Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

168 
 
Bakı  buxtasının  yerləşdiyi  Abşeron  yarımadası  yayı  isti  və  quru,  qışı 
mülayim  və  rümbətli  iqlimdə  yerləşdiyindən  il  ərzində  günəşli  günlərin 
miqdarı  çox  olur  ki,  bu  da  bioloji  aktivliyi,  üzvi  birləşmələrin  və  neft 
çirklənməsinin bioloji tənəzzül prosesini gücləndirir. 
Bakı  buxtasında  çirkabların  toplanmasında  cənub-qərb  və  cənub-şərq 
küləklərinin, onlarm açıq dənizə apanlmasında  isə şimal-şərq  və şimal-qərb 
küləklərinin  xüsusi  rolu  vardır.  Xəzər  gölünün  səviyyə  tərəddüdü  də 
buxtanın  çirklənməsinə  təsir  göstərir.  Bakı  buxtası  yarımdairəvi  formada 
olduğundan  və  qarşısını  Böyük  Zirə  adası  kəsdiyindən  cərəyanlar  buxtaya 
təsir edə bilmir və bu da çirkabların yığüıb qalmasına səbəb olur. 
Tədqiqatlar  nəticəsində  məlum  olmuşdur  ki,  Bakı  buxtası  fiziki, 
kimyəvi  və  bioloji  yollarla  çirklənir.  Ümumiyyətlə,  fiziki  çirklənməyə 
əsasən  su  hövzələrinə  İEM  və  bəzi  sənaye  müəssisələrindən  işlənib  çıxmış 
isti  sularla  çirklənmə  aid  edilir.  Belə  çirklənmə  suların  təbii  rejiminin 
dəyişməsinə, onların tərkibində oksigenin miqdarının azalmasına səbəb olur. 
Nəticədə  suların  «çiçəklənməsi»  prosesi  baş  verir.  Radiaktiv  tullantılar  da 
fıziki çirklənməyə səbəb olur. 
Kimyəvi  çirklənmə  su  hövzələrinə  müxtəlif  kimyəvi  maddələrin  və 
onların  birləşmələrinin  çirkab  suların  tərkibində  axıdılması  nəticəsində  baş 
verir. Bu suların tərkibində olan metallardan qurğuşun və civə daha təhlükəli 
hesab  olunur.  Digər  xarakterik  kimyəvi  çirklənmə  sulara  nitratların 
fosfatların,  səthi  fəal  maddələrin,  karbohidrogenlərin  axıdılmasından  baş 
verir. 
Bioloji çirklənmə isə sulara müxtəlif çirklənmə mənbələrindən axıdılan 
xəstəliktörədici mikroorqanizmlər vasitəsilə baş verir. 
Bakı  buxtasmın  əsas  çirklənmə  mənbələrindən  biri  olan  və  onun 
yaxınlığında  yerləşən  Azərneftyağ  zavodu  öz  çirkab  sularını  birbaşa  Bakı 


169 
 
buxtasına  axıdır.  Zavodun  çirkab  sularını  təmizləmək  üçün  mexaniki 
təmizləmə  qurğusu  olmasına  baxmayaraq  qurğu  şlamlarla  dolduğu  üçün 
çirkablan təmizləyə bilmir və nəticədə ildə buxtaya Azərneftyağ zavodundan 
200-500  ton  karbohidrogenlər  və  500  kq  fenol  axıdılır.  Buxtaya  axıddan 
çirkab sularının   tərkibində neft karbohidrogenlərinin  miqdarı hər  litrdə 35-
85 mq arasında dəyişir. 
Bakı  buxtasınm  ikinci  çirklənmə  mənbəyi  Bibiheybət  neflçıxarma 
buruqlarından  suya  axıdılan  çirkablardır.  Bibiheybət  neft  mədənləri 
Azərbaycanın  ən  qədim  neft  çıxarma  mədənlərindən  biridir.  Hazrrda  bu 
mədəndəki  yataqlar  tükənmək  üzrədir.  İldə  bu  yataqdan  130  min  ton  neft 
çıxarılrr.  Neftin  köhnəlmiş  qurğularla  çıxarılması  nəticəsində  daim  dənizə 
neft axıdılır. Neft çıxarma zamanı yer səthinə çıxan lay suları Bakı buxtasna 
axıdılır  ki,  bu  da  suyun  ildə  1200-6000  ton  karbohidrogenlə  çirklənməsi 
deməkdir.  Bibiheybət  neft  mədənləri  yaxnlığında  yaşayan  əhali  də  ekoloji 
cəhətdən  yararsız,  yanğın  təhlükəsi  olan  sahədə  məskunlaşmışdır.  Bu  da 
onların həyat şəraiti, sağlamlıqları üçün olduqca təhlükəlidir. 
Bakı şəhər kanalizasiyası vasitəsilə gündə 400 min m
3
 tə-mizlənməmiş 
sənaye və məişət çirkab suları Bakı buxtasına axıdılr. Həmin sular vasitəsilə 
buxtaya  ildə  500-1000  tona  yaxın  karbohidrogenlər,  oksigenlə  təmin 
olunmamış 15 min ton çirkab suları daxil olur. 
Bakı  buxtasına  neft  daşıyan  tankerlərin  mllantılar  və  onların  yuyub 
təmizləyən  zaman  yaranan  çirkab  suları  da  axıdılır.  Qapalı  su  hövzələrində 
neft  tankerlərinin  yuyulması  beynəlxalq  konvensiyaya  əsasən  qadağan 
olunsa da bu iş indi də davam etdirilir. 
Son  tədqiqatların  nəticəsinə  əsasən  məlum  olmuşdur  ki,  hazırda  Bakı 
buxtasına  5  yerdən  çirkab  suları  axıdılır.  Buxtaya  axıdılan  həmin  çirkablar 
cənub küləkləri dövründə sahil zonasma yığılaraq ekoloji dözülməz mənzərə 


170 
 
yaradır.  Bununla  yanaşı  xarab  olmuş,  batmış  gəmilərin,  tullanmış  neft 
borularının  sahil  sularında  yığılıb  qalması  da  ətraf  ərazilər  üçün  mənfi 
ekoloji nəticələr yaradır. Hazırda buxtada 1990-cı ildən etibarən dəniz suları 
altna  atılmış  200  neft  buruğu  qalmışdır  ki,  bu  da  ciddi  ekoloji  nəticələrə 
səbəb ola bilər. 
Bakı buxtası sularının tərkibində karbohidrogenlərin və fenolun miqdan 
suların  keyfıyyət  standartları  üzrə  olan  miqdarını  3-6  dəfə  ötüb  keçir. 
Keyfiyyət göstəricilərinə görə belə sular «təhlükəli» sular hesab olunur. 
Bakı buxtasmın dib çöküntülərində neft karbohidrogenlərinin miqdarı 1 
kq quru qalıqda 110 qr. təşkil etmişdir. Bu kəmiyyət buxta ərazisinin 40%-ni 
əhatə  edir.  Dib  çöküntülərinin  çirklənmə  sahələrinin  qaltılığı  2  m-ə  yaxın 
təşkil cdir. Neftli karbohidrogenləri ilə çirklənmiş dib çöküntülərinin ümumi 
həcmi  100-150  mln.m
3
  təşkil  edir  ki,  onun  da  tərkibində  4-5  mln.t  neft 
karbohidrogenləri  vardır.  Həmin  göstəricilər  əsasında  belə  bir  ümumi 
nəticəyə  gəlmək olar  ki,  Bakı  buxtası  sularındakı  neft  karbohidrogenlərinin 
25-75%-i  dib  çöküntülərindən  ayrılan  karbohidrogenlərdir.  Dənizin 
içərilərinə doğru çirklənmənin tədricən azalması müşahidə edilir. 
Bakı  buxtası  sularında  apanlan  analizlərin  nəticələrinə  əsasən  sularda 
neft  məhsullarının  miqdarının  ayrı-ayrı  məntəqələr  üzrə  0,12-0,32  mq/1, 
fenolların  miqdarının  0,003-0,006  mq/1  arasında  dəyişilməsi  müşahidə 
edilmişdir.  Bu  göstəricilərə  əsasən  neft  məhsullarının  və  fenolların  miqdarı 
mümkün norma həddini 3-6 dəfə ötüb keçir. Buxta sularının tərkibində mis 
elementinin  miqdarının  da  mümkün  norma  həddindən  5-10  dəfə  yüksək 
olduğu müəyyən edilmişdir. 
Yuxarıda  qeyd  etdiklərimizdən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  Bakı 
buxtası  daha  çox  neft  karbohidrogenləri  vasitəsi  ilə  çirklənir.  Həmin  neft 
karbohidrogenlərinin  10-40%-i  Bibiheybət  neft  mədənlərinin,  5-10%-i 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə