Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

103 
 
Mütəxəssislər  və  alimlər  yaranmış  vəziyyətdən  yeganə  çıxış  yolunu 
tullantısız  və  az  tullantılı  müəssisələrin  yaradılmasında  görürlər.  Hazırda 
belə müəssisələr artıq fəaliyyət göstərir. Belə müəssisələr çox profılli olmalı, 
lazım olan xammal yataqlarına yaxın yerləşməlidir. 
Hazırda  domna  şlakları  əsasında  şüşədən  katalitik  emal  yolu  ilə 
şlakostallar alınır. Stallar yüksək fiziki, mexaniki və fıziki-kimyəvi xassələrə 
malikdir. Bu xassələr onlardan qiymətli inşaat materialı kimi istifadə etməyə 
imkan verir. 
Son vaxtlar köhnəlmiş avtomobil şinlərindən təkrar istifadə edilməsi də 
müəssiələrə  böyük  iqtisadi  fayda  verir.  Bir  çox    müəssisələrdə  köhnə  rezin 
şinlərin  regenerasiyası  prosesi  həyata  keçirilir.  Bu  yolla  alınan  material 
kauçuku əvəz edir və inşaatda istifadə edilir. 
Qeyd  etmək  lazımdır  ki,  hətta  eyni  adlı  tullantılar  belə  bir-birindən 
tərkiblərinə  görə  fərqlənirlər.  Bu  onların  təkrar  emalını  çətinləşdirir.  Ona 
görə  də  müxtəlif  metodların  təsirilə  onlar  ayrı-ayrı  komponentlərə  ayrılır, 
onlara  lazımi  görkəm  verilir  ki,  onların  sonrakı  istifadesi  nisbətən 
asanlaşdırılsın. 
Məlumdur  ki,  əksər  kimyəvi  diffuziya  və  biokimyəvi  proseslərin 
intensivliyi və effektliliyi maddələrin ölçüləri azaldıqca daha böyük olur. Bu 
məqsədlə  doğrama  üsulrından  istifadə  edilir.  «Doğrama»  metodunda  iri 
ölçülü  materiallar  doğrayıcı  maşınların  köməyilə  kəsiklərin  ölçüsü  5  mm-ə 
qədər olan hissəciklərə çevrilir. 
Əgər  emal  texnologiyası  daha  xırda  hissəciklərlə  aparılırsa,  onda 
doğrama  əməliyyatından  çıxan  material  xırdalama  maşınlarına  verilir 
(müxtəlif dəyirmanlar) və 5 mm-dən az ölçüyə qədər xırdalanır. Xırdalanma 
maşınları  vasitəsilə  hissəciklərin  ölçülərini  0,1-0,5  mm-ə  çatdınnaq 
mümkündür. 


104 
 
Materialların təkrar emalı fraksiyaların  ölçülərindən  və növündən  asılı 
olaraq  aparılarsa,  bu  zaman  təsnifat  və  növləşdirmə  üsullarından  istifadə 
edilir.  Bu  üsulda  hissəciklər  ölçülərinə  görə  ayrı-ayrı  fraksiyalara  ayrılır. 
Materialın  fraksiyalara  ayrılması  ətalət-qravitasiya  və  mərkəzdənqaçma-
qravitasiya prinsipi əsasında aparılır. 
Bərk  halda tullantı  maddələrindən  təkcə  onlarm xırdalanmasından  yox 
onların iri ölçülü parçalar şəklinə salınması təcrübəsindən istifadə edilir. Bu 
növ  əməliyyat  əsasən  inşaat  materialları  ilə  aparılır.  Məsələn,  tozşəkilli 
maddələrdən  kürə  və  ya  silindr  formalı  iri  ölçülü  hissələr  alıb,  onları 
əlaqələndirici və ya sementləyici  maddələrlə işləyib  inşaat materialı şəklinə 
salmaq olar. 
Bərk tullantı maddələrin təkrar emalına tətbiq edilən metodlarda piroliz 
(plastmas,  ağac,  rezin  materialları,  neft  tullantıları),  təkrar  əritmə  (metal 
şlakları,  metallom  və  s.),  yandırma  və  yandırma  yolu  ilə  yağsızlaşdırma 
üsulları aid edilir. Təcrübədə bərk tullantı maddələrin təkrar emalı üçün on-
ların  zənginlşdirilməsi  metodundan  istifadə  edilir.  Zənginləşdirmə  metodu 
qravitasiya,  maqnit,  elektrik,  flotasiya  və  başqa  üsullarla  aparılır.  Burada 
əsas məqsəd eyni adlı maddələrin toplusunu bu və ya digər üsulun tətbiqi ilə 
artırmaqdan  ibarətdir.  Təkrar  emal  zamanı  fıziki-kimyəvi  üsuldan  istifadə 
edilir.  Bu  metod  əsasən  qələviləşdirmə  (ekstraksiya),  həlletmə  və 
kristallaşdırma  üsulundan  ibarətdir.  Metodun  məğzi  ondan  ibarətdir  ki, 
qarışıq daxilində olan  komponentlərdən biri  və  ya bir neçəsi müvafiq maye 
həlledicilərdə  həll  olunaraq  qarışıqdan  ayrılır.  Maye  daxilində  doymuş 
şəkildə həll olmuş  komponent soyuma, həlledicinin buxarlanması və ya hər 
ikisinin tətbiqi ilə kristaliaşdrılır ki, bu kristallaşma üsulu adlandırılır. 
Bərk  tullantı  maddələrin  növləri  onların  mənbəyi  və  istifadə  sahəsi 
cədvəl 7.1-də göstərilmişdir. 


105 
 
Bəzi bərk tullantıların növləri və onlardan istifadə olunması 
                                                                                        Cədvəl7.1. 
Sənaye 
növü 
Tullantıların 
mənbəyi 
Tullantıların adı  Tullantılardan istifadə olunması 

2  


Kimya 
sənayesi 
Fosforlu  güb-
rələr istehsalı 
Fosfogipslər 
Sement  istehsahnda  yapışdırıcı 
material  kimi  və  bundan  tikinti 
və  məişət  üçün  məmulatlar 
hazırlanmasında 
Inşaat 
materialiarı 
sənayesi 
İnşaat  materil-
iarının çıxarıl-
ması,  azbestin 
alınması 
Azbestli    xırda-
vat  və  digər  ya-
rarsız tullantılar 
Azbest 
ehengli 
sement 
və 
yumşaq  örtük  istehsalı  üçün 
komponent,  linolium  istehsa-
lında  doldurucu  kimi,  asfalt 
qarışığı,  beton,  rəng,  odada-
vamlı 
materiallar 
hazırlan-
masında. 
 
 




Qara 
metalurgiya 
sənayesi 
Dəmir      fılizi-
nin  çıxarılma-
sı, 
zənginləş-
dirilməsi      və 
saflaşdırılması 
Kvars 
tullan 
tıları 
(dəmir 
filizi  50  faiz) 
0,15-5  mm  öl 
çülü 
fraksiya 
0,14 mm 
Monolit  dəmir-beton 
və  ağır 
yığma  beton  konstruksiyalarında 
doldurucu 
kimi, 
asfalt-beton 
istehsalında  və  s.  Ağır  və  məsa 
məli beton, sili 
 
 
ölçülü fraksiya.  kat  tərkibli  ağır  beton  konst-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə