Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə47/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   59

 
155
dəyişiklikləri fövqəltəbii qüvvələrin təsiri ilə  əlaqələndirir, onların 
fəaliyyətinin nəticəsi kimi izah edir. 
Ərəb dilindəki “dinun” sözündən yaranan “din” termininin 
mənası “inam”, “etiqad” deməkdir. “Din” termini dilimizə 
Azərbaycanda islamın yaranması ilə əlaqədar keçmişdir. 
Dinin mənşəyi və  qədim formaları haqqında müxtəlif 
mənbələrdən məlumat almaq mümkündür: 
l. Təbiət və ictimai elmlərin-xüsusilə, fiziologiya, tarix, 
psixologiya və etnoqrafiya elmlərinin bu istiqamətdə qazandığı 
uğurların elmi-fəlsəfi təhlili; 
2. Arxeoloji tədqiqatlar nəticəsində üzə  çıxarılmış müxtəlif 
nümunələr; 
3. Müasir dövrdə sivilizasiyadan kənar həyat tərzi yaşayan 
qəbilə və tayfaların həyat tərzi. Məsələn, Avstraliya, Qərbi Afrika və 
bəzi Şimal xalqlarının həyat tərzi. 
4.  Şifahi və yazılı abidələr; (Bu barədə “Orxon-Yenisey 
abidələri” və “Kitabi-Dədə Qorqud” dastanlarında məlumat verilir). 
5. Bu gün də yerinə yetirdiyimiz ayin və mərasimlər. Onlarda 
ibtidai dini təsəvvürlərin izləri vardır. Məsələn, qurban kəsmək, 
ehsan vermək, bəzi xalqların dəfn mərasimi və s. 
Məlumdur ki, insanın yaranmasında və onun şüurunun 
formalaşmasında  əmək prosesi mühüm rol oynamışdır. Ehtiyac 
üzündən fəaliyyətə başlayan insanın ilk əcdadı bu prosesdə müəyyən 
vərdişlər qazanmış  və getdikcə  şüur, təfəkkür, nitq və s. də yavaş-
yavaş meydana çıxmışdır. 
İctimai inkişafın aşağı  səviyyədə olması, insanınm kortəbii 
qüvvələr qarşısında acizliyindən irəli gələrək onun şüurunda allah, 
axirət, ruh və s. kimi anlayışları yaratması ibtidai icmada müxtəlif 
dini təsəvvürlərin meydana çıxmasına səbəb oldu. 
 


 
156
  
Yuxarıda qeyd etdik ki, din tarixi-ictimai hadisədir. Qədim 
maddi və  mənəvi abidələr göstərir ki, dinin yaranması  və 
formalaşması milyon illərlə davam etmişdir. Bəşəriyyətdə dinsizlik 
dövrü də mövcud olmuşdur. Bunu müasir etnoqrafiya elmi bir çox 
faktlara əsaslanmaqla sübuta yetirir. 
Müəyyən  şüura malik insanın təqribən 2,5-3,5 milyon il 
bundan  əvvəl yaranmasını, yer üzərində ilk dini təsəvvürlərin 
eramızdan 40 min il əvvəl, yuxarı paleolit dövründə meydana 
çıxmasını elm artıq təsdiq etmişdir. 
Dinin mənşəyi və mahiyyəti əsasında ictimai və mənəvi təlabat 
dayanmış, ehtiyacdan din tarixi yaranmışdır.  İnsanların  şüurunda 
obyektiv gerçəkliyin dini əksi nəticə etibarilə onların maddi istehsal 
fəaliyyətinin məhdudluğu və bununla əlaqədar ictimai münasibətlərin 
tarixi məhdudluğu ilə bağlıdır. Kortəbii qüvvələr insanlarda qorxulu, 
sirli, anlaşılmaz hisslər yaradır. Onların  şüurunda allahlar, hər  şeyə 
qadir ruhlar, fövqəltəbii qüvvələr haqqında təsəvvürlər yaradır. 
Sonrakı  mərhələlərdə ilkin ictimai-iqtisadi formasiyalarda isə 
əməksevər kütlələrin ictimai zülm-kütləvi işsizlik, aclıq, xəstəlik və 
s. fəlakətlər qarşısında acizliyi də onlarda dini təsəvvürləri daha da 
gücləndirir. Lakin bütün bunlarla bərabər ibtidai insan ətrafında baş 
verən, ona aydın olmayan hadisələrin, yaranan vəziyyətin səbəblərini 
öyrənmək istəyi ilə, nə qədər ləng olsa da, inkişafa doğru irəliləyir. 
 Yer 
üzündə mövcud olmuş  və hal-hazırda da mövcud olan 
dinlər tarixi-təkamül baxımından belə qruplaşdırılır: 
 l. 
Sinifli 
cəmiyyətdən əvvəl mövcud olan dinlər. 
“İbtidai dinlər” adlandırılan bu ilkin din formalarına animizm, 
totemizm, magiya, fetişizm, sehrbazlıq,  əcdad kultu, atəşpərəstlik, 
bütpərəstlik və s. daxildir. 
 
2. Sinifli cəmiyyətdə mövcud olan dinlər. 
 Yayılma dairəsinə görə də onlar iki qrupa bölünür: 
 
a) Milli dövlət dinləri. 
  


 
157
Buraya iudaizm, induizm, sintoizm, çaynizm, konfusiqilik, 
daosizm və s. daxildir. Müəyyən bir və ya bir neçə dövlətin 
ərazisində yayılan bu dinlərə, əsasən bir və yaxuda da bir neçə millət 
və xalq etiqad etmişdir.  
b)Dünya dinləri. 
Buraya buddizm, xristianlıq və islam daxildir. Onlar daha geniş 
miqyasda bir çox millətlər və xalqlar arasında  yayılmışdır. Sinifli 
cəmiyyətdə mövcud olan dinlər müäsir dinlər də adlandırılır. 
Xristianlıq, islam, iudaizm, buddizm, induizm və s. belə dinlərdəndir. 
İbtidai icma qurluşunun sonlarında artıq ibtidai insanın 
şüurunda  əsaslı  şəkildə  dəyişikliklər oldu. Maddi həyat tərzində 
yaranan köklü dəyişikliklər insanların dini təsəvvürlərində, 
şüurlarında da dəyişikliklərin meydana çıxmasına səbəb oldu. 
Dini şüur iki şəkildə özünü göstərir:  
l) dini psixologiya əsasmda yaranan adi dini şüur;  
2) həm ictimai mühitin, həm də dini idealogiyanın təsiri ilə 
formalaşan, lakin dini təlimin mahiyyətinə  bələd olmayan dindar 
şəxsin şüuru. 
Dinin məzmununa dini şüur, dini münasibətlər, dini  fəaliyyət 
və dini təsisatlar daxildir. Dini təşkilatlar, dini orqanlar, dini 
cəmiyyətlər, bırliklər, dini icmalar, kilsə, məscid və s. dini 
təsisatlardır. Onların aparıcı qüvvəsi ruhanilərdir. Dini təsisatlar 
müəyyən etiqad, inam zəminində birləşən dindar insanların 
fəaliyyətini təşkil edir, əlaqələndirir və istiqamətləndirir. 
Din ilə  əxlaq, fəlsəfə, elm və incəsənət arasında da əlaqə 
mövcuddur.  Əxlaq insanların bir-birinə  və  cəmiyyətə olan 
münasibətlərini tənzimləyən davranış normaları və qaydaları toplusu 
olmaqla dindən xeyli əvvəl meydana çıxmışdır. Din öz mövqeyini 
möhkəmləndirmək, əhatə dairəsini genişləndirmək məqsədilə ən sadə 
əxlaq normalarından belə yetərincə faydalanmışdır. 


 
158
Dinlə incəsənət arasında da sıx  əlaqə vardır. Belə ki, əsl 
incəsənət spesifik formada, bədii obrazlar vasitəsilə gerçəkliyin 
düzgün inikasını verir və dünyanı  dərk etməkdə insanlara kömək 
edir. Buna görə  də din həmişə insanlara dini-tərbiyəvi təsir 
göstərmək məqsədilə incəsənətdən istifadə etməyə, estetik təsir 
vasitələrindən dini etiqadın möhkəmləndirilməsi  və  yayılması  üçün  
onun  ideya-estetik təsir gücündən faydalanmağa çahşmışdır. 
Qabaqcıl incəsənət həmişə ictimai tərəqqiyə, insanların estetik-əxlaqi 
tərbiyəsinə xidmət etmişdir.  İncəsənət insanın mənəvi təkamülündə 
milli-dini  mənəvi  sərvətlərə  yiyələnməsində,   bütövlükdə mənəvi-
estetik tərbiyəsində çox mühüm vasitədir. İbadətgahlarda, məscid və 
kilsələrdə incəsənətin müxtəlif növlərindən, rəssamlıqdan, 
heykəltəraşlıqdan, memarlıqdan və s. istifadə edən din insanlara 
güclü emosional təsir etməyə nail olmuşdur.  İnsanların  şüurunda 
yaranan inam onların yaratdıqları dastanlarda, nağıllarda və digər 
ədəbi-bədii nümunələrdə öz əksini tapmışdır. 
Belə ədəbi nümunələrdən biri də Orxon yazılı abidələridir. Bu 
abidələr qəbirüstü kitabə olması baxımından Yenisey abidələri ilə 
birləşir. Lakin Orxon kitabələri həcminə, yazılış  tərzinə  və 
məzmununa görə Yenisey abidələrindən fərqlənir. Belə ki, burada bir 
qayda olaraq türk tarixi, türk xalqlarının formalaşma və 
məskunlaşma dövründə apardıqları müharibələr, qarşılıqlı tayfa 
münasibətlərinin formalaşması  və s. məsələlər barədə  dərin ideya-
fəlsəfi tutuma malik məlumatlar verilir. Bütün bunlarla bərabər 
türklərin qəhrəmanlıq  ənənələri, tanrı ilə türkün ruhi bağlılığına, 
“qohumluq əlaqələrinə”, dövlətçilik və məişət məsələlərinə aid fikir 
və düşüncələr də öz əksini tapmışdır. 
Qeyd etdiyimiz kimi, türklər özlərininin tanrı ilə möhkəm, 
qırılmaz “qohumluq münasibətlərinə” dərin inam bəsləyirdilər. Bunu 
“Gültigin” kitabələrindən gətirdiyimiz nümunələr də təsdiq edir: 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə