Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə55/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   59

 
180
Bədii mədəniyyət cəmiyyətin estetik mədəniyyətinin ancaq bir 
hissəsidir. Estetik fəaliyyət estetik mədəniyyət sisteminə ictimai 
praktikanın müxtəlif sahələrini cəlb edir. Eyni zamanda elmi-texniki 
tərəqqinin estetik fəaliyyətlə qarşılıqlı  təsir prosesini yaradır. Son 
zamanlar estetik fəaliyyətin maddi istehsal sistemində yeni növü-
dizayn meydana çıxmışdır. 
Dizayn müasir dövr estetik mədəniyyətinin mühüm 
elementidir. Onım məqsədi nəticə baxımından maddi sərvətlər 
istehsalıdır. Lakin bu sərvətlər xüsusi özfəaliyyət  əsasında estetik 
dəyər alır. Dizayn eyni zamanda incəsənətlə istehsal arasında 
vasitəçidir. 
Estetik mədəniyyətin mühüm bir elementi də estetik tərbiyədir. 
Cəmiyyətin estetik mədəniyyəti böyük tərbiyəvi  əhəmiyyətə 
malikdir. Cəmiyyətin hər bir üzvünün, xüsusilə  də  gənclərin estetik 
mədəniyyətinin formalaşması mütəşəkkil və məqsədyönlü prosesdir. 
Buraya aşağıdakı vəzifələr daxildir: 
l.Milli, ümumbəşəri ideyalar əsasında estetik zövqün 
formalaşdırılması: 
2.İctimai praktikanın hər bir sahəsində, yüksək estetik fəaliyyət 
və tələbatın formalaşdırılması. 
3.Bədii yaradıcılıq üçün vərdişlərin və qabiliyyətlərin 
təkmilləşdirilməsi və inkişafı. 
Estetik tərbiyə sistemi təhsilsiz tam inkişaf edə bilməz. Çünki, 
onun  əhəmiyyəti və  məqsədi estetik sərvətləri dünya-görüşü 
səviyyəsinə qaldıraraq onu şəxsiyyətin həyata ümumi baxış sistemi 
ilə birləşdirməkdir. 
Estetik təhsil alınan estetik informasiyalara şəxsiyyətin tənqidi 
münasibət bəsləməsinə imkan yaradır, hadisələrə, incəsənətə, həyata 
onun estetik qiymətinin yüksək ideya səviyyəsini şərtləndirir. 
Beləliklə, gənclərimizdə gözəllik hissinin, estetik zövq və 
vərdişlərin formalaşması istiqamətində istifadə olunan 
 


 
181
bütün vasitələr mütləq onlarda vətəndaşhq hissi, milli düşüncə  tərzi 
tərbiyə edilməsi ilə  əlaqələndirilməlidir. Belə ki, gözəllik anlayışı 
vətəndaşlıq probleminin bir hissəsi kimi dərk olunmah, yüksək zövqə 
malik gənclər yetişdirmək məqsədi ilə  məhdudlaşmayıb, ləyaqətli 
gənclər tərbiyə etmək üçün vasitə olmalıdır. Sağlam və inkişaf etmiş 
zövqü olan yüksək mənəviyyatlı  vətəndaşlar yetişdirilməsi estetik 
tərbiyənin ana xəttini təşkil etməlidir. 
 
§6. MƏDƏNİYYƏTİN  YAYILMA   VASİTƏLƏRİ 
 
Cəmiyyətin mədəni inkişaf səviyyəsi onun yaratmış olduğu 
mənəvi sərvətlərin həcmi isə, yayılma miqyası və mənimsənilməsi ilə 
ölçülür. Mənəvi sərvətlərin yaranması, yayılması  və istifadə 
olunması üsulları isə  cəmiyyətin sosial-mədəni təşkilindən asılıdır. 
Mənəvi istehsalın dəyişməsi və inkişafı özünü ilk növbədə  mədəni 
sərvətlərin yaradılması, mübadilə edilməsi bölgüsü və istifadə 
olunması üsullarının dəyişməsi və inkişafı kimi göstərir. 
Cəmiyyətin mədəni inkişaf tempi, vüsəti və  səmərəliliyi ona 
cəlb olunmuş insanların yaradıcı  fəallığının dərəcəsindən, onların 
əhatə dairəsinin miqyasından asılıdır. Müasir dövrdə  mədəni həyat 
insanların mənəvi sərvətləri fəal mənimsəməsini və ondan 
intellektual səviyyədə istifadə edilməsini, mədəni inkişafda kütlələrin 
geniş iştirakını nəzərdə tutur. 
Mədəni tərəqqi özünü iki şəkildə əks etdirir:  
l)İnsanın mənəvi cəhətdən dolğun həyatını, onun   intellektual 
və emosional qüvvələrinin inkişafını təmin edən real şəraitdə; 
2)Şəxsiyyətin mənəvi aləminin özündə, onun mənəvi 
təlabatının genişliyində və müxtəlifliyində, yaradıcılıq potensialında 
və istedadında. 
 


 
182
Müasir dövrdə  mədəni tərəqqinin mühüm səciyyəvi  əlaməti 
onun kompleksliyidir. Bu kompleksliyə aşağıdakılar daxildir: 
Maddi və mənəvi mədəniyyətin bütün sahələrinin tam qarşılıqlı 
inkişafı, cəmiyyətin mənəvi həyatının bütün sahələrinin daim 
keyfiyyətcə 
təkmilləşməsi, mənəvi mədəniyyətin fəaliyyət 
göstərməsi, onun daha da zənginləşməsi və inkişafı xalqın mədəni 
səviyyəsinin daim yüksəlməsi, onun mənəvi təlabatının, mədəni 
ehtiyaclarının mənəvi sərvətlərin bölgüsündə  bərabərliyinin təmin 
edilməsi. 
Mənəvi sərvətlərin yayılma və təbliği aşağıdakı şəkildə həyata 
keçirilir: 
l)Təhsil sistemi: 
2)Kütləvi-informasiya vasitələri; 
3) Mədəniyyət müəssisələri vasitəsi ilə. 
Təhsil sisteminin üç mərhələsi cəmiyyətin həyatında  əsas rol 
oynayır. 
1 )Məktəbəqədər uşaq müəssisələri. Bu müəssisələrdə kiçik yaş 
qruplarında biliklərin  əsası  həm oyun, həm də  məşq vasitəsilə 
qoyulur. Məsələn, rəsm, musiqi və  s.  Orta  hazırlıq qruplarında isə 
oxumaq, yazmaq, hesab və sairlə. 
Təhsil sisteminin II mərhələsi isə müxtəlif tipli orta 
ümumtəhsil müəssisələrində  həyata keçirilir. (kimya, riyaziyyat, 
təmayüllü məktəblər). Orta təhsildə peşə məktəblərinin də müstəsna 
yeri vardır. Bu tipli tədris müəssisələrində eyni zamanda həm təhsil
həm də müəyyən sənət verilir. 
Təhsil sisteminin III mərhələsi isə orta ixtisas və ali 
məktəblərdə elmi biliklərin yüksəldilməsi, informasiyaların 
artırılması şəklində həyata keçrilir. 
Mənəvi sərvətlərin yayılmasında kütləvi informasiya və 
kommunikasiya vasitələrinin də xüsusi rolu vardır. Bu vasitələrdən 
biri radio-informasiyanın müəyyən məsafəyə elektromaqnit dalğaları 
vasitəsilə verilməsi üsuludur. 


 
183
Müstəqil bir dövlət kimi artıq XXI əsrə  qədəm qoyan 
Azərbaycan Respublikası istiqlalını qorumaq, demokratik dövlət 
qurmaq, azad bazar iqtisadiyyatlı bir vətəndaş  cəmiyyəti yaratmaq 
uğrunda irəliləyir. Bu yolda ən çevik informasiya kanalları olan radio 
və televiziyanın da özünəməxsus yeri var. Geniş auditoriya və güclü 
emosional təsirə malik olan radio və televiziya həm əhaliyə operativ 
informasiya çatdırmaq, həm də güclü ictimai rəy formalaşdıraraq 
insanları qlobal vəzifələrin həyata keçirilməsi uğrunda, mübarizəyə 
səfərbər etməkdə cəmiyyətin həyatında mühüm rol oynayır. 
 1895-ci 
ildə A.S.Ponov tərəfindən ixtira edilən, əvvəlcə rabitə  
məqsədilə, sonra  isə    hərbi  işlərdə  istifadə  olunan radionun    
praktiki    əhəmiyyəti          1900-cü        ilin        qışında  Finlandiyada      
Livensaari   gölündə      fəlakətlə      qarşılaşan balıqçıların   xilasında   
bir   daha   dünyaya   aydın   oldu. Getdikcə   radiosiqnalların   əhatə   
dairəsi   genişləndirilərək  əvvəlcə ölkələri, sonra isə qitələri 
yaxınlaşdırdı. Beləliklə, radio  güclü kommunikasiya vasitəsi 
olmaqla cəmiyyətin həyatına daxil oldu.  Efirdə  səslənən rəngarəng 
verilişlər  sübut etdi ki, radio həm kütləvi informasiya vasitəsi, həm 
də        mədəniyyətin        yorulmaz        təbliğatçısıdır.        O,        bəşər 
münasibətlərinə,          mədəniyyət    normalarına,          həyat    və 
fəaliyyətin  hər  bir  sahəsinə  mahiyyət  etibarilə  o  qədər yenilik 
bəxş etdi ki, bu ilk zamanlarda həqiqətən də real möcüzə idi. 
 
İlk dəfə Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da 
Respublika Elmlər Akademiyasının indiki İstiqlal küçəsində yerləşən 
binasından efirə  çıxmışdır. “Danışır Bakı!” sözləri ilə ödkəmizdə 
radio verilişlərinin təməli qoyulmuşdur. 1927-ci ilin fevralında isə 
Bakıda radio verilişlərinə  həsr olunmuş xüsusi müşavirə keçirilmiş, 
1928-ci ilin aprelində respublikanın böyuk şəhər və rayonlarının 
radiolaşdırılması planı  təsdiqlənmişdi. 1929-cu ilin axırlarından 
Bakıda yeni 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə