Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

121 
 
Şəhərlərin  ekoloji  pasportlaşdırılması  təbii-texnogen  sistemlərin 
təsirlərinin  artıb azalması, proqnozlaşdırılması üçün  əsas amillərdən biridir. 
Pasportlaşdırma  əsasında  tərtib  olunmuş  «Şəhərin  ekoloji  pasportu» 
aşağıdakı bölmələrdən ibarət olmalıdır: 
—  Şəhər  əhatəsində  ətraf  mühitin  fıziki-kimyəvi  parametrlərini  və 
əhalinin sağlamlığının vəziyyətinin qiymətləndirilməsi; 
—  Mühəndisi-təsərriifat və  kommunal-təsərrufat  təsir nəticəsində  ətraf 
mühitdə  baş  verən  dəyişiklərə nəzarət, onların qiymətləndirilməsi  və  nəticə 
çıxarılması; 
—  Şəhər  təsərrüfatının  planlaşdırılması,  idarəedilməsi,  tikinti  işləri, 
təbii-texnogen sistemlərin istismarı işlərinin təbiətin mühafızəsi tədbirləri ilə 
olan əlaqələrinin optimaliaşdırılması. 
Şəhərin  ekoloji  pasportunun  birinci  bölməsində  ətraf  mühitin 
paramctrlərinin  (atmosfer,  hidrosfer,  geoloji  mühit)  və  texnosferin  mövcud 
vəziyyətinin  qiymətləndirilməsi  göstərilir.  Ətraf  mühitin  dəyişmə  və  onun 
ekoloji nəticəsinin müəyyən edilməsi 3 mərhələdə aparılır: 
—  Şəhərin  xüsusi  analitik  xəritəsinin  tərtibi.  Burada  təbii-texnogen 
faktorların və komponentlərin şəraitlori göstərilir; 
—  Tərtib  olunmuş  analitik  xəritə  əsasında  sintetik  kompleks  xəritə 
hazırlanır. Sonra antropogen təsirlərin göstəricilərinin anälizi aparılır; 
—  Sintetik xəritənin analizi nəticəsində ekoloji cəhətdən krizis rayonu 
müəyyən  cdilir.  Təbii  və  texnogen  şəraitin  təsirindən  şəhər  üçün  təhlükə 
dərəcəsi müəyyən cdilir. 
9.3. Ekoloji ekspertiza və onun maliyyəllməsiəşdirilməsi. 
Ekoloji ekspertizada məqsəd istifadə olunan təbii resursların və onların 
tullantılarının ətraf mühitə olan təsirini qiymətləndirməkdən ibarətdir. 


122 
 
Ekoloji  ckspertiza  istifadə  olunan  təbii  resursların  ətraf  mühitə  olan 
mənfi  təsiri  haqqında  istchlakçıya  xəbərdarlıq  etməklə  yanaşı  ondan  bu 
təsirlərin aradan qaldırılması üçün tədbir görməsini tələb edir. 
Müəyyən bir sahədə qabaqcadan apanlan yoxlamalar xüsusi komissiya 
tərəfındən aparılsa bu ekoloji ekspertiza hesab olunur. 
Ekoloji ckspertizanın aşağıdakı formaları mövcuddur: 
—  Dövlət  ekoloji  ekspertizası:  Dövlot  ekoloji  ekspertizası  dövlət  və 
ekspert  komissiyaları  tərəfındən  müxtəlif  layihələrin.  layihə-smetaların 
normativ-texniki  və  normtiv-hüquqi  sənədlərin,  həmçinin  yeni  texnika, 
texnologiya.  material  və  maddələrin  ekoloji  norma,  qayda  və  normativlərə 
uyğunluğunu müəyyən edən bir təşkilatdır. 
Ekoloji  ekspertiza  üçün  ilkin  material  layihədən  əvvəl  və  sonrakı 
şəraitdə  iqlim,  geoloji,  hidrogeoloji,  genetik,  torpağın  özünütəmizlənməsi, 
meşəlik,  flora,  fauna,əhali,  sosial-iqtisadi  və  s.  ilə  əlaqədar  olan  gös 
təricilərdir. 
Ekspertiza aşağıdakı halların öyrənilməsi və analizi əsasında qurulur: 
—  Layihənin  son  məqsədi  və  onun  rayon  miqyasından  regional 
səviyyəyə qədər olan təsirinin əhəmiyyətliliyini müəyyən etmək; 
— Layihənin həmin sahə üçün əhəmiyyətliliyini əsaslandırmaq; 
—  Texniki,  torpaq  və  digər  vəsaitlərin  imkanları  əsasında  texniki-
iqtisadi hesabatı analiz etmək; 
—  Ətraf  mühitin  mühafızəsi  üzrə  layihələrin  növlərinin  etibarlılıq 
dərəcəsini yoxlamaq; 
— Ətraf mühitə olan mənfi təsirlərin azaldılması yollarını analiz etmək; 
— 
Alternativ 
layihənin 
mövcudluğunu 
və 
onun 
tətbiqinin 
mümkünlüyünü öyrənmək; 


123 
 
—  Texniki  imkanla  ətraf  mühitə  vurulan  zərər  arasında  olan  optimal 
çıxış yolunu müəyyən etmək və s. 
Beynəlxalq  konvensiya  ilə  Dövlət  səviyyəsində  aşağıdakı  təsərrüfat 
növlərində ətraf mühitə olan təsirin qiymətləndirilməsi müəyyən edilmişdir: 
1.  Məhsuldarlığı  sütka  ərzində  500  tondan  artıq  olan  neftayırma 
zavodları qaz qurğuları, yanacaq  kimi  daş kömür və bitumdan istifadə edən 
müəssisələr; 
2. Gücü 300 MW-dan yüksək olan istilik (İES) və AES; 
3. Nüvə yanacağını  istehsal  və  regenerasiya edən,  onların  tullantılarını 
təkrar emal edən qurğular; 
4. Əlvan metallurgiya istehsalatıənın domna və marten sobaları; 
5.  İllik  hasilatı  200  tondan  çox  olan  azbest  istehsalı  ilə  məşğul  olan 
müəssisələr; 
6. Kimya kombinatları; 
7.  Avtomobil,  dəmiryol  və  aeroport  yollanrın  inşaatı  ilə  məşğul  olan 
müəssisələr; 
8. İri diametrli neft-qaz kəmərləri; 
9. Ticarət mərkəzləri (supermarket, hipermarketlər); 
10.  Tullantıları  tutmaq  üçün  ayrılan  qurğular,  toksik  və  təhlükəli 
maddələrin təkrar emalı və basdırılması ilə məşğul olan müəssisələr; 
11. İri su anbarları və hövzələri; 
       12.  İllik  hasilatı  200  tondan  çox  olan  kağız  emalı  ilə  məşğul  olan 
müəssisələr; 
13. Kontinental selfdə neft-qazçıxarma müəssisələri; 
14. İri həcmli neft, neft-kimya və kimyəvi maddələr saxlanılan sahələr; 
15.  Böyük  meşədə  ağacqırma  ilə  məşğul  olan  sahələr  Dövlət  ekoloji 
ekspertinin çıxardığı nəticələrə aidiyyatı orqanlar mütləq riayət etməlidirlər. 


124 
 
—  Müvafiq  idarələr  tərəfindən  aparılan  ekoloji  ekspertiza.  Bu 
komissiyanın  çıxardığı  nəticələr  Dövlət  ekoloji  ekspertizasının  nəticələrini 
inkar etmirsə o, həmin idarə nəzdində qüvvədə olur. 
—  İctimai  ekoloji  ekspertiza.  İctimaiyyətin  öz  istəyi  ilə  təşkil 
olunmuş  qeyri  dövlət  strukturudur.  Onların  çıxardıqları  nəticələr  məsləhət 
(təklif) xarakteri daşıyrr. 
—  Elmi  ekoloji  ekspertiza  elmi  tədqiqat  və  ya  tədris  müəssisələri 
tərəfindən  aparılrr.  Onların  çıxardıqları  nəticələr  informasiya  xarakteri 
daşıyır. 
Ekoloji ekspertiza öz fəaliyyətində faktları, elmi prinsipləri və qüvvədə 
olan  qanunvericiliyi  əldə  rəhbər  tutur.  O,ayrı-ayrı  şəxslərin  və  ya 
müəssisələrin yox, ətraf mühitin mühafızəsi prinsipini güdməlidir. 
Dövlət  ekoloji  ekspertizası  dövlət  büdcəsi  və  sifarişçinin  hesabına 
maliyələşdirilir.  Sənəd və materialların dövlət ekoloji ekspertizasının dəyəri 
(D) aşağıdakı düsturla müəyyən edilir: 
D= H •
α
1
. α
 2 
.
 
α 
3
. α
 4
 . 
α
 5 
+E 
Burada H - daimi hesablama kəmiyyətidir; 
α
1
 - sənədlərin növü və mərhələliyi üçün düzəliş əmsalıdır; 
α
  2 
-  layihəqabağı  və  layihə  qərarlarının  həyata  keçiriləcəyi  ərazidə 
ekoloji şəraiti nəzərə alan əmsaldrr;  
α 
3
 - obyektin ekoloji təhlükəsizlik səviyyəsini nəzərə alan əmsaldır;  
α
 4
 - obyektlərin nadirliyini nəzərə alan əmsaldır;  
α
  5 
 - nəzərdə tutulan təsərrufat fəaliyyətinin ətraf mühitə olan təsirinin 
dolğunluğunu nəzərə alan əmsaldır. 
 E-  ekspertizanın  qısa  müddətdə  yerinə  yetirilməsinə  görə  əlavə 
dəyərdir;  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə