Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

159 
 
Şirin  sulu  göllər  daha  çox  Böyük  və  Kiçik  Qafqaz  dağlarında 
cəmlənmişlər.  Belə  göllərdən  Tufan,  Ağ  göllər,  Böyük  və  Kiçik  Alagöllər, 
Qaragöl,  Göy-Göl,  Maralgöl  və  s.  kimi  göllərin  bioloji  məhsuldarlığı, 
maddələr  dövranı  hövzələrin  avtoxton  (özündə  yaranan)  mənşəli  üzvü 
maddələrin öz-özünü təmizlənməsi sayəsində sabit qalmışlar. Lakin son 15-
20  ildə  dağ  göllərində  suyun  şəffaflığının  azalması  və  antropogen  mənşəli 
üzvü maddələrlə zəif çirklənməsi qeyd edilir. 
Respublikamızın  ərazisində  rast  gəlinən  3500-ə  qədər  bulaq  və 
çeşmələr geotermal, mineral və içməli şirin su qruplarına bölünürlər. Onların 
ümumi su ehtiyatı 2,25  km
3
-ə bərabərdir.  Lakin hələlik bu sulardan  kifayət 
qədər  səmərəli  istifadə  olunmur  və  zəif  mühafızə  olunduqlarından  biogen 
mənşəli  maddələrlə  çirkləndirilir.  Belə  çirklənməyə  respublikamızın  əsas 
istirahət zonaları olan  Hacıkənd,  Kəlbəcər, Gədəbəy, Xızı, Şamaxı,  Qəbələ, 
Şəki, Lerik və Yardımlı rayonlarında daha çox rast gəlinir. 
Azərbaycan Respublikası ərazisindəki 1000-dən çox su bulağının 300-ü 
karbon  qazlı,  220-si  kükürdlü,  370-i  metan  qarışıqlı,  100-ü  azotlu  və  30-u 
radonludur.  Səmərəsiz  istifadə  olunan  su  ehtiyatlarının  müəyyən  hissəsi  də 
məhz bu sularının  payna düşür. Qeyd etmək lazımdır ki, keçmiş SSRİ üzrə 
istifadə və tətbiq əmsalına görə 1-ci sayılan Narzan tipli karbon qazlı suların 
miqdarı  və debitinə görə  Azərbaycan birinci yerdə olmuşdur.  Lakin bu tipli 
suyun yalnız 0,5-0,6%-dən səmərəli istifadə olunur. 
Azərbaycanda qeydə alınan yeraltı su mənbələrinin yarıya qədəri termal 
(isti)  sulardır.  Termal  sulardan  müalicə,  məişət  və  kommunal  təsərrüfatı, 
kənd  təsərrüfatı,  sənaye,  enerji  alınması  və  s.  məqsədlərlə  bütün  dünyada 
geniş istifadə olunmasma baxmayaraq Azərbaycanda hələlik bu sulardan çox 
zəif  istifadə  olunur.  Tcrmal  sular  Kür-Araz  ovalığı,  Abşeron  yarımadası, 
Quba-Xaçmaz,  Lənkəran-Astara  və  d.  bölgələrdə  50-90°  temperaturda  rast 


160 
 
gəlinir.  Goləcəkdə  termal  sulardan  sənayedə,  binaların  qızdırılmasında, 
istixanalann  yaradılmasında,  elektrik  enerjisinin  artmasında  və  s.  istifadə 
etməklə  milyon  tonlarla  yanacağa  qənaət  etmək  olar.  Nəticədə  yanacağm 
yandırılması  nəticəsində  atmosferə  atılan  kükürd,  karbon,  azot  oksidlərinin 
miqdarı  azalar,  torpaq  və  su  hövzələri  karbohidrogenlərlə,  fenollarla 
çirklənməz, gözəl dağ meşələrimiz qırılmaz. 
Respublikamızın  su  hövzələri  içərisində  Xəzər  dənizinin özünəməxsus 
yeri vardır. (Xəzər 5 dövlətin dənizi olmasına baxmayaraq Azərbaycan üçün 
həm  təbii  sərvətlər  (mineral,  bioloji)  və  həm  də  su  mənbəyi  hesab  olunur. 
Lakin vahid ekoloji sistem kimi Xəzərin hər hansı bir dövlətə mənsub hissə-
sində baş verən mənfi ekoloji nəticələr bütün hövzəni əhatə edir. 
Son illərdə Xəzərin səviyyosinin qalxması  ilə əlaqədar sahəsi 400 min 
km
2
-ə  qədər  artmışdır.  Xəzər  Yer  kürəsinin  ən  böyük  axarsız  gölüdür.  Göl 
hazırda beynəlxalq əhəmiyyət kəsb etmişdir. Gölün həcmi 80 min km
3
 olub, 
Yer  kürəsi  göl-su  ehtiyatının  44%-ni  təşkil  edir.  Xəzərdə  qədim  fauna  və 
flora  növləri  bu  günə  qədər  saxlanmışdır. 
!
Dünya  nərə  balığı  ehtiyatının 
90%-i Xəzərdə cəmlənmişdir. Dünya nərə balıq ovunun 85%-i və qara kürü 
istehsalının  90%-i  Xəzərin  payma  düşmüşdür.,  Lakin  son  illərdə  Xəzərin 
kəskin çirklənməsi onun bioloji sərvətlərinə də təsir etmiş və qiymətli balıq 
növlərinin ovlanması 9-10 dəfə azalmışdır. 
Bütün  Xəzər  regionunun  sosial-iqtisadi  inkişafı,  bütövlükdə  Xəzər 
ekosisteminin vəziyyətindən vo onun təbii ehtiyatlarından çox asılıdır. Bunu 
nəzərə  alaraq  ilk  növbədə  Xəzərin  ekoloji  təmizliyinə  nail  olmaq  lazımdır. 
Çünki  Xəzər  hövzəsi  ekosisteminin  axarının  olmaması  nəticəsində  Xəzərə 
axıdılan  çirkləndirici  maddələr  gölün  dibinə  toplanır.  Xəzərin  ekoloji 
cəhətdən  öz-özünə  təmizlənməsi  imkanı  isə  sıfra  bərabərdir.  Belə  bir 
vəziyyətdə  Xəzər  ekoloji  zonası  bütün  regionun  iqliminin  tənzimlənməsinə 


161 
 
öz  təsirini  göstərir,  Xəzərin  bioloji  sərvətlərinin  ilbəil  azalmasına  və 
bütövlükdə ətraf mühitinə ciddi zərər vurur. 
Xəzər  gölü  akvatoriyasmın  müxtəlif  hissələrindən  götürü-lən  su 
nümunələri analizinin noticələrinin təhlili göstərir ki, ıXəzər gölü əsasən neft 
məhsullan,  fenollar,  səthi  aktiv  mad-dələr  və  s.  ciddi  şəkildə  çirklənmişdir. 
Xozər gölünə ildə 12,0 milyard m
3
 çirkab suları axıdıhrJL 
Xəzərin  əsas  sərvəti  olan  neft  onun  demək  olar  ki,  başına  bəladır. 
Hasilatına  1924-cü  ildən  dənizdən  başlanmış  neft  Xəzər  hövzəsinin  ekoloji 
vəziyyətini  xeyli  pisləşdirmişdir.  Şuya  tökülən  neftin  bir  hissəsi  onun 
səthində  nazik  qat  şəkilində  qalır,  digər  bir  hissəsi  suya  qanşaraq  emulsiya 
yaradır, ağır hissələr isə suyun dibinə çökür və müəyyən hissəsi dib və sahil 
torpaqlarına adsorbsiya edirv Su səthində üzən neft qatı böyük sahəni əhatə 
edə  bilər.  Müəyyən  edilmişdir  ki,  bir  damla  neft  su  üzərində  0,25  kvadrat 
metr  sahəni  örtə  bilir.  Bir  ton  neft  isə  5000  hektar  su  səthini  örtmə 
qabiliyyətinə malikdir. 
Su səthini örtən nazik neft qatı atmosfer oksigeninin suya daxil olmasna 
mane olur.  Əgər bu proses daimi olarsa onda suda olan canlı orqanizmlərin 
məhvi  baş  verir.  Neft  və  neft  məhsulları  mikroorqanizmlər  vasitəsilə  çətin 
oksidləşən  maddələrə  aid  olduqları    üçün  suyun  neftdən  özünütəmizləmə 
prosesi çox ləng gedir. 
Suda  həll  olunmuş  emulsiyaşəkilli  neft  məhsulları  canlı  orqanizmlərə 
mənfi  təsir  göstərir.  Konsentrasiyası  2  mq/1  olan  kükürdlü  neft  kiçik 
balıqlara, 16 mq/1 isə iri balıqlara zərərli təsir göstərir. 
Dənizə  tökülən  neftin  40  faizi  onun  dibinə  çökür.  Dibə  çökən  neft 
məhsulları  səthdəki  neft  məhsullarına  nisbətən  10  dəfə  gec  oksidləşirlər. 
Neftin  tərkibində  olan  bir  neçə  komponentlər  kəskin  toksikliyə  malik  olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə