Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə50/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   59

 
165
Bu surətlə Orta çağda islamiyyət, Avropanın mədəni üfiqlərini 
genişlədib insanların fikir və həyatında dərin bir təsir buraxdı".
1
 
İslam mədəniyyətinin yəhudilərə  də böyük təsiri   olmuşdur. 
“Orta çağdakı bütün yəhudi  ədəbi sənəti islam mədəniyyətinin bir 
in”ikasından ibarətdir. Gerçəkdən yəhudi  ədəbi sənəti xristian 
mədəniyyətindən daha çox müsəlmanların dualarına çox yaxındır".
2
 
Həqiqətən də müsəlmanların müqəddəs kitabı olan  Quranda 
bəşəri, humanist çağrışlı çoxlu ayələr, sünnə və hədislər, rəsmi şəriət 
normaları vardır. Bütün bunlar insanın mənəvi təkamülündə, daxilən 
saflaşmasında, onun həyat məqsədi və  mənəvi idealının 
formalaşmasında, yaxşını pisdən seçməsində,  ədalətli və xeyirxah 
mövqe tutmasında böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, insan 
haqqında islam nəzəriyyəsində insanı faydalı əməyə çağırmaq, fiziki 
və  əqli cəhətdən inkişaf etdirmək, dindarları milli istiqlaliyyət 
uğrunda mübarizəyə ruhlandırmaq, bütövlükdə  cəmiyyətdə olan 
qayda-qanunları sosial təlabatı araşdırmaq və digər xüsusiyyətlər 
mühüm yer tutur. İslam dini insanları, bəzilərinin başa düşdüyü kimi, 
kortəbii ibadətlə, haqsızlıqla razılaşmağa deyil, ictimai qaydalara 
əməl etməyə səsləyir. “İslam dininin insan haqqında konsepsiyasında 
onun insanlar arasındakı adət-ənənələrin, ailənin hifz edilməsi 
sahəsindəki rolu da müəyyən yer tutur. İslam dini, xüsusilə  onun 
ayinçilik sistemi bütün milli məişət ənənələri, mütərəqqi bayram və 
mərasimlər, milli münasibətlərlə çulğalaşaraq, milli-mütərəqqi ənənə, 
bayram və  mərasimlərin də yaşadılıb nəsildən-nəsilə verilməsində 
təsirli vasitə olmuşdur”. 
 
                                                           
1
Bammat H. Qərb mədəniyyətinin inkişafında müsəlmanların rolu. Bakı, Azərnəşr, 1994, 
səh.15.  
  
2
 
Yenə orada. səh.23. 
 


 
166
İslam dinində onun insanın zehni fəaliyyətilə, yaradıcılığına, 
elmi idrakına münasibət məsələləri də öz əksini tapmışdır. 
Məhəmməd Peyğəmbərin hədislərindən birində qeyd olunur ki, elm 
uğrunda cəhd etmək müsəlmanın  əsas vəzifələrindən biridir. “İnsan 
anadan olandan qəbir evinə  qədər bilik arxasınca getməlidir. Bu 
yolda heç bir çətinlikdən qorxmamalıdır. Elm hətta  ən uzaq 
ölkələrdə, Çində belə olsa da, onun arxasınca getməlidir”. 
Qurani-Kərimdə  və  hədislərdə  əlilm istilahı altında daha çox 
iman, təqva və salehlik nəzərdə tutulsa da, bu istilah dünyəvi bilik 
mənalarını da qoruyub saxlayır.  İslamın bu mənbələri elə bir 
psixoloji, mənəvi və intellektual ab-hava təlqin edir ki, burada həm 
dini, həm də dünyəvi elmlərə  təhrik vardır.  İslamda yalnız fərd və 
cəmiyyət baxımından faydalı olan elmlər təqdir edilir.
1
 
Şərq alimləri uzun əsrlər islam dininin elmə olan müsbət 
münasibətinə dair öz əsərlərində  də  bəhs etmişlər.  İslam 
cəmiyyətində ziyalı şəxs insanlar tərəfindən məhəbbətlə qarşılanmış, 
hörmət edilmişdir. Məhəmməd Peyğəmbərə aid hədislərdən birində 
deyilir ki, Peyğəmbər dindarlarla söhbət edərkən demişdir: “Elm 
öyrənmək yolunda atılmış hər bir addım, Bədr vuruşması vaxtı həlak 
olmuş müsəlmanların  şəhidliyi qədər müqəddəsdir. Alim və abidin 
nisbəti müqayi-səsizdir; alim günəşdirsə, abid ulduzdur". 
Məlumdur ki, mənəvi mədəniyyətin mühüm tərkib 
hissələrindən biri də adət-ənənələrdir. Din və adət-ənənələr tarixi 
inkişaf prosesində bir-biri ilə elə qarşılıqlı münasibətlərdə olmuşlar 
ki, onların hər birində olan müəyyən xüsusiyyətlər birləşərək 
nəsildən-nəsilə ötürülmüşdür. Müsəlmanlar tərəfindən islam 
ayinlərinin icra olunması,  şəriət normalarına  əməl edilməsi, qadağa 
və haramlardan qaçıl- 
                                                           
1
 
Hacı Sabir Həsənli.  İslam mədəniyyətində elm. Bakı, "Elm və  həyat" nəşriyyatı 
1998, səh.5. 
 


 
167
ması  nəticəsində dindarlıq özü də milli xüsusiyyət  əxz etmiş
sabitləşərək bir nəsildən digərinə verilmişdir. Bu zaman ayrı-ayrı 
xalq və millətlərə  məxsus adət-ənənələr, mərasim və normalar da 
islam dini, xüsusilə onun ayinçilik sistemi ilə birləşərək milli-dini 
məzmun kəsb etmişdir. Onlara əməl edilməsi isə  həm etnik-milli 
adət, həm də dini borc kimi qəbul olunmuşdur. Məhz bu milli dini 
xüsusiyyət yəni adət-ənənələr və din bir-birinə təsir göstərərək onları 
yaşatmışdır. 
Yuxarıda qeyd etdiyimiz kimi dini adət-ənənələrin emosional 
tərəfi dini hissin yaranmasında mühüm rol oynayır. Ümumiyyətlə, 
dini hissin, dini həyəcanın adi hisslə bir çox oxşarlığı vardır. Belə ki, 
dini hiss özü də emosiya, əhval-ruhiyyə, mənəvi həyəcan və sairlə 
bağlıdır. Məsələn, din xadimləri dini hiss yaratmaq üçün emosional 
təsir gücünə malik olan bədii obrazlı sözlərdən istifadə edirlər. Eyni 
zamanda bu məqsədlə müəyyən vaxtlarda “kilsə özü... incəsənətdən 
qüdrətli bir silah kimi istifadə edirdi, ən gözəl arxitekturanı inkişaf 
etdirirdi, təntənəli surətdə  nəğmə oxumağı, gözəl adətləri həyata 
keçirirdi, o, həm də rəssamlığı və heykəltəraşlığı özünə tabe etməyə 
müvəffəq olurdu, bir sözlə sanki, bütün incəsənət kilsəyə xidmət 
edirdi. Kilsə bununla da insan ürəyini çox yaxşı  fəth etməyi 
bacarırdı.
1
 
Dini ənənələr də, milli ənənələr də hiss yaratmaq qabiliyyətinə 
malikdir. Lakin bu hisslərin məzmunu müxtəlifdir. Eyni zamanda, 
dini və milli ənənələr mənşəcə  də bir-birindən fərqlənirlər. Çünki, 
milli adət-ənənələr mənsub olduğu  millətin qədim tarixi, onun arzu 
və istəkləri zəminində formalaşaraq onun inkişafı ilə 
zənginləşmişdir. Tarix onu yaradan xalqı yaşadır. Bu baxımdan 
xalqımızın yaddaşına həkk olunmuş, yüzillər  ərzində qorunub 
saxlanmış Novruz bay- 
                                                           
1
 Лунарски А.В. Религийя и просвешение. М., 1954, стр. 6-7. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə