Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

132 
 
Ekoloji  məsələlərin həllində  iqtisadi həvəsləndirmə  məsələsi  aşağıdakı 
istiqamətdə aparılrr: 
—  iqtisadi  sığorta,  təbiətin  mühafizəsi  və  istehsal  fondları  üzrə 
amortizasiya normalarının artırılması, ekoloji təmiz ərzaqlara həvəsləndirici 
qiymətlərin  qoyulması,  mühafizə  sahələrinin  kirayə  verilməsi,  ekoloji 
xidmət bankının yaradılması və s. 
10.2. Ətraf mühitin mühafizəsi üzrə iqtisadi tənzimləmə 
Ətraf mühitin mühafızəsinin iqtisadiyyatı ekoloji təhlükəsizliyin təmini, 
təbii  resurslardan  səmərəli  istifadə,  onların  bərpa  edilməsi  və  artırılması 
tədbirlərinin  işlənib  hazırlanması  və  həyata  keçirilməsi  üzrə  görülən  işləri 
əhatə edir. Bu məqsədlə ilk növbədə ətraf mühitin mühafizəsi üzrə tədbirlər 
proqnozlaşdrılır ,onlar üçün maliyyələşdirilmə mənbələri, təbiətdən istifadə, 
ətraf  mühitin  çirkləndirilməsi,  iqtisadi  maraqlandırma  və  s.  işlər  üzrə 
ödəmələr müəyyən edilir. 
Ətraf  mühitin  mühafizəsi  sahəsində  tədbirlərin  proqnozlaşdırılması  və 
maliyyələşdirilməsi  təbiətdən  istifadənin  müxtəlif  istiqamətlər  üzrə  dövlət 
proqramlarına və konsepsiyalarına daxil edilir. 
Ətraf mühitin  mühafizəsi sahəsində ekoloji proqramların və tədbirlərin 
maliyyələşdirilməsi  dövlət  və  yerli  budcələr,  ekoloji  sığorta,  təbiətdən 
istifadəyə  görə  ödəmələr,  hüquqi  və  fiziki  şəxslərin  könullü  ianələri, 
qrantlar, beynəlxalq qurumların ayırmaları hesabına həyata keçirilir. 
Ətraf  mühitin  çirkləndirilməsinə  və  təbii  resurslardan  istifadəyə  görə 
ödəmələr  müəssisələrdən, təşkilatlardan  və vətəndaşlardan  qanunvericilikdə 
nəzərdə tutulmuş qaydada və məbləğdə almrr. 
Ətraf  mühitin  mühafızəsinin  stimullaşdırılması  ekoloji  yö-nümlü 
subsidiyalar və digər stimullaşdırıcı tədbirlər vasitəsilə həyata keçirilir. 


133 
 
Ekoloji  təhlükəli  fəaliyyət  növləri  ilə  məşğul  olan  hüquqi  və  fıziki 
şəxslər  qanunla  nəzərdə  tutulmuş  qaydada  məcburi  sığortalanırlar.  Ekoloji 
sığorta ətraf mühitə və ya hər hansı bir şəxsə vurulan ziyanın ödənilməsində 
istifadə olunur. 
Ətraf  mühitin  təxirəsalınmaz  tədbirlərinin,  ona  vurulan  zərərin  aradan 
qaldırılmasının  maliyyələşdirilməsi  üçün  dövlət  və  ictimaiyyət  tərəfındən 
xüsusi  fond  yaradıhr.  Dövlət  fondu  təbiətdən  istifadə  ödəmələri,  ətraf 
mühitin  çirkləndirilməsi  üzrə  cərimələr,  qeyri-qanunu  əldə'  edilən 
məhsullarm  satışından  daxil  olan  vəsaitlər,  qrantlar,  könüllü  ianələr,  və  s. 
hesabına təşkil olunur. Bu fondlar əsasən elmi-tədqiqat işlərilə, ekoloji təmiz 
texnologiyanın  tətbiqinə,  təbiətin  mühafızəsi  obyektlərinin  tikintisi  və 
yenidən qurma işlərinə, çirkləndiricilərin ətrafa və insanlara vurduğu ziyanın 
bərpa  olunmasına,  pozulmuş  ekoloji  tarazlığın  bərpasına,  ekoiogiya  üzrə 
təlim-tərbiyə  işlərinə,  nadir  fauna  və  floraların  qorunmasına,  ətraf  mühitin 
monitorinqinin təşkili və keçirilməsinə, mütəxəssislərin həvəsləndirilməsi və 
stimullaşdırılmasına sərf olunur. 
Ətraf  mühitin  mühafızəsinin  ictimai  fondları  ictimai  vəsait,  qrantlar, 
fiziki  və  hüquqi  şəxslərin  könüllü  ianələri  və  s.  hesabına  təşkil  olunur.  Bu 
fondlar  ictimai  birliklər  tərəfındən  ətraf  mühitin  mühafizəsi  tədbirlərində 
istifadə olunur. 
10.3. Ətraf mühitin çirkləndirilməsindən yaranan iqtisadi ziyanın 
hesablanması 
İqtisadi  ziyanı  hesablamaq  üçün  2  metoddan  istifadə  edilir:  -  fərdi 
hesabat metodu və ümumiləşdirilmiş emprik metod. 
Çirkləndirmədən  yaranan  ümumi  illik  iqtisadi  ziyan  Z  (manat/il) 
aşağıdakı düsturla hesablanır. 
   


134 
 
         
burada  Z
ç
  -  vahid  tullantının  ətraf  mühitə  vurduğu  xüsusi  ziyan, 
manat/il, b-vahid  məhsula düşən tullantının kütləsi, t/t;  Qm  -  illik buraxılan 
məhsul, t/il. 
Mühitlər üzrə iqtisadi ziyan aşağıdakı düsturla hesablana bilər: 
 
burada Z
tt
 ayrı-ayrı  mühitdən  və  ya  müəssisələrdən  ətraf mühitə  atilan 
tullanülardan dəyən illik ümumi iqtisadi ziyan, manat/il; 
Zatm  -  Atmosferin  çirkləndirilməsindən  dəyən  illik  iqtisadi  ziyan, 
manat/il; 
Z
s
  -  Su  mənbələrinin  çirkləndirilməsindən  dəyən  illik  iqtisadi  ziyan, 
manat/il; 
Z
q
 - torpaq sərvətlərinin çirkləndirilməsindən dəyən illik iqtisadi ziyan, 
manat/il; 
Z
ya
 - yeraltı sərvətlərin çirkləndirilməsindən və  pozuntudan dəyən  illik 
iqtisadi zivan. manat/il: 
  ümumiləşdirilmiş hesabat metodunun həqiqilik dərəcəsini 
müəyyən  edən  düzəliş  əmsallandrır.  Hər  bir  əmsal  ümumi  sahələrə  dəyən 
ziyanın ümumiləşdirilmiş hesabatından alınan nəticənin ayr-ayrı sahələr üzrə 
hesablanan ziyanm nisbətindən asılı olaraq götürülür. 
Bütün mənbələrdən atmosferə atılan çirkləndiricilər tərəfındən dəyən 
iqtisadi ziyan ümumiləşdirilmiş hesabat düsturu ilə belə təyin edilir. 
 
burada K - sabit əmsaldrr. O, qiymət dəyişməsindən asılıdır və dəyişə bilər, 
manat/şərti  ton;  T  -  nisbi  təhlükəlilik  əmsalıdır  və  sahənin  xüsusiyyətindən 
asıh  olaraq  götürülür.  Kurort  və  qoruq  sonaları  üçün  10,  şəhərətrafı  və 


135 
 
istirahət zonaları üçün 8, meşələr üçün 0,2 - 0,0025, əkin sahələri üçün 0,25, 
bağlar üçün 0,5 götürülür. 
F  -  ölçüsüz  əmsaldır  və  hissəçiklərin  atmosferdə  yayılma 
istiqamətindən  asılıdır.  Onun  qiyməti  hissəciklərin  çökmə  sürətindən,  yer 
səthindən  olan  hündürlüyündən,  və  temperaturundan  asılıdır.  Çökmə  surəti 
1-20 sm/san. olduqda f=0,89-4; lsm/san az olduqda isə f= 1-0,08 götürülür. 
M - Mənbədən bir ildə atılan çirkləndiricilərin kütləsi, şərti ton/il. 
Atmosferə atılan çirkləndiricilərin kütləsi (M) belə hesablanır: 
 
burada N - Çirkləndiricilərin ümumi sayı; 
Aı  -  i  növü üçün  hissəciyin  nisbi aktivliyinin ölçüsüz  göstəricisidir  və 
dəm  qazı  üçün  1,  kükürd  anhidridi  üçün  22,  hidrogen  sulfid  üçün  —54,8, 
tozlar üçün 100 və s. götürülür. 
nii - i növlü zərərli tullantının illik kütləsi, ton/il; 
Su  mənbələrinə  atılan  çirkləndiricilər  tərəfmdən  dəyən  iqtisadi  ziyan 
ümumiləşdirilmiş hesabat düsturu ilə belə təyin edilir. 
 
burada K - sabit əmsaldır, manat/şərti ton 
Tk  -  su  təsərrüfatlarının  növündən  asılı  əmsaldır.  M-in  qiyməti 
aşağıdakı kimi hesablanır. 
 
burada  A)  -  tullantının  nisbi  təhlükəlilik  əmsalıdır.  m)-i  növlü 
tullantının illik kütləsidir, ton/il. A) -in qiyməti aşağıdakı düsturla tapılır 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə