Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

174 
 
rimizin isə 26%-i müxtəlif dərəcəli eroziyaya uğramışdır. Ən geniş yayılmış 
eroziya  növləri  səthi,  yarğan  və  süni  suvarma  sistemi  formalarıdır. 
Ərazimizin  16%-i  güclü,  14,8%-i  orta  və  31,2%-i  zəif  dərəcəli  eroziya 
proseslərinə məruz qalmışdrr. 
Respublikamızın  dağ  yamacları  və  yüksəkliklərində  yerləşən  torpaq 
sahələrindən  səthi  eroziya  nəticəsində  ildə  105-516  m
3
/ha  torpaq  yuyulur. 
Sel və torpaq sürüşməsi nəticəsində isə müvafıq olaraq 310 km
2
 və 420 km
2
 
torpaq sahələri korlanmışdır. Hər il 1,5  mln. ha artıq münbit torpaq qatı sel 
sulan  vasitəsiilə  yuyulub  aparılır.  Torpaq  sürüşməsi  nəticəsində  isə  nəinki 
torpaq  qatı  korlanır,  hətta  kənd  təsərrüfatı,  sənaye  və  mülki  obyektlərə  də 
böyük  zərər  vurulur.  Dağlıq  ərazilərdə  eroziya  proseslərinin  artmasının 
başlıca  səbəbi  heyvandarlığın  inkişafı,  meşələrin  sistemsiz  şəkildə  kütləvi 
qırılması və sıldırım yamaclarla onların daşınmasıdır. Bunun nəticəsində dağ 
yamacları çılpaqlaşır və yerüstü axar sularının miqdarı artır. Belə sahələrdə 
torpağın yuyulmasının həcmi 246 m
3
/ha müəyyənləşmişdir. 
Lənkəran-Astara  zonasının  dağətəyi  yamaclarında  bitki  örtüyünün 
məhv edilməsi eroziya proseslərini kəskin  surətdə artırmışdır. Zonanın 63,5 
min ha ərazisindən 22%-i orta və zəif, 10%-dən çoxu güclü eroziyaya məruz 
qalmış, 30%-dən çox münbit torpaq örtüyü tamamilə yuyulmuşdur. 
Ümumiyyətlə, eroziya proseslərinin ilbəil artması torpaq dan istifadənin 
aşağı  səviyyədə  olması,  bütün  dağlıq  vo  dağətəyi  təsərrüfatlarda 
torpaqlardan  istifadə  də  eroziya  proseslərinin  təhlükəsi  və  hər  bir  sahənin 
relyef şəraitinin nəzərə alınması ilə bilavasitə bağlıdrr. 
Eroziya  prosesləri  demək  olar  ki,  meşəsiz  olan  Naxçıvan  MR  üçün 
daha xarakterikdir. Naxçıyan MR torpağınm 19,9%-i zəif, 24%-i orta, 32%-i 
isə  güclü (şiddətli) eroziyaya uğramış və nəticədə 402 min ha torpaq sahəsi 
bu və ya başqa dərəcədə öz münbit qatmı itirmişdir. 


175 
 
Respublikänın 
düzənlik 
ərazilərində 
torpaqların 
şumlanması, 
gübrələnməsi, 
suvarma 
zamanı 
aqrotexniki 
qaydalanın 
pozulması 
nəticəsində  torpağın  məhsuldar,  humus  qatının  yuyulub  aparılması  prosesi 
baş  verir.  Bu  proses  daha  çox  üzümçülük,  pambıqçılıq  və  tərəvəzçilik 
təsərrüfatlarında baş verir. 
Kür-Araz  ovalağında  torpaqların  vəziyyətinə  su  və  külək  eroziyaları 
daha  çox  təsir  göstərir.  Burada  35%-dən  artıq  əkin  sahəsi  və  20%  qış 
otlaqları  eroziyaya  məruz  qalmışdrr.  134  min  ha  torpaq  az  və  ya  çox 
dərəcədə, 66 min ha artıq torpaq güclü eroziyaya uğramış, 400 min ha torpaq 
qatı yuyulub aparılmışdır.. 
Respublika  ərazisində  külək  eroziyası  əsasən  Abşeron  yarımadası, 
cənub-Şərqi Şirvan, Ceyrançöl və digər ərazilərdə geniş yayılmışdır. 
Respublikamızda  eroziya  proseslərinin  qarşısını  almaq  məqsədilə  24,5 
min  ha  ərazidə  meşə-mühafizə  zolağının  salınması,  10  min  ha  sahədə  tarla 
qoruyucu,  226  min  ha  sahədə  yol  və  suvarma  xətləri  kənarları  yarğan,  çay 
kənarları və su hövzələri ətrafı, 105 min ha sıldırım yamaclar, 30 min ha sa-
hədə  scyrək  meşəli  yamac  və  dağ  ətəklərində  meşə  zolaqlarının  salınması 
planlaşdırılmışdrr. 
Kənd 
təsərrüfatında 
suvarma 
əkinçiliyinin 
inkişafi, 
suvarma 
qaydalarına 
düzgün 
riayət 
olunmaması, 
suvarma 
kanallarının 
betonlaşdınlmaması,  torpaq  kanallardan  istifadə,  ekoloji  tarazlıq  nəzərə 
alınmadan düzənlik ərazilərdə su  anbarlarının  yaradılması  və  digər  bu  kimi 
səbəblər  torpağa  çoxlu  miqdarda  su  hopmasına  şərait  yaradır  ki,  bu  da 
minerallaşmış  qurunt  sularının  səviyyəsini  qaldırır  və  torpaqların 
şoranlaşmasna səbəb olur. 
Şoranlaşmış  torpaq  sahələri  əsasən  Kür-Araz  ovalığı  zonasında  geniş 
yayılmışdır. Şorlaşmış torpaqların ümumi sahəsi 500 min ha artıqdrr. Ən çox 


176 
 
şorlaşmış  torpaqlar  Ağdaşda  220  min  ha,  Kürdəmirdə  40  min  ha, 
Ağcəbədidə 38,4 min ha, Salyanda 32 min ha, Ağsuda 21,4 min ha, İmişlidə 
26,6 min ha, Saatlıda 32 min ha, Sabirabadda 40 min ha təşkil edir. 
Kür-Araz  düzənliklərində  450 
min  ha  artıq  torpaq  sahəsi 
şoranlaşmışdır.  Şoranlışmış  torpaq  sahəsinin  120  min  ha  güclü  dərəcədə 
şorlaşmışdır.  Torpaqların  suvarılma  norma  və  rejiminin  pozulması  təkrar 
şoranlaşmaya  səbəb  olmuşdur.  Hazırda  suvanlan  torpaqlardan  83%-dən 
çoxunun müxtəlif formalı meliorasiyaya ehtiyacı vardır. 
Kür-Araz ovalığnda uzun müddətli suvarmalar nəticəsində torpağın su, 
fiziki,  kimyəvi,  mexaniki  xassələri  dəyişilmiş,  şoranlaşma,  bataqlıqlaşma 
sahələri 
genişlənmişdir. 
Həmin 
ərazilərin 
bərpası, 
torpaqların 
məhsuldarhğının  yüksəldilməsi  üçün  çoxlu  əlavə  maliyyə  vəsaiti  və  əmək 
sərfi tələb olunur. 
Torpaq  örtüyünün  pozulmasına  antropogen  amillər  daha  çox  təsir 
göstərir. Torpaqlara mineral gübrələrin və zəhərli kimyəvi maddələrin elmi-
cəhətdən  əsaslandırılmış  norma  üzrə  verilməməsi  nəticəsində  torpaqların 
kimyəvi  çirklənməsi  prosesi  baş  verir.  Kimyəvi  zəhərləyici  maddələrlə 
respublika  üzrə  840  min  ha,  o  cümlədən,  herbisidlərlə  400  min  ha  torpaq 
sahəsi dərmanlanmışdrr. Zəhərli kimyəvi maddələrlə ekoloji cəhətdən ən çox 
çirklənmiş  region  Kür-Araz  ovalığıdır.  Bu  regionun  Muğan-Salyan 
torpaqlarında  herbisidlərin  miqdarı  yol  verilən  norma  həddindən  9,0  dəfə 
artıqdır.  Torpaqlarımıza  dünyada  qəbul  olunmuş  normalardan  3-5  dəfə  çox 
pestisid səpilmişdir. 
Şirvan və Salyan düzlərində 50 ha torpaq ncft məhsullari ilə çirklənmiş, 
kanallar  boyu  3  min  ha  torpaq  tullantılarla,  12  ha  karxanalarla,  6  ha  ərazi 
bərk məişət tullantıları ilə örtülmüşdür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə