Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə58/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   59

 
190
faktların şəxsiyyətlərin yada salınması və s. müyonlarla tamaşaçının 
estetik mədəniyyətinin inkişafına imkan yaradır. 
Mədəniyyətin yayılmasında mətbuat da təsirli vasitələrdən 
biridir. 
XIX  əsrdə Azərbaycan dilində ilk mətbuat orqanlarının 
meydana gəlməsi xalqın mədəni inkişafında, milli jurnalistikanın və 
milli fikrin inkişaf tarixində mühüm əhəmiyyət kəsb etmişdir. 
Bakı quberniya mətbəəsində general-qubernator Dmitri 
Semyonoviç Staroselskinin razılığı ilə  nəşrə başlayan “Əkinçi” 
(1875-1877) qəzeti ilə Həsən bəy Zərdabi milli mətbuatımızın əsasını 
qoydu. Daha sonra “Ziya” (Ziyayi-Qafqasiyyə) (1879-1884), 
“Kəşkül” (1881-1891), XX əsrdə isə  “Şərqi-Rus” (1903-1905), 
“Həyat” (1905-1906), “İrşad” (1906-1907), “Tərəqqi” (1908-1909), 
“Molla Nəsrəd-din” (1906-1925), “Zənbur” (1909-1910), “Tazə 
həyat” (1907-1908), “İttifaq” (1908-1910), “Açıq söz” (1915-1920) 
və s. qəzet və jurnallar cəmiyyətdə  mədəniyyətin, ictimai-mədəni 
səviyyənin inkişafında və milli mənlik  şüurunun formalaşmasında 
müstəsna rol oynadı. 
Mətbuatın yaranması ilə  bərabər, XIX əsrdə kitab nəşri 
sahəsində meydana çıxan yeniliklər getdikcə  təkmilləşərək inkişaf 
edir. “Ziya” və “Kəşkül” mətbəələrinin kitab nəşri sahəsindəki işini 
XX  əsrdə Tiflisdə “Qeyrət” mətbəəsi, Bakıda Orucov qardaşlarının 
və Haşım bəy Vəzirovun “Səda” mətbəələri davam və inkişaf 
etdirirlər. Qeyd edək ki, kitab mədəni irsin, xalqın mənəvi sərvətinin 
qiymətli bir hissəsi, siyasi-ideoloji mübarizənin qüdrətli vasitəsidir. 
Kitablar bizim müdrik babalarımızın yadigarı, tarixin canlı 
şahidləridir. Kitablar yazı və dilin, ədəbiyyat və incəsənətin, elm və 
texnikanın inkişafında əvəzsiz rol oynayır. Unutmaq olmaz ki, kitab 
çapı  əlyazma, daş, ağac, gil üzərində yazı  və s. olmaqla tarixən 
qədimdir. 
 


 
191
Sonralar respublikamızda dövri mətbuatın nəşri genişlənmiş, 
tiraj vahidi xeyli yüksəlmişdir. Məsələn 1950-ci ildə  cəmi 8 adda 
jurnal 323 min tirajla buraxılırdısa, 1980-ci il-də bu inkişaf 31 adda 
14 milyon 427 min nüsxə olmuşdur. 1950-ci ildə 94 adda, 1980-ci 
ildə, 132 adda, 1990-cı ildə 211 adda qəzet çap olunmuşdur. 
Mədəniyyətin inkişafında mədəniyyət müəssisələrinin də 
özgün yeri vardır. Bədii-tamaşa təşkilatları  və  mədəni - maarif 
ocaqları belə müəssisələrdəndir. 
Bədii tamaşa təşkilatlarının aşağıdakı tipləri vardır: teatrlar, 
konsert qostrol birlikləri, sirk. 
Bu təşkilatların vəzifəsi peşəkar sənət  əsərlərini hazırlayaraq 
yaymaqdan ibarətdir. 
Mədəni-maarif müəssisələrinə isə klublar, muzeylər, 
kitabxanalar daxildir. Bunlar isə aşağıdakı funksiyaları yerinə yetirir: 
1) Mədəni-maarif işi vasitəsilə mənəvi sərvətləri yaymaq; 
2) İnsanları müxtəlif formalarda yaradıcılığa cəlb etmək. 
Mədəniyyətin belə mürəkkəb, çoxplanlı  və müxtəlif səviyyəli 
strukturu ona cəmiyyətdə bir sıra sosial funksiyaları  həyata 
keçirməyə imkan verir, 
l. Dərketmə funksiyası. Mədəniyyət vəhdətdə götürülmüş 
bütün ictimai şüur formalarını əhatə edərək dünyanın dərk olunması 
və  mənimsənilməsinin tam mənzərəsini yaradır. Cəmiyyət, sinif, 
millət özünü bütövlükdə  mədəniyyətdə, onun bütün növlərində 
mədəniyyət vasitəsilə dərk edir. 
2. Tarixi varislik, sosial təcrübənin ötürülməsi funksiyası. Bu, 
çox vaxt informasiya funksiyası da adlanır. Mədəniyyətin sayəsində 
sosial təcrübə həm bir nəsildən digər nəslə, həm də bir nəslin həyatı 
dövründə ölkələr və xalqlar arasında ötürülür. 
  


 
192
3. Mədəniyyətin informasiya funksiyası onun kommunikativ 
funksiyası ilə bağlıdır.  İnsan maddi və  mənəvi mədəniyyət 
abidələrində  həkk olunmuş informasiyanı  dərk etməklə bu abidələri 
yaratmış insanlarla dolayı  və ya vasitəli ünsiyyətə girir. Söz 
insanların ideoloji və  mədəni fəaliyyətinin bütün proseslərini 
müşayət edir. Dil, ilk növbədə  ədəbi dil bu və ya digər milli 
mədəniyyətə yiyələnmək vasitəsidir. 
4. Mədəniyyət həm də  cəmiyyətin müəyyən sinfinin normalar 
sistemi və adamların fəaliyyətinin bütün sahələrinə  tələblər sistemi 
kimi çıxış edərək normativ funksiya yerinə yetirir. 
5. Mədəniyyətin sosial mənasını əks etdirən əsas sistemyaradıcı 
cəhəti onun humanist funksiyasıdır. Bütün yuxarıda qeyd etdiyimiz 
funksiyalar bu funksiyaya tabedir. Mədəniyyətin vəzifəsi bu və ya 
digər sinfın, cəmiyyətin mənafeyinə  və  tələblərinə uyğun  şəxsiyyət 
tipi formalaşdırmaqdır. 
Mədəniyyət tarixi hadisədir və onun tarixi xarakteri tərəqqidə 
inkişafın aşağıdan yuxarıya doğru olmasındadır. Bu, bəşər 
mədəniyyətinin çoxəsrlik inkişaf mərhələlərində  də görünür. 
Mədəniyyətin tarixi xarakteri yeni mədəniyyətin keçmişin 
nailiyyətləri ilə  sıx  əlaqəsində  təzahür edir. Mədəniyyətdə belə 
varislik həmişə mövcud olan maddi istehsalın inkişaf varisliyinə 
əsaslanır. Eyni zamanda, mənəvi mədəniyyətin bütün formalarının 
tərəqqisində bu varisliyin mühüm əhəmiyyəti vardır. 
Mənəvi mədəniyyətin unikal sərvətinin hamının malı olması 
üçün onu qoruyub saxlamaq vacibdir. Bununla arxivlər, muzeylər, 
kitabxanalar kimi mədəniyyət obyektləri məşğul olur. Mədəniyyətin 
inkişafı ilə bu müəssisələrin  əməkdaşlarının yaradıcılıq işi, elmi iş 
elementləri: tarixi mədəniyyət abidələrinin tədqiq olunması, 
müəllifliyin müəyyən edilməsi, bərpaçılıq və s. getdikcə daha da 
çoxalır. Ha- 
 


 
193
zırda mənəvi sərvətlərin qorunub   saxlanılmasında texniki 
vasitələrdən istifadə olunur (çap, üzün çıxarılması). 
Mənəvi sərvətlərin qorunub saxlanması      yalnız onun fiziki  
cəhətdən korlanmasının unudulmasının qarşısını almaq məqsədi 
daşımır. Hər bir xalq, hər bir nəsil öz mədəniyyətini boş bir səhrada, 
heç nədən yaratmır. Hər bir mədəniyyət özündən  əvvəlki 
mədəniyyətin  əsasında yaradılır. Mədəni sərvətlər ilk növbədə xalq 
maarifinin ictimai sistemi vasitəsilə bölüşdürülür və yayılır. Ölkənin, 
cəmiyyətin mənəvi həyatının səviyyəsi tədris müəssisələrinin 
sayından, tədrisin keyfiyyətindən, müəllimlərin ixtisasından, geniş 
xalq kütlələrinin bütün təhsil növlərinə yiyələnmək imkanlarından 
asılıdır. 
Maddi nemətlər kimi, mənəvi istehsal məhsulları, mədəni 
sərvətlər də insanların istifadəsi üçündür. Lakin mənəvi nemətlər 
istehlakı maddi nemətlər istehlakından xeyli fərqlənir. Belə ki, maddi 
nemətlər istehlakı prosesində  məhsul aradan çıxır (Qida yeyilir, 
paltar köhnəlir). Ancaq mənəvi sərvətlərdən daha çox adam 
faydalanır. Çünki o, öz təbiətinə görə fərdi yiyələnmə obyekti deyil. 
Mənəvi sərvətlər istehlakı  şəxsiyyətin, sosial qrupun mənəvi 
təlabatının xarakteri ilə  şərtlənir. Bu təlabat isə istehsalın inkişaf 
səviyyəsindən, ictimai-siyasi qurluşdan,  şəxsiyyətin mənsub olduğu 
sinfin ideologiyasından, mühitdən (sosial-mədəni), həmçinin adamın 
özünün fərdi xüsusiyyətindən, onun zövqündən və  vərdişlərindən 
asılıdır. Mənəvi təlabat adamları mövcud mənəvi sərvətləri 
mənimsəməyə və yenilərini yaratmağa sövq edir. 
Mənəvi sərvətlərin istehsalı, qorunması, yayılması və istehlakı 
üçün cəmiyyətdə sosial təsisatlar müxtəlif mədəniyyət müəssisələri 
və təşkilatları yaradılır ki, onları funksional əlamətinə görə ayırmaq 
mümkündür.  Bir sıra təsisatlar, yəni nəşriyyat, kinostudiya, 
yaradıcılıq birlikləri, dərnəklər və s. mənəvi istehsal üçün yaradılır. 
Digər təsisatlardan,  
  


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə