Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

146 
 
cəmləşmişdir^Abşeron  ekoloji  zonasında  80-dən  artıq  böyük,  270  orta  və 
2000-dən  artıq  kiçik  müəssisə  yerləşdirilmişdir.  Bütün  Respublika  üzrə 
atmosfer  hövzəsinə  atılan  tullantıların  2/3  hissəsindən  çoxu  Abşeron 
zonasının payına düşür ki, bu da regionda ekoloji vəziyyətin nə qədər gərgin 
olduğunu göstərir. Bu cəhətdən Bakı şəhərində atmosfer havasının vəziyyəti 
daha  ağrrdır.  Belə  ki,  Bakı  şəhəri  üzrə  atmosferə  atılan  zərərli  maddələrin 
110,3  min  tonu  stasionar  mənbələrin  və  182,9  min  tonu  avtomobil 
nəqliyyatının  payına  düşür.  Əsas  çirkləndirici  maddələrin  13,1  min  tonunu 
bərk formalı tullantılar, 255,0 min tonunu qaza oxşar və maye maddələr və s. 
təşkil etmişdir. Qeyd etmək lazımdır ki, qazvari və maye formalı tullantıların 
təmizləyici  qurğularla  tutulma  faizləri  30%-ə  yaxmdır.  Zərərli  tullantıların 
qalan hissəsi isə birbaşa şəhərin hava hövzəsinə atılır. 
Abşeron 
zonasında 
tullantıların 
ən 
yüksək 
miqdarı 
sənaye 
müəssisələrinin tam gücü ilə işlədiyi 1990-cü ildə 1,5 mln. tona yaxm qeydə 
alınmışdır. 2002-ci  ildə  isə həmin göstərici sənaye müəssisələrinin çoxunun 
işlənməsi ilə əlaqədar olaraq 15,0 dəfə azalmışdır. 
Abşeron zonasının  ikinci  iri  sənaye  şəhəri  olan  Sumqayıtda da ekoloji 
vəziyyət gərgin olaraq qalmaqdadır. Sumqayıt şəhəri üzrə atmosfer havasına 
buraxılan  zərərli  maddələrin  13,0  min  tonu  stasionar  mənbələrin,  2,6  min 
tonu avtomobil nəqliyyatının payına düşür. Zərərli tullantıların 3,7 min tonu 
bərk  formalı,  11,9  min  tonu  isə  qazvari  və  maye  formalı  tullantıların 
hesabına düşür. Bundan əlavə amonyak - 24,91 t/il, ftor -1782,88 t/il, xlor - 
35,88  t/il,  xlor  hidrat  -  7,78  t/il  və  s.  şəhərlərin  'əsas  çirkləndiriciləri 
siyahısna  daxildirlər.  Buna  baxmayaraq  1990-cı  illə  müqayisədə  Sumqayıt 
şəhəri üzrə tullantıların miqdarı 6 dəfə azalmışdır. 
Abşeron  zonası  sənaye  müəssisələrində  ildə  97  min  ton  tərkibində 
zəhərli maddələr olan bərk formalı tullantılar yaranır. Ən mürəkkəb vəziyyət 


147 
 
Sumqayıt  şəhərində  yaranmışdır.    Burada  ildə 52 adda  47  min  tondan  artıq 
yaranan zəhərli sənaye tullantısının yalnız  39,5  min tonu təkrar istehsalatda 
istifadə  olunur.  Ən  gərgin  vəziyyət  tərkibində  zəhərli  maddələr  olan 
tullantıların  istifadə  olunma  sahələrində  yaranmışdrr.  Sənaye  tullantılarının 
basdırılması  üçün  poliqonun  olmaması  səbəbindən  şəhərin  sənaye 
müəssisələri  yaranmış  tullantıları  öz  ərazilərində  saxlayır  və  ya  təsadüfi 
zibilxanalara  atırlar.  Məsələn,  «Kimya  sənaye»  İstehsalat  Birliyinin 
ərazisində tərkibində civə olan 100 min tonlarla tullantı yığılıb qalmışdır ki, 
bu da ekoloji mühit və əhalinin sağlamlığı üçün olduqca təhlükəlidir. 
Respublikanın  qərb  zonasında  yerləşən  Gəncə  və  Mingəçevir 
şəhərlərinin  birlikdə  atmosfer  havasmı  çirkləndirməkdə  payları  6,5%  təşkil 
etməsinə baxmayaraq, ildə bu zonaya əlavə olaraq Gürcüstan və Ermənistan 
respublikalarının ərazisindən hava axınları vasitəsi ilə 20-30 min ton tullantı 
daxil  olur.  Bununla  yanaşı  Gəncə  və  Mingəçevir  şəhərlərinin  sənaye 
müəssisələri də regionun hava hövzəsinə 14,2 min ton tullantı atmışdır. Son 
illərdə  «Qədim İpək  Yolu»nun bərpası üzrə  aparılan  işlər nəticəsində  Bakı-
Qazax  yolunda  yük  avtomobillərinin  miqdarının  və  hərəkət  intensivliyinin 
artması nəticəsində havanın çirklənməsinin 15-20% artması müşahidə edilir. 
Qeyd  etmək  lazımdır  ki,  regionda  atmosfer  havasının  əsas  çirklənmə 
mənbələri  Gəncə  Alüminium  oksidi  zavodu,  Mingəçevir  Dövlət  Rayon 
Elektrik Stansiyası hesab olunur.  
Respublikanın  Mərkəzi  Aran  bölgəsində  yerləşən  ən  iri  sənaye  şəhəri 
Əli-Bayramlıdır.  Şəhərin  sənaye  müəssisələri  2002-ci  ildə  atmosfer 
hövzəsinə 20,5 min ton tərkibində zərərli maddələr olan  tullantılar atmışlar. 
Qeyd  etmək  lazımdır  ki,  şəhərin  əsas  çirklənmə  mənbəyi  Əli-Bayramlı 
DRES-dir.  Sənaye  müəssisələri  vasitəsilə  atmosferə  atılan  tullantıların 
tərkibində kükürd anhidridi, karbon-2 oksid, azot - 4 oksid, karbohidrogenlər 


148 
 
və  digər  maddələr  üstünlük  təşkil  etmişdir.  Əli-Bayramlı  şəhəri  həm  də 
respublikanın əsas nəqliyyat qovşaqlarından biridir.  Son illərdə bu regionda 
da  avtomobillərin  hərəkət  intensivliyi  artmış  və  nəticədə  avtomobil 
nəqliyyatı  vasitəsilə  atmosferə  ildə  25  min  tondan  artıq  tullantı  atılmışdır. 
Qeyd etmək lazımdrr ki, intensiv hərəkət olan avtomobil yolları kənarlarında 
tullantüarın  təsiri  nəticəsində  torpaqlarda  qurğuşunun  və  digər  ağır 
metalların miqdarı yol verilən norma həddindən 10 dəfələrlə yüksək olur. 
Son  illərdə  blokada  vəziyyətində  olan  Naxçıvan  MR  enerji  və  enerji 
daşıyıcılarına böyük ehtiyac hiss edir. Naxçıvanda sənaye müəssisələrinin öz 
gücünün  20-25%  məhsuldarlığı  ilə  işləməsi  nəticəsində  1995-ci  illə 
müqayisədə  (0,7  min  ton)  at-mosferə  atılan  mllantılann  həcmi  2002-ci  ildə 
1,4 dəfəyə qədər azalmışdu. 
Respublikanın  sənaye  müəssisələri  tərəfındən  1990-1991-ci  illər 
ərzində  atmosfer  hövzəsinə  atdıqları  zərərli  tallantıların  orta  hesabla  xüsusi 
təzyiqi  Bakıda 400,  Sumqayıtda 1200,  Əli-Bayramlıda  1000,  Gəncədə  550, 
Mingəçevirdə  480  ton/km
2
  olmuşdur.  Azərbaycan  üzrə  bu  göstərici  orta 
hesabla  24  ton/km
2
  təşkil  etmişdir  ki,  bu  da  keçmiş  ittifaq  üzrə  olan  sə-
viyyədən  10  dəfə  artıqdır.  2002-ci  ildə  respublikada  sahə  vahidinə  düşən 
zərərli  tullantıların  xüsusi  çəkisi  3  ton,  adambaşma  düşən  xüsusi  çəkisi  isə 
27 kq təşkil etmişdir. 
Məlumdur  ki,  iri  sənaye  müəssisələri  tikilən  zaman  ekoloji 
normativlərə  əməl  edilməlidir.  İlk  növbədə  çirkli  sənaye  sahələri 
yaradılarkən  hakim  küləklərin  istiqamətləri  nəzərə  alınmalı,  müəssisələr 
yaşayış  massivlərindən  aralı  tikilməli,  sənaye  müəssisələri  ilə  yaşayış 
sahələri  arasında  sanitar  qoruyucu  meşə  zolaqları  salınmalıdır.  Lakin 
təəssüflə  qeyd  etməliyik  ki,  Azərbaycanda  sənaye  müəssisələri  tikilərkən 
yuxarıda  qeyd  edilən  normaların  heç  biri  nəzərə  alrnmamışdır.  Nəticədə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə