin  seçilmiĢlərinin  sayı  qədərdir.”  (Ġbn 
Abbas)  soruĢdum:  Ey  Allahın  elçisi,  onların  sayı  nə  qədər  olub? 
Peyğəmbər (s.ə.s.) buyurdu: “Onlar on iki nəfər olmuĢlar və məndən sonra 
imamların sayı on ikidir. Onların birincisi Əli ibn Əbutalib, ondan sonra isə 
mənim  iki  nəvəm  –  Həsən  və  Hüseyn  olacaq.  Hüseyn  həyatını  baĢa 
                                                           
73
  Əllamə Məclisinin “Biharul ənvar” kitabı, cild 53, səh. 12  


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə