Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

97 
 
Sistemə  xarici  elektrik  və  maqnit  sahələri  ilə  təsir  etməklə  də 
inkubasiya dövrünü uzatmaq olar. Xarici elektrik sahəsinin təsiri kristallaşan 
maddənin elektrofıziki xassəsindən, xarici elektrik sahəsinin təsir effekti isə 
sahənin  gərginliyindən,  tətbiq.  olunan  koaqulyantın  təbiətindən  və  əmələ 
gələn  suspenziyanın  elektrik  və  ya  maqnit  sahəsində  qalma  müddətindən 
asılıdır.  Koaquiyant  kimi  dəmir  3-hidroksid  götürdükdə  elektrik  və  maqnit 
sahələri  koaqulyasiya  prosesini  daha  çox  sürətləndirir.  Bunun  əsas  səbəbi 
odur  ki,  xarici  elektrik  və  ya  maqnit  sahəsinin  təsiri  ilə  dəmir  3-hidroksid 
çox sürətlə aqlomerasiya edir və digər hissəciklər də onunla birlikdə sürətlə 
çökməyə başlayır. 
Son  zamanlar  suyu  təmizləmək  üçün  flotasiya  üsulu  da  geniş  tətbiq 
olunur.  Bu  üsulla  istənilən  tərkibli  çirkab  sularını  təmizləmək  olmur.  Yəni 
flotasiya  üsulu  seçici  xarakterlidir.  Bunu  nəzərə  alaraq  müxtəlif  flotasiya 
üsullarından  istifadə  edilir.  Bunlardan  ən  çox  tətbiq  olunanı  elektrolit 
flotasiya üsuludur.  Bu üsulda  elektroflotator, elektrokaqulyatorlardan  istifa-
də edilir. 
Elektrolit flotasiya aparatının iş prinsipi belədir: istehsalat suyuna əlavə 
edilmiş  elektrolit  (koaqulyant)  iştirakında  su  elektrolizə  uğrayır  və  ayrılan 
qaz  qabarcıqları  yuxarı  qalxır.  Yuxarıdan  verilən  çirklənmiş  su  ilə 
görüşdükdə  suda  olan  qatışıqlar  da  qabarcıqlarla  birlikdə  yuxarı  qalxaraq 
suyun səthinə toplamr. Oradan isə çıxış seksiyasından xaric olur. 
İstehsalat sularının elektrolitik flotasiya üsulu ilə təmizlənməsinə suyun 
elektrokimyəvi  təmizlənməsi  deyilir.  Elektrokimyəvi  təmizləmə  prosesi  bir 
qayda olaraq elektrokoaqulya-torlarda aparılır. Elektrokoaqulyator həcmi 0,5 
- 10,0 m
3
 olan və elektrodlarla təchiz olunan qabdır. Elektrodlar növbə ilədə 
yerləşdirilən  polad  və  alüminium  materiallardan  hazırlanır.  Çirkab  sularda 
olan ağır metal ionları elektrod üzərində hidroksid ionları ilə birləşir. 


98 
 
Koaqulyantların tətbiqi  ilə suyun təmizlənmə  intensivliyi təmizlənəcək 
suya flokulyantların əlavə edilməsi ilə artır. 
Flokulyant  iştirakında  aparılan  təmizlənmə  prosesinin  yüksək 
effektliliyi  onların  istehsal  miqdarını  və  onları  almaq  üçün  lazım  olan  xam 
mal mənbələrini genişləndirməyi tələb edir. 
Çirkab  sularından  fenolları,  yüksəkmolekullu  turşuları  və  digər  üzvi 
birləşmələri ayırmaq üçün ekstraksiya üsulundan istifadə olunur. Ekstraksiya 
üsulu  ilə çirkab  suları  təmizləmək  üçün suya  çirkabı özündə həll edən, özü 
isə suda həll olmayan həlledici əlavə edilir və su çalxalanır, həlledici çirkabı, 
zərərli  maddələri  özündə  həll  edir  (ekstrakt)  və  çirkabdan  aynlmış  suyun 
(rafmatın)  üzərində  təbəqə  əmələ  gətirir.  Ayırıcılar  vasitəsilə  ekstrakt 
rafmatdan ayrılır, rafinata yenidən həlledici əlavə edilir və proses beləcə bir 
neçə  dəfə  təkrarlanır.  Nəticədə  ekstraktlar  birləşdirilir  və  distillə  yolu  ilə 
həlledici zərərli maddələrdən ayrılır. 
Fenolu sudan təmizləmək üçün ən yaxşı həlledici (ekstrakt) butilasetat, 
etilasetat,  diizopropil  efiri  və  benzol  hesab  edilir.  Fenolla  birlikdə  yağ 
turşuları  və  hidrogen  sulfıd  də  ayrılır.  Bu  məqsədlə  ekstraksiya 
kalonlarından, tozlandrrıcıdan və qarışdırıcı ekstraktorlardan istifadə edilir. 
Evaporasiya üsulu ilə çirkab suları təmizləmək üçün çirkabı su buxarı 
ilə  qovurlar.  Bu  məqsədlə  buxar-sirkulyasiya  üsulu  daha  çox  tətbiq  olunur. 
Bu  halda  buxar  çirkabı  sudan  qovub  çıxarır  özü  isə  qələvi  ilə  yuyularaq 
yenidən prosesə sirkulyasiya etdirilir. 
Azeotrop  qovma  üsulu.  Fiziki-kimyəvi  təmizləmə  üsuluna  aid  edilir. 
Bu  üsul  bir  çox  kimyəvi  maddələrin  su  ilə  azeot-op  qarışıq  əmələ 
gətirməsinə  əsaslanır.  Distillə  kalonunda  su  buxarı  ilə  qızdırılan  çirkab 
suyun  bir  qismi  çirkabla  birlikdə  azeotron  qarışıq  kimi  buxar  halında 
kondensatora  daxil  olur  və  orada  kondensləşir.  Soyumuş  kondensant 


99 
 
separatorda  iki  təbəqəyə  ayrılır.  Təmiz  su  təbəqəsi  aşağıdan  xaric  olur. 
Sudakı  çirkləndirici  maddələrin  qatlıığı  çox  olduqda  və  onlar  suda  pis  həll 
olduqda azeotrop qovma üsulu daha effektli olur. 
Adsorbsiya  üsulu  daha  çox  yayılmış  üsullardan  biridir.  Bu  üsulla 
çirkab  sulardakı  qatılığı  ən  az  olan  zərərli  maddələri  sudan  ayırmaq 
mümkündür. Belə hallarda başqa üsulların tətbiqi ya çox baha başa gəlir, ya 
da  o  üsulları  tətbiq  etmək  mümkün  olmur.  Adsorbsiya  üsulu  ilə  çirkab 
sulardakı  bütün  üzvi  maddələri  ayırmaq  mümkündür.  Adsorbent  kimi 
aktivləşmiş  kömür  və  sintetik  qətranlar  götürülür.  Göstərilən  adsorbentlər 
hidrofob xassəlidir. Ən yaxşı adsorbent KAD markalı aktivləşdirilmiş kömür 
hesab edilir. 
Biokimyəvi  üsul  mikroorqanizmlərin  köməyi  ilə  çirkabları  zərərsiz 
hala  salmağa  imkan  verir.  Oksidləşmə  nəticəsində  zərərli  maddələr  suya, 
karbon  qazma,  sulfat  və  nitrat  ionlarına  çevrilir.  Biokimyəvi  təmizləmə 
üsulunda  iki  metoddan  istifadə  edilir:  aerob  metodu  (oksigenin  iştirakı  ilə), 
anaerob metodu (oksigen olmayan mühitdə). Axırıncı üsul nisbətən az yayıl-
mışdır.  Biokimyəvi  üsullarla  çirkab  sularda  həll  olmuş  mineral  və  üzvi 
maddələr kənar edilir. 
İstehsalat  sularını  biokimyəvi  üsulla  təmizləmək  üçün  tətbiq  olunan 
flokulyantlara  bioflokulyantlar  deyilir.  Bioflokulyantlar  bioloji  metodlarla 
alınır. 
Bioflokulyant  kimi aktiv  lildən  istifadə edilir. Aktiv lil  mikroorqanizm 
hüceyrələrindən  və  onlann  metabolizm  məhsullarından  ibarətdir.  Kimya, 
mikrobiologiya  çirkab  sularımn  təmizlənməsi  zamanı  çoxlu  miqdarda  aktiv 
lil əməiə gəlir. Aktiv lil sorbsiya və flokulyasiya xassələrinə malik olduğuna 
görə  çirkab  suların  biokimyəvi  təmizlənməsində  ən  çox  işlənən  reagentdir. 
Aktiv  lil  vasitəsilə  ən  zərərli  ağır  metal  ionlarını  belə  sorbsiya  etmək  olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə