Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

128 
 
— Təbii sərvətlərin istehsal və məxaric normativləri; 
—  Çirkləndirici  maddələrin  siyahısı,  onların  tullantılarının  normaları, 
limiti və yerləşdirilmə qaydaları; 
—  Çirkləndirici  maddə  tullantıları  və  onların  yerləşdirilməsi  üçun 
ödəmələr; 
—  Ekoloji  tələblər  və  məhdudiyyətlərin  qoyulması.  Yerin  təkindəki 
ümumi  yayılmış  faydalı  qazıntı  yataqlarının  işlənməsinə  «Yerin  təki 
haqqında»  Azərbaycan  Respublikası  qanununa  müvafıq  olaraq  Azərbaycan 
Respublikası  Dövlət  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  verdiyi 
lisenziyaya  və  Azərbaycan  Respublikası  Dövlət  Sənayedə  İşlərin  Təh-
lükəsiz  Görülməsinə  Nəzarət  və  Dağ-mədən  Nəzarəti  Komitəsi  tərəfındən 
verilən «Dağ-mədən ayırması» statusuna əsasən icazə verilir. 
Təbii mühitin qorunması və təbii resursların tükənməməzliyi kompleks 
şəkildə  təbiətdən  istifadə  zamanı  mümkündür.  Bu  zaman  bir  sərvətdən 
istifadə zamanı digərinə zərərli təsir göstərilmir. Buna görədə lisenziya alan 
mülkiyyətçi  (təbiətdən  istifadəçi)  görəcəyi  iş  üzrə  təbiətdən  kompleks 
istifadə müqaviləsini bağlayır. Müqavilədə təbii resurslardan istifadə qayda-
ları,  təbiətdən  istifadəçinin  hüquq  və  vəzifələri,  təbiətdən  istifadə  üzrə 
ödəmələr, tərəflərin məsuliyyəti, ziyanın ödəmə şərtləri göstərilir. 
Ətraf  mühitin  mühafızəsi  üzrə  iqtisadi  mexanizmin  əsas  hissələrindən 
biri də təbiətdən istifadə üzrə limitlərdir. 
Təbiətdən  istifadə  üzrə  limit  əsasən  göstərilən  müddət  üçün  təbii 
resursların,  tullantıların  həcmi  və  onların  yerləşdirilməsi  üzrə  müəyyən 
edilir. 
Təbii  resurslardan  yolverilən  miqdardan  artıq  miqdarda  istifadə 
olunduqda istifadəsi əlavə vəsait ödəməlidir. 
9.5. Təbii resursların və çirkləndiricilərin ekoloji-iqtisadi uçotu 


129 
 
Təbii resursların iqtisadi, ekoloji və digər göstəriciləri kadastr şəkilində 
ümumiləşdirilir. 
Kadastr  müəyyən  təbii  resursların  və  ya  hadisələrin  miqdar  və 
keyfiyyətləri  haqqında  məlumatları  sistemləşdirmək,bəzi  hallarda  onları 
sosial-iqtisadi baxımdan qiymətləndirməkdir. 
Torpaq,  su,  meşə,  heyvanat  aləmi,  tibbi-bioloji,  mədən  və  digər 
kadastrları mövcuddur. 
Dövlət torpaq kadastrı torpaqların monitorinqi və yerquruluşu haqqında 
Respublika  qanununa  və  digər  qanunvericilik  aktlarına  müvafıq  hazrrlanır. 
Azərbaycan  Respublikasmda  dövlət  torpaq  kadastrını  formalaşdıran  vahid 
torpaq  kadastr sənədlər  sistemi  tətbiq  edilir. Vahid torpaq-kadastr  sənədləri 
sistemi  hüquqi  və  texniki  kadastr  sənədlərindən  ibarətdir.  Torpaq  üzərində 
mülkiyyət,  istifadə  və  icra  hüquqlarını  təsdiq  edən  aşağıdakılar  hüquqi 
kadastr sənədləri hcsab olunur: 
— torpaq mülkiyyət hüququna dair dövlət aktı; 
— torpaqdan daimi istifadə hüququna dair dövlət aktı; 
— torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; 
— torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 
—  notarial  qaydada  təsdiq  edilmiş  və  qeydiyyata  alınmış  icarə 
müqavilələri. 
Azərbaycan  Respublikası  Qanununa  və  digər  qanunvericilik  aktlarına 
uyğun  olaraq «Dövlət  torpaq  kadastr fondu» yaradılır,  ondan  istifadə, onun 
mühafızəsi qayda və şərtləri müəyyən edilir. 
«Torpaq-kadastr  sənədlərinin  aparılması»  və  «Dövlət  torpaq  kadastr 
fondunun  yaradılması,  istifadəsi  və  mühafızəsi»  haqqında  əsasnamələr 
Azərbaycan  Respublikası  Nazirlər  Kainetinin  1999-cu  il  7  iyun  tarixli  94 
nömrəli qərarı ilə təsdiq edilmişdir. 


130 
 
Su  kadastrı  su  obyektlərinin  rejim,  keyfiyyət,  ondan  istifadə 
göstəricilərini  sistemləşdirən  hüquqi  və  texniki  sənədlərin  toplusudur.  Su 
kadastrı 3 sahəni əhatə edir: 1) Yerüstü suları; 2) Yeraltı suları ve 3) Sudan 
istifadə  sahələrini.  Su  kadastrının  tərtibində  hidroloji  stansiyalar  və 
bölmələrin göstəricilərindən istifadə olunur. 
Meşələrin  dövlət  kadastrı  meşə  fondunun  qeydiyyatı,  onun  ekoloji, 
iqtisadi, kəmiyyət və keyfıyyət cəhətdən qiymətləndirilməsidir. 
Dövlət  meşə  kadastrı  təbii  sərvətlər  kadastrının  tərkib  hissəsini  təşkil 
edən rəsmi dövlət sənədidir və meşə quruluşu, meşələrin inventarlaşdırılması 
və digər müayinə-təftiş sənədlərinin əsasında aparılır. 
Son  zamanlarda  ekoloji  vəziyyətin  kəskinləşməsi  ilə  əlaqədar  olaraq 
tullantıların toksiklik dərəcəsindən  və tərkib hissəsindən asılı olaraq onların 
yerləşdirilməsi  üzrə  qeydiyyatın  apanlması  zərurəti  yaranmışdu.  Bu 
qeydiyyatlar  potensial  təhlükə  yaradan  maddələr  üçün  onların  mənşəindən 
asılı olmayaraq bütün dünya üzrə aparılır. 
Ətraf 
mühitin 
mühafizəsi 
sahəsində 
standartlaşdırma 
və 
sertifikatlaşdırma  haqqında  Azərbaycan  Respublikasmm  Qanunu  8  iyun 
1999-cu ildə Respublika prezidenti tərəfmdən təsdiq edilmişdir (N° 678İQ). 
Ətraf  mühitin  mühafızəsi  sahəsində  standartlaşdırma  və  sertifıkatlaşdırma 
obyektlərinə  ekoloji  təhlükəsizlik,  əhalinin  həyat  və  sağlamlığına,  təbii 
resursların  bərpası  və  səmərəli  istifadəsinə  təhlükə  yarada  biləcək,  Azər-
baycan  Respublikasmda  istehsal  olunan  və  ya  onun  ərazisinə  gətirilən 
məhsullar (işlər, xidmətlər) və texnologiyalar aid edilir. 
 
 
 


131 
 
X FƏSİL. ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİNİN 
İQTİSADİYYATI 
10.1. Ətraf mühitin mühafizəsinin iqtisadi mexanizmi 
Müasir  dövrdə  iqtisadiyyatın  inkişaf  tempi  təbii  ehtiyatların    məhdud 
olması  probleminin  kəskinləşməsi  ilə  əlaqədar  olaraq  ekoloji  tələbatın 
yüksəlməsini  irəli  sürür.  Qeyd  etmək  lazımdır  ki,  iqtisadi  inkişaf  daxilində 
bir tərəfdən ekoloji problemin yaranması, digər tərəfdən həmin problemlərin 
aradan qaldrrılması zərurəti yaranır. Bu iki ziddiyyətin yaranma səbəbini bil-
mək  üçün  ətraf  mühit  və  ictimai  istehsal  arasmda  olan  əlaqəni  müəyyən 
etmək  lazım  gəlir.  Lakin  bu  zaman  «İqtisadiyyat-mühit»  sisteminin  heç 
birinə  ayrdıqda  üstünlük  vermək  olmaz.  Bu  sistem  arasmda  elə  bir  əlaqə 
yaratmaq  lazımdır  ki,  istehsalın  artması,  iqtisadi  inkişaf,  xalın  rifahının 
yüksəlməsi ətraf mühitin bütünlükdə və ya onun ayrı-ayrı komponentlərinin 
inkişafina  və  yaxşılaşdırılmasına  uyğun  gəlsin.  Müasir  ekoloji  vəziyyət 
təsərrüfat  problemlərinin  həllinə  ətraf  mühitin  mühafizəsi  ilə  yanaşı 
ictimaiyyətin iqtisadi inkişafinı da nəzərə almağı tələb edir. 
Ətraf  mühitin  mühafizəsi  siyasət,  ideologiya,  sosial  mühit  və  ən  əsası 
iqtisadi inkişaf ilə sıx əlaqədardır. 
İqtisadiyyatla  ekologiya  arasında  yaranan  qarşıdurma  ətraf  mühitin 
mühafizəsinin  əsas  problemlərindən  biridir.  Əvvəllər  bu  problem  inzibati 
amirlik  yolu  ilə  həll  olunardı.  Hal  hazuda  bu  məsələ  «Bäzar  iqtisadiyyatı» 
əsasında  müxtəlif  institutlar  və  eimi  tədqiqat  müəssisələri  tərəfmdən  həll 
olunur.  Bu  müəssisələr  tərəfmdən  təbii  kadastrlar,  maliyyə  və  material-
texniki  təchizat,  təbii  sərvətlərdən  istifadə  üçün  ödəniş,  ətraf  mühitin 
çirkləndirilməsi  üzrə ödəmələr,  vergiödəmə  və  ondan  azad olma  məsələləri 
həll edilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə