Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə18/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

www.ehlibeyt-aka.com
                                
61 
 
əlaqə  yaradır.  Bütün  bunlar  bizə  məlum  olan  varlıq  aləminə  aiddir.  Bizə 
məlum  olmayan  varlıq  aləminə  gəlincə  isə  onu  yalnız  və  yalnız  aləmlərin 
rəbbi Allah-taala bilir. Qurani-Kərimdə bu barədə belə buyurulur: “... sizin 
bilmədiyiniz Ģeyləri də yaradır.”
86
 
         Qurani-Kərim,  çoxsaylı  aləmlərin  arasındakı  rabitəyə  iĢarə  edərək  
mələklər barəsində belə buyurur: “(And olsun) dünyanın iĢlərini idarə edən 
mələklərə  (aləm  onların  Allah  iradəsinin  inikası  olan  iradələri  ilə  idarə 
olunar).”
87
 
         Deməli, Allah-taalanın iradəsi ilahi qüvvə ilə bütün məxluqata yetiĢir 
– belə ki ruzi, ölüm, həyat, bəla, xəstəlik, Ģəfa və bu kimi digər iĢlər bütün 
aləmlərə nüfuz edir. Bizim barəsində bir Ģey bilmədiyimiz varlıq aləmini – 
onun  ehtiyaclarının  sonsuz  olmasına  baxmayaraq,  yalnız  aləmlərin  Rəbbi 
tanıyır.  Bu  həqiqət  Əlidən  (ə)  mələklərin  vəsfi  barəsindəki  hədisdə  belə 
bəyan olunmuĢdur: 
“...Bu zaman isə səmaların arasını açdı, Özünün müxtəlif növ mələkləri ilə 
doldurdu.  (Onların  birinci  dəstəsi  elə  mələklərdi  ki,)  onlardan  bəziləri 
səcdə halındadır, ruku etmir, bəziləri isə ruku halındadır, ayağa qalxmır, bir 
dəstəsi  isə  cərgə  ilə  dayanıb,  öz  yerlərindən  kənara  çıxmır  və  bəziləri  də 
yorulmadan  təsbih  edəndir.  (Mələklərin  heç  bir  növü  maddi  olmadığına 
görə)  onların  gözlərinə  yuxu,  ağıllarına  yanlıĢlıq  gəlməz,  onlarda  nə 
süstlük, nə də unutqanlıq baĢ verər. Onların baĢqa bir dəstəsindən olanlar 
(ikinci  dəstə  mələklər)  Allah  vəhyinin  əminləridir.  Onun  peyğəmbərləri 
uçün  danıĢıq  vasitəsi  və  tərcumanlarıdır,  Onun  hökm  və  fərmanlarını 
yetirmək  üçün  get-gəl  edir.  Onların  bir  dəstəsində  olanlar  isə  (üçüncü 
hissəsi)  Onun  bəndələrinin  mühafizəçiləri,  behiĢtlərinin  keĢikçiləridir. 
Onların  baĢqa  bir  hissəsində  olanların  (mələklərin  dördüncü  dəstəsinin) 
ayaqları  yerin  ən  alt  təbəqələrində  sabitdir,  boyunları  ən  yüksək  səmaları 
ötüb,  əzaları  cahanın  hüdudlarından  kənara  çıxıb,  onların  çiyinləri  ərĢin 
dayaqlarıyla  bərabərdir.  (Ġlahi  nurun  əzəmət  və  heybətindən)  ərĢin 
                                                           
86
  “Nəhl” surəsi, 8-ci ayə 
87
  “Naziat” surəsi, 5-ci ayə 


www.ehlibeyt-aka.com
                                
62 
 
müqabilində  nəzərləri  yerə  dikilib  və  onun  altında  özlərini  qanadlarına 
bürüyüb. Həmin  mələklər  və  onlardan  daha  aĢağıdakılar  arasında  izzət 
hicabları və qüdrət pərdələri çəkilib. (Həmin mələklərin Allahı tanımağı elə 
bir  səviyyədədir  ki,)  Allahı  xəyallarında  canlandırmaz,  məxluqatın 
xüsusiyyətlərini Ona aid etməz, Onu məkanla məhdudlaĢdırmaz, bənzər və 
misli olanlarla Ona iĢarə etməz.”
  88
 
          Həmçinin o həzrət belə buyurmuĢdur: “... Allah-taala onları cürbəcür 
surət  və  Ģəkildə,  qanadlı  yaratdı  ki,  zikr  edə-edə  Onun  böyüklüyünə  və 
ucalığına  həmd  etsinlər.   Pərvərdigarın  məxluqatda  yaratdığının  aĢkar  və 
aydın  olanlarını  (niĢanələrini)  özlərinə  aid  etmirlər  (insan  kimi  Allahlıq 
iddiasında  bulunmurlar).  Xaliqi  və  yaradıcısı  yalnız  Allah  olan  bir  Ģeyi 
yaratdıqlarını  iddia  etmirlər.  (Bütləri  Allaha  Ģərik  qoĢan  bütpərəstlərdən 
fərqli  olaraq  özlərini  Allaha  Ģərik  bilməzlər.)  Onlar  sözlərində  Allahdan 
önə  keçməyən,  Onun  əmrinə,  fərmanına  uyğun  hərəkət  edən  sevimli 
bəndələrdir... Mələklərin bir dəstəsi yağıĢ dolu buludların arasında, böyük 
və  uca  dağlarda,  yolların  itirildiyi  zülmətin  qaranlığında  yerləĢib.  
Mələklərin  bəzilərinin  ayaqları  torpağı  deĢərək  yerin  ən  son  nöqtələrinə 
gedib  çıxıb.
   
Ayaqları  hava  və  boĢ  yerin  arasındakı  ağ  bayrağa  bənzəyir. 
Ayaqlarının  altında  onları  çatdıqları  və  yerləĢdikləri  yerdə  saxlayan 
xoĢətirli külək vardır. Allaha ibadət və itatət onları hər Ģeydən saxlayıb və 
imanın  həqiqətləri  onlarla  Allahı  tanıma  arasında  vasitəçi  olmuĢdur. 
(Əqidələrinin  gözəlliyi  Allahı  tanıyıb  ibadət  etmələrinə  səbəb 
olmuĢdur)...”
89
 
          Əli  (ə)  onların  çoxluğuna  iĢarə  edərək  belə  buyurmuĢdur:  “...Göy 
qatlarında bir qabıq yeri (qədər belə yer) yoxdur ki, orada səcdə edən bir 
mələk və ya tələsik (Allahın əmrini yerinə yetirməyə) çalıĢan, səy göstərən 
mələk  olmasın.  Allahlarına  ibadətin  və  itaətin  çoxluğu  nəticəsində 
                                                           
88
  Nəhcül bəlağə, 1-ci xütbə 
89
  Nəhcül bəlağə, 90-cı xütbə 


www.ehlibeyt-aka.com
                                
63 
 
elmlərini  və  yəqinliklərini  artırırlar.  Allahlarının  izzəti  və  qüdrəti 
qəlblərindəki əzəmət və böyüklüyü çoxaldır.”
90
 
          BaĢqa  bir  hədisdə  isə  Ġmam  Sadiq  (ə)  buyurmuĢdur:    “And  olsun 
nəfsim əlində olan Allaha, göylərdə olan Allahın mələkləri yer üzündə olan  
qum  dənəciklərinin  sayından  çoxdur.  Səmanın  hər  bir  nöqtəsində  Allahı 
təsbih  edən  və  ona  təzim  edən  mələk  vardır.  Yer  üzündə  hər  bir  ağac  və 
daĢda ona vəkil olunmuĢ mələk vardır.” 
91
 
         Buna  görə  də  mükəlləf  olduqları  əmrin  heysiyyətinə  uyğun  olaraq 
mələklər  arasında  təkliflər,  vəzifələr,  xüsusiyyətlər  və  məqamlar  qərar 
verilmiĢdir.  Bundan  əlavə,  mələklər  Allah-taalanın  dərgahından  çıxan  hər 
bir  iĢ  və  əmri  yerinə  yetirmək  üçün  xəlq  olunmuĢdur.  Bu  barədə  Qurani-
Kərim  buyurur:  “Söhbətdə  heç  vaxt  Allahdan  qabağa  keçməzlər  (əksinə, 
söhbətlərinin  mənĢəyi  Allahın  əmri  olar)  və  həmiĢə  Onun  (əzəli  istəyinə 
müvafiq olan və elə iradələri də onun bir Ģüası olan istiqamətləndirici) əmri 
ilə iĢ görərlər.”
92
 
        Yəni  bir  hədisdə  Cəbrail  (ə),  digər  hədisdə  yağıĢ  mələyi,  üçüncü  
hədisdə isə baĢqa bir  mələyin Kərbəla türbətini daĢıyıb,  onu Peyğəmbərin 
hüzuruna  gətirib  təqdim  etməsi  əbəs  bir  iĢ  olmayıb,  sonsuz  dərəcədə 
Allahın  hikməti  ilə  bağlı  olan  bir  hərəkətdir.  Çünki  bu  iĢ  aĢağıdakı 
məqamlarla əlaqəlidir: 
1)
 
Bu iĢ Allah-taalanın əmri ilə olmuĢdur; 
2)
 
Kərbəla  türbətini  daĢıyan  və  nəql  edənin  seçilməsi  –  belə  ki  bu 
mələklərin    Cəbrail  (ə)  və  Mikail  (ə)  olması  müəyyən  bir  məqsədə 
görədir 
                                                           
90
  Nəhcül bəlağə, 90-cı xütbə 
91
  Əllamə Məclisinin “Biharul ənvar” kitabı, cild 59, səh. 176 
92
  “Ənbiya” surəsi, 27-ci ayə 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə