Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə54/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   59

 
177
cəsi daxildir. Eyni zamanda, estetik mədəniyyətdə estetik sərvətlərin 
insan tərəfindən mənimsənilmə formalarının rəngarəngliyi, bu 
sərvətlərdən insanın inkişafı, onun mənəviyyatının zənginləşməsinə 
görə humanist məqsədlərlə istifadə edilməsi də öz əksini tapır. 
Göründüyü kimi, estetik mədəniyyətin xüsusiyyəti onun əsasını 
təşkil edən estetik fəaliyyətin spesifikası ilə müəyyən olunur. Estetik 
fəaliyyət mənəvi xarakterə malikdir. Onun predmeti gerçəkliyin 
bilavasitə  dərk və ya təsəvvür edilə bilən hər hansı bir obyekti ola 
bilər. Məsələn, estetik informasiya daxil edilmiş  bədii sərvətlər, 
etilitar təyinatı  məhsulların estetik dəyəri ilə müşayiət olunan 
məqsədyönlü fəaliyyət məhsulları, insan əməyi ilə  təbiiliyindən 
çıxmış  və estetik mədəniyyət sisteminə daxil edilmiş  təbiət 
nümunələri və s. Estetik baxımdan neytral olan, dəyəri fəaliyyət 
prosesində aktuallaşdırılan, yaxud təsbit edilən halların da estetik 
fəaliyyət predmeti olması mümkündür. 
Estetik fəaliyyətin xüsusi maraq dairəsi həmişə insan aləmi 
olmuşdur. Müasir dövrdə  də belədir. Ona ictimai-tarixi proses, 
insanların ictimai həyatı, sosial davranışı, daxili və  mənəvi aləmi 
daxildir. İncəsənət sahəsində aparılan müşahidə və təcrübələr göstərir 
ki, elə bir təbiət və yaxud sosial gerçəklik halı yoxdur ki, o öz 
mahiyyətinə görə estetik fəaliyyət predmeti olmasın. Görkəmli 
rəssam Səttar Bəhlulzadənin yaradıcılığına, onun rənglər aləminə 
diqqət yetirsək, görərik ki, təbiətin hər bir hadisəsi, hər bir nümunəsi 
onun rəsmlərinin  əşyası olmuşdur. Onun əsərlərində kiçik və ya 
böyük təbiət nümunəsi yoxdur. Rəssam təbiət nümunələrinin hər 
birinə eyni həssaslıqla, eyni sevgiylə yanaşır. S.Bəhlulzadənin 
rəsmlərində  hər çiçəyin, hər yarpağın min çaları var. Lakin bu 
əsərlərdə  təbiətdən götürülən hər hansı bir nümunə öz təbii 
mövcudluğundan da məhrum edilmir. Rəssam götürdüyü hər bir 
nümunəni öz şəxsi məntiqi və potensial yaradıcılıq imkanlarına 
uyğun şəkildə obrazlı verir, 
 


 
178
ideala qədər ucaldır, mümkün qədər arzulanan təsəvvür səviyyəsinə 
qaldırır. Estetik baxımdan dəyişdirilmiş  əşya bəşər mədəniyyəti 
xəzinəsinə daxil edilir, orada o, öz oricinallığını qorumaqla, estetik 
qiymət alır. Gördüyümüz kimi, burada estetik əşya insanın obyektiv 
aləmi ilə subyektiv aləmi arasında vasitəçi olur. 
Estetik predmet özünə subyektin müəyyən münasibəti-ni, 
baxışını  və  iştirakını  nəzərdə tutur. Bunlar obyektiv keyfiyyətlərlə 
yanaşı, onun dəyərini müəyyənləşdirir. 
Estetik mədəniyyətin və  fəaliyyətin subyekti ictimai varlıqdır. 
O, həyata qədəm qoyarkən yalnız hazır sosial münasibətlərlə deyil
eyni zamanda bir çox maddi və mənəvi dəyərlərlə, əvvəlki dövrlərdə 
yaradılmış estetik sərvətlərlə qarşılaşır. Bunlar insanın varlığının 
obyektiv  şərtləri olur və onun estetik fəaliyyəti üçün əsas verir. 
Estetik fəaliyyətin obyektə uyğun  şəkildə faydalı xarakteri əşyanın 
estetik dəyərinin təsdiqində realizə olunur. Əşyanm estetik dəyəri 
subyektin üzə çıxardığı və qiymətləndirdiyi obyektiv daxili və xarici 
əlaqələrin zənginliyi ilə müəyyənləşdirilir. 
Estetik mədəniyyət özünəməxsus daxili qanunlar əsasında 
inkişaf edir. 
Estetik  mədəniyyətin  əsas  funksional  struktur  elementləri 
aşağıdakılardır: 
l.İctimai idealın nizamlayıcısı kimi özünü göstərən estetik 
münasibət. 
2.Bədii sərvətlərin ümumi toplusu. 
3.Cəmiyyət üzvlərinin xüsusi bir hissəsi (professional 
səviyyədə bədii sərvətləri istehsal edən, həmçinin cəmiyyətdə onların 
fəaliyyətini təmin edən ziyalılar). 
4.Bədii sərvətlərin toplanmasını və ötürülməsini, onların estetik 
münasibətlər sisteminə daxil edilməsini təşkil edən tirajlama və 
kommunikasiya vasitələri. 


 
179
 
5.Dövlətin, ümumiyyətlə  cəmiyyətin diqqət mərkəzində olan 
estetik mədəniyyəti və estetik tərbiyəni bölüşdürən və yenidən 
istehsal edən mexanizmlər və təsisatlar. 
Ümumiyyətlə, hər hansı bir mədəniyyət nümunəsi heç də 
dərhal estetik mədəniyyət sisteminə daxil ola bilmir. Bu, onun 
insanların tələbatının ideya-bədii dəyərinə  və estetik idrak 
səviyyəsinə uyğunluğundan asılıdır. 
Bir anlığa təsəvvür edin ki, ucqar dağ  kəndlərindən birində 
məşhur bir opera tamaşası göstərilir. Aktyorlar nə  qədər böyük 
sənətkarlıqla çıxış etsələr də, kənd camaatı tərəfdən heç bir reaksiya 
nəzərə çarpmır. Deməli, nümayiş etdirilən  əsərlə, ona tamaşa edən 
insanların arasında böyük bir uçurum vardır. Bu insanlar 
qarşılaşdıqları dünyaya daxil ola bilmirlər. Çünki, tamaşada  əks 
etdirilən hadisələrin ifadə xüsusiyyətləri haqqında onların  ən sadə 
təsəvvürləri belə yoxdur. Ona görə  də, “incəsənətdən zövq almaq 
üçün bədii cəhətdən savadlı olmaq lazımdır”. (K.Marks). Bu isə 
insanların ümumi mədəni səviyyəsindən, cəmiyyətin maddi 
vəziyyətindən, gərəkli vaxt ilə asudə vaxt arasındakı nisbətdən 
əhəmiyyətli dərəcədə asılıdır. 
Estetik mədəniyyətin müstəqil funksional elementlərindən biri 
də  bədii özfəaliyyətdir. O, xalq yaradıcılığı növüdür. Buraya teatr, 
musiqi, xoreoqrafiya, təsviri və  tətbiqi sənət sahəsində geniş xalq 
kütlələrinin yaradıcılıq fəaliyyəti daxildir. Bədii özfəaliyyət 
kollektivlərinin professional səviyyəsinin yüksəlməsi nəticəsində 
həvəskar ifaçıların xalq teatrları, opera və balet studiyaları, xor 
kapellası  və simfonik orkestrləri yaranır. Daha istedadlı özfəaliyyət 
iştirakçıları xüsusi təhsil almaqla professional kollektivlərdə peşəkar 
sənətkar zirvəsinə qalxırlar. 
Azərbaycanda bədii özfəaliyyətin inkişafında Ü.Hacıbəyovun, 
H.Sarabskinin, Bülbülün, A.İsgəndərovun və b. böyük xidmətləri 
olmuşdur. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə