Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

114 
 
ərzində  (40  saatlıq  iş  həftəsində),  bütün  iş  stajı  ərzində  həmin  mühitdə 
işlədikdə onun səhhətinə heç bir mənfi təsir olmur. İş zonası dedikdə iş yeri 
döşəməsindən 2 m hündürlükdə olan zona götürülür. 
—  Yaşayış  məntəqələri  havasında  zərərli  maddələrin  birdəfəlik 
maksimal buraxıla bilən qatılığı, elə bir qatılıqdır ki, insanlar həmin şəraitdə 
20 dəqiqə nəfəs aldıqda onlarda heç bir reflektor reaksiyası baş vermir. 
—  Yaşayış  məntəqələri  havasında  zərərli  maddələrin  orta  sutkalıq 
buraxıla  bilən  qatılığı,  insanın  həmən  mühitdə  uzunmüddət,  ardıcıl  nəfəs 
alması zamanı onda heç bir neqativ halın yaranmasına səbəb olmur. 
II  Su  hövzələri  üçün  Buraxıla  bilən  qatılıq:  Təsərrüfat-içməli  və 
mədəni-məişət  sularında  zərərli  maddələrin  buraxıla  bilən  qatılığı  (mq/1), 
bilavasitə  və  bilvasitə  insan  orqanizminə  heç  bir  neqativ  təsir  etməyən, 
suyun istifadəsi zamanı gigiyenik şəraiti dəyişməyən qatılıqdır. 
III Torpaqda Buraxıla bilən qatılıq: 
—  Şum  sahələrində  zərərli  maddələrin  buraxda  bilən  qatılığı  (mq/kq.) 
insanlara  mənfi  təsir  göstərməməklə  yanaşı  torpağın  özünütəmizləmə 
prosesinə də təsir etməməlidir. 
Zərərli  maddələrin  mühitdəki  qatılıqlarının  buraxıla  bilən  qatılığa 
nisbəti vahiddən kiçik və ya ona bərabər olmalıdır. 
                      
 
Eyni bir mühitdə müxtəlif komponentlər olarsa 
         
 
olmalıdır. 
Son zamanlar "Ekoloji buraxıla bilən yük" məfhumu irəli sürülmüşdür. 
Bu  istehsalat  tərəfindən  ətraf  mühitə  atılan  zərərli  maddələrin  miqdarını 
xarakterizə edir. Bu  müəssisələrin ekoloji pasportunda öz əksini tapmalıdır. 


115 
 
Monitorinq  zamanı  obyektin  çirklənmə  dərəcəsini  müəyyən  etmək  üçün 
çirklənmə əmsalı təyin edilir. 
                   
 
Burada C
FAKT
 - zərərli maddənin müvafıq zonada faktiki qatılığı; 
C
BBQ
 
– həmən maddənin buraxıla bilən qatılığıdır. 
Bu əmsal əsasında zonanın çirklənmə xəritəsi tərtib edilir. 
8.4. Ekoloji auditor fəaliyyəti 
Ekoloji  auditorun  məqsədi  ekoloji  təhlükəsizliyin  təmin  olunması 
məqsədi  ilə  təbiətdən  istifadə  edənlərin  fəaliyyətinin  Azərbaycan 
Respublikasının  mövcud  qanunvericiliyinə,  ekoloji  norma  və  standlartlara 
uyğunluğunu  müstəqil  surətdə  yoxlamaq,  onlara  fəaliyyətlərinin  səmərəli 
təşkili  və  ekoloji  siyasətlərinin  müəyyənləşdirilməsi  ilə  bağlı  lazımi 
məsləhətlər vermək, kömək göstərməkdir. 
Ekoloji auditorun vəzifəsi aşağıdakılardan ibarətdir: 
—  ekoloji  auditin  aparılmasında  Respublika  qahunvericiliyinə  riayət 
etmək; 
—  auditor  yoxlamalarını  və  məsləhətverməni  qanunvericilik  üzrə 
aparmaq; 
—  təsərrüfat  subyektlərində  yoxlama  zamanı  şəxsi  əmlak  mənafeyi, 
qarşüıqlı  maraqları,  müəssisə  rəhbərinin  hər  hansı  bir  işi  ilə  birbaşa 
qohumluq  əlaqəsi  olan,  auditin  aparılmasmda  əvvəllər  müəssisədə  işləmiş 
maraqlı şəxsin auditin apanlmasında iştirakının mümkün olmaması haqqında 
sifarişçiyə məlumat vermək; 
—  mülkiyyət formasından aslı olmayaraq təbii resurslardan istifadə  və 
onun bərpası ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparmaq; 


116 
 
—  ekoloji  auditin  aparılması  zamanı  aşkar  edilmiş  bütün  pozuntular, 
maliyyə-mühasibat  uçotunun  aparılması  və  hesabatların  tərtibi,  ekoloji 
tələblərə  əməl  olunmaması  ilə  bağlı  nöqsanlar  haqqında  sifarişçinin 
rəhbərliyinə rəsmi məlumat vermək; 
— sifarişçinin tələbi ilə əldə olunan məlumatları məxfı saxlamaq; 
—  yoxlama  apanlan  sahənin  tələbi  ilə  onlara  müvafıq  normativ  və 
qanunvericilik  aktlar  haqqında  məlumat  və  tərtib  olunmuş  yoxlama 
materiallarının şərhini vermək. 
Ekoloji  audit,  təbiətdən  istifadə  edən  müəssisə  ilə  ekoloji  auditor 
arasında  bağlanmış  müqavilə  əsasında  aparılır.  Ekoloji  auditor  öz  işini 
yoxlama üçün tələb olunan ekoloji normativ sənədlər, təlimatlar, yoxlanüan 
obyektin  texniki  sənədləri  əsasında  qurur.  O,  lazım  gəldikdə  ekoloji 
laboratoriya  xidmətindən  və  ya  digər  texniki  yardımlardan  istifadə  etmək 
hüququna  malikdir.  Ona  həmçinin,  yoxlamanın  xüsusiyyətlərindən  asdı 
olaraq,  müəyyən  sahələr  üzrə  kənar  təşkilatlardan  mütəxəssis  dəvət  etmək 
səlahiyyəti  də  verilir.  Auditor  müəssisəsinin  gərgin  ekoloji  sahələrində 
aparılan  tədbirlərin  yaxşılaşdırılmasına daha  diqqətli olmalı  və  ətraf mühitə 
zərərli  təsirin  mümkün  qədər  azaldılmasına  nail  olmalıdır.  O,  müəssisə 
rəhbərlərinə  və  mütəxəssislərinə  məsləhətlər  verməlidir.  Ekoloji  auditin 
nəticələri auditor rəyi şəkilində sifarişçiyə təqdim olunmalıdır. 
Keçirilmiş  yoxlamanın  nəticəsini  əks  etdirən  ekoloji  auditor  rəyi 
Azərbaycan Respublikasının  prosesual qanunvericilyinə uyğun olaraq təyin 
edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur. 
Ekoloji  auditor  tərəfındən  yerinə  yetirilmiş  iş  sifarişçiyə  akt  əsasında 
təqdim olunmaqla rəsmiləşdirilir. 
Ekoloji  auditor  sifarişçinin  şərtinə  uyğun  olaraq  auditin  forma  və 
metodlarını  sərbəst  seçmə  hüququna  malikdir.  O,  yoxlama  aparılan 


117 
 
təsərrüfat subyektlərinin ekoloji və maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün 
sənədlərlə  tanış  ola  və  lazım  olan  məlumatları  ala  bilər.  Audit  səlahiyyətli 
dövlət  orqanlarının  sifarişi  ilə  aparılarsa  onda  auditor  aşkar  edilmiş 
pozuntular  və  nöqsanlar  haqqında  onlar  qarşısında  məsələ  qaldırılır.  Əgər 
yoxlama  aparılan  müəssisə  tərəfındən  auditora  lazımi  sənədlər  verilməzsə 
onda o, yoxlamanın keçirilməsindən imtina edə bilər. 
Ekoloji  auditor  fəaliyyəti  ilə  məşğul  olmaq  hüququ  Azərbaycan 
Respublikası Prezidentinin fərmanı ilə müəyyənləşdirilmiş İcra Hakimiyyəti 
orqanı tərəfındən verilir. 
Xarici  auditorlar  və  auditor  təşkilatları  ekoloji  auditin  aparılmasına  və 
məsləhətlərin verilməsinə cəlb cdilə bilərlər. 
IX FƏSİL. EKOLOJİ PASPORTLAŞDIRMA VƏ EKSPERTİZA 
9.1. İstehsal və qeyri-istehsal sahələri üzrə müəssisənin ekoloji 
pasportlaşdırdması 
Sənaye  müəssisələrinin  ekoloji  pasportu  əsas  normativ-texniki  sənəd 
hesab  edilir.  Ekoloji  pasport  özündə  vəsaitlərin  istifadə  olunma 
göstəricilərini, ətraf mühiti əks etdirir. Müəssisənin ekoloji pasportuna daxil 
edilir: 
— Müəssisədə istifadə olunan texnologiyalar haqda məlumat; 
—  İstifadə  olunan  vəsaitlərin  (xammal,  yanacaq,  enerji)  keyfiyyət  və 
kəmiyyət xarakteri; 
— İstehsal olunan məhsulun kəmiyyət xarakteri; 
— İstehsalat tullantılarının kəmiyyət və keyfıyyət xarakteri; 
—  Müəssisənin  mövcud  texnologiyaları  ilə  digər  müəssisələrin  və  ya 
xarici ölkələrdə istifadə olunan texnologiyaların müqayisəiərinin nəticələri. 
Ekoloji  pasporta  daxil  olunmuş  məlumatlar  aşağıdakı  təbiətin 
muhafizəsi məsələlərinin həllində istifadə olunur: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə