Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə30/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   23   24   25   26   27   28   29   30   31

www.ehlibeyt-aka.com
                                
97 
 
məxsus  etmiĢdir.  Onun  zəvvarlarının  ziyarət  günləri  ömürlərindən 
sayılmaz.”
149
 
Odur  ki  bütün  bu  kəramət,  Ģərafət    və  qeybi  təsirlər,  Cəbrailin  (ə) 
Kərbəla  türbətini  gətirərək  ilahi  əmrlə  Peyğəmbərə  (s.ə.s.)  təqdim 
etməsi, Ģübhəsiz ki, Ġmam Hüseynin (ə) Kərbəlada verdiyi qurbanlara 
görədir.  Deməli,  bu  qeybi  təsirlərin  baĢ  verməsi  Ġmam  Hüseynin  (ə) 
haqqını tanımağa bağlıdır. 
 
DÖRDÜNCÜ    BƏHS:  KƏRBƏLA    TÜRBƏTĠNDƏ  ġƏFA 
AXTARMAĞIN QAYDALARI  
        Əhli-beytdən (ə) nəql olunan hədislərdə müqəddəs Kərbala türbətinin 
götürülməsi  ilə  bağlı  bir  sıra  dualara  iĢarə  olunur.  Lakin  ilk  öncə  türbət 
götürməyin icazə verildiyi məkan haqqında söhbət açmaq lazımdır. Belə ki 
Hüseyn cənnətinin sərhədlərini, bu qeybi təsirin aid olduğu hüdudları təyin 
etməliyik. 
 
BĠRĠNCĠ MƏTLƏB: Ġmam Hüseyn (ə) cənnətinin sərhədləri 
Hüseyn  türbətinin  götürülməli  olduğu  hüdudları  tanımaq  üçün  aĢağıdakı 
hədislərə müraciət edək: 
1)
 
 Ġmam  Sadiq  (ə)  buyurmuĢdur:  “Ġmam  Hüseynin  (ə)  qəbrinin  türbəti 
qəbrin kənarından yetmiĢ dirsək məsafəyə qədər götürülür.” 
150
 
2)
 
Ġshaq ibn Əmmar Ġmam Sadiqdən (ə) belə nəql edir: “Ġmam Hüseynin 
(ə)  qəbrinin  məlum  məqamı  və  hörməti  vardır.  Kim  bu  hörməti 
gözləsə və onun vasitəsi ilə yardım diləsə, ona yardım edilər.” Ġshaq 
                                                           
149
  Hürr Amulinin “Vəsailüş şiə” kitabı, cild 14, səh. 423; Şeyx Tusinin “Əmali” kitabı, səh. 317  
150
  Hürr Amulinin “Vəsailüş şiə” kitabı, cild 10, səh. 400 


www.ehlibeyt-aka.com
                                
98 
 
ibn  Əmmar  nəql  edir  ki,  o,  imamdan  qəbrin  həmin  məqama  malik 
olan  hüdudlarını  ona  təsvir  etməyi  xahiĢ  edib.  Ġmam  (ə)  buyurub: 
“Bugünkü  qəbrin  baĢ  tərəfindən,  ayaq  tərəfindən,  arxa  tərəfdən  və 
üzü  ilə  üzbəüz  tərəfdən  iyirmi  beĢ  dirsək  ölç  (bu  ölçülər  arasındakı 
məsafə Ġmamın (ə) qəbridir)”
151
 
3)
 
Abdullah  ibn  Sinan  Ġmam  Sadiqin  (ə)  belə  buyurduğunu  deyir: 
“Ġmam Hüseynin (ə) qəbri hər tərəfdən iyirmi dirsəkdir. (Onun qəbri) 
Cənnət bağlarından biridir.”
 152
 
4)
 
 Ġmam  Sadiq  (ə)  buyurmuĢdur:  “Ġmam  Hüseynin  (ə)  hərəmi  qəbrin 
dörd tərəfindən beĢ fərsəx məsafəsindədir.”
153
 
5)
 
Ġmam  Sadiq  (ə)  buyurmuĢdur:  “Ġmam  Hüseynin  (ə)  qəbrinin 
torpağında Ģəfa var, hətta bir mil məsafədən götürülsə belə.”
154
 
    ġeyx  Tusi  deyir:  “Müxtəlifliyinə  baxmayaraq,  bütün  bu  hədislər 
Kərbəla  türbətinin    qəbrin  nə  qədər  yaxınlığından  götürülərsə,  bir  o 
qədər fəzilət və bərəkətli olduğuna dəlalət edir.” 
155
 ġəhidi-əvvəl deyir: 
“ġiə  məzhəbinin  alimləri  Ġmam  Hüseyn  (ə)  türbəti  ilə  dərdlərin 
sağaldığını və bu türbətlə zikr etməyin daha da  fəzilətli olduğun qəbul 
edirlər. Bu barədə mütəvatir hədislər var. Ġmam Hüseyn (ə) hərəmindən 
türbət  götürülməsinə  icazə  verilir,  lakin  zərihə  nə  qədər  yaxın  olarsa, 
daha  fəzilətli  olar.  BaĢqa  bir  yerdən  türbət  gətirilib  zərihin  üzərinə 
qoyularsa,  daha yaxĢıdır. Türbət götürülən və iĢlədilən zaman hədis və 
rəvayətlərdə  qeyd  olunan  məĢhur  dualar  oxunmalıdır.  ġəfa  tapmaq 
məqsədilə  iĢlədilən  zaman  bir  noxud  dənəsi  həcmindən  artıq  miqdarda 
istifadə edilməməlidir. Türbəti əldə edən insan onu çəki ilə və gözəyarı 
sata bilər. Ġmam Hüseyni (ə) ziyarət edən Ģəxs onun türbətindən öz əhli-
                                                           
151
  Şeyx Tusinin “Təhzibul əhkam”, cild 6, səh. 72 
152
  Hürr Amulinin “Vəsailüş şiə” kitabı, cild 14, səh. 512 
153
  Hürr Amulinin “Vəsailüş şiə” kitabı, cild 14, səh. 513  
154
  Şeyx Mufidin “Məzar” kitabı, səh.143 
155
  Hürr Amulinin “Vəsailüş şiə” kitabı, cild 10, səh. 401 


www.ehlibeyt-aka.com
                                
99 
 
əyalı,  övladaları  və  ölkəsinə  xeyir  vermək  üçün  bacardığı  qədər 
götürməlidir.  Bu  türbət  bütün  xəstəliklərdən  Ģəfa,  bütün  qorxulardan 
əmin-amanlıqdır. Türbətin  səpələnib dağılmasının qarĢısını almaq üçün 
onu odda biĢirmək olar, lakin bunu etməmək daha yaxĢı və fəzilətli olar. 
Ġmam Hüseyn (ə) türbətinə səcdə etmək ən fəzilətli əməllərdəndir.”
156
 
 
ĠKĠNCĠ MƏTLƏB: Ġmam Hüseyn (ə) türbətini Ģəfa məqsədi ilə istifadə 
edən insan hansı sözləri deməli və onu hansı miqdarda iĢlətməlidir? 
       Köhnə  və  müasir  fəqihlər  öz  fiqh  kitablarında  müqəddəs  Kərbəla 
türbətində Ģəfa axtarmağın qaydalarını və buna aid əməllərin hökmlərini 
qeyd etmiĢlər. Həmin qaydalar ümumilikdə aĢağıdakılardan ibarətdir:  
1)
 
Ġstifadə  edilən  türbət  bir  noxud  dənəsi  həcmindən  çox  olmamalıdır. 
Bundan artıq  miqdarda  istifadə edən Ģəxs, elə bil ki, imamların  ətini 
yemiĢdir; 
2)
 
Türbəti yalnız Ģəfa niyyəti ilə yeməyə icazə verilir. Müstəhəb ehtiyata 
görə,  Peyğəmbər  (s.ə.s.)  və  digər  imamların  qəbrlərinin  torpağı  bu 
hökmə Ģamil deyil; 
3)
 
Türbəti  su  və  ya  Ģirəyə  qatıb  təbərrük  və  Ģəfa  niyyəti  ilə  istifadə 
etməyin  eybi  yoxdur.  Həmçinin  Ģəfa  məqsədi  ilə  ağrıyan  yerə 
sürtmək, yaxud təbərrük niyyəti ilə, lakin hörmətini qorumaq Ģərti ilə 
yanında gəzdirməyin eybi yoxdur; 
4)
 
ġəfa məqsədi ilə götürülən zaman oxunan dualar sürətlə təsir etməsi  
üçündür, götürülməsinə aid deyil; 
5)
 
Türbətin  götürülməli  olduğu  yer  qəbrin  kənarı,  camaat  tərəfindən 
qəbrin  yaxın  ətrafı  kimi  qəbul  olunan  yerlərdir.  Vacib  ehtiyat  budur 
                                                           
156
  Şəhidi-əvvəlin “Durus” kitabı, cild 2, səh. 26 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə