Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə11/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

www.ehlibeyt-aka.com
                                
37 
 
        Quran  buyurur: “Salam olsun Ġlyasa (və Yasinin övladlarına)!” 
69
 
        Peyğəmbər  əhli-beytinin  baĢına  gələn  bu  və  digər  müsibətlərə 
görə  Kərbəla  torpağının  Məkkə  torpağı  müqabilində  üstün  olma 
səbəbi  Ġmam  Sadiqin  (ə)  hədisində  belə  gəlmiĢdir:  “...Əgər  Kərbəla 
torpağının  ağuĢuna  aldığı  Ģəxs  olmasaydı,  səni  və  fəxr  etdiyini 
(Kəbəni) xəlq etməzdim...”  
 
ÜÇÜNCÜ MƏTLƏB: 
Kərbəla Vadil Əymən sahilində mübarək məkandır 
         Kərbəla  türbətinin  məkana  xas  xüsusiyyətlərini  aĢkar  edən 
hədislərdən  biri  də  ġeyx  Tusi,  ġeyx  Mufid,  Amuli,  Qummi  və  Muhəddis 
Nurinin  rəvayət  etdiyi  hədisdir.  Həmin  hədisi  ġeyx  Tusinin  rəvayət  etdiyi 
formada  nəql  edirik:  Əli  ibn  Həkəm  Məxrəmə  ibn  Rəbəidən,  o  isə  Ġmam 
Sadiqdən  (ə)  rəvayət  edir:  “Allah-taalanın  Qurani-Kərimdə  xatırlatdığı 
Vadil Əymənin sahili Fərat çayıdır, mübarək dağ isə Kərbəla çölüdür.”
70
 
Digər rəvayətdə isə: “ġəcərə isə Muhəmməd peyğəmbərdir.” 
DÖRDÜNCÜ  MƏTLƏB: 
Kərbəla  –  Ġsanın  (ə)  viladət  məkanı,  Rabva  isə  Məryəmin  (s.ə)  pənah 
apardığı məkandır: 
ġeyx Tusi Əbu Həmzə Somalidən, o isə Əli ibn Hüseyndən rəvayət edir ki, 
Məryəm  surəsindəki  –  “(Ruh  mələyi  Məryəmə  üfürdü,)  beləliklə,  o, 
(dərhal) Ġsaya hamilə oldu. Sonra o (Məryəm) öz (uĢaq) yükü ilə uzaq bir 
                                                           
69
  Saffat surəsi, 130-cu ayə 
70
  Şeyx Tusinin “Təhzib” kitabı, cild 6, səh. 38; Amulinin “Vəsail əş şiə”, cild 14, səh. 405; Şeyx Nurinin “Müstədrək əl 
vəsail”, cild 17, səh. 23; Şeyx Mufidin “Məzar” kitabı, səh. 15 


www.ehlibeyt-aka.com
                                
38 
 
məkana  kənara  çəkildi”  ayəsi  demək  istəyir  ki,  Məryəm  (ə)  DəməĢqdən 
xaric  olub  Kərbəla  torpağına  qədər  gəlir  və  Ġmam  Hüseynin  (ə)  qəbri 
yerləĢən  yerdə    Ġsanı  (ə)  dünyaya  gətirir.  Sonra  isə  həmin  gecə  DəməĢqə 
qayıdır” 
Digər bir rəvayətdə isə Ummu Sələmədən rəvayət olunur ki, Ġmam Hüseyn 
(ə)  qətlə  yetiriləndən  sonra  o,  bu  hadisəni  xəbər  verir.  Ondan  bu  barədə 
haradan  bildiyini  soruĢduqda  belə  cavab  verir  ki,  Peyğəmbər  mənə  bu 
torpağı  verib  belə  buyurdu:  “Əgər  bu  torpaq  qana  çevrilərsə,  onda  bil  ki, 
mənim  balam  Hüseyn  qətlə  yetirilmiĢdir.”  Elə  xəbər  verdiyi  kimi  də 
olmuĢdur.  Onun  qəbri  mübarək  dağda  (Kərbəla  çölündə),  Rabva  isə 
Beynən  Nəhreyn  kəndlərinin  birində,  Neynəva  ilə  Qadiriyyə  arasında 
yerləĢən  Kərbəla çölündəki Fərat sahilidir.” 
BeĢinci mətləb: 
Kərbəla çölü Əlinin (ə) xatirinə GünəĢin qaytarıldığı yerdir. 
      Allah-talanın  Əliyə  (ə)  bəxĢ  etdiyi  kəramətlərdən  biri  GünəĢin 
məğribdə  batandan  sonra  yenidən  qaytarılmasıdır.  Əgər  Peyğəmbər  əhli-
beytindən  daxil  olan  rəvayətləri  araĢdırsaq,  onda  görərik  ki,  bu  hadisə  bir 
neçə dəfə təkrar olunmuĢdur.  
      Onlardan  biri  Ġslam  peyğəmbərinin    zamanında  baĢ  vermiĢdir.  Belə  ki 
Allah-taala  bu  hadisəni  Əliyə  (ə)  məxsus  edərək  onun  üçün  kəramət  və 
fəzilət  təyin  etmiĢdir.  Bu  hadisə  Mədinədə  bir  çox  səhabələrin  gözü 
qarĢısında  baĢ  vermiĢdir.
71
  Həmçinin  bu  hadisə  Əli  (ə)  Ġraqda  olarkən  iki 
dəfə baĢ vermiĢdir: 
                                                           
71
  Şeyx Kuleyninin “Usul əl kafi” kitabı, cild 4, səh. 562; Şeyx Səduqun “Mən la yahzuruhu əl fəqih” kitabı, cild 1, səh. 
203 və cild 4, səh. 438; Amulinin “Vəsailüş şiə” kitabı, cild 5, səh. 181; Şeyx Nurinin “Xatimət müstədrək” kitabı, cild 4, 
səh. 94; Şeyx Müfidin “İrşad” kitabı, cild 1, səh. 346; Təbərsinin “İhticac” kitabı, cild 1, səh. 166; Şəhr ibn Aşubun 
“Mənaqib” kitabı, cild 2, səh. 143; Tanhavinin “Müşkülül asar” kitabı, cild 2, səh. 388; Mənavinin “Feyd əl qədir” kitabı,  
cild 5, səh. 440; Dəhlanın “ Əs sirə ən nəbəviyyə” kitabı, cild 2, səh. 201; Xarəzminin “Mənaqib imam Əli” kitabı, səh. 


www.ehlibeyt-aka.com
                                
39 
 
      Sözügedən  hadisəni  hicrətin  352-ci  ilində  vəfat  etmiĢ  ġeyx  Xuseybi 
özünün  “Əl-Hidayət  əl  kubra”  kitabında  gətirmiĢdir:  “Əmirəlmöminin  (ə) 
məğrib  vaxtı  öz  qoĢunu  ilə  Nuxeylədən  Kərbəla  çölünə  doğru  hərəkət 
edirdi. Bir təpəyə tərəf üz tutub, oradan müĢk iyini qoxuladı. Artıq zülmət 
qaranlıq idi. Səhabələrindən bir neçəsi – Muhəmməd ibn Əbubəkr, Haris əl 
Əvər əl Həmdani, Qeys ibn Übadə, Malik ƏĢtər, Ġbrahim Həsən əl Əzdi və 
HaĢim əl Məriyy  onunla birgə idilər. 
       Ġbn  Übeydullah  ibn  Yezid  deyir:  Təpənin  üzərində  dayanan  zaman 
onlardan  bir  neçəsi  tez  atından  enərək  onunla  namaz  qıldı.  Əli  (ə)  onlara 
dedi:  “Mən  qıldığım  kimi  namaz  qılın.  Mən  sizə  bu  təpənin  xəbərini 
deyərəm.” 
      Səhabələr  dedi:  Ey  Əmirəlmöminin,  sən  bu  yeri  bizdən  yaxĢı 
tanıyırsan. Əli (ə) buyurdu: “And olsun Allaha ki, bura yaĢayıĢ üçün yararlı 
və  suyu  bol  olan  Rabvadır.  Burada  Ġsa  (ə)  dünyaya  göz  açıb.  Həzrət 
Məryəm  (s.ə)  Fərat  sahilinin  aĢağı  tərəfində  Ġsanı  (ə)  yuyub  və  özü  qusl 
alıb. Bu həmin mübarək təpədir ki, Allah-taala Musa (ə) ilə ağac vasitəsilə 
danıĢıb. Bura o kəsin karvanının yeridir ki, Allah-taala Peyğəmbərə (s.ə.s.) 
onun  təvəllüdü  münasibətilə  təbrik  deyib,  Ģəhadətini  xəbər  verərək 
baĢsağlığı verib.” 
      Səhabələr ağlaya-ağlaya soruĢdular: Bu, bizim ağamız Hüseyndir? 
      Əli (ə) onlara dedi: “Səsinizi azaldın, çünki Hüseyn və onun qardaĢları 
buradadır.  Mən  istəmirəm  ki,  onlar  eĢidib  Hüseyn  üçün  qəmlənsinlər. 
Lakin  Hüseynin  bütün  bunlardan  xəbəri  var,  çünki  babası  Rəsuləllah  ona 
bu hadisəni xəbər verib.”  
                                                                                                                                                                                                  
63; “Fəraidus simtəyn” kitabı, cild 1, səh. 146-148; İbn Əsakirin “Tarix” kitabı, cild 2, səh. 283; İbn Məğazilinin 
“Mənaqib” kitabı, səh. 98, hədis 141; Qunduzinin “Yənabiul məvəddə” kitabı, cild 1, səh. 415, cild 2, səh. 382 və s. 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə