Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə49/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   59

 
162
olan tanrının himayəsinə  sığınmaqla, ondan yardım diləməklə 
düşmənlərə qalib gəlirlər. Oğuz qəhrəmanlarının uzaq səfər, yaxud 
ağır döyüş qabağı  qıldıqları namazlar, söylədikləri dualar islami 
inamdan irəli gəlir. Dastanın IX boyu olan “Bəkil oğlu  Əmran 
boyunda da Əmran kafirlərlə qarşılaşanda “ucalardan uca tanrı”ya üz 
tutub ondan kömək diləyir. Kafir isə “Oğlan alındınsa tanrınamı 
yalvarırsan? Sənin  tanrın varsa, mənim 72 bütxanam var, - deyə 
lovğalanır. Əmran isə “Sən bütlərə yalvararkən mən aləmləri yoxdan 
var edən tanrıma sığındım”, - cavabını verir. Burada qeyd olunan “bir 
tanrı” məsələsi ümumtürk inamında başlıca səciyyə daşıyır. 
Mənbələrdən məlumdur ki, Məhəmməd peyğəmbərin islam 
dinini qəbul etmiş bir türk ordusu olmuşdur. O, tanrıya müraciətlə 
“Ulu tanrım mənim bir ordum var. Ona Türk adını verdim, Şərqdə 
yerləşdirdim. Bir qövmə  qızarsam o qövm üzərinə salar, müsəllat 
edərəm,” - deyir. Sonra isə öz” dindaşlarına “Türk dilini öyrənin. 
Zira onların uzun sürəcək hakimiyyətləri vardır”, tövsiyəsini edir. 
Dastanın VII boyunda “Qazılıq oğlu Yeynəyin boyu”nda isə 
Allahın vəsfinə həsr olunmuş belə bir poetik parça var: 
Ucalardan ucasan, uca tanrı! 
Kimsə bilməz necəsən, görklü tanrı! 
Sən anadan doğmadın, 
Sən atadan olmadın, 
Kimsə rizqin yemədin, 
Kimsəyə güc etmədin, 
Qamu yerdə əhədsən, 
Allahü-Səmədsən. 
Bu  şer tamamilə “Quran”ın 112-ci “Əl-İxlas” surəsindəki 
dördüncü ayə ilə  həmahəngdir. Yəni “Qulhuvəllahü  əhəd, 
Allahüssəməd. - O allah birdir, heç bir şəriki yoxdur. 
  


 
163
Allah heç kəsə, heç nəyə möhtac deyildir! Hamı ona möhtacdır. O 
əzəli və əbədidir.  
 “Kitabi-Dədə Qorqud”da bilavasitə Məhəmməd peyğəmbərin 
adı ilə bağlı olan iki müqəddəs  şəhərin də adı  çəkilir. “Tanrı evi”- 
Məkkənin adı ilə abidədə iki dəfə Mədinə , şəhərinin adı ilə bir dəfə 
qarşılaşırıq. Dastanın II boyunda kafirlər Uruzu dardan asmaq 
istədikdə o, asılacağı  ağacı  tərifləyərək ona Məkkə  və  Mədinənin 
qapısı ağac” - deyə müraciət edir. Dastanda islam dininin mühüm bir 
ənənəsindən, imkanı olan hər bir müsəlman üçün icrası vacib olan 
həcc ziyarətindən danışılır və bunun Məkkə  şəhəri ilə bağlılığı bu 
şəkildə nəzərə çatdırılır:  
 Alçaq 
yerdə yapılıbdır tanrı evi Məkkə görklü, 
 O 
Məkkəyə sağ varsa, əslən gəlsə sidqi, bütün hacı görklü. 
 
Məlum olduğu kimi, tanrı bütün peyğəmbərlərə onların öz adı 
ilə müraciət etdiyi halda həzrəti Məhəmmədə  Həbibim-deyə xitab 
edir. “Kitabi-Dədə Qorqud”dakı  Oğuz elləri də islamı  qəbul edib 
peyğəmbərə inam gətirdikləri üçündür ki, bütün əməllərində allahdan 
sonra məhz bu müqəddəs şəxsə arxalanırlar. Abidənin 12 boyundan 
11-nin sonunda dualar “Günahınızı adı görklü Məhəmməd Mustafa 
üzü suyuna bağışlasın”, sözlərilə bitir. 
 
Bildiyimiz kimi, islam dininin bünövrəsi, dayağı, bir 
kimsənin müsəlmanlığını sübuta yetirən “Kəlmeyi-şəhadətdir. 
İslamın beş  fəqərə sütunlarından-şərtlərindən ilki plan Kəlmeyi 
şəhadət Allahın tək, Məhəmməd peyğəmbərin onun rəsulu-elçisi 
olmasından, Həzrəti  Əli  əleyhissəlamdan bəhs edir. “Kitabi-Dədə 
Qorqud”da da bu cəhətə xüsusi diqqət yetirilir, kafirlərin islam dinini 
qəbul etmələrinə, müsəlman olmalarına xüsusi səy göstərilir. 
Əvvəldə adını  çəkdiyimiz “Bəkil oğlu  Əmranın boyun”da da ölüm 
təhlükəsi qarşısında qalan Əmran Kəlmeyi şəhadəti dilinə gətirərkən 
ona ilahidən qeyri-adi güc verilir və o, kafirə qalib 
 
 


 
164
gəlir. Bunu görən kafir heyrətlənir və deyir: “Yigit aman! Sizin dinə 
nə derlər. Dininə girdim Barmaq götürüb, şəhadət gətirib müsəlman 
oldum.” Din tarixindən o da məlumdur ki, islami qayda-qanuna görə, 
aman diləyən, kəlmeyi-şəhadəti dilinə gətirən kəs bağışlanır. Bu, elə 
əslində islamın əsas ideoloji silahlarındandır. 
“Kitabi-Dədə Qorqud”da islamla bağlı  məqamlarla tez-tez 
qarşılaşmağımıza baxmayaraq, boyların heç birində islamın  əsas 
təriqətlərinin və cərəyanlarının izlərinə təsadüf olunmur. Bundan belə 
nəticəyə  gəlmək olar ki, bu möhtəşəm abidə  həqiqətən də islama 
qədər və islamın yarandığı ilk dövrlərin məhsuludur. Burada buyruğu 
qəbul edilən, sözü tutulub tamam edilən pir, övliya ucalığına 
yüksələn Dədə Qorqud insanları mənəvi birliyə, yüksəlişə səsləyir. 
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev də dinin 
mənəviyyatla bağlı məzmununa böyük diqqət yetirir, adamları dinin 
mənəvi dəyərlərindən faydalanmağa çağırır və göstərir ki, “Müstəqil 
Azərbaycan Respublikasının ağır, çətin keşməkeşli günündə  hər bir 
azərbaycanlı, hər bir müsəlman ilk növbədə islam dininin 
tövsiyələrindən istifadə edərək öz mənəviyyatını yüksəltməlidir. 
Mənəviyyatımız nə  qədər yüksək olarsa, biz insanlarda, hər bir 
azərbaycanlıda, müsəlmanda Vətənə, öz amallarına sədaqət, mənəvi 
saflıq əhval-ruhiyyəsi tərbiyə edə bilsək, Azərbaycan bu ağır böhran 
dövründən, çətinliklərdən tezliklə və müvəffəqiyyətlə çıxacaqdır.” 
Ümumiyyətlə, “islam millətlərinin hamısının-ərəblərin, 
türklərin, farsların və başqalarının birlikdə yaratdıqları böyük islam 
mədəniyyətinin digər millətlərin mədəniyyətinin inkişafında  əvəzsiz 
xidmətləri olmuşdur. Belə ki, “Beş əsr boyunca islam elmləri, yüksək 
mədəniyyəti və qüvvəti ilə cahana hökm etdi. Yunan fəlsəfəsi və elm 
xəzinələrinin varisi olmaq etibarilə müsəlmanlar bu xəzinələri islami 
fikirlərlə zənginləşdirdikdən sonra Qərbi Avropaya nəql etdilər. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə