Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

171 
 
neftayırma  zavodlarının  və  şəhər  kanalizasiyasının,  10%-i  yaxına  atılmış 
neft  qazma  quyularının  və  gəmilərin  yuyulmasmın,  25-75%-i  isə  dib 
çöküntülərinin payına düşür. 
Ümumiyyətlə, dəniz  buxtasna daxil  olan  üzvi çirkləndiricilər  sonradan 
tərkib  hissələrinə  ayrılır  və  həmin  biokimyəvi  proseslərdə  suda  həll  olunan 
oksigen  istifadə  olunur.  Çox  çirklənmiş  sularda  oksigenin  bərpa  olunması 
zəif getdiyindən, su hövzəsi özünütəmizləmə funksiyasını itirir. Nəticədə su 
hövzəsinin  canlılar  aləmi  məhv  olur  ki,  bu  da  həmin  sahənin  açıq  çirkab 
mənbəyi olduğunu göstərir. Belə su sahələrində özünü-təmizləmə üçün vacib 
olan  mikroorqanizmlər  məhv  olur  və  nəticədə  tədricən  balıqların  da 
azalmasına və məhvinə gətirib çıxarır. 
Qeyd  etdiklərimizdən  göründüyü  kimi,  sənaye  müəssisələrindəki 
istehsalat prosesləri zamanı yaranan və məişət çirkab sulan ətraf mühit üçün 
zərərli  sayılan  müxtəlif  növ  zəhərli  və  həyat  üçün  təhlükəli  kimyəvi 
maddələr  və  birləşmələrlə  zəngindir.  Ona  görə  də,  Bakı  buxtasının 
təmizliyinə nail olmaq məqsədilə 'lk növbədə ciddi mühafizə işlərini həyata 
keçirmək lazımdır. 
Bakı  şəhəf  əhalisinin  35%-nin  məişət  çirkab  suları  və  bəzi 
müəssisələrin  sənaye  çirkab  suları  təmizlənməmiş  şəkildə  birbaşa  Bakı 
buxtasına axıdılır. Həmin çirkab sularının tərkibində yüksək konsentrasiyası 
ilə  nəzərə  çarpan  sink,  civə,  qurğuşun  kimi  ağır  metallara,  fenollara,  neft 
karbohidrogenlərinə  və  digər  zərərli  birləşmələrə  rast  gəlinir.  Bütün  bu 
çirkablar  Bakı  buxtasının  əsas  çirklənmə  mənbələri  olmaqla  sahil  sularının 
öz təbii sabitliyinin itirilməsinə səbəb olmuşdur. Nəticədə suların tərikibində 
ibtidai canlların azalması və oksigen çatışmaazlığı problemləri yaranmışdır. 
Ümumiyyətlə,  respublikamızın  su  ehtiyatlarından  səmərəli  istifadə 
etmək üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur: 


172 
 
a)  su  ehtiyatlarından  səmərəli  istifadə  etmək,  suların  təmizliyinə  nail 
olmaq, su itkilərini azaltmaq üçün sudan istifadə haqqı müəyyənləşməlidir; 
b)  sulardan  təkrar  istifadəyə  keçmək  və  bunun  üçün  müasir  texnoloji 
qurğular  yaratmaqla  işlənmiş  və  minerallaşmış  suların  təmizlənməsinə  nail 
olmaq; 
c)  ətraf  su  hövzələrinə  təmizlənməmiş  və  ya  az  təmizlənmiş  çirkab 
suları  axıdan  müəssisələrə  cerimə  tətbiq  etmək  və  əldə  olunan  gəlirlər 
hesabına su təmizləyici qurğular yaratmaq; 
ç)  su  ehtiyatlarından  istifadəni  yaxşılaşdırmaq  üçün  sənayedə  su  ilə 
soyutmanı hava ilə əvəz etmək və s. bu yolla sənayedə istifadə edilən içməli 
suya 200 mln.m
3
 qənaət etmək olar. 
d)  Bakı  buxtasının  ekoloji  təmizliyinə  nail  olmaq  üçün  ilk  növbədə 
buxtaya axıdılan bütün çirkab sularını yalnız təmizlə dikdən sonra axıtmalı, 
sənayedə dövriyyə su sistemi tətbiq eləməklə sulardan təkrar istifadə etmək, 
gələcəkdə  xarici  investisiya  cəlb  etməklə  buxtanın  sularını  və  dib 
çöküntülərini neft karbohidrogenlərindən  təmizləmək  lazımdır.  Bunun üçün 
buxta ətrafındakı  köhnəlmiş  qurğuları  sökmək,  Bibiheybət ncft  mədənlərini 
modemləşdirmək  və  ya  bağlamaq,  neftayırma  zavodlarının  tullantılarını 
emal  edən  qurğular  yaratmaq,  neftayırma  zavodlarını  yenidən  qurmaq  və 
digər  tədbirləri  həyata  kcçirməklə  Bakı  buxtasının  təmizliyinə  nail  olmaq 
mümkündür. 
Azərbaycan  Respublikası  toıpaq  ehtiyatları  ilə  zəif  təmiıı  olunmuş 
ölkələr  siyahısına  daxildir.  Azərbaycanda  torpaqlardan  səmərəli  istifadə, 
onların  mühafizəsi,  münbitliyinin  bərpası  və  nəticədə  torpaqların  təkrar 
istehsal dövriyyəsinə qaytarılması qarşıda duran əsas vezifələrdəndir. 
Azərbaycan  Respublikasının  torpaq  fondu  8,6  mln.  ha-dır.  Torpaq 
ehtiyatlarının  4,2  mln.  ha-rı  və  ya  49%-i  kənd  təsərrüfatı  üçün  yararlı 


173 
 
torpaqlardır. Yararlı torpaqların 1,5 mln. ha-ya yaxını və ya 33%-i əkin, 0,3 
mln.  ha,  yaxud  9,2%-i  çoxillik  bitkilər,  2,2  mln.  ha  və  ya  53,2%-i 
otlaqlardan ibarətdir. 
Respublikarmzda  hər  adam  başına  1,14  ha  ümumi,  0,60  ha  kənd 
təsərrüfatı  üçün  yararlı  sahə,  0,20  ha  isə  əkin  sahəsi  düşür. 
Torpaqlarımızın1350  min  ha-ı,  o  cümlədən  950  min  ha  əkin  yeri  suvarılır. 
Respublika  torpaq fondunun 1/3 hissəsı kənd təsərrüfatı işləri üçün yararsız 
hesab edilir. 
Son  40  il  ərzində  torpaq  örtüyünə  vurulan  antropogen  təsirlər  gərgin 
geoloji proses və hadisələrin geniş yayılmasına, ərazilərin müxtəlif dərəcədə 
zədələnməsi  və  çirklənməsinə  səbəb  olmuşdur.  Hazırda  torpaq  fondunun 
0,86 mln. ha-ı texnogen pozulmuş torpaqlara aid edilir. 
1991-ci  ildə  Azərbaycan  Respublikası  yenidən  müstəqillik  əldə 
etdikdən  sonra  torpaqlara  münasibət  də  dəyişilmiş,  müxtəlif  mülkiyyət 
formaları  yaranmışdır.  Respublikanın  Milli  Məclisi  tərəfindən  qəbul 
olunmuş Torpaq Qanununa görə ümumi torpaq fondunun 3,8 mln. ha-ı və ya 
44,2%-i  dövlət  mülkiyyətinə,  2,7  mln.  ha-ı  və  ya  31,4%-i  bələdiyyə 
mülkiyyətinə, 2,1 mln. ha-ı və ya 24,4%-i isə özəlləşdirmə yolu ilə əhalinin 
şəxsi mülkiyyətinə ayrılmışdrr. 
Respublikamızm torpaq fondunun sıradan  çıxmasının  başlıca səbəbləri 
eroziya,  şorlaşma,  texnogen  dəyişikliklər  və  pozuntular,  çirklənmə,  torpaq 
qatının kimyəvi tərkibinin dəyişməsi və s. proseslərdir. 
Respublikamızın  ərazisində  külək  və  su  mənşəli  eroziyalar,  torpaq 
sürüşmələri  geniş  şəkildə  yayılmışdrr.  Son  illərin  göstəricilərinə  görə 
respublikada eroziyaya uğramış torpaq sahəsi 3685 min ha və ya ərazimizin 
42,5%-ni  təşkil  edir.  Respublika  əkin  sahələrinin  33,7%-i,  yay  otlaqlarının 
68%-i,  biçənəklərin  15%-i,  bağların  16%-i,  üzümlüklərin  24%-i,  meşələ-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə