Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

156 
 
bitkilərinin  və  heyvanlarının  məhsuldarlığının  aşağı  düşməsinə,  müxtəlif 
xəstəliklərin  artmasına  səbəb  olur.  Hazırda  düzənlik  ərazilərdə  yüksək 
dərəcədə  çirklənmiş  və  minerallaşmış  Araz  çayının  suyundan  suvarmada 
istifadə nəticəsində 40 min ha artıq ərazi şorlaşmışdır./ 
Su  ehtiyatları  məhdud  olan  ərazilərimizdən  biri  də  Naxçıvan  MR-dır. 
Uzun  illər  ərzində  Naxçıvan  MR  blokadası  orada  istehsal  sahələrinin  2/3 
hissəsinin  dayanmasna  səbəb  olmuş  və  nəticədə  sənayedə  sudan  istifadə 
azalmışdır. 2002-ci ildə su obyektlərindən 359 mln.m
3
 içməli su, o cümlədən 
250 mln.m
3
 suvarma sisteminə, 0,05 mln.m
3
 sənaye təchizatına və 6 mln.m
3
 
məişət-təsərrüfat  tələbatları  üçün  götürülmüşdür.  Sənayedə  sudan  istifadə 
hazırda  əsasən  Naxçıvan  şəhərinin  payına  düşür.  Naxçıvan  ərazisində 
çirklənmiş sular müxtəlif yollarla Araz çayna axıdılır. 
Böyük  Qafqaz  fiziki-coğrafi  vilayətinin  su  ehtiyatları  2  milyard  m
3
/il 
təşkil edir və bu sulardan içməli su mənbələri kimi geniş istifadə edilir. Şəki-
Zaqatala,  Quba-Xaçmax,  Qəbələ-İsmayıllı  ərazilərindəki  çaylar  isə  yerli 
sənaye, kənd təsərrüfatı və məişət tullantıları ilə çirklənməyə məruz qalırlar. 
Respublikamızın dağ-mədən sənayesinin inkişaf etdiyi ərazilərdən axan 
Qoşqarçay, Filizçay və s. çaylar ağır metal qarışıqlan ilə kəskin çirklənirlər. 
Məsələn,  Qoşqarçayın  suyunda  mis,  dəmir  birləşmələri  yol  verilən  qatılıq 
həddindən  20-22  dəfə,  Filizçayın  suyunda  civə,  mis,  kükürd,  molibden, 
qurğuşun  və  s.  kimi  birləşmələrin  miqdarı  isə  sanitar  normalardan  bir  neçə 
dəfə artıqdır. 
Abşeron  ərazisi  Respublikamızda  ən  kəskin  ekoloji  vəziyyətə  malik 
olan  bir  zonadır.  Bu  zonanın  su  ehtiyatları  10,5  mln.m
3
/il  həcmindədir. 
Abşeronda  Bakı  və  Sumqayıt  kimi  iri  sənaye  şəhərləri  yerləşir.  Bakı 
şəhərində sənaye, məişət  və  kənd təsərrüfatı  müəssisələri tərəfindən istifadə 
olunan  suyun  miqdarı  ildə  480  mln.m
3
  təşkil  edir.  Bakı  şəhərinə  su  11,92 


157 
 
m
3
/san.  məhsuldarlığı  olan  Kürdən,  gündə  340  min  m
3
  isə  Quba-Xaçmaz 
bölgəsindən  Şollar  su  kəməri  vasitəsi  ilə  daxil  olur.  Bundan  əlavə  texniki 
məqsədlər  üçün  ildə  1106,9  m

Ceyranbatan  su  anbarından,  155  mln.m
3
-ə 
yaxın yeraltı mənbələrdən və 150 mln.m
3
 dəniz suyu götürüİərək işlədilir.  
Həmin suların 317 mln.m
3
-i içmək və məişət tələbatı üçün, 157 mln.m
3
-
i  sənaye  məqsədi  üçün  və  0,4  mln.m
3
-i  suvarmada  istifadə  edilir.  Qeyd 
etmək vacibdir ki, ildə 74 mln.m
3
 suyun itkisinə yol verilir. 
Abşeron  ekoloji  zonasında  yerləşən  Sumqayıt  şəhəri  1950-ci  illərin 
sonunda kimya və neft kimyası sənaye mərkəzi kimi formalaşmış və hazırda 
respublikanın  ekoloji  cəhətdən  ən  gərgin  bölgəsi  hesab  olunur.  Şəhərdə 
sənaye  və  məişət  ehtiyacları  üçün  88  mln.m
3
  sudan  istifadə  edilir.  Həmin 
suyun  74,9  mln.m
3
-i  texniki  məqsədlərlə  istifadə  üçün  Ceyranbatan  su  an-
barından,  11,9  mln.m
3
-i  içmək  üçün  Şollar  kəmərindən  götürülmüşdür. 
Sumqayıtın  sənaye  müəssisələri  texniki  məqsədlər  üçün  25  mln.m
3
  sudan 
istifadə edir. İstifadədən sonra yaranan tullantı sularının miqdarı 30  mln.m
3
 
təşkil edir. Sənaye və bütün məişət çirkab suları təmizlənməmiş halda Xəzər 
dənizinə  axıdılır.  Qeyd  etmək  lazımdır  ki,  hazırda  Sumqayıt  sənaye 
müəssisələri yaranmış iqtisadi böhran üzündən öz məhsuldarlığının 15-20%-
i  həcmində  işləyir  ki,  bu  da  1990-cı  illə  müqayisədə  tullantılarını  15  dəfə 
azalması deməkdir. 
Abşeron  yarımadasında  20-dən  yuxarı  daxili  su  hövzəsi  -təbii  və  süni 
göllər vardır. Neft-qaz yataqlarının istismarı  ilə əlaqədar olaraq yaranan  lay 
sularının ətraf mühitə atılması nəticəsində çirkli göllər əmələ gəlmişdir. Neft 
çirkab suları ilə yanaşı Abşeronun bir sıra yaşayış məntəqələrinin də məişət 
çirkab  suları  həmin  göllərə  axıdlır.  Nəticədə  həmin  göllər  zəhərli  kimyəvi 
maddələr  və  bioloji  elementlərlə  çirklənmişdir.  Belə  göllərə  Böyük-Şor, 


158 
 
Bülbülə,  Qırmızı,  Qızıl-Nohur,  Çuxur-Dərə,  Qanlıgöl,  Hacı  Həsən  və 
Masazır göllərini misal göstərmək olar. 
Abşeron  yarmadasının  ən  böyük  içməli  su  hövzəsi  Ceyranbatan  su 
anbarıdır. Su anbarı Samur-Abşeron kanalının 26 m
3
/san. məhsuldarlığı olan 
su  ilə  qidalanır.  Su  anbarı  Bakı  və  Sumqayıt  şəhərlərinin,  ceyranbatan, 
Güzdək  və  d. qəsəbələrin texniki su  mənbəyi  kimi  yaradılmışdır. Lakin son 
illərdə  Samur-Abşeron  kanalnda  su  səviyyəsinin  aşağı  düşməsi,  su  anbarna 
müxtəlif  yollarla  çirklənmiş  suların  axıdılması  su  hövzəsində  ekoloji 
vəziyyətin pisləşməsinə səbəb olur. 
Ümumiyyətlə,  Bakı  sənaye  rayonunda  məişət-təsərrüfat  sularını 
təmizləmək  üçün  layihə  gücü  940  min  m
3
/gün,  məhsuldarlığı  317  mln.m
3
 
olan  və  yalnız  600  min  m
3
/gün  gücündə  istifadə  edilən  Hövsan  bioloji 
təmizlənmə  qurğusu  yaradılmışdu.  Hazırda  bu  qurğu  öz  gücünün  60%-i 
həcmində fəaliyyət göstərir. Bundan əlavə hər birinin gücü 18,6 min m
3
/gün 
olan  Hacı  Həsən  və  Mərdəkan-Şüvəlan,  gücü  126,0  min  m
3
/gün  olan  Zığ, 
gücləri  müvafıq  olaraq  86,4;  152;  20,0  min  m
3
/gün  olan  üç  «Azerneftyağ» 
mexaniki  təmizləmə  və  gücü  17,6  min  m
3
/gün  olan  «Şelflayihətikinti» 
bioloji təmizləmə qurğusundan  istifadə  edilir.  Buna  baxmayaraq  qurğuların 
çoxunun köhnəlməsi, onlara öz gücündən artıq daxil olan çirkab sularını tam 
təmizləyə  bilməmələri  nəticəsində  su  hövzələrinə  xeyli  miqdarda  çirkab 
suları axmaqda davam edir. 
R.espublikamızm su ehtiyatları içərisində təbii göllərin də mühüm rolu 
vardır.  Göllərimiz  dağ,  dağətəyi  və  düzən  gölləri  qrupuna  bölünürlər. 
Respublika  ərazisinin  cəmi  0,5%-ni  tutan  bu  göllərdə  toplanan  sularm 
ümumi həcmi  40  km
3
-ə bərabər-dir.  Həmin  suyun  yalnız 16-17  km
3
-i şirin, 
qalanları isə şor sulardır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə