Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə22/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

www.ehlibeyt-aka.com
                                
73 
 
asılıdır.  Bu  Ģərt  açıq-aĢkar  Ġmam  Sadiqin  (ə)  hədisində  qeyd  edilmiĢdir. 
Həmin bu  mənanı Ġbn Quləveyhin Ġmam  Sadiqdən (ə) nəql etdiyi hədisdə 
də  görə  bilərik:  “Əgər  mömin  xəstələrdən  bir  kəs  Əba  Abdullahın  (ə) 
haqqı, hörməti və vilayətini tanıyaraq onun qəbrindən barmağın ucu boyda 
torpaq götürsə, həmin torpaq ona məlhəm olar.”
107
 
         Hansı  dəva-dərmanda  bu  türbətdəki  kimi  qüvvə  və  təsirlər  vardır?! 
ġübhəsiz, bu təsiri yaradan fərqlidir, çünki o, ilahi əmr aləmindəndir: “Bir 
Ģeyin  var  olmasını  istədiyi  zaman  Onun  (Allahın)  əmri  və  məqamı  ona 
ancaq: “Ol!” – deməkdir. O da dərhal olar.”
108
 
ĠKĠNCĠ TƏSĠR: Təhnik (türbətin damağa sürtülməsi) 
        Təharət  qüvvəsinin  təsirlərindən  biri  də  “təhnik”dir,  yəni  təzə 
doğulmuĢ  uĢağın  damağına  Hüseyniyyə  türbətinin  sürtülməsidir.  Bunun 
hikməti  ilk  olaraq,  körpəni  bakteriya  və  viruslar  kimi  təhlükələrin 
hücumundan qoruyub onun ətrafında möhkəm qala yaratmaqdır. Həmçinin 
bu  təhlükələrdən  biri  də  psixoloji  təhlükədir,  yəni  ətrafımızda  bizi  əhatə 
edən fəqət Allahın tanıdığı bir çox aləmlər, yəni cin və digər varlıqlar var 
ki, Kərbəla türbəti onlara qarĢı ruhani qoruq yaradır. 
         Bundan  əlavə,  “təhnik”in  hikməti  batil  əqidə  sahiblərinin 
Ģübhələrindən    qorunmaqdır.  Belə  ki  Kərbəla  türbəti  körpənin  haqq 
yolunda  hərəkət  etməsi  üçün  bir  dəstəkdir.  Qurani-Kərimin  buyurduğu 
kimi: “nemət verdiyin kəslərin  yoluna...”
109
 Peyğəmbərin (s.ə.s) hədisində 
gəlmiĢdir ki, onlar Əlinin (ə) Ģiələridir.
110
 
         Bir  sözlə,  “təhnik”  möminin  dünya  və  axirətdə  Ģübhə  və  xətalardan 
qorunmasıdır. Bir bilsəydik ki, insan axirət dünyasında əmin-amanlığa nə 
                                                           
107
  İbn Quləveyhin “Kamiluz ziyarat” kitabı, səh. 460  
108
  “yasin” surəsi, 82-ci ayə 
109
  “Fatihə” surəsi, 7-ci ayə 
110
  Əllamə Məclisinin “Biharul ənvar” kitabı, cild 36, səh. 128  


www.ehlibeyt-aka.com
                                
74 
 
qədər  ehtiyaclıdır!
111
  Bu  barədə  Əhli-beyt  (ə)  imamlarından  nəql  olunan 
hədislərdən birinə iĢarə edirik. ġeyx Tusi Ġmam Sadiqdən (ə) olan hədisdə 
belə nəql edir: “Öz övladlarınızı Ġmam Hüseynin (ə) türbəti ilə təhnik edin, 
çünki o amandır.”
112
 
ÜÇÜNCÜ TƏSĠR: Fitr bayramında Kərbəla türbəti ilə iftar etmək: 
         Kərbəla  türbətinin  digər  qeybi  və  fiziki  təsirlərindən  biri  də  Fitr 
bayramı günü bu türbətlə iftar etməkdir. Bunun hikməti ondan ibarətdir ki, 
insan  bu  türbətlə,  ibarət  olduğu  üç  Ģey,  yəni  bədən,  nəfs  və  qəlbə  möhür 
vuraraq bağlayır. Mübarək Ramazan ayı elə bir istirahətgahdır ki, insan bu 
ayda  özünün  qüvvələrini  bərpa  edərək  immunitet  qüvvəsini  xəstəliklər, 
əqidəvi Ģübhələrdən möhkəmlədir. Ġslam Peyğəmbəri buyurmuĢdur: “Oruc 
tutun ki, səhhətiniz sağlam olsun.”
113
 
        “Səhhət”  kəlməsi  yuxarıda  dediyimiz  üç  tərkib  hissəyə  Ģamildir.  Bu 
kəlmə  bir  çox  insanların  təsəvvür  etdiyi  kimi,  yalnız  insan  bədəninə  aid 
deyildir.  Halbuki  Ramazan  ayı  bir  çox  ibadətləri  özündə  cəm  edən  xüsusi 
sistemdir,  –  oruc,  bütün  ay  boyu  min  rükət  nafilə  namazı,  gecə-gündüz 
ərzində  oxunan  dualar,  xüsusi  və  ümumi  dualar,  Qurani-Kərimin  tilavəti, 
gecələrin əhyası və sonda isə axırıncı on günü etikaf saxlayaraq aya xitam 
vermək  –  bütün  bu  ibadətlər  insan  nəfsi  və  qəlbini  paklayıb  onu 
xəstəliklərdən qoruyur. Ramazan ayının fərdi və ictimai əlaqələrinə diqqət 
yetirsək,  görərik  ki,  bu  ay,  insanlar  arasındakı  əlaqələri  ən  güclü 
sosioloqların heyrətdə qaldığı bir formada təmizləyib gücləndirir. Bu ayın 
vasitəsi ilə ailələr biri-birini ziyarət edir, bəzi insanlar onlara pislik edənləri 
                                                           
111
  Peyğəmbərdən nəql olunan hədislərin birində gəlmişdir ki, “ Ulduzlar Yer əhlini qərq olmaqdan amanda saxlayır, 
əhli -beytim isə ümmətimin ixtilaf qarşısında amanıdır, əgər ərəb qəbilələrindən biri onlara xilaf çıxarsa , dönüb İblisin 
hizbindən, dəstəsindən olarlar.” Bu hədis Süyutinin “Əd Durrul-mənsur” kitabında, cild 2, səh. 60 və digər kitablarda 
gəlmişdir. 
112
  Şeyx Tusinin “Təhzibul əhkam” kitabı, cild 6, səh. 74  
113
  Ravəndinin “Əd dəavaat” kitabı, səh. 76 


www.ehlibeyt-aka.com
                                
75 
 
bağıĢlayır,  varlılar  kasıblara  əl  tutur,  iftar  süfrələri  ilə  Allah-taalaya 
yaxınlaĢırlar və bu kimi digər əməllər yerinə yetirilir. 
        Beləliklə,  bu  üç  tərkib  hissənin immunitetini  möhkəmlədəndən  sonra 
bu mənəvi seyrin son nöqtəyə ehtiyacı vardır. Bu son nöqtə Kərbəla türbəti 
ilə baĢ verir, necə ki bal arısı bal hazırladıqdan sonra bu əməliyyatı mumla 
sona çatdırır. Bu son nöqtə insanı digər Ramazan ayına qədər insan bədəni 
və  ruhunun    məruz  qaldığı  xəstəliklərdən  amanda  saxlayır.  Peyğəmbər 
Ramazan  ayının  bu  üç  tərkib  hissənin  formalaĢmasındakı  roluna  iĢarə 
edərək  belə  buyurmuĢdur:  “Əvvəli  rəhmət,  ortası  məğfirət,  sonu  isə 
duaların  qəbul  olması  və  Cəhənnəm  odundan  azad  olmadır.”
114
  Deməli, 
ayın  əvvəli  bədənin  səhhəti,  ortası  nəfsin  səhhəti,  sonu  isə  qəlbin 
səhhətidir.  Məhz  onunla,  yəni  qəlbin  sağlamlığı  ilə  Cəhənnəm  odundan 
qurtuluĢ  baĢ  verir:  “O  gün  ki,  malın  və  oğulların  bir  faydası  olmayacaq. 
Yalnız  (fəsadlı  əqidələrdən  və  əxlaqdan)  salamat  (sağlam)  bir  qəlblə 
Allahın hüzuruna gələn kimsədən baĢqa!”
115
 
         Elə buna görə də, Ġmam Kazim (ə) oruc tutan Ģəxsin Fitr bayramında 
mübarək  Kərbəla  türbəti  ilə  iftar  etməsinə  iĢarə  edərək  buyurur:  “Ġmam 
Hüseynin (ə) qəbrinin türbəti ilə iftar etmək daha əfzəldir.”
116
 
         Çünki  o,  sanki  bal  arısının  öz  məhsulunu  mumla  tamamlaması 
kimidir. 
 
 ĠKĠNCĠ  MƏTLƏB:  Kərbəla  türbətində  Ruh  qüvvəsinə  aid  olan  qeybi 
təsirlər 
                                                           
114
  Şeyx Kuleyninin “Əlkafi” kitabı, cild 4, səh. 67; Şeyx Səduqun “Əmali” kitabı, səh. 97 
115
  “Şuəra” surəsi, 88-89-cu ayələr 
116
  İbn Babəveyhin “Fiqhur Rza” kitabı, səh. 210; Mühəqqiq Bəhraninin “Əlhədaiq ənnazirə” kitabı,cild 10, səh. 273; 
Əllamə Məclisinin “Biharul ənvar” kitabı, cild 88, səh. 133 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə