Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə53/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   59

 
174
 
müəyyən edilir. Digər lərəfdən cəmiyyətin mənəvi mədəniyyəti nə 
qədər zəngin olursa, fərdin mənəvi mədəniyyətinin kamilləşməsi 
üçün bir o qədər çox imkan yaranır. 
Əxlaq ümumbəşəri mədəniyyətin bir hissəsidir, eyni zamanda 
o, müasir sivilizasiyaya qarşı da etinasız deyildir. Şəxsiyyətin əxlaq 
mədəniyyəti müasir sivilizasiya problemini insanların 
fəaliyyətlərində aktuallaşdırır. 
Əxlaq normaları, həmçinin  əxlaqi  əqidələr,  əxlaqi hisslər və 
qiymətlər spesifik xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər  əxlaqı 
bütün nizamlama formalarından, xüsusilə hüquqdan fərqləndirir. 
Hüquqi nizamlama kimi əxlaqi nizamlama da davranışa verilən 
sosial tələblərin fərd tərəfindən  şüurlu surətdə  mənimsənilməsini 
nəzərdə tutur. Əxlaqi nizamlama şəxsiyyətin  şüurlu iradəsinə, onun 
ictimai borca şüurlu  əməl etməsinə  əsaslanır.  Əxlaqi tələb hər bir 
fərd tərəfindən irəli sürülür və onun vicdanının səviyyəsi ilə 
müəyyənləşir. Əxlaqi münasibət isə obyekt münasibətidir ki, burada 
şəxsiyyət ictimai əxlaq normalarını gözləyir və eyni zamanda həmin 
normalara yeniliklər əlavə edir. 
Əxlaqi borc-doğma vətənimizin tərəqqisi uğrunda mübarizə 
zərurətindən yaranan və yüksək  şüurluluq, dərin daxili təlabat 
qüvvəsi ilə yerinə yetirilən  əsas ictimai vəzifələrin məcmusudur. 
Onun məzmununa həm cəmiyyətin öz üzvləri qarşısında irəli 
sürdüyü vəzifələr, həm də adamların cəmiyyət qarşısında daşıdığı 
məsuliyyət hissi daxildir. 
Hər bir cəmiyyətin inkişafının müxtəlif mərhələlərində onun 
qarşısında müxtəlif vəzifələr durur. Buna uyğun olaraq cəmiyyətin öz 
üzvlərinə olan tələbinin, eyni zamanda cəmiyyət üzvlərinin borcunun 
xarakteri dəyişir. Elə ona görə  də ictimai inkişaf qanunlarını 
öyrənmədən, cəmiyyətin qarşılaşdığı  vəzifələrin həllində  iştirak 
etmədən şəxsiyyət öz əxlaqi borcunu dərk edə bilməz. 
Əxlaqi borcun yerinə yetirilməsi  şəxsiyyətin meylləri  əqidəsi, 
iradəsi və xarakter xüsusiyyətlərindən, inam və vər- 
 


 
175
dişlərindən də asılıdır.  Şəxsiyyətin  əxlaqi borca münasibətini 
aydınlaşdırarkən aşağıdakıları nəzərə almaq lazımdır: 
a) Şəxsiyyət öz arzu və istəklərini təmin etməyə daha meyllidir, 
yoxsa ümumi mənafeyin tələbləri ilə razılaşmağa, 
b) O, təmiz əqidəli, bütöv xarakterli şəxsiyyətdirmi? 
v)Yerinə yetirəcəyi borcun düzlüyünə, gərəkliliyinə inanırmı? 
q)Güzəştə getməyi, çətinliyə dözməyi bacarırmı? 
ğ) Borca əməl etmək onun daxili istəyindən irəli gəlir, yoxsa 
vərdişdirmi? 
Təlim-tərbiyə müəssisələri, kollektivlər tərbiyənin bütün metod 
və vasitələrindən istifadə edərək cəmiyyət üçün öz əxlaqi borcunu 
hərtərəfli dərk edən gənclər yetişdirməlidirlər. 
 
 
§ 5. ESTETİK MƏDƏNİYYƏT 
 
Müasir dövrdə estetik mədəniyyət getdikcə daha böyük 
əhəmiyyət kəsb edir. Estetik mədəniyyət də  cəmiyyətin ümumi 
mədəniyyətinin bir hissəsidir. Estetik mədəniyyətin spesifikası  və 
funksiyası ondan ibarətdir ki, o subyektin dünyaya münasibətinm 
azad özünüifadəetmə formasıdır. 
Bəs estetika nədir? 
Estetika yunan sözüdür. “Aisthetiko” hiss edən, həssas 
mənasındadır. O, gözəllik qanunlarını, incəsənətin gerçəkliyə 
münasibətini, onun növ və janrlarını, bədii  şüurun qanunauyğun 
inkişafının özünəməxsus xüsusiyyətlərini bədii yaradıcılıq metodunu 
öyrənən fəlsəfi elmdir. 
Təxminən 8-10 il əvvəl respublikamızın demək olar ki, bütün 
ali məktəblərində bir fənn kimi tədris olunan estetika son illər tədris 
planından çıxarılmışdır. Yaranmış mövcud boşluğu az da olsa 
doldurmaq, müasir gənclərə bu mövzuda bilgilər vermək məqsədilə 
biz  “Mədəniyyətşünaslıq”  fən- 


 
176
 
ninin mövzuları  sırasına “Estetik mədəniyyət” mövzusunu da daxil 
etməyi lazım bildik. 
Estetika termini elmə  hələ XVIII əsrdə alman filosofu 
Aleksandr Qotlib Baumqarten (1714-1762) tərəfindən gətirilmişdir. 
O bu anlayışı gözəllik nəzəriyyəsi, “Hissi idrak elmi” adlandırmışdır. 
Onun estetik hadisəni idrak nəzəriyyəsi yönümündən işləməsinin 
alman klassik fəlsəfəsinin sonrakı inkişafı üçün böyük əhəmiyyəti 
olmuşdur. 
Onu da qeyd etmək lazımdır ki, estetik fikrin tarixi daha 
qədimdir. Belə ki, 2500 il bundan əvvəl quldarlıq dövründə Misir
Babilistan, Hindistan və Çində yaranmış, Qədim Yunanıstan və 
Qədim Romada inkişaf etmişdir. Antik filosofların  əsərlərində 
incəsənətin cəmiyyətdə rolu və onun insanın  əxlaqına təsiri 
məsələlərindən bəhs olunmuşdur. Orta əsrlərin “İlahi gözəllik” 
haqqında mistik təlimlərində  hər cür gözəlliyin mənbəyi və ali 
gözəlliyin təcəssümü allah hesab olunurdu. 
Maarifçi estetikanın nümayəndələri E.Byerk, Hoqart, D.Didro, 
J.J.Russo, İ.İ.Vinqelman, İ.Herder və b., xüsusilə onların davamçıları 
F.Şiller və Göte incəsənətlə gerçəkliyin  əlaqəsi ideyasını inkişaf 
etdirdilər. 
Marksizm-leninizm klassikləri icə incəsənəti ictimai şüur 
formalarından biri və gerçəkliyin estetik dərk olunmasının spesifik 
forması kimi öyrənirlər. Gerçəkliyin estetik dərkinin isə üç tərəfi 
vardır: 
l) Obyektiv gerçəklikdə estetiklik; 
2) Subyektiv estetiklik; 
3) İncəsənət-subyektiv və obyektiv estetikliyin vəhdəti. 
Estetika bu tərəflərin mahiyyətini, qanunauyğunluqlarını  və 
onların konkret təzahürlərini tədqiq edir. 
Cəmiyyətin estetik mədəniyyətinə  həm estetik şüurun (estetik 
biliklərin, estetik hisslərin, estetik zövqlərin, estetik idealların) 
məzmunu və inkişaf səviyyəsi, həm də insanların estetik 
yaradıcılığının xarakteri, istiqaməti və yayılma dərə- 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə