Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

180 
 
ərazi  bütövlüyünün  pozulmasına,  dövlətə  qarşı  qıyama  və  ya  dövlət 
çevrilişinə  yönəldilən  hərəkətlər  edildikdə,  zorakılıqla  müşayət  olunan 
kütləvi  ixtişaşlar  yarandıqda,  vətəndaşların  həyatı  və  təhlükəsizliyi,  yaxud 
dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr 
meydana  gəldikdə  Azərbaycan  Respublikasının  ayrı-ayrı  yerlərində 
fövqəladə  vəziyyət  tətbiq  edir  və  bu  barədə  qəbul  etdiyi  fərmanı  24  saat 
müddətində Azərbay-can Respublikası Milli məclisinin təsdiqinə verir. 
Respublika  Konstimsiyasının  müvafiq  maddələri  əsasında  təsdiq 
edilmiş  Ekoloji  təhlükəsizlik  haqqında  Azərbaycan  Respublikasının 
677İQ  saylı  Qanunu  8  iyun  1999-cu  ildə  təsdiq  edilmişdir.  Bu  qanunun 
məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi 
dəyərlərini,  ətraf  mühiti,  o  cümlədən  atmosfer  havası,  kosmik  fəza,  su 
obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləminin təbii 
və  antoropogen  amillərin  təsiri  nəticəsində  yaranan  təhlükələrdən  qorumaq 
üçün hüququ əsaslarını  müəyyən  etməkdir.  Qanunun  4-cü  maddəsi  Ekoloji 
təhlükəsizlik sahəsində dövlətin siyasətinin əsas istiqamətlərini müəyyən 
edir.  Burada  nəinki  respublika  daxilində,  həmçinin  beynəlxalq  miqyasda 
ekoloji  təhlükəsizlik  tədbirlərinin  işlənib  hazırlanması  və  həyata 
keçirilməsində  əməkdaşlıqlar  da  nəzərdə  tutulur..  Ekoloji  təhlükəsizlik 
sahəsində hüquq və sağlamlığa zərər vurma və ya təhlükə törədilməsi insan 
hüquqlarınrn pozulması sayüır. 
Ekoloji təhlükəsizlik haqqında qanunda həmçinin Ekoloji təhlükəsizlik 
sahəsində  dövlətin  hüquq  və  vəzifələri,  yerli  özünüidarə  orqanlarının 
səlahiyyətləri,  vətəndaşların  və  ictimai  birliklərin  hüquqları,  təsərrüfat  və 
digər  fəaliyyətlər  üzrə  məhdudiyyətlər,  qanunvericiliyin  pozulması 
hallarında məsuliyyət, maliyyələşdirmə mənbələri və s. müəyyən edilmişdir. 


181 
 
Qanunun 
11-ci 
maddəsində 
Təhlükəli 
ekoloji 
vəziyyətlərin 
nəticələrinin  aradan  qaldırdmasının  yerli  icra  hakimiyyətinin,  yerli 
özünüidarəetmə  orqanlarının  səlahiyyətinə  aid  olması  göstərilir.  Nəticələrin 
aradan qaldırılması üçün maliyyə mənbələri qanunvericilikdə konkret olaraq 
göstərilmişdir. 
ƏTRAF  MÜHİTİN  MÜHAFİZƏSİ  haqqında  qanun  8  iyun  1999-cu 
ildə Respublika prezidenti tərəfindən təsdiq edilmişdir(№6781Q). 
Bu  qanun  ətraf  mühitin  mühafizəsinin  hüquqi,  iqtisadi  və  sosial 
əsaslarnı müəyyən edir.  Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının 
mühafizəsi  sahəsində  ekoloji  təhlükəsizliyin  təmin  edilməsinidən,  təbii 
ekoloji  sistemlərə  təsərrüfat  və  başqa  fəaliyyətin  zərərli  təsirinin  qarşısının 
alınmasından,  bioloji  müxtəlifliyin  qorunub  saxlanılmasından  və  təbiətdən 
istifadənin  səmərəli  təşkilindən  ibarətdir  .Bu  qanun  ətraf  mühitin 
keyfiyyətinin  yaxşılaşdırılması,  təbii  ehtiyatların  səmərəli  istifadəsi  və 
bərpası,  ətraf  mühitin  mühafizəsi  sahəsində  qanunçuluğun  və  hüquq 
qaydalarının  möhkəmləndirilməsi  məqsədilə  cəmiyyətlə  təbiətin  qarşılıqlı 
əlaqəsini  tənzimləyir.  Qanun  14  fəsildən  ibarətdir.  I  fəsil  ətraf  mühitin 
mühafızəsi  üzrə  terminlərə,  anlayış  və  prinsiplərə  həsr  olunmuşdur. 
Qanunun  II fəsli ətraf  mühitin  mühafizəsi  sahəsində hüquqlar  və  vəzifələrə 
həsr  olunmuşdur.  Burada  ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlətin, 
vətəndaşların,  ictimai  birliklərin  hüquq  və  vəzifələri,  yerli  özünüidarəetmə 
orqanlarının səlahiyyətləri verilmişdir. 
Qanunun  III  fəsli  təbiətdən  istifadəyə  aid  olunmuşdur.  Bu  qanunda 
təbiətdən  istifadəçilər  müəyyən  edilmiş  və  bununla  əlaqədar  limitlər  və 
kvotalar, təbiətdən istifadəçilərin hüquq və vəzifələri verilmişdir. 
Ətraf  mühitin  Mühafizəsi  Qanununun  IV  fəsli  ətraf  mühitin,  təbii 
ehtiyatların 
dövlət 
kadastrı 
və 
monitorinqi, 
standartlaşdırma 
və 


182 
 
sertifikatlaşdırmaya aiddir. Burada sahələr üzrə dövlət kadastrının aparılması 
qaydalarının  müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfındən  təsdiq  cdilmiş 
əsasnamə  əsasında  müəyyən  edilməsi  göstərilmişdir.  Bu  qanunda  həmçinin 
ətraf  mühitin  mühafizəsi  sahəsində  standartaşdrrma  və  sertifıkasiya 
obyektləri, məhsulları və tcxnologiya növləri müəyyən edilmişdir. 
Qanunda  həminin  "Ətrat'  mühitin  ekoloji  tarazlığının  pozulması", 
"Təsərrüfat  və  digər  fəaliyyət  sahələrinə  ekoloji  tələblər",  "Ekoloji 
ekspertiza",  "Ekologiya  və  ətraf  mühitin  mühafizəsi  sahəsində  təhsil, 
tərbiyə, elmi tədqiqatlar, statistika və informasiya", "Fövqəladə ekoloji 
şərait  və  ekoloji  fəlakətlər  zonaları",  "Ətraf  mühitin  mühafizəsinə 
nəzarət",  "Ekoloji  audit  və  onun  həyata  keçirilməsi",  "Ətraf  mühitin 
mühafizəsi  haqqında  qanunçuluğun  pozulmasına  görə  məsuliyyət, 
mübahisələrin  həlli",  "Ətraf  mühitin  mühafizəsi  sahəsində  beynəlxalq 
əməkdaşlıq"  üzrə  qaydalar,  normalar,  tətbiq  sahələri  və  s.  normativ  aktlar 
verilmişdir. 
Atmosfer 
havasının 
mühafizəsi 
haqqında 
Azərbaycan 
Respublikasının  qanunu  27  may  2001-ci  ildə  təsdiq  olunmuşdur  (№109-
İİQ). Bu qanun atmosfer havasının mühafizəsinin hüquqi əsaslarını müəyyən 
etməklə  əhalinin  əlverişli  ətraf  mühitdə  yaşamasına  və  ətraf  mühit  barədə 
dəqiq  məlumat  almasına  dair  hüquqlarını  həyata  keçirməyə  yönəldilmişdir. 
Qanunda  atmosfer  havasının  mühafizəsi sahəsində  dövlət tənzimlənməsinin 
əsas  prinsipləri,  dövlətin  vəzifələri,  yerli  özünüidarəetmə  orqanlarının, 
hüquqi  və  fıziki  şəxslərin,  qeyri  hökumət  təşkilatlarının  hüquqları  və 
vəzifələri verilmişdir. 
Qanunda  həmçinin  Respublikada  ekoloji  üstünlüyün  göstərilməsi 
prinsiplərini  rəhbər  tutaraq  atmosfer  havasının  mühafizəsi  üzrə  beynəlxalq 
əməkdaşlığın  həyata  keçirilməsi,  qoşulduğu  beynəlxalq  müqavilələrdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə